Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   2   3   4   5   6   7   8   9   ...   40

 
21
TƏKƏBBÜR, LOVĞALIQ 
 
Qədim Yunanıstanda yaşayan hökmdar Zevs 
Allahı tanımayıb,özünü baş allah elan edib.  
Odur ki,bu dünyadan cəhənnəmlik kimi gedib. 
Çünki Zevs əsilzadə deyildi,zatı qəliz idi. 
Əsatirə görə o, qardaşla bacının  
izdivacından doğulmuşdu. 
Atası vəhşi, qaniçən, 
özü isə azğın, zülümkar olmuşdu. 
Zevs özündən başqa bir neçə allah da təyin etmişdi. 
Sonralar hamısının ömrü faciə ilə bitmişdi. 
Qədim Misir padşahı Firon da 
özünü allah bilib, 
odur ki,Allahdan ona da böyük bəla gəlib.  
O da nə qədər insan qırıb,ölkələr talamışdı, 
axırda ordusu ilə birgə,dənizdə qərq olmuşdu. 
Süleyman peyğəmbər də təkəbbür göstərdi, 
ona elə gəlirmiş ki,quş dili bilməyi, 
ixtiyarlığı və padşahlığı çox böyük hünərdi. 
Yadından çıxıbmış hər növ ölçü, mizan-tərəzi, 
az qala dünyaya susayıbmış nəfsi,gözü. 
Deyirmiş,özümə yüz örvət alaram, 
hərəsindən bir oğul atası olaram. 
Hər birini bir ölkəyə hökmdar qoyaram, 
özümü dünyaya mütləq hakim sayaram. 
Onun bu təkəbbürü Allaha xoş gəlməyib, 
Rəbbin izni ilə sonralar üzü heç gülməyib. 
Xaliq onu bir şikəst övladla cəzalandırıb, 
əziz peyğəmbərini şikəst övlad dağı ilə sındırıb. 
Musa peyğəmbər də lovğalıq eyləyib, 
Tanrıdan gözünə görünməyini diləyib. 
Bunu özünə ən böyük şöhrət bilib, 
ancaq göydən ona ayrı nida gəlib. 
Bu nida ilə dağ-daş silkələnib, 
şiş zirvələr ovulub, tökülüb. 
Musanın qorxudan dili tutulub,dizləri bükülüb.  
Təbii ki, Allah Musanın gözünə görünməyib, 
Göydən ona-Mən gözə görünməzəm-yox, 


 
22
-sən Məni görə bilməyəcəksən-nidası enib. 
O zamandan ki,Musa peyğəmbər 
öz acizliyini anlaya bilib, 
həmin andan da təkəbbür dolu ruhu ölüb. 
Başlayıb yenidən öz adi həyatına, 
bəşər də ehtiram göstərib həmişə adına. 
Sonra İsa peyğəmbər gəlib Yer üzünə. 
O da “Allahın oğlu” adını götürüb özünə. 
Bu bir böyük günah idi,əlbət, 
axı –Mənim heç bir övladım yoxdur-demişdir 
–Quranda O Ali Qüdrət! 
Bəs niyə Məryəm oğlu bu xülyaya uymuşdu, 
özünü çətin bir imtahan qarşısında qoymuşdu? 
Bəlkə elə burdan başlanırdı 
sonrakı əzablarının da səbəbləri, 
hələ də bəşərə bəlli deyil nə ölüsünün, 
nə də dirisinin yeri?! 
Demək,Tanrı heç kimin təkəbbürünü götürməz, 
hətta peyğəmbərlərinə də mütləq 
səlahiyyətlər verməz! 
Yoxdur o bənzərsiz qüdrətin tayı-bərabəri, 
ən yüksək məqamdan da ucadır 
Xudavəndin yeri! 
Tarix boyu nə qədər zülümkar padşahlar, 
qəddar insanlar. 
dağıtdılar nə qədər ölkəni, 
tökdülər nahaq qanlar! 
Çünki onlar öz zəif cəhətlərini görmədilər, 
ədalət carçılarını dinləmədilər, 
haqqa meydan vermədilər. 
Allah qarşısındakı acizliklərini 
anlamaq istəmədilər, 
özlərini hər məqamda hamıdan güclü bildilər. 
Öz zəifliyini görməyən mənən ucala bilməz, 
təkəbbürü çox olan insanın ürəyinə rəhm gəlməz. 
İnsanda rəhm də olmalıdır,güzəşt də,qorxu da, 
heyif ki,ancaq hökm var,iddia var çoxunda. 
Siz ey xudpəsənd və lovğa insanlar, 
bizi məhəbbətə, mərhəmətə çağırır 


 
23
səmavi kitablardakı qanunlar. 
Budur bütün dinlərin və elmlərin baş mənası, 
budur insanlığı düşünənlərin iç dünyası. 
Bizi gücsüzlüyümüzü anlamağa çağırır 
fəzilətin qüdrəti, 
Hər kəs idrakında yaşatmalıdır 
bu əbədi hikməti! 
Yanvar, 2007 
 
DÖRDLÜKLƏR 
 
Yazın nəfəsiylə təbiət yenə 
halını dəyişmiş,nəbatat şişmiş. 
Həzrəti İsa da yəqin bu yolla 
Müqəddəs Məryəmin bətninə düşmüş. 
 
* * * 
Nə gözəl məkandı bu Yer Kürəsi, 
nə gözəl zamandı yazın gəlişi. 
Yazda Yer üzünə zinət verməkdir 
bəlkə Yaradanın ən zərif işi?! 
 
* * * 
Nazlı təbiətin min rəngidir yaz, 
min gülün,çiçəyin çələngidir yaz. 
Hər yerdə,hər zatda bir şux oyanış, 
dünyanın zəriflik ahəngidir yaz. 
 
* * * 
Elə ki,təbiət oyanır nazla, 
bülbül nəğmə qoşur gülə avazla. 
Mənə elə gəlir tək nəbatat yox, 
Adəmlə Həvva da yaranıb yazda. 
 
* * * 
Bu dağlar cənnətin özüdü bəlkə, 
gül-çiçək sehrli sözüdü bəlkə? 
Adəm bu yerlərdən qovulan gündən, 
çeşmələr ağlayan gözüdü bəlkə? 
17.08.06 


 
24
MİN ŞÜKÜR 
 
Çiçək açdı xalqın arzu butası, 
bu canlanan şəriətə min şükür! 
“Həmd” söyləyir indi millət atası, 
bu yüksələn fəzilətə min şükür! 
 
Nələr çəkdik, nələr gördük, İlahi, 
zalım yəqin bilir nə idi günahı. 
Göydən nazil oldu haqqın dərgahı, 
haqdan gələn bu hikmətə min şükür! 
 
İçimizdə həm xof vardı, həm hədə
Məscid yolu yasaq idi millətə. 
İndi Həccə, Kərbəlaya, Məşhədə 
kimlər getmir ziyarətə, min şükür! 
 
Köksümüzdə iman dolu bir dəniz, 
qoy saflaşsın əqidəmiz, əqlimiz. 
Hüzuruna Xaliqinin pak, təmiz 
gedə bilən bu ümmətə min şükür! 
 
Əzan səsi bir sehrdir içimdə
yox qeyri səs bu ölçüdə, biçimdə. 
Muğamatın yanğısı var içində, 
səsindəki təravətə min şükür! 
 
Şeyx yaratdı bu bənzərsiz özəyi, 
hacılardır məclislərin bəzəyi. 
Şəkər dadır süfrəsində çörəyi, 
bu işrətsiz ziyafətə min şükür! 
 
Ucaldıqca minarələr baş-başa, 
elim – obam tamaşadır, tamaşa. 
Yaşa, xalqım, yaşa, dinim, min yaşa, 
bu əbədi məhəbbətə min şükür! 
 
1996 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə