Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   2   3   4   5   6   7   8   9   ...   40

 
7
gözəlin dirilik mənbəyinə çevrilməsi lirik qəhrəmanın etirafın-
da səmimi və olduqca məhrəm notlarla səslənir. 
Aşağıdakı misralarda fikir təzə olmasa da (“Bayraqları 
bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən 
varsa, Vətəndir”), deyim tərzi yenidir. 
 
Olduğun yer vətən deyil, öldüyün yer vətəndir. 
 
Şairin əsasən cinas qafiyələr üzərində köklənmiş bayatısı 
da şirin və cazibədar səslənir. 
 
Mən aşiq nərdivana, 
nər deyil hər divanə. 
Imkan düşüb namərdə, 
qalıb yüz nər divanə. 
 
Bayatının III–IV misraları  dərin sosial məzmunla yüklən-
mişdir. 
Kitabdan da göründüyü kimi şair onu qayğılandıran, bir in-
san və vətəndaş kimi düşündürən, narahat edən problemləri 
poeziyanın gündəminə çıxarır. 
Şairin əsas mövzularına çevirilimş problemlər hansılardır? 
İlk və son beşiyimiz olan təbiət, əzəli və əbədi məhəbbətimiz 
vətən, məhəbbət və gözəllik, ümummilli dərdimiz Qarabağ, hə-
yatımızın faciəvi mənzərələri, məmur özbaşınalığının törətdiyi 
naqisliklər və s. mövzular şairin təqdimində həm heyrət və həm 
də hiddət doğurur. 
Qeyd etmək xoşdur ki, müəllif Vətən haqqında ümumi da-
nışmır, konkret bədii ifadə vasitələrindən və müxtəlif detallar-
dan istifadə edərək kiçik bir lövhədə onun yadda qalan obra-
zını yaradır: 
 
Cənnətdir Qarabağ,Qonaqkənd, Xanbulan,Hacıkənd, 
ormanlar çəkibdir üzünə yaşıldan bir rübənd. 


 
8
Dağ çayı zirvənin boynuna atılan bir kəmənd, 
doymaram gəzsəm də mən səni evbəev,kəndbəkənd,  
Vətən, Vətən! 
 
 Mən F.Ziyanı klassik milli və Şərq poeziyasının bilicilərin-
dən biri kimi tanıyıram. 
Bu səbəbdən də onun şeirlərində  həmin örnəklərdən gəl-
mə söz və ifadələrə rast gələndə təəcüblənmədim.Ona görə 
də  aşağıdakı metonimiyaları – əvəzləmələri də  təbii qəbul 
edirəm: 
 
Mənim Kəbəm də sən, Mədinəm də sən, 
bir daşın bəs eylər min heyrət üçün. 
 
Bir ovuc torpağın yetər, ey Vətən 
yüzlərlə zəvvara ziyarət üçün. 
 
Ancaq təəssüf doğuran bir hal-qəziyə də bizi düşünməyə
duyğulanmağa vadar edir.  
Necə olur ki, bu gözəl-göyçək Vətənin,qibləgaha və zi-
yarətgaha çevrilmiş torpağın nankor, nanəcib övladları və-
zifə piramidasına dırmaşan kimi ölkəni talan edir, məğrur 
və uca millətin sinəsinə dağ  çəkib, bu qədim yurdun halal 
sakinlərini dilənçiyə, didərginə çevirirlər? Bu haqqı onlara 
kim verib? 
Şairə görə: 
 
Ləyaqətdən danışmağa haqqımız varmı, 
məmələkətin əsgəri də rüşvət verirsə? 
 
Rüşvət kimi ağır mərəzin məktəbli balalarımızın  əxlaqını, 
mənəviyyatını zədələməsi, kasıb uşaqlarının təhsildən kənar-
da qalması, işsizliyin dəhşətli bir bəlaya çevrilib həyatımıza 
daxil olması da ölkənin gələcəyi üçün məsuliyyət daşıyan hər 


 
9
bir vətəndaşı narahat etdiyi kimi, həssas  şairi də  dərindən 
sarsıdır və o öz dərdli düşüncələrini kövrək misralara büküb 
oxuculara təqdim edir: 
 
İndi uşaq böyütmək də əzab, faciə, 
bir aylıq maaş təkcə kitab - dəftərə yetmir. 
 
Şagirdlərdən pul yığılır hər ay məktəbdə, 
daha kasıb balaları məktəbə getmir. 
 
Yerdəkilərdən əli üzülən və buna görə də bədbinləşən şair 
kömək üçün üzünü Allaha tutur, Ulu Yaradandan bədəməl 
sahiblərini cəzalandırmağı rica edir.(“Sənin varlığına şübhəm 
var, Allah”). 
F.Ziyanın “Mənim  şair anam” kitabına toplanmış  şeirlər, 
qəzəllər və çeçen xalqının mücadiləsindən bəhs edən “Yenil-
məzlik simfoniyası” poeması göstərir ki, şair maraqlı və gər-
gin poetik axtarışlarını  uğurla davam etdirməkdədir. ”Yenil-
məzlik simfoniyası” poeması  həm də bizim öz dərdimizdən, 
Qarabağ faciəsindən yazılmış uğurlu əsərdir. 
O da qeyd olunmalıdır ki, bəzi şeirlərin sənətkarlıq və poe-
tik səviyyəsi oxucunu qane etmir. 
Ayrı-ayrı  şeirlərdə dil və ifadə qüsurlarına rast gəlmək 
mümkündür. Məsələn:”Elə bil ciyərim köksümdən çıxır” (ürə-
yim  əvəzinə) (“Keç günahımdan”), M.P.Vaqifin dəst-xəttini 
xatırladan “Nə gözəl” şeirində “Şirin ruhlu olan, xoş avaz ola” 
misrasında “Şirin” sözü yerinə düşməyib, “döyülə-döyülə qa-
çırıq müdam” misrasındakı “müdam” ifadəsi köhnədir. “Mənə 
dünyanı yenidən tanıtdın” deyimi poetik misraya dəxli olma-
yan nasiranə cümlədir və s. 
Sözsüz, bu tipli xırda qüsurlar kitabdan alınan xoş təəssü-
ratı korlamır. 
Əsas məsələ odur ki, şair öz poetik qayəsini həyata keçir-
məyə nail olub. 


 
10
Oxucunu düşündürən, duyğulandıran bir kitab ərsəyə gəti-
rib. 
Ona poetik axtarışlarında yeni uğurlar diləyirəm. 
 
Mürşüd Məmmədli 
Bakı, İyul, 2004  
 
Söz ardı 
 
Bu qeydlərin vaxtı ilə nəşr olunmasına baxmayaraq (525-
ci qəzet, s.167, 27.08.2004-cü il), müəllifin ruhuna ehtiram 
əlaməti kimi hazırki kitabda da yer alması mənəvi ehtiyacdan 
doğdu. 
Mərhum Mürşüd Məmmədli onu yaxından tanıyanların xa-
tirində dəyərli ziyalı, filoloq,dilçi alim,azərbaycan və rus ədə-
biyyatının gözəl bilicisi və  tədqiqatçısı kimi həmişə yaşaya-
caqdır. 
O həm də nəcib insan, maarifçi alim, tanınmış ictimai-siya-
si xadim idi.Dərin mütaliəsi və geniş müşahidəsi vardı.Eyni 
zamanda sərt xarakteri və dönməz iradəsi ilə  də seçilirdi. 
Dövrü mətbuatda mütəmadi nəşr olunan ədəbi və ictimai-si-
yasi yönlü yazıları oxucuları arasında tez-tez rezonanslı fikir 
müxtəlifliyinə səbəb olardı. 
Mürşüd müəllim nəşr olunan şeirlərimə  həmişə diqqətlə, 
tələbkarlıqla yanaşar, hər dəfə özünün peşəkar münasibətini 
bildirərdi. 
Növbəti kitablarımdan birinə redaktorluq etməyə və ön söz 
yazmağa boyun olmuşdu.Lakin vaxtsız  əcəl onu aramızdan 
qəfil apardı.Odur ki, onun bir neçə il əvvəl “Mənim şair anam” 
kitabımla bağlı yazdığı qeydləri bu topluya daxil etməyi özü-
mə borc bildim.Və  hər dəfə bu kitab varaqlanarkən o kamil 
söz xiridarının, xalqını çox sevən vətənpərvər alimin ruhuna 
rəhmət dilənməsini arzulayıram. 
 
Müəllif 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə