Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 
79
Bu ad uğrunda hər an 
başımızı qoyarıq. 
Türk oğlu Türk olmaqdan 
daim şərəf duyarıq. 
 
Oxusun şərqisini, 
qoy bu elim, ulusum. 
Türk Tanrıya tapınmış, 
Tanrı Türkü qorusun! 
Aprel, 1999 
 
DƏRD DEMƏYƏ KİMSƏMİZ YOX 
 
Bölündük neçə hissəyə, 
qaldıq azlar arasında. 
Qoyduq sadəlövh kütləni 
kələkbazlar arasında. 
 
“Allahu Əkbər” söylədik, 
xalqı yalanla küylədik. 
Həccə ziyarət eylədik 
allahsızlar arasında. 
 
Məmləkətin haqsızı çox, 
anlamayır bir acı tox. 
Dərd deməyə kimsəmiz yox
bu boz üzlər arasında. 
 
Çox özünü yorma, könül, 
hər müşkülə varma, könül. 
Mərhəmət axtarma, könül 
həris gözlər arasında. 
 
Bu yurdsuz yurddaşlarımın, 
bu işsiz qardaşlarımın, 
zavallı soydaşlarımın 
qəlbim sızlar arasında. 
 
20.11.1998 


 
80
TÜRKÜZ, TÜRKÜ OXUYURUZ 
 
Aşıq Veysələ. 
Ruhu şad olsun. 
 
Qoy dinləsin aləm bizi, 
türküz, türkü oxuyuruz. 
Qorxudamaz ələm bizi, 
türküz, türkü oxuyuruz. 
 
Məskən saldıq dağda, düzdə, 
bir səs gəzdi köçümüzdə, 
o səs daim içimizdə
türküz, türkü oxuyuruz. 
 
O bizim yol yoldaşımız, 
o bizim can sirdaşımız, 
o bizim qan yaddaşımız, 
türküz, türkü oxuyuruz. 
 
Türkmən, Tatar, Qazax, Qırğız, 
Başqırd, Kərkük, Qıpçaq, Oğuz, 
bir rəngdədir bayrağımız, 
türküz, türkü oxuyuruz. 
 
O səs Boz Qurdun səsidi, 
o səs həyat nəfəsidi, 
o səs millət şərqisidi, 
türküz, türkü oxuyuruz. 
 
İzn ver, ey Allahımız, 
xoş açılsın sabahımız, 
sən duamız, pənahımız, 
türküz, türkü oxuyuruz. 
 
Dekabr, 2002 
 


 
81
QƏHRƏMANLAR LAYLASI 
 
 
Qara bağlama,Vətən, 
qalx, yas saxlama, Vətən. 
Sonuncu oğlun ölsə
yenə ağlama,Vətən. 
 
Sən əmanət qal,Vətən, 
sağ-salamat qal,Vətən. 
Gözümüz yumulunca 
bizə layla çal, Vətən. 
 
Dostum,sirdaşım,neynək, 
bacım,qardaşım,neynək? 
Vətən daşı hələ ki, 
olur başdaşım,neynək? 
 
Dövrən dağ olsun,Vətən, 
içi bağ olsun,Vətən. 
Oğul dar gün üçündür, 
başın sağ olsun,Vətən. 
 
Vətən gülzarım olsun, 
dağ-daş güzarım olsun. 
Bu yurd evim olmadı, 
barı məzarım olsun! 
 
Vətən möhtəşəm saray
uçur,dağılır,haray! 
Biz ölümdən qorxmuruq, 
yurd yiyəsiz qalsa,vay! 
 
Döyüşdə ölsək,nə qəm, 
bayrağın olsun kəfən. 
Biz cihad eylədik ki, 
üzün ağ olsun,Vətən! 
 
Uyu,qardaşım,uyu, 
ər silahdaşım,uyu. 
Yenilməzliyin səni  
yaşadar tarix boyu! 
May, 2001. 


 
82
... VURUŞMAĞI MƏNƏ DƏ ÖYRƏT 
 
Sən öz hünər tarixini qanınla yazdın, 
qəhrəman xalq,qəhraman yurd-nə böyük qismət! 
Qoy Qafqazın zirvəsinə ad olsun adın, 
hər igidin bir qayaya,bir dağa şöhrət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət. 
 
Bu günündə,bu günümdə görüşək bir yol, 
sərt ruhunla qanıma hop,ciyərimə dol. 
Lap elə,gəl,rəhbərim ol,komandanım ol, 
bəlkə onda ellik ilə tapaq cəsarət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət. 
  
Min əzaba qatlaşmasaq, bu bəla ötməz, 
səngərləri ev bilməsək,bu dava bitməz. 
Ac qalmaqla canavarın ürəyi getməz
gödən belə yapışdıqca artar güc-qüvvət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət. 
 
Gör, haçandır, biz il-ildən cılızlaşırıq, 
bölünürük bölgələrə,yalqızlaşırıq. 
Aldanırıq,uduzuruq,ucuzlaşırıq, 
kasıbımda ruh qalmayıb,pullumda qeyrət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət. 
 
Sən bir milyon, durmusan yüz milyona qarşı, 
bu inadla səsin qalxıb çatacaq ərşə! 
Hər şəhidçün çaldırırsan qələbə marşı! 
Sən gözümdə ən qadir xalq,ən böyük millət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət. 
 
Sənin xalqın qırılmaqda,yurdun dağılmış, 
mənim isə ruhum ölmüş,səsim boğulmuş. 
Mənim sənə çatmağıma çox var,sağ olmuş. 
Bu sözümə kim güləcək,kim edər heyrət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət. 
 


 
83
Mən dünənlə çox öyündüm,sənsə bu günlə, 
sən Vətənə qurban getdin,mən dedim – “ölləm”. 
Nə vaxt görsən özümçündür sonuncu gülləm, 
demək, onda coşub-daşır qanımda cürət, 
onda daha söyləmərəm, gəl, məni öyrət
indi isə öyrət məni,yenə də öyrət, 
çeçen qardaş,vuruşmağı mənə də öyrət! 
 
Dekabr, 2000 
 
 
 
SƏRHƏDÇI DÜŞÜNCƏLƏRI 
 
İlham Abdullayev musiqi bəstələmişdir 
 
Vətən, sənin göylərinin aydın olsun səması, 
Vətən, sənin sərhədlərin üfüq qədər uzansın. 
Sərhəd boyu dirəklərdə quşlar yuva bağlasın, 
şir biləkli oğulların keşiyində dayansın. 
 
Çiçəklənsin, qüvvətlənsin Azərbaycan dövləti, 
sərhədindən bəlli olur hər ölkənin qüdrəti. 
Dövlət güclü ola bilməz, qorunmursa sərhədi
sərhəd ilə qoşa durur vətəndaşlıq qeyrəti. 
 
Biz rəqibə bac vermərik, biz bu yurda sipərik, 
qarı düşmən qapımızın kandarında qarımış. 
Biz igidik, biz qorxmazıq, biz zəfərə qadirik, 
zaman – zaman bu torpağı XƏTAİLƏR qorumuş. 
 
Biz “Əsgəri and” içəndə əl basmışıq Qurana, 
bu torpağın hər qarışı candan əziz, müqəddəs. 
Yol vermərik zəif, qorxaq sıramızda dayana, 
türk əsgəri şəhid olar, türk əsgəri yenilməz. 
 
Iyun, 2004 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə