Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə126/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   122   123   124   125   126   127   128   129   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1021



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Qanımız axmasa cəbhə boyu qızıl-qırmızı, 

Güldürə bilməyəcəyik başı ata sığalı görməyən 

 

  o 

oğlanı, o qızı… 

(1965) 

Şairə arzuların, xəyalların yerinə yetirilməsi üçün tozlu, torpaqlı, azadlıq soraqlı səngə-

rin gözlədiyini söyləyir.  Əhdin qanla doğrultmağın tərəfindədir. Balasını ümidlə ovunduran 

və dünyasını dəyişən anaların qəbri üstünə açıq alınla getməyin tərəfindədir. O, vətən, el üçün 

sözlə, gözlə  ağlamaq yox, fədai vüqarı, döyüş, ümid və arzuları yerinə yetirən düzgün yol 

istəyir. Fədailərin ölümünü cismən hesab edir. Onun fikrincə, fədai qəbirləri dağlara qonaqdır, 

torpaq qanlı kitaba dönüb, fədailər isə onun tərcümanına. Xalqının mərd və mübariz fədaisi 

mənən lap yüksəkdə durub. Şairə  vətəndən uzaqda olsa da, onların səsini duyur, özlərini 

görür. Əməlləri başlarının üstündə nura çevrilən fədailərin xatirəsi şairənin varlığına çöküb. 

Onların haqq, ədalət, istiqlal, azadlıq söyləyən səsini eşidir. 



Səni hər daş dalında 

Duran oğul eşidir, 

Səni haq savaşına 

Aparan yol eşidir, 

Eşidir vətən səni 

Eşidir torpaq səni. 

(1964) 

Vətənin oğul və qızları fədai analarının göz yaşlarını, körpələrinin həsrətli baxışlarını, 

şəhid olmuş dostlarının qanlı tüfəngini göz və beyin yaddaşına köçürməli, haqq savaşına 

aparan yolları tanımalıdır. Torpaqdakı qanlar silinmədikcə vətən, torpaq övladlarına halallıq 

verməz. Vətənini xilas edəcək igidlərə  əvvəlcədən  şeir çələngi həsr edən M.Gülgün onları 

«xilaskarım» adlandırır və azad olmuş yurdunun sinəsinə baş qoyub «dincəlmək istəyirəm» 

deyir. Şairəyə hərbin ağır məşəqqəti çox tanışdır. Zəhərli hərbi sınaqlar insanları şikəst edir, 

onların gülüşünü əlindən alır, saysız-hesabsız fidanı torpaqdan qoparır. Kiminin qolu, kiminin 

ayağı yox olur. Zülmət dolu həyat davam edir. Təqvim, saat unudulur, həyat, sevgi unudulur. 

Qələbə sevinci bu nizamsızlığı qaydaya sala bilər. Şairənin gözü də, qulağı da səsdədir. Qəmi 

unudub sevinci yaşamaq istəyir. Yazıçı E.Əfəndiyev yazır: «Mədinə Gülgünün şeirlərində 

bədii ümumiləşdirmə gücü şəxsi hiss-həyəcanlara ümumxalq mahiyyəti verə bilir…»   

Şairə inanır ki, fədailərin döyüşmək haqqı əlindən alınmasaydı, azadlıq uğrunda gözünü 

qırpmadan oddan, alovdan keçərdi. Ümid və arzu onun üçün ən güclü dəstəkdir. Onun yox 

olması  gələcəyə inamın, yaşamaq arzusunun yox olması deməkdir.  Şairə yazır: «Təki mən 

yaralanım, torpaq yaralanmaya.” Bu, onun ən ülvi arzusudur. Vətən sevgisi onun şəxsi 

arzularının üstündədir.  İnsan ömrünün yarıda sönməsi, silahla bir-birini qırması M.Gülgünə 

ağır dərddir. Bir inqilabçı  və  fədai olmasına baxmayaraq, Vətəninə, dünyaya sülh, əmin-

amanlıq arzulayır. Ümid dolu, arzu dolu nəğmələri sevir. «Dünyamızın sabahı» şeirində «şər 

qüvvələrin kökünün kəsiləcəyi gün yaxındadır» deyən şairə hər çətinliyin nağıla çevrildiyi bir 

gələcəyə inanır. O gələcəkdə insan cildli qurd, dağılan oba, ata, ana möhnəti, qadın həsrəti, 

qan rəngli gecələr olmayacaq. İnsanlar bu olmuş nağılları heyrətlə bir-birinə danışacaq. 

Şairənin fədai dostlarının  şəninə qoşduğu nəğmələr qəmli musiqilərə  mətn olacaq. Keçmiş 

fədai gələcəyin qurucusuna çevriləcək. Dünyamız nurlu sabaha doğru getdikcə şər qüvvələrin 

kökü kəsiləcək. 

Yer üzündə insan qalacaq, - 

Qurub, yaradan insan. 

İnsanı sevirəm… 

Səngərlərdə yox 

hünər meydanında yaşayacaq,  

qalacaq 

Torpağın qızı, oğlu…  (1977) 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1022



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

M.Gülgünün qəmli, kədərli yaddaşı da, gələcəyə ümidlə dolu arzuları, xəyalları da, 

qəlbində olan güclü insan və torpaq sevgisi də qibtə olunmalıdır. Bəzən qəhqəhəsi də göyləri 

güldürən, bəzən yaz yağışı yağdıran, bəzən də odlu göz yaşını gizləmək üçün könül dünyasına 

çəkilən Mədinəmiz bizim üçün çox əzizdir. Gah düşmənlə səngərdə döyüşən, gah çiçəklərlə, 

quşlarla söhbət edən, gah ana kimi öyüd verən, gah «dünya insanı» kimi beynəlxalq aləmə 

səslənən şairə fədakar, qəhrəman azəri qızıdır. Həm Bakının, həm Təbrizin namuslu övladıdır.  

 

 

NAMİQ KAMALIN “CƏZMİ” ROMANINDA BAŞ QƏHRƏMANIN 

TİMSALINDA MİLLİYƏTÇİLİK VƏ VƏTƏNPƏRVƏRLİYİN TƏBLİĞİ 

 

Könül QULİYEVA 

Kafkas Universiteti, Türkiyə, Qars 



quliyevakonul@yandex.ru

 

AZƏRBAYCAN 

 

Türk ədəbiyyatında romantik cərəyanın nümayəndəsi kimi tanınan Namiq Kamalın os-



mançılıq, islamçılıq və türkçülük idealarına sadiq qalan əsərlərindən biri də “Cəzmi” roma-

nıdır.  “Cəzmi” yazarın milliyətçilik ve türkçülük ideologiyasını yaratma ve yaşatma istəyinin 

təzahürüdür. Daha çox “Vətən, yaxud Silistrə” əsəri ilə  şöhrət qazanmış yazar qəhrəmanlığın 

təsvir və tərənnümünün kütlə üzərindəki müsbət təsirindən ilham alaraq “İntibah”, “Cəlaləddin 

Xarəzm şah” və “Cəzmi” romanında da eyni üslubdan yararlanmışdır. 

“Cəzmi” romanı tarixi hadisələr əsas alınaraq XVI əsr Osmanlı-İran savaşlarından bəhs 

edən, yarımçıq qalmış bir əsərdir. Romanın ilk səhifələrində XVI əsrin ümumi siyasi mən-

zərəsi verilir, İranda hakimiyyətdə olan Səfəvilər sülaləsi, Krımda hakimyyətdə olan Adil Giray 

və Qazi Giray qardaşları haqqında məlumatdan sonra yazarın romana adını verdiyi Cəzminin 

kimliyindən bəhs edilir. Cəzmi uşaq yaşlarından anasını itirən, ana şəfqətini atasından alan, 

incə duyğularla bərabər cəngavərlik, igidlik, mərdlik kimi müsbət keyfiyyətlərə yiyələnərək 

böyüdülən, ən əsası, vətənini sevən, onun uğrunda savaşmağı, şəhid olmağı xoşbəxtlik sayan 

bir qəhrəman obrazıdır. Milliyətçilk  düşüncəsi Cəzminin kiçik yaşlarından tərbiyəsi ile başla-

yır. Əmisinin ona dediyi “asker olmanın birinci şartı cesaretli olmak ve ölürken bile olsa gü-



lümsemektir.” “Asker göz yaşını şehit düştüğü zaman bedenini süsleyen, ya da düşmanını öl-

dürdüğü zaman kılıncından o düşmanın üzerine dökülen kan damlalarında görür. Gerçekten 

asker olan kişi kabrinin en koyu köşesinden bile cennete bir kapı bulur” kimi ifadələr hər 

zaman qulaqlarında sırğa kimi qalan Cəzmi savaşa atılmaq, gücünü düşmənə göstərmək, son 

damla qanına qədər vuruşmaq  əzmindədir. Yazar təsadüfən yarışa qatılan və  cəzurluğunu 

nümayiş etdirən, bununla da, saraya yol tapan Cəzminin savaş arzusunu onun öz sözləri ilə 

oxuyucuya çatdırır: “Devlete olan bu borcumu düşmanlarımızın kanıyla ödemek istiyorum.” 

Yaratdığı obrazı sevən yazar bəzən Cəzmini qeyri-adi gücləri olan mifik qəhrəmanlara 

bənzədir: “Cezmi  elindeki cesaret kılıcı bulutdakı yıldırımlar gibi düşman topluluklarının her 

birine çarptıkca şimşekler çaktırıyordu.”   

Yolundan dönməmək, çətinliklə olsa belə qələbə çalacağına inanmaq Cəzminin xarakte-

rindəki əsas xüsusiyyətlərdir. Bundan başqa, onun yeri gələndə mərhəmətli olması, savaş za-

manı qaçıb canını qurtarmaq istəyən düşmən əsgərinə yardım etmək istəməsi, lazım gəldikdə 

özünü başqası üçün təhlükəyə atması baş qəhrəmanı oxucuya sevdirən cəhətlərdəndir. Bu mə-

qamda N. Kamal İran əsgərinin həyatını qurtaran Cəzmi haqqında yazır: “O gün vicdanının 



derinliklerinde beliren bir tuaf değişiklikle bir can kurtarmayı, bir düşman ordusunu mahv 

etmekten daha büyük bir erdem saydı” 

Bəzən isə Cəzmi gözünü intiqam və qəzəb hissi bürümüş, bir obraz kimi meydana çıxır. 

Qolundan yaralanan Cəzmi iranlı əsgəri təqib edərək öldürmək istəyir, lakin altındakı Çahbə-



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə