Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

 
56
QONŞUMUN NADAN OĞLU 
 
Qonşumun oğlu özünə bir təzə maşın almışdı, 
bu maşınla özünü,lap abır-həyadan salmışdı. 
Çünki heç kimi ona yaxın durmağa qoymurdu, 
özü də hər gün onu yuyub-qurulamaqdan doymurdu. 
Hətta maşınını,30 ilin sürücüsü olan,  
atasına da qıymırdı. 
– Bunun modeli təzədir,sən beləsini  
sürməmisən-deyirdi. 
Ata da incikliyini büruzə vermirdi, 
gülümsəyib baxırdı,qanı qanından olan, 
bu nadan oğlunun üzünə, 
qapılıb xəyal aləminə,deyinirdi öz-özünə: 
– Şükür sənə,ya Rəbbim, 
mən bununçün nələr etmədim? 
Şirin danışıq,rəvan yeriş öyrətdim, 
mükəmməl təhsil verdim, 
maşınla davranış öyrətdim. 
Uşaq ikən neçə maşınımı sürdü, 
neçə yol qəza törətdi. 
Qabağını,arxasını neçə dəfə səkiyə,ağaca, 
ayrı maşına çırpdı. 
Neçə yol mühərrikini tökdü, 
ayırıcı muftasını yandırdı, 
ötürücü qutusunu cırdı. 
Hər dəfə eşidəndə güzəştə getdim, 
aparıb usta yanında düzəltdim, 
hamısını bir telinə qurban etdim. 
İndi o,maşallah,böyüyüb, 
kişiləşib,müasirləşib, 
mənim maşınla davranışımı bəyənmir, 
təzə maşınını mənə verməyə çəkinir. 
Nə yaxşı,evimdə nəvəm böyüyür, 
gördüyünü,eşitdiyini anlayır,duyur. 
Nəvəm könlümü almaq üçün 
– baba,mən də böyüyəndə maşınımı 
ona vermərəm-deyir. 
Babası bunun ağlına,məntiqinə qurban, 


 
57
tez gəlib yetişəydi onun istədiyi zaman. 
Bu da bir cür təskinlik,rahat olmaqdır, 
bu da bir cür xəyalən qisas almaqdır. 
Zəmanəmi dəyişib,yoxsa böyütdüyüm 
uşağın xislətimi belədir? 
Oğlumun hərəkəti mənə,əcəb yer eləyir. 
Məsəl var,deyərlər,bu günkü cücə 
dünənki cücəyə “cik-cik” öyrədir. 
 
Dekabr, 2006 
 
 
 
ATƏŞKƏS  DÖVRÜNÜN  BAKISI 
 
Əcəb mülayim keçir Bakımızın qışı, 
hələ ki nə soyuğu var, nə qarı, 
nə də güclü yağışı. 
Bu da yanvar ayının iyirmi beşi, 
artıq bəzi ağacların tumurcuqları şişir, 
havalar tamam sakit, dəyişməz, həlim, 
əsl atəşkəs dövrünə uyğun iqlim. 
İşləyənlər öz iş - güclərində, 
vaxtları planlı, məqsədli ötüşür. 
İşsizlər isə küçələrdə məlul-məlul gəzişir. 
Heç kimin heç kəslə işi yox, 
çünki güclülər hər şeyi bölüşür. 
Hərənin öz konkret haqqı və qadağası var. 
Belə şəraitdə lap qurdla qoyunu  
birgə buraxmaq olar. 
Mən Bakıda heç vaxt bu cür küləksiz, 
şaxtasız qış görməmişdim. 
Deyirəm, bəlkə Bakının havası da 
insanları kimi dəyişir, 
mülayimləşir? 
 
Yanvar, 2004 


 
58
AYILIN, AĞALAR 
 
Zira, kim haqsızlıq edərsə,  
işlətdiyi haqsızlığın əvəzini (mütləq) alacaqdır. 
İncil, Əhdi Cədid, Koloslulara məktub, 3.25. 
 
Qayğılar çoxalır, güzəran çətin, 
dövran yükümüzü artırır müdam. 
Tükənir dözümü, səbri millətin
çoxu həyatından bezikir tamam. 
 
Azacıq imkanlı mərhəm ünvan yox, 
kimə nə deyəsən darda, çətində? 
Sən bir çəkdiyimiz iztiraba bax, 
qohum da, tanış da, dost da bu gündə. 
 
Vəzifə bir qrup şəxslər üçündü, 
babat iş çıxıbdı ceyran dalına. 
Məsullar cibini düşünür indi, 
yanan yox imkansız xalqın halına. 
 
Bir ay yox, heç beş gün dolanmaq olmur 
dövlətin verdiyi məvacib ilə. 
Demə, hökümətə bel bağlamaqla 
tamam ömrümüzü vermişik yelə. 
 
Kəsib dörd tərəfdən yollarımızı, 
bizi bu Vətəndən bezdirənlər var. 
Bir tikə çörəyi xalqa çox görən
içində xəbislik gəzdirənlər var. 
 
Məmləkət bir iyrənc bazardı sanki, 
hara üz tutursan, pul istəyirlər. 
Məşğulluq mənəvi azardı, çünki 
işçi yox, hər yerdə qul istəyirlər. 
 
Tələbat qazancdan dəfələrlə çox, 
kütlə ürəyinin yağını yeyir. 
Nəsil var, içində bir işləyən yox, 
kimi dindirirsən – dözürük – deyir. 


 
59
Satılır səhiyyə, təhsil ilbəil, 
yazıq bu millətin imkansızları. 
Barama qurdutək şişir müttəsil 
yurdum haram yığan vicdansızları. 
 
Talanır bir ucdan elin sərvəti, 
quldur oğruların adları bəlli. 
Yığılır banklara gizli, xəlvəti 
milyonlar, milyardlar, gör neçə ildir. 
 
Bunlara kar etmir nə Zəbur, Tövrat, 
nə İncil, nə Quran, nə Allah xofu. 
Hələ üzlərinə gülür bu həyat, 
hələ ki, özünü şah sanır çoxu. 
 
Ey azğın insanlar, qorxun bir qədər
qaçın bəd əməldən, durmayın üzə. 
Ayılın, ağalar,usanın, yetər, 
Səddamın taleyi görk deyil sizə?! 
 
27.04.2003 
 
  
 


 
60
RUHİ POZUNTU, YOXSA MİSKİN QISQANCLIQ  
 
Z.Qodmanlının qəbirüstü abidəsi önündə düşüncələr 
 
Mirzə Fətəlini yerdən götürməyə qoymayanlar, 
Mirzə Sabirin nəşini məzardan çıxardanlar, 
Zülfüqar Qodmanlının da qəbirüstü abidəsini qırdılar. 
Bu bir nadan oyunudu, bu bir gədə hikkəsi. 
Doğrudanmı ağrıtmır 
bu ruhu pozulmuşların, 
ağlı dayazların miskin hərəkəti 
bu boyda kənddə heç kəsi?! 
Paxıllıqdanmı,xəbislikdənmi, 
acizlikdənmi ya hərislikdənmi 
yaranır bu qısqanclıq? 
Qəbir daşı sındırmağın, 
məzar eşməyin adı ancaq 
nakəslik, nakişilik, alçaqlıq. 
Kimdir götürən bu adı? 
Bu əclaf anlamırmı görən, 
onun da vardır ölənləri- 
əzizləri,doğmaları,soyadı. 
Və haçansa əməlindən xəcalət çəkəcək övladı. 
Nə deyəsən bu əsilsiz,məsləksiz 
xisləti murdara? 
Bu cür hərəkət hara
qonşuluq,yaxınlıq,insanlıq hara?... 
 
Bakıda Əliağa Vahidin 
heykəlini sökənlər, 
Əylisdə Əkrəm Əylislinin 
evini yandıranlar, 
Qodmanda Zülfiqar Qodmanlının 
qəbirüstü abidəsini sındırırlar indi. 
Allah sənə rəhmət eləsin,Mirzə Cəlil, 
bu da Azərbaycanın 
daha bir “Danabaş kəndi”. 
 
Mart, 2007 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə