Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

      



AZƏRBAYCAN  RESPUBLİKASI 

  

MƏDƏNİYYƏT   VƏ TURİZM NAZİRLİYİ 

 

                   F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 



 

                                           ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 



 

             

 

            

 

              

Gəlin, gələcəyimizi qoruyaq! 

 

 

 

 

                            

B A K I – 2015

 


 

                                                   Tərtibçidən 

Müasir  dünyada  cəmiyyəti  narahat  edən  problemlər  içərisində  ən  mürəkkəbi, 

faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və 

narkobiznes  təkcə  insanların  sağlamlığına,  mənəviyyatına  deyil,  həm  də  dünya 

iqtisadiyyatına ciddi zərbə vurur.  O, dünyada  münaqişə  və  müharibə ocaqlarının, 

işğal  və  nəzarətsiz  zonaların,  nüvə  bazalarının,  terrorçu  mərkəzlərin,  mütəşəkkil 

cinayətkar  qrupların  yaradılması,  silah  alverinin  güclənməsi  sahəsində  mühüm 

amil rolunu oynayır. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında 

narkotiklərə  aludəçilik  halları  yüksələn  xətlə  artmağa  doğru  gedir.  Narkotizmlə 

mübarizə  uzunmüddətli,  çoxşaxəli,  geniş  maliyyə  vəsaiti  tələb  edən  dinamik  bir 

prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə 

gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.  

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər 

kimi  narkotizm  probleminə  qarşı  mübarizə  tədbirləri  görülməsinin  vacibliyi  ön 

plana  çıxmış,  bir  sözlə,  problemə  münasibətdə  yeni  mərhələ  başlanmışdı.  Şərti 

olaraq  “yeni”  adlandırdığımız  bu  mərhələnin  ən uğurlu  cəhəti ondan ibarətdir ki, 

narkotizmə  qarşı  mübarizədə  dövlət  orqanları  ilə  yanaşı  ictimai  təşkilatların 

fəaliyyəti  üçün  də  lazımi  şərait  yaradılmışdı.  Azərbaycan  Respublikasında 

narkotizmlə  və  narkobizneslə  mübarizənin  əsası,  tarixdə  ilk  dəfə  olaraq, 

ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  qəbul  edilmiş  “Narkotik 

vasitələrin,  psixotrop  maddələrin  və  prekursorların  qanunsuz  dövriyyəsi  ilə 

mübarizə  haqqında”  18  iyun  1999-cu  il  tarixli  Qanunu  ilə  qoyulmuşdur. 

Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət 

təşkilatları,  kütləvi  informasiya  vasitələri  (KİV),  hüquq-mühafizə  orqanları,  təhsil 

və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və 

kütləvi  hal  almasının  qarşısını  ala  bilər.  Tərtib  edilən  bu  vəsaitdə  respublikada 

narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniya 

və  narkobiznesə  qarşı  mübarizədə  həyata  keçirilən  tədbirlər,  qəbul  edilmiş  dövlət 

sənədləri  işıqlandırılmış,  bu  problemə  qarşı  mübarizədə  uşaq  kitabxanaları 

qarşısında  duran  vəzifələrdən,  keçiriləcək  tədbir  formalarından,  təbliğat  işindən 

bəhs  edilmişdir.  İnanırıq  ki,  bu  vəsait  kitabxana  işçilərinə  narkomaniyaya  qarşı 

mübarizədə  bütün  kitabxana  işçiləri  üçün  dəyərli  vəsait  olmaqla  yeniyetmələrin 

maariflənməsində yaxından köməklik edəcəkdir. Elmi  metodik vəsaitdə F.Köçərli 

adına  Respublika  Uşaq  kitabxanasının  iş  təcrübəsindən  də  istifadə  olunmuşdur. 

Metodik  vəsaitlə  əlaqədar  rəy,  təklif  və  iradlarınızı  kitabxanamızın  elektron 

ünvanına ğöndərməyinizi xahiş edirik.  Ünvan: AZ-1022 Bakı şəh., S.Vurğun küç. 

122G  e-mail: childlibbaku@yahoo.com  




 

                                                      GİRİŞ 



“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir. 

Narkomaniya  cəmiyyətin  meydana  gəldiyi,  onun  ayrı-ayrı  siniflərə,  sosial  təbəqə 

və  qruplara  bölündüyü  qədim  zamanlardan  yaranmışdır.  Hələ  qədim  dövrlərdə 

tiryəkdən  bəzi  xəstəliklərin  müalicəsində  istifadə  olunmuşdur.  Qədim  misirlilər 

tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə 

etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim 

Paraselsin  şərəfinə  adlandırılmışdır.  Sonralar  isə  bunun  zəhərli  maddə  kimi 

orqanizmə  əks  təsirini,  ölümə  səbəb  olduğunu  müəyyənləşdirmişlər.  Avropa  və 

Asiya  qitələrində  məskunlaşmış  xalqların  mifologiyasında  yağlı  xaşxaş  insanların 

ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) 

isə  həmişə  tibbi  məqsədlər  üçün  istifadə  edilmişdir.  Tiryəkli  preparatlar  orta 

əsrlərdə  təbabətdə  geniş  yayılmış,  ondan  hazırlanan  dərmanlardan  ruhi  xəstələri 

sakitləşdirmək,  əzabları  azaltmaq,  spazm  və  sarsıntıları,  pozulmuş  əsəb-sinir 

sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Artıq, getdikcə 

narkotik  maddələrin  hazırlanmasında,  əkilib-becərilməsində  xeyli  təcrübə 

qazanmış  insanlar  müasir  texnologiyalardan  istifadə  etməklə  yeni  uyuşdurucu 

maddələr  istehsal  edirdilər.  XIX  əsrin  ortalarında  narkomaniya  tarixinin  yeni  bir 

dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - venadaxilinə yeridilməsi ilə 

başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil 

olmuşdur.  Narkotik  -  mərkəzi  sinir  sisteminə  spesifik  təsir  göstərən  və  tez  bir 

zamanda  asılılıq  yaradan  maddədir.  O  toksik  maddə  olduğundan  insanın  bütün 

orqanizminə,  ürək-damar  sistemindən  tutmuş,  sinir  sisteminə  qədər  mənfi  təsir 

göstərərək,  onun  xarakterini  dəyişir,  xəstə  özünü  idarə  edə  bilmir.  Orqanizm 

zəifləyir,  bədən  arıqlayır,  insanın  fiziki  gücü  tükənir.  Bu  da  son  nəticədə 

aqressivliyə,  cinayətkarlığa  və  ölüm  hallarına  gətirib  çıxarır.  Uzun  illərin  

araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən 

şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan 

insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 

10-15 nəfəri  də narkomanlığa  cəlb edə  bilər. BMT-nin  1987-ci il  Konvensiyasına 

daxil  olan  ölkələrin  “Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz 

dövriyyəsinə  qarşı  mübarizə  haqqında”  Bəyannaməsinə  əsasən  26  iyun 

“Narkomaniya  və  narkotiklərin  qeyri-qanuni  dövriyyəsinə  qarşı  Ümumdünya 

mübarizə  günü”  kimi  qeyd  olunur.  Ayrı-ayrı  dövlətlər  ildən-ilə  narkotiklərin 

qanunsuz  dövriyyəsi  ilə  səmərəli  mübarizə  üsullarını  və  narkomanlığın  müalicə 

metodlarını  təkmilləşdirmək  və  bu  sahədə  yeni  mübarizə  üsullarını  kəşf  etmək 

istiqamətində  səylərini  artırırlar.  Fərdi  şəkildə  və  ya  beynəlxalq  əməkdaşlıq 

çərçivəsində  bu  problemə  qarşı  birgə  mübarizə  aparılmasına  baxmayaraq,  dünya 



Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə