Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə350/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   346   347   348   349   350   351   352   353   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1477



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

əsr yaşayış yeri olmuş, orta əsrlərdə isə üzərində müsəlman qəbirləri salınmışdır. Tədqiqatlar 

Üçtəpə yaşayış yerinin Azərbaycan (Qafqaz) Albaniyasının  Əcəri vilayətinin  ən iri yaşayış 

məntəqələrindən biri olduğunu göstərir.  

 

 

ŞİMALİ AFRİKANIN ƏRƏB ÖLKƏLƏRİNİN SİYASİ  



HƏYATINDA İSLAMÇIPARTİYA VƏ HƏRƏKATLARIN ROLU 

 

Günel KƏRİMOVA 

Azərbaycan Elmlər Akademiyası 

Şərqşünaslıq İnstitu 

g_ahmedova@yahoo.com 

AZƏRBAYCAN 

 

Misirin “Müsəlman qardaşları” hərəkatı bütün islamçı partiya və  hərəkatların forma-



laşmasına və siyasi baxışlarına böyük təsir göstərmişdir. Bu təsirin çox və ya az olmasına 

baxmayaraq, istənilən islamçı partiya və  hərəkatda “Müsəlman qardaşları”nın izlərinə rast 

gəlmək mümkündür. Buna görə  də istənilən islamçı partiyanı araşdırmaq üçün ilk növbədə 

“Müsəlman qardaşları”nı tədqiq etmək lazımdır. Hərəkat yarandığı gündən müasir dövrə kimi 

uzun inkişaf yolu keçmişdir. Onun qurucusu olan H. Əl-Bənnadan başlayaraq müasir günü-

müzə kimi təkamül etmiş və demək olar ki, mövcud olduğu dövrün sosial-siyasi hadisələri ilə 

ayaqlaşa bilmişdir. “Müsəlman qardaşları”nın ideologiyasını anlamaq üçün ilk növbədə onun 

yarandığı tarixi şəraiti araşdırmaq lazımdır. Hərəkat ölkədə baş verən daxili və xarici siyasi 

hadisələr fonunda islama qayıdışın zəruri olduğu tarixi şəraitdə meydana gəlmişdir. Hərəkatın 

ideoloji bazasını XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Cəmaləddin Əl-Əfqani, Mə-

həmməd Əbdo, Rəşid Rida kimi islam mütəfəkkirlərinin fikirləri təşkil edir. Hərəkat yaran-

dığı vaxtlarda sadəcə sosial-ictimai xarakter daşıyırdı. Hərəkatın banisi H.Əl-Bənna ölkənin 

qərbləşdirilməsinin əleyhinə çıxış edir, ölkədə mövcud olan sosial-ictimai çətinliklərin, xüsu-

silə gənclər arasında işsizliyin artmasının qarşısının alınmasına çalışırdı. Lakin onun ölümün-

dən sonra hərəkatın rəhbəri olan Seyyid Qutb öz çıxışlarında islam dəyərləri və islam qayda-

larına əsaslanan dövlət yaranmasını təbliğ edirdi. Artıq bu dövrdən başlayaraq hərəkat siyasi 

xarakter almağa başladı. XX əsrin 40-cı illərindən başlayaraq hərəkat siyasi arenaya gəldi. 

Bundan başqa, 1980-ci illərdən etibarən hərəkat özünün maliyyə şəbəkəsini yaratmaqla siyasi 

fəaliyyətini möhkəmlətməyə başladı. Hərəkatın belə geniş vüsət alması və əsasən də gənclər 

və ziyalılar arasında rəğbət qazanması hakim dairələri qorxuya saldı.  İlk dövrlərdə hakim 

dairələr islamçı partiyalardan öz mənafeləri üçün istifadə etsələr də, sonradan “Müsəlman 

qardaşları”nın artan məşhurluğu hakim təbəqəni narahat etməyə başladı. Bundan başqa, 40-cı 

illərdən başlayaraq, hərəkatın öz daxilində baş verən ixtilaflar və fikir ayrılığı nəticəsində bir 

qrup radikallar ayrılaraq öz dəstələrini yaratdılar.  Əslində “Müsəlman qardaşları” heç bir 

zaman silahlı mübarizənin tərəfdarı olmayıblar. Onlar öz ideyalarını  təbliğ etmək üçün 

mövcud vəziyyətə uyğunlaşmağa çalışırdılar. Belə ki, Misirdə aktiv qərbləşmə siyasəti getdiyi 

üçün hərəkatın liderləri və  fəalları öz ideyalarının demokratik və dünyəvi prinsiplərə zidd 

olmadığını sübut etməyə çalışırdılar. Lakin sonradan bir qrup radikallar tərəfindən törədilən 

terror aktları hakim təbəqələri “Müsəlman qardaşları”na qarşı aktiv mübarizəyə başlamağa 

sövq etdi. Belə ki, H. Mübarək hakimiyyətə  gəldikdən sonra hərəkatın leqal fəaliyyəti 

qadağan edildi. Buna baxmayaraq, hərəkat ölkənin siyasi həyatında iştirak etməyə müyəssər 

olurdu. Belə ki, onlar digər partiya və hərəkatlarla koalisiya şəklində və ya müstəqil namizəd 

kimi parlament seçkilərində  iştirak edərək yer tuturdular. “Müsəlman qardaşları”  ən böyük 

uğura 2005-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə 88 yer tutaraq (20 %) qalib gəlməklə 

nail oldular. Bu qalibiyyətin əsas səbəblərindən biri hərəkatın yaxşı təşkilatlanması və təbliğat 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1478



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

işinin hərtərəfli qurulması olmuşdur. Bundan sonra hərəkat yeni islahatların aparılması üçün 

işlərə başladı. Onlar ilk növbədə islam qaydaları  əsasında demokratik dövlət qurulmasının 

tərəfdarı idilər. Bundan başqa, onların fikrincə islahatların keçirilməsinin əsas məqsədi misir-

lilərin  şəxs kimi formalaşması, onların düşüncə  tərzində islamın təsirini artırmaqdan ibarət 

idi. 2005-ci il seçkilərindəki qələbə hakim təbəqələr tərəfindən hərəkata qarşı təzyiq və rep-

resiyaları artırdı. Hərəkatın əsas liderləri və fəalları ölkəni tərk etməyə məcbur oldular. Lakin 

2011-ci ildə başlayan “ərəb baharı” inqilabından istifadə edən hərəkat rəhbərləri hakimiyyətə 

gəlmək üçün fəaliyyətə başladılar. 2011-ci ilin aprel ayında hərəkat özünün Azadlıq və ədalət 

partiyasını yaratdığını elan etdi. İyun ayında hakim qüvvələr partiyanı rəsmi olaraq tanıdılar 

ki, bu da hərəkata qoyulan qadağanın aradan qalxması demək idi. 

Misir hüdudlarından kənarda “Müsəlman qardaşları”nın fəaliyyəti hələ 1930-cu illərdə 

başlamışdı. Bu proses nəticəsində C.Ə.Nasirin hakimiyyəti dövründə kütləvi təqiblərdən yaxa 

qurtarmaq məqsədilə digər  ərəb ölkələrinə miqrasiya edən hərəkat üzvləri burada öz 

ideyalarını yaymağa başladı. Hərəkatın ilk qolu Suriyada yarandı. İordaniyada hərəkat leqal 

partiya kimi təsdiqləndi və ölkənin siyasi həyatında mühüm rol oynayır. “Müsəlman qardaş-

ları” Sudanda nəzərə çarpan nüfuz əldə etdilər. Həmçinin Yaxın Şərq və Şimali Afrikanın di-

gər ölkələrində də hərəkat siyasi həyata təsir etmişdir. 80-ci illərdə Əfqanıstanda sovet qoşun-

ları ilə müharibəyə  hərəkat çoxsaylı qüvvələr göndərmişdir. Bundan başqa, 1960-cı illərdən 

sonra hərəkatın ABŞ-da da qolları yaranmağa başladı. 

 

 

XƏZƏRİN HÜQUQİ STATUSUNA DAİR DANIŞIQLAR VƏ BU 



PROSESİN HÖVZƏDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ 

 

Pərvanə İSLAMOVA 

Azərbaycan Elmlər Akademiyası 

İ

nsanHüquqlarıvə Konfliktologiyaİnstitutu 



Perish8888@mail.ru 

AZƏRBAYCAN 



 

Xəzərin hüquqi statusu məsələsi tarixi prosesdir. Bu proses 1991-ci ildə SSRİ-nin da-

ğılması və Xəzər hövzəsi regionunda müstəqil dövlətlərin yaranması ilə başlamışdır. Bu tarixə 

kimi Xəzər dənizinin hüquqi məsələləri Rusiya və  İran arasında imzalanmış müqavilələrlə 

tənzimlənirdi. Dəniz Rusiya və İranın dənizi kimi tanınırdı. Lakin 1991-ci ildən etibarən beş 

müstəqil dövlət Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və  İran Xəzərin hüquqi 

məsələlərini nizama salmaq, statusu müəyyənləşdirmək üçün danışıqlara başladılar. 

Xəzərin hüquqi statusunun müəyyən edilməsi dünya dəniz hüququnda ən çətin məsə-

lələrdən biridir. Bu məsələ 1992-ci ildən indiyə kimi sahilyanı dövlətlərin ikitərəfli və çoxtə-

rəfli görüşlərində dəfələrlə müzakirə obyekti olsa da, Xəzərin dəniz ya da göl olması haqqında 

konsensusa gəlmək mümkün olmamışdır. Bu da özlüyündə Xəzərin hüquqi statusuna dair qəti 

qərarın qəbul edilməsinə mane olur. 

Ümumiyyətlə, Xəzərin hüquqi statusu məsələsinin həllinə yönəlmiş danışıqlar prosesini 

qısaca olaraq aşağıdakı mərhələlərə bölmək olar: 

I mərhələ (1991-1994-cü illər) 

II mərhələ (1995-1999-cu illər) 

III mərhələ (2000-ci ildən başlayaraq hal-hazırda da davam edir.) 

Birinci mərhələnin 1991-ci ildən hesablanması Sovetlər birliyinin dağılması, Xəzər 

ətrafında beş müstəqil dövlətin yaranması ilə əlaqədardır. Məhz Sovet ittifaqının dağılmasın-

dan sonra indiyə kimi SSRİ ilə  İran arasında Xəzərə aid müqavilələr qüvvədən düşür və 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə