Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 
70
Nə çoxmuş dünyada təzadlı rənglər, 
vəhşilər seçilir hər işləriylə. 
Didib parçalayır ana pələnglər 
xəstə ənikləri öz dişləriylə. 
 
Bu yolla çoxalıb canavar nəsli, 
bu yolla artıbdı nər oğlu nərlər. 
Bu qədər kölətək yaşadıq, bəsdi, 
qoy qalxsın ayağa ər oğlu ərlər! 
 
Cəsarət, güc, qüvvət – nə böyük anlam, 
ən böyük amallar burdan başlanır. 
Güclüyəm, deməli haqqım var qalam, 
zəifəm, deməli yurdum daşlanır. 
 
Bu yerdə yaranıb “qeyrət” kəlməsi, 
bu yerdən başlanır “namus” anlamı. 
Heyf, silkələmir bu söz hər kəsi, 
heyf, mənasını anlamır hamı. 
 
Hərdən bu hikmətlə qalıb üz- üzə,  
öz xəcil halıma acıyıram mən. 
Dəstədən qovulan Yalquzaq kimi 
dişimi boşuna qıcayıram mən. 
 
Yüz ildir Vətəndən qovuluruq biz, 
yüz ildir tapdanır qəbirlərimiz. 
Az qala tarixdən silinib təmiz 
neçə and yerimiz, pənah yerimiz. 
 
Qulaq as, yurddaşım, dinlə qardaşım, 
özgə köməyiylə yarımaq çətin. 
Bu cəfəng xülyadan bir yolluq daşın, 
qorxmaz ol, igid ol, mətin ol, mətin! 
 
Dünyanın dəyişməz qanunudur bu, 
“qadını ər doğmaz qorxaq millətin”.* 
Düşmən tapdağına çevrilər yurdu
namusu, qeyrəti axsaq millətin! 
Noyabr, 1999 
* Misra M.Arazındı 


 
71
VƏTƏN FƏRYADI 
 
Bir yaralı aslan kimi çəkildin geri, 
itkisinə, ağrısına saç yolan Vətən. 
Həcv deyir indi sənə nakəsin biri, 
ünvanına söylənilir yüz yalan, Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
Bu namərdlər sırasında pozuldu sıran, 
bu tülkülər arasında təkləndin yaman. 
Bu xisləti murdarlardan diləmə aman
ədalətsiz döyüşlərə atılan Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
Ötüşsə də ömrümüzün yüz ili belə, 
çiçək açmaz arzumuzun bir gülü, belə. 
Kimlər çəkir gözümüzə bu mili belə? 
Qəhər olub gözlərimə, a dolan Vətən, 
satqınların əlləriylə satılan Vətən.  
 
Sənin bəxtin bir oyunmuş, əsrin oyunu, 
tarixini dəyişənlər dandı soyunu. 
Bir “Çaldıran döyüşü” qur, çaldır toyunu, 
sərkərdəsi əsgərinə mat olan Vətən,* 
satqınların əlləriylə satılan Vətən. 
 
Nə bir paltar, nə bir kəfən biçilməz belə, 
nə bir şərbət, nə bir zəhər içilməz belə. 
Vətən adlı müqəddəslik kiçilməz belə, 
oba-oba yad ellərə qatılan Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
Səndən qisas, imdad umur şəhid balası, 
gözləyirsən, səbr kasan nə vaxt dolası? 
Kimlər verdi bu torpağı, kimlər alası? 
Hiddəti də səbri boyda bir ümman Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
* 1992-ci ilin may ayının 8-ində, Şuşa süqut edəndə Respublika Prezidenti və Ali 
Baş Komandan vəzifələrini müvəqqəti icra edən cənab Yaqub Məmmədov tele-
viziya ilə çıxış edərək, xalqa bildirdi ki, bəs mən üç gündür Müdafiə Naziri cə-
nab Rəhim Qazıyevi axtarıram, ancaq tapa bilmirəm.O mənə tabe olmur. 


 
72
Qeybdən mənə bir səs gəlir, ilahi bir səs, 
indiyəcən satıldığın, satqınlığın bəs. 
Yurda dönük çıxanların başlarını əz, 
zəfər səsin eşidilsin Batıdan, Vətən! 
Satqınların əlləriylə satılan Vətən, 
ədalətsiz savaşlara atılan Vətən.  
İyun, 1997 
 
 
YAXŞILAR 
 
Dünya elə yaranışdan yaxşıdır, 
yaxşı səma, yaxşı Günəş, yaxşı Ay. 
Ömrümüzün, bəxtimizin naxışıdır 
yaxşı sutka, yaxşı həftə, yaxşı ay. 
 
Xoş günlərin carçısıdır, əl eylər, 
dağda-daşda cığır salar, yol eylər. 
Nemət adlı ruzisini bol eylər 
yaxşı payız, yaxşı bahar, yaxşı yay. 
 
Bardan qalar onsuz bostan, bağ, zəmi, 
elimizin, obamızın zəmzəmi. 
İsti gündə təşnəmizin məlhəmi 
yaxşı bulaq, yaxşı kəhriz, yaxşı çay. 
 
Bir dəmət tut bağından gül dərilsə, 
sözdən yarat, ömür qəsrin hörülsə. 
Müdirklikdir, təmannasız verilsə 
yaxşı bəxşiş, yaxşı sovqat, yaxşı pay. 
 
Ay Fəxrəddin, ötüşdükcə ruzgar, 
hər arzudan, kaş doğa bir xoş qərar. 
Nə yaxşı ki, hələ vardı yaxşılar, 
yaxşıların yaxşısını yaxşı say! 
 
06.09.98 


 
73
YERİYİN DÜŞMƏN ÜSTÜNƏ  
 
döyüşən əskərlərimizə 
 
Haydı igidlərim, cürət vaxtıdır, 
yeriyin, yeriyin düşmən üstünə. 
Ya olum, ya ölüm – qeyrət vaxtıdır, 
Yeriyin, yeriyin düşmən üstünə. 
 
Yenə qan içində Turan, qardaşım, 
nə qədər yurd-yuvan viran, qardaşım. 
Düşmənlə üz-üzə duran qardaşım 
yeriyin, yeriyin düşmən üstünə. 
 
Aldandıq vədlərə, “bu gün-sabaha”, 
vaxt indi bizimçün hər şeydən baha. 
Biz ala bilməsək, qayıtmaz daha*, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
Yaşlılar xiflətdən düşdülər dərdə, 
getdi həya, abır, götürüldü pərdə. 
Qız-gəlin o tayda, “qanunsuz ərdə”, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
İndi xalqın güvənc yeri sizsiniz
Babəkin, Həzinin biri sizsiniz. 
Bu ölü torpaqda diri sizsiniz, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
İz salın Murovun ağ zirvəsinə, 
hay verin Boz qurdun haray səsinə. 
Hələ çox fırlanar dünya tərsinə, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
Əzin düşmənləri, əzin, yeriyin, 
üzün başlarını, üzün, yeriyin. 
Yarı qırılsaq da dözün, yeriyin, 
yeriyin, yeriyin düşmən üstünə
yeriyin, yeriyin düşmən üstünə. 
27.09.1998 
* 90-cı illərin əvvələrində erməni işğalçıları tərəfindən zəbt edilmiş 20 % əra-
ziyə işarədir.
  


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə