Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   2   3   4   5   6   7   8   9   ...   40

 
25
ХUDAVƏNDƏ XİTAB 
 
Tanrım, niyə kin yaratdın 
iki qardaş arasında? 
Ölümü də saxlayırsan 
göz ilə qaş arasında. 
 
Sən beləmi mehribandın? 
Adəmin tövbəsin dandın. 
Övladların düşmən sandın, 
saldın savaş arasında. 
 
Tanıtmamış qışı, yazı, 
ömrə yazdın vaxtımızı. 
Sınayirsan bəxtimizi 
zamanla yaş arasında. 
 
Andıq səni ağır anda, 
əziləndə, yıxılanda. 
Kirpiklərim sıxılanda 
sellənir yaş arasında. 
 
Bütün zaman, məkan sənin
tamam yaxşı, yaman sənin. 
Şübhə sənin, güman sənin, 
ha indi çaş arasında. 
 
Gözün iti, duyğun dərin, 
nütvəmizdən var xəbərin. 
Qoyma, iki peyğəmbərin 
qalaq çaş-baş, arasında. 
 
Ey Laməkan, ey Porcalal, 
yetər göndərdiyin zaval! 
Boy atarmı körpə nihal, 
iki sal daş arasında? 
 
Xofun daim canımızda, 
məhəbbətin qanımızda. 
Mələklərin yanımızda, 
sirrimiz faş arasında. 


 
26
Dünya tamam pir olsun, qoy 
cənnət bizə yer olsun, qoy 
təriqətlər bir olsun, qoy 
quraq bardaş, arasında. 
 
Eşit məni, Pərvərdigar, 
ürəyimdə min arzum var. 
Nurun versin bizə qərar, 
sevinək, kaş arasında. 
 
Ramazan bayramı günü, 
saat 00
45
 , Yanvar, 1998. 
 
XƏBƏRİN YOX 
 
Mənə dinsiz deyən zahid, sənin dindən xəbərin yox, 
məmləkətin dinli-dinsiz sakinindən xəbərin yox. 
 
Hardan gəldi Tövrat, Zəbur, necə nazil oldu İncil, 
sənin, əqlin bu sehrli aləmindən xəbərin yox. 
 
Neçə dinlər, təriqətlər yaranıbdı zaman–zaman, 
bu dinlərin nə kökündən, nə yerindən xəbərin yox. 
 
Hansı məzhəb sahibidir, çinli, hindli, yapon, yunan, 
heç birinə marağın yox, heç birindən xəbərin yox? 
 
Bütün dinlər bir ümmandır, hər dəryanın öz qəvvası, 
nə dayazda qərarın var, nə dərindən xəbərin yox. 
 
Quran isə hamımızın ən müqəddəs kitabıdır, 
nə elmini anlayırsan, nə şəərindən xəbərin yox. 
 
Salavatla abidlərin gözlərinə kül üfürmə, 
mərhum üçün fatihənin qədərindən xəbərin yox. 
 
Yer öküzün buynuzunda qərar tutub – söyləmə çox, 
məgər uçan Ərzimizin məhvərindən xəbərin yox? 
 
Müxtəsər, bu dediklərin cavab üçün yetər yəqin, 
inandınmı indi, sənin Fəxrəddindən xəbərin yox? 
08.01 


 
27
TƏSKİNLİK 
 
Tanrı da yaradandı, təbiət də
hər ikisi tükənməzdi, nəhayətsizdi 
sevgidə, səxavətdə. 
Təbiət Tanrının yerdəki elçisidirmi, 
Tanrı təbiətin göydəki yönəldicisidirmi? 
Hər ikisi bənzərsiz qüdrətdi. 
Gör nə qədər mərhəmətə, nemətə 
qərq edib məxluqatı, hər kəsi.  
Odur ki, ömrümüzün hər günü 
dəyərlidi, şükürlüdü, 
istər yaxşısı olsun, istər pisi. 
İnsan yaşa dolduqca, müdrikləşdikcə 
daha aydın anlayır hikməti. 
Ürək duyğulandıqca, üzüldükcə 
daha dərindən duyur heyrəti. 
Bu ötəri hiss deyil, 
bu, söz xətrinə deyilən söz də deyil. 
Bu da bir yaranışdı, 
bunun da sahibi var. 
O sahib ki, beyində hikmət yaradar
ürəkdə duyğu oyadar. 
Heçdən heç nə yaranmır, 
heçdən kainat da yaranmazdı. 
Sahibsiz olan qorunmur, 
sahibi olmasaydı 
Kainatın ahəngi qurulmazdı, 
nizamı qorunmazdı. 
Şükür ki, möhtacsız qoruyanımız var, 
şükür ki, qayğıya bürüyənimiz var. 
Bu çətin gündə budur ən böyük 
təskinlik, pənah: 
Nizamlı kainat, 
qüdrətli təbiət və  
sevgisində təmənnasız Allah. 
 
May, 2006 


 
28
DƏRD ELƏMƏ, DƏRDİN ALIM 
 
Hərdən diqqətsiz anımı 
dərd eləmə, dərdin alım. 
Istəsən, verrəm canımı, 
dərd eləmə, dərdin alım. 
 
Oğrun
 

 
oğrun,
 
xumar
 

 
xumar 
hər baxanda içim yanar. 
Tək mənəmmi qəlbi qübar, 
dərd eləmə, dərdin alım? 
 
Ək şamama tağlarını, 
çağır qəmsiz çağlarını. 
Viran olmuş bağlarımı, 
dərd eləmə, dərdin alım. 
 
Hər ömrün öz qışı, yayı, 
qınama çox ili, ayı. 
Qismətimə düşən payı, 
dərd eləmə, dərdin alım. 
 
Qırma hələ gümanını, 
gözlə haqqın zamanını. 
Gözümdə qəm karvanını, 
dərd eləmə, dərdin alım. 
 
Yazıq gördükcə milləti, 
dedik – Məhəmməd ümməti. 
Tanrı bilən məsləhəti
dərd eləmə, dərdin alım. 
 
Arzu gözümdə qaxsıdı, 
ümid qəlbimdə axsadı. 
Bəlkə də belə yaxşıdı, 
dərd eləmə, dərdin alım, 
dərd eləmə, dərdin alım. 
Mart, 1998 


 
29
SƏNİN VARLIĞINI KİM DANAR, ALLAH 
 
Sən ey Yerə, Göyə göz ola bilən, 
Sən ey əqlimizdə iz ola bilən. 
Sən ey dilimizdə söz ola bilən, 
Sən ey ürəklərdə şəhriyar Allah, 
Sənin varlığını kim danar, Allah. 
 
Səndən ucalığa bir varlıq yetməz, 
nəzər diqqətindən bir zərrə itməz. 
Sənsiz bir ot bitməz, bircə an ötməz, 
özünü göstərsən nə olar, Allah, 
Sənin varlığını kim danar, Allah. 
 
Xaliqim, bircə yol özünü göstər, 
səsini, hökmünü, sözünü göstər, 
bu boz üzlülərə üzünü göstər,  
yoxsa bu quldurlar qul satar, Allah, 
Sənin varlığını kim danar, Allah. 
 
İttiham etdikcə insan insanı,  
min – min günahsızın tökülür qanı, 
İsanı çarmıxa çəkənlər hanı? 
Bu boyda günahı kim yuyar, Allah, 
Sənin varlığını kim danar, Allah. 
 
Çoxunun qəlbindən böyükmüş kini, 
Göyə həcv yazır yerin sakini. 
Nadanlar yandırdı Naqasakini, 
bu yolla Yer üzü dağılar, Allah, 
Sənin varlığını kim danar, Allah. 
 
Tutmuş düz – dünyanı bu bədəsillər, 
bu vara, dövlətə, pula əsirlər. 
Bu harın insanlar, azğın nəsillər, 
nə vaxt haqqa dönər, tapınar, Allah, 
Sənin varlığını kim danar, Allah. 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə