Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə348/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   344   345   346   347   348   349   350   351   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1473



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

iştirak etmiş Kitabxana Azərbaycanın tarixinə, elminə, iqtisadiyyatına, mədəniyyətinə, Ermə-

nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və s. aid Azərbaycan və xarici dillərdə ədə-

biyyatı dünyaya nümayiş etdirib. 

 

 

OSMANLI DÖVLƏTİNİN ŞAHNAMƏÇİ ŞAİRİ ƏFLATUN ŞİRVANİ 

 

Bilal DƏDƏYEV  

Qafqaz Universiteti 



bdedeyev@qu.edu.az 

AZƏRBAYCAN

 

 

Osmanlı dövlətində "şahnamə" yazma ənənəsi Azərbaycan və İran mədəniyyətinin təsiri 



ilə XV əsrdən etibarən ortaya çıxmağa başlamışdır. Osmanlı dövlətində ilk şahnamə 

nümünələri Fateh Sultan II Mehmed (1451-1481) dövrünə  təsadüf edir. Bunlar Keşifinin 

qələmə aldığı "Qəzanamə-i Rum" və  Məalinin "Hünkarnamə"  əsərləridir.  Şahnaməçilik işi 

Sultan II Bəyazid (1481-1512) zamanında da şair  Şahnaməçi Firdövsi tərəfindən davam 

etdirilmişdir. Bütün bunlara baxmayaraq, Osmanlı tarixində  rəsmi və planlı bir şəkildə ilk 

"şahnaməçi" vəzifəsi Qanuni Sultan Süleyman (1520-1566) dövründə  təsis edilmişdir. 

Şahnaməçilərin gördüyü iş isə, Osmanlı xanədanının  şərəfli tarixini şeir diliylə yazdıqdan 

sonra, bu əsərləri cildlənmiş bəzəkli kitablar şəklinə gətirməkdən ibarət olmuşdur. Ümumiy-

yətlə, Osmanlı dövlətinin tarixində XVI əsrin ortalarından başlayaraq XVII əsrin əvvəllərinə-

dək bu vəzifəyə beş  şahnaməçi təyin edilmişdir. Bu şahnaməçilərdən ilk üçü azərbaycanlı 

alim-şairlər olan Fətulla Arifi Çələbi (v. 1562), Əflatun Şirvani (v. 1569) və Seyyid Loğman 

bin Hüseyn Urməvi (v.1601?) olmuşdur.  

 Osmanlı dövlətinin ilk rəsmi  şahnaməçisi olan Fətulla Arifi Çələbidən sonra onun 

yerinə keçən və Osmanlı dövlətində bu vəzifəni rəsmi  şəkildə icra edən ikinci şahnaməçi 

Əflatun Şirvanidir. Əflatun Şirvani haqqında indiyə qədər heç bir ciddi araşdırma aparılma-

mışdır. Sadəcə  bəzi məqalələrdə onunla bağlı müəyyən məlumata rast gəlmək mümkündür. 

Ümumiyyətlə Əflatun Şirvani haqqında orta əsr mənbələrində də geniş məlumat verilmir. Hə-

ləlik XVI əsr  şair-alimi təzkirəçi  Əhdi Bağdadinin (v. 1593) "Gülşəni  Şüəra" adlı  əsərində 

onunla bağlı verilmiş məlumatdan savayı əlimizdə digər məlumatlar yoxdur.  

  Əslən Şirvanlı olan Əflatun, Şirvanşahlar dövlətinin 1538-ci ildə Azərbaycan Səfəvilər 

dövlətinə birləşdirilməsindən sonra Şirvan bəylərbəyi təyin olunan Əlqas Mirzənin katibi və 

Şirvan diyarının tanınmış  şairlərindən biri olmuşdur. 1546-cı ildə qardaşı  Şah Təhmasibə 

(1524-1576) qarşı üsyan qaldıran və 1547-ci ildə  Şimali Qafqaz və Krım yoluyla Osmanlı 

dövlətinə  sığınan  Əlqas Mirzənin yanında  Əflatun  Şirvani də  İstanbula sığınmışdır. 1548-ci 

ildə  Əlqas Mirzənin Sultan Süleymanın yanında Azərbaycan yürüşündə  iştirak etməsi və 

1549-cu ildəki faciəli aqibətindən sonra, Əflatun Şirvaninin İstanbulda qalıb, burda fəaliyyət 

göstərdiyini görürük. Özündən əvvəl fəaliyyət göstərən Fətulla Arifi Çələbinin şahnaməçilik 

dövründə Əflatun Şirvani onunla mübahisə və mücadilə etməyə başalayır. Hətta onun bir neçə 

beytində  səhvlər tutaraq bu məsələni Sultan Süleymana şikayət edir. Sultan onu cəzalandır-

maq istəsə də, sonra bu fikrindən daşınır. Nəticədə Fətulla Arifi Çələbidən sonra, şahnaməçi-

lik işini onun özünə tapşırır. XVI əsr təzkirəçisi Aşiq Çələbi (v. 1572) "Məşairüş-Şüəra" əsə-

rində Fətulla Arifi Çələbidən bəhs edərkən yuxarıdakı şikayət məsələsinə də toxunur. Əflatun 

Şirvaninin adını çəkməsə də, bu dövrdə Osmanlı dövlətinin baş rəssamı (nəqqaşbaşı) və əslən 

azərbaycanlı olan Şahqulunu tənqid edərək, "...on bin, ya iyirmi bin beyt... kayrı makbul olsa, 

yine kırk bin iyi beyt baki kalur" deməklə Fətulla Arifi Çələbinin tərəfini saxlayır. 

Əflatun Şirvaninin şahnaməçiliynə gəlincə, Əhdi Bağdadi bunun Fətulla Arifi Çələbinin 

ölümündən sonra gerçəkləşdiyini yazır. Nəzərə alsaq ki, Fətulla Arifi Çələbi 1559-cu ildə şah-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1474



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

naməçi vəzifəsindən çıxarıldıqdan sonra Misirə getmiş  və üç il sonra orada vəfat etmişdir. 

Buna görə də, ikinci şahnaməçi olan Əflatun Şirvaninin, məhz bu vəzifəyə 1559-cu ildən son-

ra təyin olunduğunu qəbul etmək olar.  

Çox gözəl  şair olduğu bildirilən  Əflatun  Şirvani eyni zamanda nəstəliq xəttində yaza 

bilən tanınmış xəttat olmuşdur. Farsca qələmə aldığı şeirlərdə "Əsiri", türkcə yazdığı şeirlərdə 

isə "Xəzani" təxəllüsünü istifadə edirmiş, lakin daha çox Əflatun kimi tanındığından, sonr-

adan "Əflatun" ləqəbində yazmağa başlamışdır. Ona Osmanlı şanlı tarixinin nəzmə alınması 

haqqında "fərman-ı hümayun" verilsə də, əfsuslar olsun ki, onun adı ilə bağlı heç bir şahnamə 

əsəri əlimizdə yoxdur. Sadəcə, Əhdi Bağdadi öz əsərində onun bir neçə farsca və türkcə bey-

tini vermişdir. Aşağıdaki beyt onlardan biridir: 

Bu fena deyrində çün hərf-i vəfa əfsanədür, 

Aləmə aldanma kim dünya açılmış xanədür. 

Onu da qeyd etmək lazımdır ki, Əflatun  Şirvani haqqında məlum olan bu məlumatlar 

bilavasitə 1563-cü ilə  qədər olandır. Çünki, Əhdi Bağdadi "Gülşən-i  şüəra"  əsərinin ilk va-

riantını 1563-cü ildə hazırlamışdır. Doğrudur, o bundan sonra 30 il daha yaşayıb və ilk tərtib 

etdiyi bu əsərinə 1592-ci ildə bəzi şairləri də əlavə etmişdir. Lakin, Əflatun Şirvani haqqında 

sadəcə bu qədər məlumat verə bilmişdir. 1569-cu ildə başqa bir azərbaycanlı şair-alim olan 

Seyyid Loğmanın  şahnaməçi vəzifəsinə  təyin olunması göstərir ki, Əflatun  Şirvani həmin 

vəzifədən uzaqlaşdırılmış və ya həmin tarixdə o, vəfat etmişdir. 

  Nəticə etibarilə, Azərbaycandan Osmanlı dövlətinə yerləşən "şahnamə yazma" mədəni 

irsi davam etdirilərək Qanuni Sultan Süleyman dövründə daimi "şahnaməçi" vəzifəsinin təsis 

edilməsi və ardından da "şahnaməçilər" müəsisəsinin qurulmasına səbəb olmuşdur. Bu mü-

əsisənin fəaliyyətində  əsas rol oynayanlar yenə  də azərbaycanlı  şair və alım-sənətkarlar idi. 

Osmanlı tarixində  təxminən 1551-ci ildən 1611-ci ilə  qədər rəsmi olaraq bu vəzifəyə beş 

şahnaməçi təyin edilmiş və bunlardan biri də Osmanlı mədəniyyətinin inkişafında 10 il xid-

mət göstərən Əflatun Şirvani olmuşdur. 

 

 



ТОРГОВЫЕ СВЯЗИ ГОРОДОВ МУГАНИ 

 

Рамиль РУСТАМОВ 

Института Археологии и Этнографии НАНА 



rustemovramil@mail.ru 

AZƏRBAYCAN 

 

В  развитии  экономики  Азербайджана  и  торговых  связях  с  соседними  странами 



большую роль сыграли города Мугани. В III веке, завоевав власть в Иране Сасаниды, 

как и их предшественники, Парфянские правители, старались удержать в своих руках 

контроль над Великим Шёлковым Пути. А во время арабского правления в Азербайд-

жане, находившиеся на Шёлковом пути - Шеки, Барда, Дербент, Чола, Бейлакан счита-

лись  городами  международного  значения.  Среди  этих  городов  наиболее  отличался 

Бейлакан.  Одним  словом,  после  образования  Шелкового  Пути,  Азербайджан  превра-

тился  в  непосредственного  участника  процессов  на  этом  торговом  пути.  В  раннем 

средневековье  веков  такие  города  Мугани, как  Хамшара,  Варсан,  Бачираван  и  Балхаб 

играли важную роль в развитии торговли.  

В IV-VIII веках  виды  городских  ремёсел,  можно  сказать,  полностью  носили  ха-

рактер  товарного  производства.  Ремесленники  обеспечивали  население  готовыми  ме-

таллическими изделиями, керамическими предметами, строительными и хозяйственны-

ми материалами, кожно-обувными изделиями, домашней утварью и др. предметами. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə