Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   ...   7   8   9   10   11   12   13   14   15

30 

 

istəməz  onların  öz  hüquqları  ilə  bağlı  məlumatlanmasına  səbəb  olacaq.  Nəticələr 



yoxlanıldıqdan  sonra  ilk  üç  yerin  sahibi  mükafatlandırılarsa  bu  uşaqların  öz 

hüquqlarını  öyrənmək  həvəsini  daha  da  artırar.  Eyni  adda  rəsm  müsabiqəsinin 

keçirilməsi də yaxşı nəticələr verər.  

            Məktəblərdə  valideynlərlə  görüşün  təşkil    edilməsi  də  bu  sahədə  böyük 

irəliləyişlərə  səbəb  olar.  Respublika    Konstitusiyasının  tələblərinə  müvafiq  olaraq 

valideynlər uşaqların  və onların fiziki əqli inkişafının qayğısına qalmağa və onları 

vətənin  laiqli  vətəndaşı  kimi  böyütməyə  borcludurlar.  Valideynlər  öz  hüquq  və 

vəzifələrini uşaqlarına aşılamalı və onları düzgün istiqamətləndirməlidirlər.  

          Gənclərdə  maarifləndirməni  gücləndirmək  məqsədilə  onların  yazıçı  və 

şairlərlə  kitabxanalarda  görüşünün  təşkili  yaxşı  nəticələr  verər.  F.  Köçərli  adına 

kitabxana  öz  iş  təcrübəsində  bu  metoddan  geniş  istifadə  etməkdədir.  Belə  ki,  bu 

cür  görüşlər  gənclərin  savadını,  dünyagörüşünü  artırır,  onları  pis  vərdişlərdən 

kənarlaşdırırlar.  Bundan  əlavə  fikir  mübadiləsinin  aparılması gənclərə öz  fikir və 

düşüncələrini  daha  yaxşı  ifadə  etməyə  imkan  verir.  Bu  da  gələcəkdə  azad  fikirli 

cəmiyyətin formalaşmasında mühüm rol oynayar.

 

 



Gəncləri  mütəmadi  olaraq  kitabxanaya  yeni  daxil  olan  kitablar  barədə 

məlumatlandırmaq  lazımdır.  Bu  məqsədlə  müasir  yazıçılarımızın  kitablarından 

ibarət  sərgilər  təşkil  etmək  olar.  Sərgidə  N.  Məmmədlinin  “Bu  bir  oyundur”, 

“Zəngulə”,  “Vicdan  dustağı”,  Elxan  Elatlının  “Pəncərədə  görünən  kölgə”, 

“Cəhənnəmdən  gələn  səs”,  “Xəyanət”,  “Bakıdan  gələn  xəfiyyə”,  “Qan  ləkəsi”, 

“İtmiş qızın axtarışı”, “ Yeddinci mərtəbədə qətl”, Pərvizin “Yad dildə”, Varisin 

“Sonuncu  ölən  ümidlər”,  “Bir  ovuc  torpaq”  “Görünməyən  izlər”,  Çingiz 

Abdullayevin  “Onun  qəlbinin  üçdə  bir  hissəsi”,  “Veneranın  ikinci  dəfə  həyata 

gəlməsi”,  “Kandaqordan  agent”,  “Paralel  həyat”  kitabarını  nümayiş  etdirmək 

olar. 


Kitabxanalarda  gənclərimizi  fəaliyyətdə  olan  gənclər  təşkilatları  haqqında 

məlumatlandırmaq  lazımdır.  Belə  ki,  hazırda  ölkəmizdə  170  gənclər  təşkilatı 

fəaliyyət göstərməkdədir. Bu təşkilatların fəaliyyətindən, gördükləri işlərdən gənc 

oxucuları  xəbərdar  etmək  üçün  həmin  təşkilatların  nümayəndələri  ilə  gəncləri 

görüşdürmək  mümükündür.  Beləcə  gənclər  onları  maraqlandıran  suallara  cavab 

tapa bilərlər. 

 

Son  dövrlərin  yazıçılarını  oxucularımıza  sevdirmək  məqsədilə  onların 

əsərlərinin icmallarının keçirilməsi məqsədə uyğundur. Icmalını keçirə biləcəyiniz  

əsərlərdən biri son dövrlərin sevilən yazıçısı Elxan Elatlının “Görünməyən izlər” 

kitabıdır. Yazıçı  əsərlərini detektiv üslubda yazır. Əsərin əsas qəhrəmanı Qambay 

Qasımlıdır.  Romanda  Humayla  onun  tanışlığından  bəhs  edilir.  Əsərdə  bu 

günümüzün  gəncliyi  üçün  olduqca  əhəmiyyətlidir.  Belə  ki,  yazıçı  əsərdə 

narkotokin insan həyatını necə məhv etdiyini olduqca aydın şəkildə əks etdirir. Elə 




31 

 

bu  səbəbdən  də  əsər  gənclərimiz  üçün  əhəmiyyətə  malikdir.  Kitab  2010-cu  ildə 



Bakıda  “İdeal-print”  nəşriyyatında  çap  olunmuş  və  oxucuların  ixtiyarına 

verilmişdir.  

 

Müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən bir də 



Nüşabə  Məmmədlidir.  Yazıçının  son  nəşr  olunan  kitablarından  biri  “Vicdan 

dustağı”  adlanır.  Kitab  2010-cu  ildə  “Çinar-Çap”  nəşriyyatı  tərəfindən  çap 

olunmuşdur.  Kitabın  icmalının  təşkili    gənc  oxucularda  ona  qarşı  maraq  yaradır. 

Roman  onu  oxuyan  hər  bir  gənci  öz  həyatını,  atacağı  addımları  bir  daha 

düşünməyə vadar edir. Belə ki, tərbiyəvi mövzuda yazılan əsər müasir gəncliyimiz 

üçün olduqca  əhəmiyyətlidir.  Əsər  gənclərə  bir  sıra  insani  keyfiyyətləri  aşılamaq 

cəhətdən  olduqca  əhəmiyyətlidir.  Romanın  əsas  qəhrəmanı  Səltənətdir.  Onun 

həyatında baş verən çətinliklər gənclər üçün təhsilin nə qədər vacib olduğunu bir 

daha sübut edir. Yazıçı romanda erməni millətinə xas murdar xüsusiyyətləri böyük 

məharətlə  təsvir  etmişdir.  Roman  gənclərimizi  mübariz  olmağa,  vətəni,  ailəni 

sevməyə,  təhsil  almağa  səsləyir.  Əsər  gənclərimiz  üçün  böyük  tərbiyəvi 

əhəmiyyətə malikdir.  

 

Məktəblilərlə “Siz öz hüquqlarınızı bilirsinizmi? ” adlı disputun keçirilməsi 



yaxşı nəticələrə gətirib çıxarar. Belə ki, uşaqlarla bu haqda söhbətin aparılması 

onların  öz hüquqları haqqında olan məlumatını artırar. Tədbirə hər hansı bir uşaq 

hüquqları təşkilatının nümayəndəsini dəvət edərək uşaqları maraqlandıran sualların 

cavablandırılmasına şərait yaratmaq da məqsədə uyğundur. Uşaqlarla onların 

hüquqlarından danışarkən slaydlardan istifadə olunması, onların öz hüquqlarını 

daha yaxşı başa düşmələrinə yardımçı olar. Ancaq uşaqlar bəzən öz fikirlərini 

səsləndirməkdən çəkinirlər. Bu problemi aradan qaldırmaq üçün uşaq hüquqları ilə 

bağlı saytlar da fəaliyyət göstərir. Bu saytlara misal olaraq 



www.ombudsman.gov.az

, 

www.humanrights-az.org



www.crlc.az,

 

www.ngoalliance.net

,  

www unicef.org/azerbaijan,

 

www. osce.org

 və s. kimi saytları göstərmək olar

Bildiyimiz kimi bir çox uşaq bəzi hallarda müdafiə oluna bilmədiyi üçün onların 

hüquqları  pozulur.  Bu  məqsədlə  kitabxanaçıların  uşaqlara  müəyyən  məsləhətlər 

verməsi,  onları  bu  cəhətdən  maarifləndirmələri  gələcəkdə  müsbət  nəticələr  verə 

bilər.Uşaqların  bəzi  pis  vərdişlərə  (popiros  çəkmək,  spirtli  içkilərdən  istifadə) 

yiyələnməsi  onların  gələcək  həyatını  tamamilə  məhv  edə  bilər.  Bu  məqsədlə 

kitabxanaçılar  popiros, alkoqolun mənfi cəhətlərindən uşaqları məlumatlandırsalar 

bu uşaqların belə vərdişlərdən uzaq olmalarına kömək edər. 

Narkomaniyaya  qarşı  mübarizə  mövzusunda  “Gəlin  gələcəyimizi  qoruyaq” 

başlığı  altında  tədbir  gənclərimizin  bu  sahədə  maariflənməsinə  çox  müsbət  təsir 

edə bilər.  



Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə