Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 310,43 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix06.05.2018
ölçüsü310,43 Kb.
#42723
  1   2   3   4   5   6


OĞUZ  YURDU

İCTİMAİ-SİYASİ QƏZET

• № 3-4 (4578) •  31 yanvar • 2018-ci il •  Çərşənbə  • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik

G

ənc  nəslin  düzgün  yetişdirilməsi



ölkə  siyasətində  önəmli  yer  tutur.

Əsası ümummilli lider Heydər Əli-

yev tərəfindən qoyulmuş dövlət gənclər siya-

sətinin Prezident İlham Əliyev  tərəfindən uğur-

la davam etdirilməsinin nəticəsidir ki, bu gün

Azərbaycan gəncləri bütün sahələrdə özlərini

doğruldurlar.

Heydər  Əliyev 1995-ci ildə  Azərbay-

can gənclərinin forumunun keçirilməsi təşəb-

büsünü irəli sürmüşdür. 2 fevral 1996-cı il ta-

rixdə müstəqil  Azərbaycan gənclərinin ilk  foru-

mu keçirilmişdir. Forumda Ulu öndər Heydər

Əliyev şəxsən iştirak etmişdir.

1 Fevral 1997-ci il tarixdə forumun ildönü-

mü münasibəti ilə gənclərin bir qrupunu qəbul

edən  Heydər Əliyev "2 fevral-Azərbaycan

Gəncləri  gününün  elan  edilməsi  haqqında"

Sərəncam  imzalamışdır.  Həmin  vaxtdan  eti-

barən ənənəvi olaraq hər il 2 fevral günü  Azər-

baycan  gənclərinin    bayramı  kimi  təntənəli

şəkildə qeyd olunur .

Gənclərlə bağlı ölkəmizdə aparılan siyasət

Azərbaycan  dövlətinin  fəaliyyətinin  ən mü-

hüm  istiqamətlərindən  biridir.  Gənclər  və  İd-

man  Nazirliyinin  yaradılması,  müstəqil Azər-

baycan  gənclərinin  ümumrespublika  forum-

larının    keçirilməsi,  2  fevralın     Azərbay-

can Gəncləri  Günü  elan  edilməsi,  çoxsaylı

dövlət proqramlarının qəbulu, "Dövlət gənclər

siyasəti  haqqında"  fərman  ölkəmizdə  gənc-

lərimizə  verilən    yüksək  dəyər    və  qayğının

nəticəsidir. Prezident İlham  Əliyevin  Sərən-

camı ilə  qəbul edilmiş “Azərbaycan Gəncliyi

2017-2021-ci illərdə” Dövlət Proqramı   ölkə-

mizdə gənclərin fəaliyyətinin daha da geniş-

ləndirilməsi  istiqamətində tədbirlər müəyyən-

ləşdirmişdir.

Ölkəmizin hər bir regionunda olduğu kimi,

Oğuz  rayonunda  da  gənclərə  xüsusi  qayğı

göstərilir.  Respublika  gənclər i kimi Oğuz gəncləri

də ölkə rəhbərliyinin, eləcə də  rayon rəhbərli-

yinin diqqət  və qayğısı ilə əhatə olunmuşlar.

Rayon gənclər və idman idarəsi ayrı-ayrı

sahələr üzrə konkret iş planları əsasında  fəa-

liyyət göstərir.  Fəaliyyət istiqamətinə uşaq, ye-

niyetmə və gənclərin ideya-siyasi, vətənpər-

vərlik, hüquqi, mənəvi, estetik tərbiyəsi  və təh-

sili, sosial müdafiəsi, fiziki inkişafı məsələləri

daxildir.  

2017-ci ildə  gənclər siyasətinin həyata ke-

çirilməsi,  idman sahəsində uğurlarımız  çox

olmuşdur. “Şahin” və “Sərhədçi” hərbi və id-

man oyunları, “Vətənin Müdafiəsinə  Hazıram”

poliatlon çoxnövçülüyü yarışlarının rayon mər-

hələsi hər il yüksək səviyyədə keçirilir. 2003-

2004-cü il təvəllüdlü qızlar və oğlanlardan iba-

rət  atletika  komandamız  zona yarışında I ye-

rə, Xaçmaz şəhərində keçirilən respublika bi-

rinciliyində II yerə layiq görülmüşlər. Futbolun

inkişafı istiqamətində  kompleks tədbirlər hə-

yata keçirilir. Qax rayonunda keçirilmiş 12-13

yaşlı  futbolçular  arasında    “Sevinc”  kuboku

uğrunda  ölkə birinciliyinin final mərhəsində ko-

mandamız II yerə, Biləsuvar şəhərində keçi-

rilmiş 10-11 yaşlı futbolçular arasında “Sabahın

ulduzları” kubokunun final mərhələsində I yerə

layiq  görülmüşlər.  28  may  Respublika  Günü

münasibətilə ənənəvi futbol üzrə rayon birin-

ciliyi, Açıq Əyləncəli Futbol Məktəbinin açılışı

yüksək səviyyədə keçirilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti

İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi

2017-2021-ci illərdə”  Dövlət Proqramının təs-

diq edilməsi gənclərə ölkə başçısı tərəfindən

böyük önəm  verilməsinin növbəti  sübutudur.

Prezident İlham Əliyev gənclərə olan mü-

nasibətini  belə  ifadə  etmişdir:  “Mənim  gənc-

lərə  xüsusi  münasibətim  var,  mənim  ürəyim

sizinlədir. Siz bütün işlərdə mənə arxalana bi-

lərsiniz. Mən də sizə arxalanıram”.

Gənclərimizin  qazandıqları  bütün  nailiy-

yətlərin arxasında məhz bu etimad və qayğı

dayanır. 

R. Mahmudov,

Oğuz Rayon Gənclər və İdman         

İdarəsinin rəisi

2   F e v r a l   G ə n c l ə r   G ü n ü d ü r



Göstərilən  etimad  və  qayğı nailiyyətlərimizin təminatçısıdır

Baramaçılıq da sürətlə inkişaf edir. Burada da müqayisə-

lər aparmaq olar. 2015-ci ildə 236 kiloqram barama tədarük olun-

muşdusa, keçən il bu rəqəm 244 tona çatıb. Bu il təqribən 400 ton

barama tədarük edilməlidir. Beləliklə, Şəki ipək kombinatı daha böyük

güclə işləyəcək, daha çox insan cəlb ediləcək. Əminəm ki, 1-2 ilə Şəki

ipək kombinatı tam-sovet vaxtındakı gücü ilə işləyə bilər.

Tut tinglərinin əkilməsi prosesi uğurla gedir. Bizim mövcud ting-

lərimizin sayı 2 milyon 200 mindir. 2016-2017-ci illərdə 1milyon 800

min ting əkilmişdir. 2018-ci ildə isə 3 milyon tingin əkilməsi nəzərdə

tutulub. Bu da bizim kümçülərə olan dəstəyimizdir. Baramaçılıq indi

geniş vüsət alır.  Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əl-

bəttə ki, dövlətin dəstəyi ilə.

Fındıqçılıq sürətlə inkişaf edir. 2016-2017-ci illərdə 30 minə ya-

xın hektarda yeni fındıq bağları salınıb. Bizim ümumi fındıq bağları-

nın sahəsi 67 min hektardır. Yəni, biz iki il ərzində bağların sahəsini

təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının

sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə üç

dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöh-

rələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır.

Keçən il  114 milyon dollar həcmində fındıq ixrac etmişik.

Tütünçülük də sürətlə artır. 2016-cı ildə 3 min 500 ton,  2017-ci il-

də isə 5 min 200 ton quru tütün tədarük edilibdir. Bir il ərzində istehsal

1,5 dəfə artmışdır. İndi qurutma kameraları da alınacaq, bu məhsul öl-

kəmizdə də istehsal olunacaq. Dekabr ayında yeni siqaret fabrikinin

tikintisinə start verildi. Ümid edirəm ki, bu siqaret fabriki bu il işə dü-

şəcək və beləliklə, xaricdən asılılıq azalacaq, ixrac potensialı yara-

nacaq.


Yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilmiş “Azər-

baycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-

iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin

yekunlarına həsr olunan konfransda Azərbaycan Respubli-

kasının Prezidenti İlham Əliyevin yekun nitqindən

2018-ci  il  mayın  28-də  Azərbaycan  Xalq

Cümhuriyyətinin 100 illiyi tamam olur. Azərbay-

can  Respublikasının  Prezidenti  İlham  Əliyev

2017-ci il 16 may tarixində  “Azərbaycan  Xalq

Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sə-

rəncam imzalamışdır. Sərəncamda deyilir: “Qə-

dim  və  zəngin  dövlətçilik  ənənələrinə  malik

Azərbaycan xalqı keçmişinin müəyyən dövrlə-

rində  tarixin hökmü ilə böyük imperiyalar tərki-

binə qatılmaq məcburiyyətində qalmışdır. Azər-

baycan  Xalq  Cümhuriyyəti  məhz  dünyanın  si-

yasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX

əsrin axırları və XX əsrin əvvəllərində Azərbay-

canın yaşadığı parlaq mədəni yüksəliş  mərhə-

ləsinin    məntiqi  yekunu  kimi  meydana  çıxmış-

dır.”

Müasir və müstəqil Azərbaycan Azərbaycan



Xalq  Cümhuriyyətinin  varisidir.  Azərbaycan Xalq

Cümhuriyyəti milli dövlətçiliyimizin ideya əsasıdır.

Sərəncamda qeyd olunur ki, 1991-ci ildə müstə-

qilliyinin bərpasına nail olarkən müasir Azərbay-

can Respublikası özünün qədim dövlətçilik ən-

ənələrinə sadiq qaldığını göstərdi, Xalq  Cüm-

huriyyətinin siyasi və mənəvi varisi olmaqla onun

üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Azərbaycan  Xalq  Cümhuriyyəti    Müsəlman

Şərqində  ilk demokratik, hüquqi, dünyəvi  dövlət

idi. 1918-ci il mayın 28-də elan olunan bu res-

publika cəmi  23 ay yaşaya bilsə də  qısa bir dövr

ərzində köklü islahatlara imza atmış,  sosial, iqti-

sadi, təhsil və digər sahələrdə çox mühüm  na-

iliyyətlər əldə etmişdir. Milliyyətindən, siyasi və

dini mənsubiyyətindən, cinsindən asılı olmaya-

raq bütün vətəndaşlara bərabər hüquqlar  veril-

məsi,  dövlət  sərhədlərinin  müəyyən olunması,

Azərbaycan dövlətçiliyi atributlarının qəbul edil-

məsi, ana dilinin dövlət dili elan olunması  Azər-

baycanın gələcək müstəqilliyi üçün möhkəm  zə-

min  yaratmışdır.  1918-ci  il  may  ayının  28-də

Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal

bəyannaməsi qəbul edildi. Yeni qurulan  Azər-

baycan  Xalq Cümhuriyyəti öz üzərinə  götürdü-

yü    çətin    tarixi    vəzifəni  imkanlarının  ən  son

həddində çalışaraq şərəflə yerinə yetirdi.  Azər-

baycanın  ilk  Parlamenti  və  Hökuməti,  dövlət

aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyən-

ləşdirildi.  Ölkənin  ərazi  bütövlüyü  və  milli  təh-

lükəsizliyi  təmin  edildi,  qısa  müddətdə  yüksək

döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli

tələblərə və demokratik prinsiplərə uyğun dövlət

orqanları quruldu, maarifin və mədəniyyətin in-

kişafına  xüsusi diqqət yetirildi. Ölkə Pezidentinin

imzaladığı Sərəncamda bütün bunlar geniş şərh

edilmişdir.  Sərəncamda  deyilir:  “Azərbaycan  Xalq

Cümhuriyyəti daim sülhsevər siyasət apararaq

bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri

yaratmağa və bir-birinin hüquqlarına hörmət prin-

sipləri  əsasında  münasibətlər  qurmağa  cəhd

göstərirdi. Dünya birliyi tərəfindən tanınmış  Xalq

Cümhuriyyətinin  fəaliyyəti  sayəsində Azərbay-

canın beynəlxalq hüququn subyekti olması 1920-

ci ilin aprel ayındakı bolşevik işğalından sonra

Azərbaycanın  bir  dövlət  kimi  dünyanın  siyasi

xəritəsindən silinməsinin qarşısını aldı.”

Müasir  və müstəqil  Azərbaycan  Azərbaycan

Xalq  Cümhuriyyətinin dövlətçilik  ənənələrini ya-

şadır. Hər il mayın 28-i  Azərbaycanda Respub-

lika günü kimi geniş qeyd olunur.

Azərbaycan    Prezidenti  İlham  Əliyevin  Sə-

rəncamı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin

100 illiyinin qeyd olunması ölkəmizdə azərbay-

cançılıq  təfəkkürünün  möhkəmlənməsinə  və

zənginləşdirilməsinə, həmçinin gələcək nəsillə-

rin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə

edilmələrinə xidmət  göstərir.  

Prezident İlham Əliyev  10  yanvar  2018-ci ildə

daha bir  Sərəncam imzalamışdır. Bu, 2018-

ci ilin  Azərbaycan Respublikasında  “Azər-

baycan    Xalq  Cümhuriyyəti  ili”  elan  edilməsi

haqqında sərəncamdır. Bu bir daha göstərir ki,

Azərbaycan özünün tarixinə, dövlətçilik ənənə-

lərinə sadiqdir. Hər iki Sərəncam  Azərbaycan

Xalq Cümhuriyyəti tarixini   bir daha vərəqləmə-

yə,  ayrı-ayrı  məqamlar  üzərində  daha  geniş

dayanmağa imkan verəcəkdir. 

Sərəncamlarla  əlaqədar ölkəmizdə, eləcə də

rayonumuzda Xalq Cümhuriyyətinin 100 illiyi ilə

bağlı çoxsaylı tədbirlərin keçiriləcəyi nəzərdə tu-

tulmuşdur. 



AZƏRBAYCAN  XALQ  CÜMHURİYYƏTİ-100

Dövlətçilik  tariximizin  şanlı  səhifəsi


Yüklə 310,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə