Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   2   3   4   5   6   7   8   9   ...   15

 

üzrə narkomaniyaya  düçar olanların sayı  ildən-ilə  artmaqdadır.  Narkomaniya  12-



17 yaş qrupu arasında daha geniş yayılmışdır. Narkotik istehsalına görə Əfqanıstan 

dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub saxlayır. Statistikaya əsasən 

Avropa Birliyi ölkələrində narkomanların sayı 742 minə yaxındır. MDB və Asiya 

ölkələri  də  Qərbdən  geri  qalmır.  Burada  təxminən  26  milyon  adam  narkotik 

vasitələrdən istifadə edir.

 

Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən 



Azərbaycan öz təbiəti, təbii sərvətləri etibarı ilə olduqca zəngin ölkədir. Ərazisinin 

çox  geniş  olmamasına  baxmayaraq,  Yer  planetində  mövcud  olan  11  iqlim 

qurşağından 9-u ölkə ərazisindən keçir. Ona görə də bir gün ərzində respublikanın 

bir tərəfindən digər tərəfinə getməklə ölkə ərazisində səhra, yarımsəhra, mülayim, 

subtropik,  kontinental  və  digər  iqlim  şəraitinə  rast  gəlmək  olar.  Məhz  göstərilən 

iqlim  şəraitləri  ölkənin  bütün  bölgələrində  narkotik  tərkibli  bitkilərin  həm  əkilib 

becərilməsinə,  həm  də  belə  bitkilərin  yabanı  halda  bitməsinə  şərait  yaratmışdır. 

Məsələn,  xaş-  xaşın  Qafqazda  yayılmış  24  növündən  20-si  Azərbaycanda  bitir. 

Həmin  20  növdən  19-u  həm  də  yabanı  halda  yetişir.  Azərbaycanın  geosiyasi 

mövqeyi  narkotiklərin  qeyri-qanuni  olaraq  Avropaya  daşınması  üçün  də 

əlverişlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və digər ölkələrlə 

iqtisadi  əməkdaşlığı  genişləndirdikdən  sonra,  kriminal  strukturlar  üçün  narkotik 

vasitələrin  yayılması,  çirkli  pulların  təmizə  çıxarılması  üçün  əlverişli  şərait 

yaradılmışdı.  Beynəlxalq  narkosindikatlar  Azərbaycanın  əlverişli  vəziyyətindən 

istifadə  edərək  onu  narkotik  vasitələrin  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinə  və 

Avropaya  aparılmasında  tranzit  əraziyə  çevirməyə  cəhd  etmişdilər.  Həmçinin, 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, 

narkotiklərin  ölkə  ərazisində  qanunsuz  dövriyyəsinə  də  öz  mənfi  təsirini 

göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 

20  faiz  ərazisinin  işğalı,  Azərbaycanın  İranla  olan  dövlət  sərhəddinin  132 

kilometrinə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  nəzarət  edilməsi  nəticəsində 

həmin  sahədən  Avropa  və  Qara  dəniz  hövzəsi  ölkələrinə,  həmçinin,  digər 

dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi 

narkotik  tranziti,  narkotiklərin  becərilməsi,  satılması,  transmilli  cinayət  üçün 

nəzarətsiz  zona  kimi  istifadə  olunur.  Ermənistan  tərəfindən  işğal  olunmuş 

Azərbaycan  ərazisinin  narkoişbazlar  üçün  cəlbedici  olması  ölkəmizdə  bu 

istiqamətdə  ciddi  mübarizə  aparılmasını  tələb  edir  ki,  bu  da  hər  bir  şəxsin  öz 

sahəsində  narkomaniya  və  narkobiznesə  qarşı  vicdanla  mübarizə  aparması 

nəticəsində  mümkündür.  Narkomaniya  bəlası  təkcə  paytaxtımızla  məhdudlaşmır. 

Ən  ucqar  əyalətlərimizdə  belə  bu  bəlanın  əlamətləri  artmaqdadır.  Statistik 

məlumatlara  görə  son  illərdə  respublikanın  Cənub  zonasında  narkomanların  sayı 

çoxalmağa  başlamışdır.  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin 

2014-ci  ilin  iyul  ayında  verdiyi  statistikaya  əsasən  Azərbaycanda  təqribən  24 



 

mindən  çox narkoman qeydiyyata  alınmış, onların  təqribən  6  min nəfəri  gənc, 70 



faizi  isə  dispanser  uçotundadır.  Ancaq,  ekspertlərin  fikrincə,  bu  rəqəm  gerçəkliyi 

əks etdirmir. Çünki, narkomanların heç də hamısı qeydiyyata düşmür. Əlbəttə, bir 

sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli 

şəkil  almamışdır.  Lakin  yaddan  çıxartmamalıyıq  ki,  narkomanlıq  yoluxucu 

xəstəlikdir, üstəlik  də  QİÇS-ə  aparan  bir  yol  kimi,  gizli  şəkildə,  sürətlə  yayılmaq 

xüsusiyyətlərinə malikdir. Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun 

ərazi  bütövlüyünün,  suverenliyinin  bərpası,  qorunub  saxlanması  və  mühafizəsi, 

beynəlxalq  terrorizmlə,  transmilli  mütəşəkkil  cinayətkarlıqla  mübarizənin  həyata 

keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi 

baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata 

keçirilmişdir.  Bu  gün  bütün  dünyada  narkotizmin  yayılmasının  qarşısının 

alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın (1961, 

1971  və  1988-ci  illər)  ətrafında  sıx  birləşərək  vahid  mübarizə  metodları 

hazırlamaqla  bu  dəhşətli  bəlanın  qarşısının  alınmasında  birgə  səy  nümayiş 

etdirirlər.  Müstəqil  Azərbaycan  Respublikası  artıq  iyirmi  ildən  çoxdur  ki, 

beynəlxalq  ictimaiyyət  və  aparıcı  dünya  dövlətləri  ilə  birgə  bu  problemin  həlli 

yolunda  ardıcıl  və  məqsədyönlü  addımlar  atır.  Bu  illər  ərzində  Azərbaycanda 

narkomaniyanın  qarşısının  alınması  sahəsində  müxtəlif  istiqamətli  işlər  həyata 

keçirilmişdir. Bunların bəzi mühüm məqamlarını göstərmək yerinə düşərdi. 1992-

ci  ildə  Azərbaycan  Respublikası  BMT-yə  tam  hüquqlu  üzv  olduqdan  sonra 

“Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinə  qarşı 

mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli 

lider  Heydər  Əliyev  narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə 

qarşı  mübarizəni  ümumdövlət  vəzifəsi  hesab  edərək,  1996-cı  il  avqustun  26-da 

“Narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə 

tədbirləri haqqında” müvafiq  fərman  imzalamış  və problemin həlli  üçün  keçirilən 

tədbirlər  keyfiyyətcə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Bu  fərman  əsasında 

ölkəmizdə  2000-ci  ilədək  narkomanlığın  yayılmasına,  narkotik  vasitələrin  və 

psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə  üzrə  Ümummilli 

Proqram  hazırlanmış,  Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz 

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1997-ci ildə 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  BMT-nin  Yaxın  və  Orta 

Şərqdə  Narkotiklərin  Qanunsuz  Dövriyyəsinə  Nəzarət  üzrə  Yardımcı 

Komissiyasının  32-ci  sessiyasında  çıxış  edərək  Azərbaycan  Respublikasının  bu 

problemin  həllində  ardıcıl  addımlar  atacağını  və  dünya  ictimaiyyəti  ilə  bu 

məsələdə  bir  yerdə  olacağını  bir  daha  bəyan  etmişdir.  1998-ci  ildə  Azərbaycan 

Respublikası  BMT-nin  “Narkotik  vasitələr  haqqında”  1961-ci  il  və  “Psixotrop 

maddələr  haqqında”  1971-ci  il  Konvensiyalarına  qoşulmuşdur.  1999-cu  il  iyun 




Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə