Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

20 

 

şagirdləri ilə tədbir iştirakçıları arasında dialoq aparıldı. Şagirdlər narkomaniyanın 



törətdiyi bəlalardan danışdılar və belə halları pislədilər. Həmçinin şagirdlər məişət 

zorakılığı ilə bağlı mövzularda tədbir iştirakçılarına suallar ünvanladılar. Anket test 

sorğuları müzakirə edildi. 

İl  ərzində  bir  sıra  məktəblərdə  bu  mövzuda  yazan  yazıçılarla  oxucuların 

görüşləri  təşkil  olunmuşdur.  Bakının  Yasamal  rayonundakı  53  saylı  məktəbin 

yuxarı  sinif  şagirdləri  ilə  E.Elatlının  “Görünməyən  izlər”  kitabının  müzakirəsi 

keçirilmişdir.  

Həmçinin  xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun 

vitse-prezidenti,  hüquq  elmləri  doktoru,  “Şöhrət”  ordenli  Çingiz  Abdullayevlə 

görüş  keçirilmişdir.  Tədbirdə  Ç.Abdullayevin  həyatı,  yaradıcılığının  əsas 

istiqamətləri  haqqında  “Bizim  əbədi  Dronqo”  adlı  çarxlı slaydın  nümayişi  ilə  rus 

və azərbaycan dillərində məlumat verilmişdir. Görüşdə yazıçının “Göy mələklər”, 



“Qisasın  ölçüsü”  kitablarının  müzakirəsi  keçirilmişdir.  Daha  sonra  xalq  yazıçısı 

Çingiz  Abdullayev  öz  yaradıcılığından,  yazdığı  son  kitablarından  və  onları 

yazarkən  rastlaşdığı  maraqlı  hadisələrdən  danışdı.  Görüş  oxucuların  sualları  ilə 

davam  etdi.  Yeniyetmələrin  və  digər  iştirakçıların  suallarını  cavablandırarkən 

Çingiz  Abdullayevin  bölüşdüyü  xatirələr  iştirakçıların  böyük  marağına  səbəb 

olmuşdur.  Keçirilən  bu  tədbirlər  yeniyetmələri  vətənpərvərlik  ruhunda  tərbiyə 

olunmağa,  əsl  vətəndaş  kimi  formalaşmağa,  intellektual  səviyyələrini  daim 

yüksəltməyə,  dünyagörüşünü  genişləndirməyə  bir  çağırış  oldu.  Yeniyetmələrin 

vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasında,  onlarda  elmə,  biliklərin  əldə 

edilməsinə maraq oyadılmasında bu cür tədbirlərin əhəmiyyəti böyükdür.  

Hamımıza  bəllidir  ki,  hər  bir  insanın  əhəmiyyəti  onun  Vətən  qarşısında 

borcu  ilə  ölçülür.  Vətənin  layiqli  övladı  olmaq  üçün    daha  çox  elmi  biliklərə 

yiyələnmək  lazımdır.  Hazırda  komputer  əsrində  yaşasaq  da,  elmi  biliklərə 

yiyələnmədən mənəviyyatca saf, milli dini dəyərlərə sahib olmaq olmaz. Çünki, bu 

biliklər  yetişməkdə  olan  gənc  nəslin  daha  kamil  inkişaf  etməsi  üçün  vacib  olan 

əsas  ünsürlərdəndir.  Çünki  insan  öyrənməklə  formalaşır,  mətinləşir,  dərin  biliyə 

yiyələnir.  Bəs  kamil  vətəndaş  necə    olmalıdır?  Necə  yaşamalı,  həyatını  necə 

qurmalıdır? 

Yetkinlik yaşına çatmamış, və müstəqil həyata qədəm qoymuş yeniyetmələr daha 

çox bu suallarla qarşılaşırlar: Onlara bu sualların həllində kömək edənlər sırasında 

isə  məktəb  və  mədəniyyət  ocaqlarımızla  yanaşı  kitabxanalarımızda  xüsusi  yer 

tutur.Yetkinlik  yaşına  çatmayanların  çoxu  təhsil  almadan  əmək  fəaliyyətinə 

başlayaraq  cəmiyyət  qarşısında  müəyyən  vəzifələr  daşımağa  başlayırlar.  Bu 

baxımdan  hələ  öz  hüquqlarını  dərindən  bilmədən,  kortəbii  şəkildə  heç  bir 

məsuliyyəti dərk etmədən cəmiyyətə atılırlar. Bu da onlarda hələ uşaq yaşlarından 

bilməyərəkdən  müəyyən  hüquq  məsuliyyətinə  cəlb  olunmağına  gətirib  çıxarır. 




21 

 

Yeniyetmələrin  çoxu  polis,  müstəntiq,  hüquq,  prokurorluq,  idarələrinin 



funksiyalarını,  hüquq  və  vəzifələrini  düzgün  başa    düşmür.  Buna  görə  də  ətraf 

aləmdə baş verən hadisələrin çoxuna kortəbii münasibət bəsləyərək  nəyin cinayət 

olduğunun fərqinə varmırlar. 

Böyüməkdə  olan  gənc  nəslin  hüquqi  baxımdan  tərbiyələndirilməsi  üçün  uşaq 

cinayətkarlığı ilə mübarizə: 

Yetkinlik  yaşına  çatmayanların  hüquq  tərbiyəsində  məktəblərin,  pedoqoji 

müəsisələrin,  uşaq  təşkilatlarının,  kitabxanaların  xüsusi  rolu  vardır.  Məhz  bu 

kollektivlərin həyata keçirdikləri tədbirlər nəticəsində onlarda cəmiyyət hadisələri 

haqqında  xüsusi  təsəvvür  yaradılaraq,  həyat  hadisələrinə  düzgün  yanaşmaq  üçün 

onlara  zəmin  yaradılır.  Yaş  artıqca  yeniyetmələrdə  cinayət  hüquq  normalarını 

öyrənməyə maraq da güclənir. Bu psixoloji meyl əsasən VII – IX sinif şagirdləri 

üçün  səciyyəvidir.  Belə  ki,  azyaşlılar  barəsində  cinayətetmə,  onları  cinayətə  cəlb 

etmə  məsuliyyəti  ağırlaşdıran  hallardır.  Yetkinlik    yaşına  çatmayanları 

cinayətkarlığa, alkoqolizmə, narkomaniyaya cəlb etmə, və s. görə də ciddi cəzalar 

tətbiq  olunur.Millətin  gələcəyini  müəyyənləşdirən  o  millətin  uşaqları,  gəncliyidir. 

Dünənin  uşaqları  bugünün  gəncləri,  bu  günün  gəncləri  isə  sabahın  gələcəyidir. 

Sabahın  idarəçiləri,  sabahın  ailə  başçılarıdır.  Ancaq  bəzi  problemlər  var  ki,  bu 

dilindən,  irqindən  asılı  olmayaraq  hər  bir  millətin  problemidir.  Spirtli  içkilərə 

aludəçilik, narkomaniya, “Qics” belə problemlərdəndir.  

Yetkinlik  yaşına  çatmamışların  cinayətkarlığına  qarşı  mübarizəni 

gücləndirmək,  bu  sahədə  görülən  işlərin  səmərəliliyini  artırmaq  məqsədi  ilə 

Azərbaycan  Respublikasının  kabineti  6  mart  1995-ci  iltarixdə  “Azərbaycan 

Respublikasında  yetkinlik  yaşına  çatmamışların  cinayətkarlığına  qarşı  mübarizə” 

üzrə Respublika Kompleks proqramı haqqında qərar qəbul etmişdir. 

Bu qərara əsasən Azərbaycanda  ən çox yetkinlik yaşına çatmamış uşaqların 

aludə  olduğu  dövriyyədə  olan  narkotik  vasitələrlə  mübarizənin  gücləndirilməsi 

haqqında tədbirlər gücləndirilməsi nəzərdə tutulmuşdur.  

       Yetkinlik  yaşına  çatmayanlarla  cinayətkarlığa  qarşı  mübarizə  sahəsində    F. 

Köçərli adına Respublika Uşaq kitabxanasının rolu böyükdür. Kitabxanada hüquq 

təbliğinə dair hər hansı tədbirlərin maraqlı və canlı olmasına xüsusi diqqət yetirilir.  

Uşaq və yeniyetmələr arasında hüquqi biliklərin təbliği bu işdə əsas yer tutur. Qeyd 

etmək  lazımdır  ki,  respublikamızın  ümumtəhsil  məktəblərində  hüquq  elminin  bir 

fənn kimi öyrənilməsi ilə yanaşı hüquq biliklərinin təbliğini və hüquq tərbiyə işinin 

genişləndirmək məqsədi ilə şəhər, rayon, uşaq, və məktəb kitabxana təbliğat işləri 

aparmalıdır. Belə ki, hüquq məsələlərinə dair mühazirələr, viktorinalar, söhbətlər, 

ədliyyə,  məhkəmə,  polis,  prokurorluq  işçiləri  ilə  görüşlər  təşkil  edilməli,  hüquq 

mövzusunda  konfranslar  keçirilməlidir.  Bu  mövzuda  kitabxanada  kinofilmlərə, 



Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə