Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

 
74
TALESİZ QIZLAR 
 
İndi  şəhər və  kəndlərimizdə cavanlıq yaşı çoxdan ötmüş on minlərlə 
ismətli qız səadətini ləyaqətinə qurban verərək, ata evində oturub, gələcək 
taleyini elçi başına bağlamışdır.Onların böyük əksəriyyəti kasıb balaları-
dır! 
 
Hansı güc qarğıyır onları belə, 
bağlanır bəxtləri bəxtsiz qızların? 
Qəlbində ümidi qalsa da hələ, 
ağarır saçları vaxtsız qızların. 
 
Yaşı yaşdan keçər, bəxti açılmaz, 
istisi duyulmaz bu ulduzların. 
Gəlinlik boxçası, taxtı açılmaz, 
gəlinlik üzünə həsrət qızların. 
 
Dönər göz yaşına səyi, gileyi, 
keçər ömrü-günü güman içində. 
Taleyi bir azmış gəmi taleyi, 
hələ ki, yol gedər, duman içində. 
 
Oyatmaz bir qəlbdə sevgi-məhəbbət, 
nəzərdən, diqqətdən silinər daha. 
Elçi sevdasında aldığı qiymət 
acı həqiqəttək bilinər daha. 
 
Bu dönük taleyin səbəbi aydın, 
yarı arxasızlıq, yarı ehtiyac. 
Dünyaya sevilmək öyrədən qadın 
qalıbdı bir zərrə qayğıya möhtac! 
 
Subaylar imkanlı qız seçir indi
bu cür qohumluğu hünər sayan çox. 
Duydum, qəlbinizdən nə keçir indi, 
qoymuşuq qeyrəti şöhrətə girov! 
 
Şöhrət gəziriksə hər şeydən öncə, 
bədbəxt tükəzbanlar azalmaz, bacım! 
Xəstə düşüncəmiz dəyişməyincə, 
sizə sağlam tale yazılmaz, bacım! 


 
75
Gör, kimə qıyırsan, ay adil Allah, 
budurmu yazdığın “alın yazısı”? 
Kasıb daxmasında ömür çürüdür 
bir yazıq atanın qarımış qızı! 
 
Ya Rəbbim, bir anlıq zülmünü unut, 
onsuz da çətin vaxt, ağır dövrandı. 
Uçurt asimanı başıma, uçurt, 
ancaq bu qızlara qıyma, amandı! 
 
Nə qədər dərd-səri vardı bu elin, 
ah, nələr çəkirlər qız anaları. 
Ay subay oğlanlar, yığışın, gəlin, 
sevin, gəlin edin bu sonaları! 
 
Dekabr, 1999 (Ramazan ayı) 
 


 
76
QOCALAR EVİ 
 
Övladları onları yola vermədikləri üçün qocalar evini öz od-ocağıdan 
üstün tutub ömrünün sonunacan orada yaşamağa qərar verən bu zavallı, 
pənahsız insanları sakit, emosiyasız dinləmək olmur. 
 
Nə qədər ağrılı və acı görüş! 
Başın batsın, nankor övlad! 
Ölümün olumundan daha əfzəl! 
 
Salam verib - hər vaxtınız xeyir – söylədim. 
Aqibətin xeyir olsun, oğul – dedilər. 
Mənə ömrün qürubuna xeyir dilədi 
aqibəti qara gəlmiş bu nisgillilər. 
 
Aqibəti xeyir olmaq, nə uğurlu yol, 
hansımıza qismət olar, qalıb bəxtəbəxt. 
Od-ocaq qur, övlad böyüt, sonra da qovul, 
sən həyatın təzad dolu min üzünə bax! 
 
Qırış kəşmiş çöhrələri xiffətdən solar, 
nurdan düşmüş gözlərində qəm yuva salar. 
Hər gün qüssə, qəhər ilə oyanar, yatar 
yuxusunda övlad, nəvə görən qocalar. 
 
Bu ixtiyar yaşlarında sərgərdan olub 
doğmalardan uzaq düşmək nə qədər ağır. 
Nə arabir bir günlüyə qayıda bilir, 
nə yurd-yuva, nə qonşular yadından çıxır. 
 
Gecə-gündüz lənətləyib qara bəxtini, 
kimlərisə yada salar,səssiz ağlayar. 
Hələ hərdən nəyəsə sərf edər vaxtını, 
hələ hərdən kimə isə ümid bağlayar! 
 
Hərdən fikir neçəsini çəkər uzağa, 
xəyalında nəvəsinə nağıl danışar. 
Keçər oğul günahından bu qəlbi yuxa, 
övladının təhqirini udar, barışar. 


 
77
Lakin gəlməz övladlardan quru təklif də, 
göz yaşıyla dərdlərini yayındırarlar. 
Boş arzuyla, xam xəyalla qalıb təklikdə 
bu tənhalar bir-birini ovundurarlar. 
 
Daha daim fikri məchul, qaşı çatılar, 
günü-günə, ayı-aya satar qocalar. 
Sanki kədər ümmanına lövbər atarlar 
dəryalarda gəmiləri batan qocalar. 
 
Aman, Allah, nə sitəmdir qocalar çəkir, 
bu cür dərdə nə baş dözər, nə ürək dözər. 
Qaçqınların, köçkünlərin gününə şükür, 
övlad, nəvə didərgini olmaqdan həzər. 
 
Bir yerdə ki, valideynə ehtiram olmaz 
batsın o yurd, uçsun o ev, sönsün o ocaq. 
Vətənə də vətəndaş yox, ləkədir ancaq 
anasına, atasına xor baxan alçaq! 
 
Bu gərəksiz vücuduna de, nə ad verək, 
gözümüzdə cılızlaşan, ay arsız oğul? 
Südünümü, zatınımı, nəyini deyək, 
nankor övlad, naqis xələf, qürursuz oğul? 
 
Övlad gərək kəfəninə bürünüb gedə
valideyni ölümə də onu çağırsa. 
Ulu Tanrım, sənin səbrin nə vaxt daşacaq, 
oğlu qoca anasını evdən qovursa?! 
 
Dünya həm şər meydanı, həm hünər meydanı, 
kim nə bilir, əkdiyini kim biçəcəkdir? 
Bu ağacın acı dadan meyvələrindən 
övladların sənə də pay göndərəcəkdir. 
 
Cahil insan, düz yolundan sapdığın yetər, 
şərafət san valideynçün diz çökməyi sən. 
Tanrı – əcəl körpüsündən keçməzdən əvvəl 
öz övladlıq borclarını ödəməlisən! 
 
Dekabr, 2001 


 
78
TANRI TÜRKÜ QORUSUN 
 
İndi də Balkanlarda albanlara qarşı bir savaş başlanmışdır. Böyük Türk nica-
tını yenə də özündə və Tanrısında axtarır.Tanrı Türkü qorusun! 
 
Siz ey Türkü hərb ilə 
hədələyən haqsızlar. 
Bilinməz bu savaşda 
kim udar, kim uduzar. 
 
Bu zaman kəsiyində 
qırılsa da yarısı, 
türkü məğlub olmağa 
qoymaz onun Tanrısı. 
 
Kimsə qıra bilməmiş 
əzmini, qürurunu. 
Min ilərdir qoruyur 
ocağının qorunu. 
 
Başında yüz qovğa var, 
önündə yüz qadağa. 
Suçu oldu-olmadı 
Türk çəkilir sınağa. 
 
Ərzin hər bir savaşı 
izlər onun soyunu. 
Taleyinə yazılmış 
didərginlik oyunu. 
 
Bu ulu Türk dünyası, 
yenilməzlər dövləti. 
Hələ irəlidədir 
onun əsl qüdrəti. 
 
Türk boz qurddan süd əmmiş
Türk qorxmaz, Türk cəngavər. 
Cəsarətdə, cürətdə 
yox ona tay-bərabər. 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə