Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə361/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   356   357   358   359   360   361   362   363   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1500


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

hüquqlarının müdafiə olunması gənclərin təmsil etdikləri dövlətlərin intellektual potensialının 

qorunmasına mühüm təsir göstərməkdədir.        

XXI  əsr elmi-texniki tərəqqi  əsridir. Yşadığımız  əsrdə qlobal proseslərin baş verməsi 

fonunda elmi-texniki tərəqqinin inkişafı  və genişlənməsi ilə müşahidə olunmaqdadır. Bu 

səbəbdən elmin müxtəlif sahələrində fəaliyyət göstərən gənclərin, gənc alimlərin hüquqlarının 

müdafiə olunması və dövlətin bu məsələyə diqqət yetirməsi gələcək nəsillərin sağlam yetiş-

məsinə, təhsilin müasir və daha səmərəli olması üçün mütərəqqi fikirli gənc alim intellektual 

potensialının formalaşmasına dəstək verməkdədir. Hər  şeydən  əvvəl gənc alim ona məxsus 

təbii hüquqlarını bilməli, əhatəsində olan insanlarla münasibətlərində, davranış və hərəkətlə-

rində nümunə  təşkil edə biləcək  şəkildə özünü ifadə etməyi bacarmalıdır. Bununla yanaşı 

gənc alim yaşadığı dövlətin qanunvericiliyində nəzərdə tutulmuş hüquqları, yəni dövlət tərə-

findən müəyyən edilmiş hüquqlarını öyrənməli, özünün ictimai-siyasi və sosial-mədəni haqla-

rını qorumaqla, qanunla nəzərdə tutulmuş qaydada hüquqlarını müdafiə etməyi bacarmalıdır.       

Bu gün Azərbaycan Respublikasında həyata keçirilən uğurlu gənclər siyasəti, təhsil və 

elmdə fərqlənən gənclərin irəli çəkilməsi dövlət siyasətində prioritet istiqamətlərdəndir. Müa-

sir elmdə prioritet istiqamətlərin müəyyən olunması dövlətlərin sosial-iqtisad, siyasi və  mə-

dəni inkişafında özünü göstərməkdədir. Bu səbəbdən qeyd etmək lazımdır ki, gənc nəslin 

yüksək təhsil və elmə cəlb olunması müasir elmdə yeni çağırışlara dəstək vermiş olur. Belə 

olduğu halda gənclər siyasəti çərçivəsində  gənc alimin hüquqlarının müdafiəsi kimi məsə-

lələrə diqqət yetirilməsi vacib amillərdəndir. 

Yaşadığımız müasir dövrdə təhsil, elm və bu sahədə gənclər siyasətinin inkişaf etdiril-

məsi demokratik dövlətlərdə insan hüquqlarına verilən qiymətin bir təzahürüdür. Bu bir 

həqiqətdir ki, Azərbaycan irihəcmli iqtisadi layihələrin həyata keçirilməsi sahəsində  Cənubi 

Qafqazda lider dövlət olduğu kimi bu ölkədə insan hüquqları sahəsində dövlətin həyata 

keçirdiyi daxili və xarici siyasət də  uğurla inkişaf etməkdədir.  İnsanlar doğulduqları andan 

təbii hüquqlara malik olurlar, daha sonrakı  mərhələlərdə  təhsil, iş  və ailə  həyatında konsti-

tusion hüquqlardan istifadə edərək həyat şəraitini yaxşılaşdırmağa səy göstərirlər. Bu baxım-

dan müasir Azərbaycan Respublikasında insan hüquqlarına dair vəziyyətə baxdıqda həyatın 

bir çox sahələrində olduğu kimi təhsil və elm sahələrində də irəliləyişlərin əldə olunduğuna 

şahid oluruq. Ölkədə həyata keçirilən elm və təhsil siyasətinin mərkəzində Azərbaycan gənci 

dayanır. Bu səbəbdən elm və təhsil sahələrində gənclərə dəstək verən hökumət onların cəmiy-

yətə inteqrasiyasında yaxından iştirak edir və intellekti ilə seçilən kreativ gəncliyin formalaş-

ması baş verir.     

Son on bir il ərzində Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, intel-

lektual kapitala olan marağı daha da artırmışdır. Bununla yanaşı durmadan yüksələn və yeni 

çağrışlarla dünyaya açılan Azərbaycan elmində yüksək səviyyəli kadr hazırlığı kimi məsələ-

lər aktual olaraq qalmaqdadır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin anadan olma-

sının 92-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransının 

Qafqaz Universiteti kimi qabaqcıl təhsil ocağında yüksək səviyyədə baş tutması onun beynəl-

xalq, elmi və ictimai əhəmiyyətini göstərməkdədir. Elmi konfransın müsbət nəticələri isə Azər-

baycanda yetişən gənc alimlərin potensialının artırılmasına diqqəti daha da artırmış olacaqdır.  

Respublikada elmi kadr hazırlığında Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi 

çəkisi var. Bu elm ocağı dünya şöhrətli alimlər yetişdirmişdir. Akademiyada texnika, təbiət, 

ictimai və humanitar sahələrdə geniş tədqiqatlar aparılır. Qeyd etmək lazımdır ki, AMEA-da 

humanitar və ictimai elmlər sahəsində uğurlu tədqiqatlar aparılır. Bu elmi-tədqiqat işləri sıra-

sında insan hüquq və azadlıqlarının müasir mərhələsi ilə bağlı araşdırmalar ölkənin daxili 

siyasətində olduğu kimi dövlətlərarası münasibətlərdə və beynəlxalq münasibətlərdə də mü-

hüm əhəmiyyətə malikdir. İnsan hüquqlarının qorunması kimi mühüm sahəyə hüquqi, elmi və 

siyasi yanaşma Azərbaycanda bu sahəyə olan marağın yüksəlməsi ilə izah olunur. Belə oldu-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1501


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ğu təqdirdə Azərbaycan elmində innovativ irəliləyişlər və insan hüquqları müstəsna əhəmiy-

yəti ilə seçilir. Yaşadığımız müasir cəmiyyətdə insan hüquqlarını narahat edən elmi istiqamət-

lərdən biri gənc alimlərin maraq göstərdiyi bioetik hüquqların qorunması ilə bağlıdır ki, bu 

sahəyə maraq Qərb və Avropa dövlətlərində genişlənməkdədir. İnsanların tibbi hüquqlarını və 

nə ilə qidalandıqlarını bilmək hüququ vardır. Son illər dünyada ərzaq təhlükəsizliyi sahəsində 

durğunluq müşahidə olunmaqdadır. Bu, hər  şeydən  əvvəl insanın geni dəyişdirilmiş  ərzaq 

məhsullarını istifadə etməsi ilə bilavasitə bağlıdır. Sağlam həyat zehni əməyin əsas funksiya-

sıdır. Bu baxımdan bəşəriyyəti narahat edən geni dəyişdirilmiş, modifikasiya olunmuş məh-

sulların istifadəsinə qarşı mübarizədə insan hüquqlarının elmi istiqamət kimi inkişafının 

əhəmiyyəti açıq şəkildə görünməkdədir. Gənc alimlərin elmi-tədqiqat işləri ilə bağlı son illər 

belə aktual sahələrə meyl etməsi Azərbaycanda kreativ gənc alimlərin yetişməsinə müsbət 

təsir göstərməkdədir.       

2015-ci ildə AMEA-nın 70 illik yubileyi böyük təntənə ilə qeyd edilir və ötən yetmiş 

ildə AMEA ölkədə milli elmin formalaşmasında yaxından iştirak etmişdir. Hazırda AMEA-da 

həyata keçirilən uğurlu islahatlar kadr potensialının yüksəlməsinə xidmət etməkdədir. Həyata 

keçirilən kadr islahatlarından gənc alimlərimiz də  nəsibini almaqda, gənc alimlərin sosial 

problemlərinin həllinə diqqət artmaqdadır. Elmin genişlənməsinə dövlət səviyyəsində dəstək 

əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən 

siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma proseslərinin bütün dünyanı 

əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir 

dövrdə müstəqil Azərbaycan Respublikasının inkişafı məhz elmin yüksək inkişaf səviyyəsin-

dən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası xalqı-

mızın milli-mənəvi və elmi intibahında misilsiz rol oynamaqda davam edir. Böyük tarixə 

malik olan Azərbaycanın elmi ənənələri son yarım əsrlik dövrdə sistemli xarakter almış, dün-

yada tanınmış elmi məktəblər və istiqamətlər formalaşmışdır.  Əslində Akademiya müasir 

Azərbaycan elminin təşəkkül və inkişaf yolunun parlaq göstəricisidir. Onun özünəməxsus 

dəst-xətti və  mənəvi-əxlaqi dəyərləri yaranmışdır. Bu dəyərlər xalqımız tərəfindən xüsusi 

rəğbətlə qarşılanır və yetişməkdə olan gənc alimlərə ötürülür. 

Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqi-

qatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr 

potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inki-

şafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məka-

nına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə Azərbaycan Respublika-

sının Prezidenti «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli 

Strategiya» və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli 

Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 4 мау 

2009-cu il tarixli 255 nömrəli Sərəncam imzalayıb. Azərbaycan Respublikasında 2009-2015-

ci illərdə elmin inkişafı üzrə Milli Strategiya elmi tədqiqatların prioritetlərinin dünya elminin 

inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəy-

yənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahə-

sində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssi-

sələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yük-

səkixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin 

edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yax-

şılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilmə-

sinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texno-

logiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiri-

ləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Strategiyanın müddəalarına 

uyğun tədbirlər “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli 

Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”na əsasən həyata keçirilməkdədir. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə