Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə351/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   347   348   349   350   351   352   353   354   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1479



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

suveren ölkələr dənizə olan hüquqlarını bərpa etməyə çalışırlar. Bir neçə mərhələdə aparılan 

danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13neft şirkəti ilə ARDNŞ 

arasında bağlanmış beynəlxalq  əhəmiyyətli “Əsrin müqaviləsi”nin imzalanması ilə  Xəzərin 

statusu məsələsində yeni mərhələ başlamış oldu. 

Həmin tarixdən etibarən on il ərzində status məsələsinin müzakirəsi zamanı ölkələrin 

mövqeyində müəyyən dəyişikliklər nəzərə çarpsa da bütün Xəzəryanı ölkələr hövzədən daha 

çox pay almaq və öz təhlükəsizliyini daha yaxşı  təmin etməkçün mübarizə aparırlar. Bu 

proses isə regionun ən önəmli amilinə enerji təhlükəsizliyinə mənfi təsir göstərir. İlk vaxtlarda 

Rusiya Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizində əvvəlki nüfuzunu itirdiyi üçün 

su hövzəsinin beynəlxalq hüquq normalarına uyğun  şəkildə bölüşdürülməsini həzm edə 

bilmirdi və çalışırdı ki Xəzər hövzəsində hegemonluğunu qoruyub saxlasın. Rusiyanın möv-

qeyini müdafiə edən ilk sahilyanı ölkə Türkmənistan idi. Hətta 1994-cü il oktyabrın 19-da 

İstanbulda türk dövlət başçılarının zirvə toplantısı zamanı  Səfərmurad Niyazov öz çıxışında 

Xəzərin statusunun müzakirə edilməsini xüsusi vurğulayaraq, Rusiyanın məsələ ilə bağlı 

mövqeyini bu və ya digər formada dəstəkləməyə çalışırdı.

1

 Ölkəmizin mövqeyini isə H.Əliyev 



konkret faktlarla əsaslandıraraq məsələnin hüquq normaları əsasında həll olunmasının vacib-

liyini vurğulamışdır.  

Gərgin danışıqlar prosesi 1995-ci ildə problemə yanaşmada iki konsepsiyanın formalaş-

masına səbəb olur. Azərbaycanın obyektivlik, reallıq və beynəlxalq hüquq normalarına  əsa-

slanan konsepsiyası aşağıdakı kimi müəyyənləşdirilmişdir. 

 Xəzər sərhəd gölüdür; 

 Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir; 

 Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-

ci ildə qəbul edilmiş bölgüyə əsasən) bölgüyə əsaslanmalıdır; 

 Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər status müəyyənləşdirilməz-

dən əvvəl öz milli sektorlarında işə başlaya bilərlər. 

Bu mövqeyə qarşı Rusiya-İran-Türkmənistan üçlüyü isə  aşağıdakı sistemi irəli sürür-

dülər. 

 Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir. 



 Milli sektorlar əvvəlki təkliflərlə 12, hazırkı təkliflərə görə isə 45 mildən çox olmama-

lıdır. 


 Xəzərin milli sektorlara düşməyən orta hissəsində bütün geoloji kəşfiyyat və neft-qaz 

hasilatı beş Xəzəryanı dövlətin ümumi iştirakı ilə həyata keçirilməlidir. 

Baxmayaraq ki, Rusiya-İran-Türkmənistan üçlüyü Xəzərə  əsassız iddialar irəli sürüb 

sərt mövqe nümayiş etdirirlər, sonradan öz iddialarının hüquqi bazaya əsaslanmadığını dərk 

edərək ikitərəfli danışıqların davam etdirilməsini təklif etdilər. Bu ölkəmizin xarici siyasətinin 

uğuru idi. Belə ki, Xəzərin status məsələsində Azərbaycanın nümayiş etdirdiyi mövqe böl-

gədəki reallıqları  səciyyələndirən  ən uğurlu diplomatik addım olmaqla bərabər dövlətimiz 

üçün ən əhəmiyyətli variantdır. 

Hüquqi status məsələsinin həll edilməməsi regionda enerji təhlükəsizliyinə təsirsiz ötüş-

mür. İlk növbədə onu qeyd edim ki, bu məsələnin həllinin gecikməsi sahilyanı ölkələr arasın-

da əməkdaşlığı ləngidir, bu isə öz növbəsində regionda təhlükəsizlik amilini qabardır. Çünki 

region ölkələri arasında hərtərəfli inama əsaslanan əməkdaşlıq olmadıqda ölkələr öz təhlükə-

sizliklərini regiondan kənar müttəfiqlər tapmaqla, silahlanmaqla təmin etməyə çalışırlar ki, bu 

durum da yarışı xatırladır.  

  Xəzərin hüquqi statusunun tam, hərtərəfli və dəqiq müəyyən edilməsi üçün ilk növbə-

də  Xəzər hövzəsində beynəlxalq təhlükəsizlik problemləri həll edilməlidir. Bu baxımdan 

                                                            

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1480



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Xəzər sahili ölkələrin geosiyasi meyl və maraqları, beynəlxalq və regional oyunların xarakteri 

müəyyən edilməlidir. Xəzərsahili ölkələr təhlükəsizlik məsələlərini həll etmədən Xəzər 

dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini imzalamayacaqlar. 1992-ci ildən 

bugünədək Xəzərsahili ölkələr arasında aparılan danışıqlarda Xəzərsahili ölkələr Xəzərə aid 

baza sənədinin hazırlanmasını  və imzalanmasını  təxirə salıblar. Öz təhlükəsizliklərini təmin 

etmədən bu ölkələrin çoxu Xəzəri son olaraq bölüşdürməyə risk etmirlər. Başqa sözlə, Xəzər 

sahili ölkələrin razı olduğu Paktın  şərtlərinin hazırlanması  və  Xəzərin beynəlxalq hüquqi 

statusunun qəbul edilməsi vacibdir. Belə bir pakt olmadan biz hələ uzun müddət bu gölün 

hövzəsində hüquqi ərazidən kənarda olacağıq. 

 

 

QƏDİM TÜRK SƏNƏTİ ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ GƏNCƏNİN 

DULUSÇULUQ NÜMUNƏLƏRİNİN MULTİDİSSİPLİNAR 

ƏSASLARLA ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ 

 

Elnur HƏSƏNOV 

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi 



l-hasan@hotmail.com

 

AZƏRBAYCAN 

 

2013-2014-cü illər ərzində qədim Gəncə ərazisində tərəfimizdən ABŞ-ın Smitson İnsti-

tutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey Universitetinin tədqiqatçı-

larının texniki dəstəyi ilə qədim sənətkarlıq mədəniyyətimizin təşəkkülü tarixinin öyrənilməsi 

məqsədilə elmi araşdırmalar, arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır.Həyata 

keçirilmiş bu beynəlxalq tədqiqatlarımızın əsas məqsədi Türk dünyasının zəngin sənətkarlıq 

tarixinin araşdırılmasında Gəncənin saxsı  məmulatlarının mənbəşünaslıq  əhəmiyyətinin mü-

əyyən edilməsidir. Gəncəbasar Azərbaycanın arxeoloji baxımdan ən zəngin ərazilərindən biri-

dir. Odur ki, bu məqsədlə Gəncənin ənənəvi dulusçuluq nümunələri ilə oxşar cəhətlərə malik 

olan və Anadolunun Əhlatlıbel, Mərkəzi (Orta) Asiyanın  Şirin Say, Təli-Bərza, Qaratəkin, 

Kafır-qala, Ön Asiyanın (İranın) Giyan-təpə, Sialk-təpə abidələrindən aşkar olunmuş oxşar 

nümunələrin mənbə və ədəbiyyatlar əsaında qarşılıqlı öyrənilməsi həyata keçirilmişdir. 

Tədqiqatlarımızın  əsas vəzifəsi isə bu sahədə aparılmış elmi araşdırmaların innovativ 

texnologiya və üsulların tətbiqi sayəsində  əldə olunmuş mühüm nəticələrinin elmi ictimaiy-

yətin diqqətinə çatdırılması, nüfuzlu elmi nəşrlərdə çap edilməsidir.  

Həyata keçirilmiş tədqiqat işlərinin icrası zamanı bir sıra mühüm multidissiplinar əsaslı 

innovativ elmi üsullardan istifadə edilmişdir:  

1.  Biokimyəvi innovativ texnoloji vasitələrin tətbiqi (radiokarbon, dendroxronoloji 

üsullar və s.); 

2.  Mövcud yerli sənətkarlıq məmulatlarının hazırlanma materiallarının tədqiqata cəlb 

edilməsi

3.  Məhz ənənəvi sənət nümunələrinin hazırlanma üsul və vasitələrinin innovativ metod-

lardan istifadə sayəsində müəyyən edilməsi; 

4.  İlk dəfə olaraq yerli sənətkarlıq məmulatlarının qədim və antik mərhələlərə aid olan-

larının istehsal texnika və texnologiyalarının tədqiqi nəticəsində  sənətkarlıq  ənənələrinin 

mənşəyi (genezisi) probleminin üzə çıxarılması; 

5.  Türk dünyası coğrafiyasında şəhər mədəniyyətinin təşəkkülü və eyni zamanda inki-

şafı tarixinin öyrənilməsində ilk dəfə olaraq ənənəvi sənətkarlıq sahələrinin səciyyəvi xüsu-

siyyətlərinin sabit və dayanıqlı mənbələr olaraq elmi tədqiqata cəlb edilməsi və bunun nəticə-

sində etnoqrafiya və etnologiya sahəsində mahiyyətcə yeni elmi istiqamətin əsasının qoyulması; 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə