Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
  1   2   3   4   5   6   7   8   9   ...   40


 
1
 
FƏXRƏDDİN  ZİYA 
 
 
 
 
Dünyasını vaxtsız dəyişmiş 
dost-doğmalarımın əziz xatirəsinə – 
ruh aləminin insanlarına ithaf edirəm. 
Cənnətməkan olsunlar. 
 
 
 
Bu da 
bir istəkdi 
 
 
 
NURLAR 
 
BAKI – 2008 


 
2
 
 
 
Naşir: Hacı İsmail 
 
 
Redaktor: Tofiq 
Nurəli 
 
 
Rəssam: 
Ədalət 
 
 
 
 
FƏXRƏDDİN ZİYA
 
(Əliyev Fəxrəddin Mansur oğlu). Bu da bir istəkdi. 
 
Бакы, «НURLAR»  Няшриййат-Полиграфийа  Мяркязи, 2008, 
208 сящ. 
 
 
“Bu da bir istəkdi” şeirlər toplusu mövzu dairəsi yetərincə 
geniş olan Fəxrəddin Ziyanın sayca altıncı kitabıdır. 
Şeirlərindəki məna dəqiqliyi, deyim sərrastlığı  və fikir ay-
dınlığı toxunulan mövzuların marağını artırır,  şairin oxucu 
əhatəsini daha da böyüdür. 
F.Ziya ilk öncə vətəndaş şairidir, namuslu sözün övladıdır, 
xalqın ağrı-acısını yazır, düşündürən poeziya yaradır. 
Müəllifin xarakterindəki ciddiliyi, həzinliyi və lirik ovqatı ya-
radıcılığına bariz formada hopmuş, klassik, şərq poeziyamı-
za bağlılığı  və  İlahi Qüdrətə sevgisi müdrik yaş zirvəsindən 
kifayət qədər dolğun, səmimi və poetik deyimlə ifadə olun-
muşdur. 
Şairin görüşünə gələn, hər bir oxucunu əmin etmək istər-
dik ki, onlar bu kitabda öz könül pıçıltılarını eşidəcəklər. 
 
 
İSBN: 9952 - 429 - 97 - 6 
 
©  «NURLAR», 2008 


 
3
 
 
 
 


 
4
 
 
 
 
 
 
 
Cavanlıq duyğumdu, gənclik sevgimdi 
çılğın hisslərimlə bu dolu şeirim. 
Açmasan misramın fikir yükünü, 
anlatmaz sirrini bu ulu şeirim. 
Nə qədər ustadlar yetirər hələ, 
azman insanların söz yolu şeirim. 
Mən yaşa dolduqca o cilalanır, 
düzülür incitək, ləl olur şeirim. 
Əvvəl ürəyimdən qopub gəlirdi
indi idrakımın məhsulu şeirim.


 
5
 
 
NAMUSLU SÖZÜN ÖVLADI 
 
Təvazökarlıq yüksək insani keyfiyyətlərdən sayılsa da, o, 
bəzən istedadlı  şairin tanınmasında və illah da ki, təbliğində 
əngələ çevrilir. 
Mən bir neçə  şeir kitabının müəllifi, istedadlı  şair Fəxrəd-
din Ziyanın hələlik son çap məhsulu olan “Mənim şair anam” 
adlı şeirlər toplusunu oxuyandan sonra bu qənaətə gəldim. 
Etiraf olunmalıdır ki, poeziya tənqidi, hazırda şeir nümunə-
lərini təhlil və tənqiddən çox təriflə məşğul olur, nəticədə iste-
dadla qrafoman arasında sərhədlər götürülür, hətta iş o yerə 
gəlib çatır ki, qrafoman efiri “zəbt” edir, tanınmış müğənnilər 
belələrinin sözlərinə yazılmış bəsit musiqi nömrələri ilə dinlə-
yicilərin estetik zövqünü korlayırlar. 
Hesab edirəm ki, poeziya təsərrüfatında olduğu kimi tən-
qiddə  də  səliqə-səhman yaradılmalı, “yağla  şorun” qiyməti 
dəqiq müəyyənləşdirilməlidir.Əks halda, söz boğanağında əsl 
şeirin nəfəsi tıncıxacaq, işığı öləziyəcək. 
“Mənim  şair anam” kitabında  ənənəvi mövzular yer alsa 
da, F.Ziya hər bir mövzuya məxsusi münasibətilə diqqəti özü-
nə  cəlb edə bilir. Məsələn, onun bayatı janrında qələmə 
aldığı  aşağıdakı misralar yeni mənəvi-ekoloji mühitin ab-
havası ilə nəfəs alır, dərin lirizmi ilə dərhal oxucu ürəyini qa-
nadlandırır,bir qəlbin müsibəti haqqında bizdə emosinal 
təəssürat yaradır; 
 
Qara il yaman gəldi
vermədi aman gəldi. 
Söndü ümid çırağım, 
nə ağır zaman gəldi? 
 
Bu isə milli müsibətin fərdi ağrıya çevrilmiş ifadəsidir: 


 
6
Dağlar, daşlar qan ağlar, 
üfüq yanar, dan ağlar. 
Qarabağın dərdinə, 
gör, neçə ünvan ağlar. 
 
İ.Höte yazırdı: “Poeziya dərdin aynasıdır; hər bir əzab çə-
kən və  ağlayan insan şairdir, hər damla göz yaşı  şeirdir,hər 
bir ürək poemadır”. 
F.Ziya isə şairi, yaradıcılıq əzabını içindən keçirən, şeiri öz 
qanıyla bəsləyib ərsəyə gətirən qadınla müqayisə edir: 
 
Ürəyi dəyirman daşı kimidir, 
içində söz dəni üyütməlidir. 
Şair də hamilə qadın kimidir, 
şeirini qanıyla böyütməlidir. 
 
Şairin kitabından nümunələrini verdiyimiz aşağıdakı poetik 
parçalar da müəllifin söz üzərində keçirdiyi ağrıların, yaşan-
tıların əyani “illüstrasiyası” sayıla bilər.O, dünyasını dəyişmiş, 
doğmaların doğması olan ana haqqında belə deyir: 
 
Sən həyatın qəsdinə bax, təzadına bax, 
ayrılığın ölümü də sevdirdi bizə. 
 
Ana haqqında milli poeziyamızda şeir yazmayan şairə tə-
sadüf etmək çətindir. Şair bu çətinliyi nəzərə alıb, nəticədə öz 
sözünü deyə bilib.  
yaxud: 
  
Bir gözəl sevəndə yüz yol ölürəm, 
bir gözəl görəndə dirilirəm mən! 
 
Gözəldir, şairanədir.Sevginin iztirabları, onun ölümdən olu-
ma və olumdan ölümə keçid forması olması fikri və  əksinə


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə