Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

 
66
PULSUZ KİŞİLƏR 
 
Telli Pənahqızına 
 
Bu da üstümüzə bir yeni həmlə
səni kövrəldəcək,məni üşüdər. 
Artır məmləkətdə silsilə ilə 
İmkansız kişilər, pulsuz kişilər. 
 
Nə söykənc yeri yox,nə güman yeri, 
nə dərd anlayanı,ovunduranı. 
Məmləkət müstəqil olandan bəri 
Qalmayıb yurdda bir can yandıranı. 
 
Gündüz qul bazarı,gecə ac ünvan, 
işsiz oturmaqdan halsız kişilər. 
Gəzir küçələri boş-boş,sərgərdan, 
kütlə arasında yalqız kişilər. 
 
Nimdaş üst-başından yoxsulluq yağar, 
bu geniş dünyanı cəhənnəm bilər. 
Bir tanış,bir gözəl çöhrə görəndə 
Pörtər xəcalətdən,utanar,ölər. 
 
Arzusu,istəyi gözündə qalar
kül altda köz kimi yanan kişilər. 
Dost-doğma yanında xəcil olarlar, 
hər gün öz evində sınan kişilər. 
 
Görən,kim qarğıdı bu xalqı belə, 
görən, bu kütlənin nəymiş günahı? 
Millətin yiyəsiz övladlarının 
qaranlıq görünür hələ sabahı. 
 
Bu xalqı sındıran yaddımı?! - Əsla, 
öz içimizdədir namərd kişilər. 
Hərdən yavan çörək tapmır,az qala, 
səninlə,mənimlə həmdərd kişilər. 
 
Bu ağrı vaxt-bivaxt gəzər canımda, 
ürəyim sancdıqca göynəyər sinəm. 
Bəlkə o naçarın biri yanında, 
bəlkə o bədbəxtin biri də mənəm?!  


 
67
YOXSULLUQ İMTAHANI 
 
Yaman yerdə yaxaladı yoxsulluq məni, 
indi duydum əzabını imkansızların. 
Dost-döğmalar dəyişdilər,baxışlar yeni, 
gördüm əsl sifətini imansızların. 
 
Nə çox imiş cazibəsi varın,dövlətin, 
demə,həyat çoxu üçün pul-para imiş. 
Siz ey yüz yol məhəbbətlə əl verdiklərim, 
doğrudanmı bu doğmalıq boş yerə imiş? 
 
İndi-indi anlayıram,duyuram sizi, 
ey ağacı əllərindən düşən kişilər. 
Gündə yüz yol laqeydlikdən sınan,sızlayan, 
öz döğma od-ocağından küsən kişilər. 
 
Doğrudan da insan kimi yaşamırıq biz, 
məhkumuq çox qadağaya yaxın-uzaqlı. 
İynə ilə gor qazdılar babalarımız, 
bizimçün də xoş günlərin yolları bağlı. 
 
Çalışsaq da gecə-gündüz,bütün il boyu, 
halal yolla bir kimsənin sərvəti artmaz. 
Hökümətdən aldığımız dilənçi payı, 
bir nəfərin bir həftəlik xərcinə çatmaz! 
 
Doğrudan da ömür deyil yaşayırıq biz, 
bu dövlətdən gördüyümüz, hələ ki, minnət. 
Hələ vardan doymaq bilmir ağalarımız, 
xalqı bu cür imtahana çəkənə lənət! 
 
Bu da iqtidar partiya,yeni hökumət, 
ziyalını,sənətkarı ac qoyan dövlət. 
Vədlər verib aldatmaqmış əsl siyasət, 
“Dahiliyin yollarını” bildik nəhayət! 
 
Noyabr, 2001 


 
68
BİZİ BAĞIŞLAYAN OLARMI 
 
Məni bağışlayan olarmı? – Çətin! 
M.Araz 
 
Heyvanlar arasında belə bir “təbii əxlaq” qaydası mövcuddur. 
Dəstə halında yaşayan heyvan növlərinin əksəriyyətində nəsil ar-
tırma zamanı erkək cinslər arasında “ata” olmaq haqqını qazanmaq 
uğrunda bir vuruş başlanır. Çünki erkək cinslərdə olan bu “şüursuz” 
adlandırdığımız qısqanclıq və ya qürur hissi dişi heyvanlarla cinsi 
əlaqəyə girməyə çalışan hər hansı bir erkəyə qarşı düşmən, rəqib 
hissi yaradır.Bu da onların arasında sərt vuruşa səbəb olur. Və nəti-
cə etibarı ilə “təbii əxlaqda” cinsi əlaqəyə ən güclü erkəklər girə bilir. 
Bu vuruş bir sıra heyvanlar - ələxüsus, canavarlar, dəvələr elə-
cə  də dağ keçiləri,atlar və s. arasında daha şiddətli keçir.Uduzub 
dəstədən qovulan canavarın Yalquzaq, dəvə döyüşünün “nər dö-
yüşü”, qalib dəvənin Nər adlandırılması, həm də bu sözlərin aforiz-
mə, məsəl hədəfinə çevrilməsi heç də təsadüfü deyildir. 
Deməli təbii seçmədə  zəif, xəstə heyvanlara “ata” olmağa, öv-
lad dünyaya gətirməyə imkan verilmir! 
Bəzi yırtıcı heyvanlar isə, bu təbii məntiqlə, öz zəif balalarını hə-
lə körpə ikən parçalayıb öldürür. 
Bəlkə də ağıl yox, instinkt adlandırdığımız bu hiss təkcə eqoizm 
deyil, həm də canlıların öz gələcək nəsillərini daha güclü və sağ-
lam yaratmaq istəyidir? 
Bax, budur sərt, qəddar və müdrikcəsinə düşünülmüş yaşamaq 
uğrunda mübarizənin məntiqi davamı... 
 
Sən bir təbiətin məntiqinə bax, 
bu dəmir qanunu yazana şükür. 
Təbii seçimdə nəsil artırmaq, 
yalnız güclülərin payına düşür. 
 
Sən demə, hər dəfə cütləşmə vaxtı, 
dəstənin içində başlar bir vuruş. 
Didər bir birini qızmış erkəklər, 
qorxutmaz onları bu qanlı yarış. 
 
Bu ər savaşına baxar qıraqdan, 
bir sürü, bir ilxı, bir naxır heyvan. 
Qorxaqtək tanınar meydandan qaçan, 
güclülər vuruşar, ta axıracan. 


 
69
Gücsüzün, acizin burda yeri yox
yalnız qüvvətlilər ər ola bilər. 
Dəvə dəstəsində erkəklər nə çox, 
fəqət onda biri Nər ola bilər. 
 
Vuruşar dəvələr qan-tər içində, 
vuruşar taqətdən düşənə qədər. 
Təbii əxlaqda, qanlı seçimdə, 
demək güc hər şeyi həll edə bilər. 
 
Qalib erkəkləri dişi heyvanlar 
qəbul eyləyirlər ixtiyar kimi. 
Dəstənin içində həmişə onlar 
gəzirlər hər şeyə haqqı var kimi. 
 
Vuruşda uduzan erkəyin isə 
haqqı yox dişiyə yaxın durmağa. 
Bəlkə də gələcək nəsil naminə 
gücsüzü qoymurlar “ata” olmağa. 
 
Zəifə heç harda yer yoxmuş, heyhat 
ya ər olmalısan, ya da ölməli. 
Ana dediyimiz cahanda həyat 
həm ağlamalıdı, həm də gülməli. 
 
Bu acı həqiqət, bu ağır hökm 
nə qədər düzgündür, bilə bilmərəm. 
Ancaq ali həzzdən məhrum olanın 
tapdanmış haqqına gülə bilmərəm! 
 
Fəqət bir həqiqət gün kimi aydın:  
– Ər ola bilməzlər zəif erkəklər. 
Qoy bu sözlərimi yersiz saymasın 
qızəndam kişilər, zərif erkəklər. 
 
Döl verə bilsəydi qorxaq Yalquzaq, 
nəsli yer üzündən silinəcəkdi. 
Dəvənin belində güc olmasaydı, 
Uzaqdan-uzağa bilinəcəkdi. 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə