Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 310,43 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix06.05.2018
ölçüsü310,43 Kb.
#42723
1   2   3   4   5   6

31 yanvar 2018-ci il

6

OĞUZ YURDU

S

on illərdə ucqar  Filfilli kəndində dövlət tərəfindən bir



sıra  mühüm  layihələr  həyata  keçirilmişdir:  Böyük

məbləğdə  vəsait  hesabına  tikilmiş  əzəmətli  körpü,

müasir  tələblərə  cavab  verən  yaraşıqlı  məktəb  binası,  rahat,

gözəl yol, elektrik xətlərinin yenidən qurulması işləri,.. Bütün bun-

lar Filfillini müasir bir kəndə çevirmişdir. Lakin görülmüş bütün

bu işlərə baxmayaraq təbii olaraq kənddə yenə də həlli vacib

problemlər, görülməsi zəruri olan işlər var. Yaxşı haldır ki, yerli

idarəetmə orqanı olan kənd bələdiyyəsi həmin problemlərin həlli,

insanları narahat edən çətinliklərin aradan qaldırılması ilə ciddi

şəkildə məşğul olur  və yaxşı nəticələr əldə edir. Bələdiyyənin

2017-ci ilin yekunlarının müzakirəsinə həsr olunmuş hesabat

yığıncağında bütün bunlar barədə ətraflı bəhs edilmişdir. Kənd

bələdiyyəsinin sədri Akif Nəsirovun hesabat məruzəsində, kənd

ağsaqqalı  Mürvət  Mikayılovun,  yerli  icra  nümayəndəsinin

müavini Osman Dadaşovun, müəllim Səfəralı Fəzliyevin, kənd

sakini  Ovçu Eyyubovun  və başqalarının çıxışlarında göstə-

rilmişdir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Res-

publikasının    Qanununun  tələbinə  uyğun  olaraq  Filfilli  bələ-

diyyəsi hesabat ilində bir çox işlərin görülməsinə nail olmuşdur.

Hesabat  dövründə perspektiv inkişaf fondunda torpaq sahə-

sinin olmaması nəzərə alınaraq bələdiyyə tərəfindən  bu  fonda

torpaq sahəsinin ayrılması üçün aidiyyəti orqanlar qarşısında

məsələ qaldırılmışdır. Rayon rəhbərliyinin köməkliyi, aidiyyəti

qurumların rəyləri əsasında bələdiyyənin inzibati ərazisində yer-

ləşən kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid örüş

sahəsindən yaşayış məntəqələrin torpaqları kateqoriyasına  tə-

yinatı dəyişdirilməsi nəzərdə tutulan 5 hektar torpaq sahəsinin

bələdiyyənin  qaldırdığı  vəsadətlə əlaqədar  Nazirlər  Kabinetinin

göstərişi əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Re-

yestri xidmətinin əməkdaşları tərəfindən yerdə monitorinq  apar-

maqla  yerquruluşu  planı  və  albom  sənədləri  hazırlanmış,

aidiyyəti  qurumlar tərəfindən  təsdiq edilmişdir.  Məsələ bələ-

diyyə  iclasında  müzakirə  edilərək   Azərbaycan  Respublikası

Nazirlər Kabinetinin 10 nömrəli qərarının 3.1.2; 3.2.2 bəndlərinə

uyğun olaraq bələdiyyənin inzibati ərazisində yerləşən 5 hektar

torpaq sahəsinin  təyinatının  dəyişdirilməsi  ilə  əlaqədar  qərar

qəbul edilmiş  və həmin qərarın  təsdiqi  Azərbaycan Respubli-

kası  Nazirlər  Kabinetindən  xahiş  edilmişdir. 

2012-ci  ildə uzunluğu 640 metr olan 2350 kv. m  yol daş

döşəməklə  əsaslı təmir olunmuşdur.  Azərbaycan Respublikası

Kənd Təsərrüfatı yanında Kənd Təsərrüfatı Layihələri və Kre-

ditlərin  idarə  edilməsi  üzrə  dövlət  xidməti  nəzdində  fəaliyyət

göstərən  AZKİL  təşkilatı  Filfilli  bələdiyyəsinin balansında olan

su xəttinin əsaslı təmir edilməsi və yenidən qurulması işini hə-

yata  keçirmişdir.  Bələdiyyənin  balansında  olan  11  km    uzun-

luğunda  yoldan  ötən dövr ərzində 3200 metr daş döşəmə və

qum-çınqıl daşınmaqla müxtəlif  vaxtlarda əsaslı təmir olunmuş,

qalan yolların təmir olunması üçün hesabat ilində AZKİL təşki-

latı ilə kənd icması vasitəsi ilə müəyyən razılaşmalar aparmaqla

bələdiyyə ilə müqavilə bağlanmış 2016-cı ildə 8140 metr uzun-

luğunda 24660 kv. metr yola qum-çınqıl, 900 metr uzunluğunda

3700 kv. metr yola daş döşəməklə əsaslı təmir işləri görülmüş-

dür. Kəndin yuxarı hissəsinə pay torpaqları boyunca uzanan yol-

ların bərbad vəziyyətdə olması, əsasən də yağışlı-qarlı günlərdə

texnikanın  hərəkətinin  mümkünsüz  olması  nəzərə  alınaraq

bələdiyyə tərəfindən yolun   istiqaməti dəyişdirilərək  dəyirman

çayının sol sahili boyunca çəkilməsi plana salınmış və bunun

həllinə nail olunmuşdur. Kəndin daxilində 6 yerdə kənara çıxış

yolları    və  2  yerdə  800  metr  olmaqla  texnikanın    hərəkəti

mümkün olmayan yollar qum-çınqıl və daş döşəməklə vətən-

daşların istifadəsinə verilmişdir.

Hesabat yığıncağının iştirakçıları kənddə son illərdə  bir çox

mühüm  layihələrin həyata keçirilməsinə görə Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyevə və  rayon icra hakimiyyə-

tinin başçısı  Eyvaz Qurbanova minnətdarlıqlarını bildirmişlər. 

2017-ci ildə Filfilli bələdiyyəsində   20 iclas keçirilib, iclasların

gündəliyinə 44  məsələ daxil edilib və müvafiq qərarlar qəbul olu-

nub.


Hesabat ilində bələdiyyəyə vətəndaşlardan 60 ərizə və mək-

tub, rəsmi orqanlardan 76 ədəd sənəd və məktub daxil olmuşdur.

Ərizələrə, daxil olan sənədlərə operativ baxılaraq müvafiq qərar-

lar qəbul edilmişdir.    

2017-ci  ildə  bələdiyyə  büdcəsinin  gəlirləri  13423  manat

təşkil edib. Büdcə gəlirləri aşağıdakı mənbələrdən daxil olub:

Fiziki şəxslərdən torpaq vergisindən 4617 manat, torpaq alqı-

satqısından 4819 manat, qanunla müəyyən edilən digər vergi və

ödənişlərdən 41 manat,  pullu xidmətlərdən 2152 manat. Bundan

başqa dövlət büdcəsindən 1798 manat dotasiya daxil olmuşdur.

Bələdiyyənin yerli büdcəsinin gəlirləri hesabat ilində əvvəlki ilin

gəlirlərinə nisbətdə 6913 manat çoxdur.

2017-ci ildə bələdiyyə büdcəsindən  15206 manat  vəsait

xərclənib.Yığıncaq iştirakşılarına bu pulun hara xərclənməsi ba-

rədə konkret məlumat verilmişdir. Qeyd olunmuşdur ki,  hesabat

ilində  kimsəsizlərə, xəstələrə, qocalara,  imkansızlara və digər

aztəminatlı ailələrə-18 nəfərə ərizələri nəzərə alınaraq 1800 ma-

nat birdəfəlik yardım verilmiş, mədəni kütləvi tədbirlərin həyata

keçirilməsinə  310  manat  bələdiyyə  büdcəsindən  pul  xərclən-

mişdir. 


2017-ci ilin dekabr ayında alternativ mənbədən  içməli su gö-

türmək məqsədilə tədbirlər həyata keçirilmiş,  içməli su  xəttinin

mənbəyindən 1250 metr məsafədən-Qala çayından suyun gö-

türülməsi üçün 320 metr uzunluğunda kanal açılmış və çaydan

götürülən su öz axarı ilə gətirilərək  hazırlanmış su hovuzlarına

qatılmışdır. Bələdiyyənin  balansında olan suvarma  arxları vaxt-

aşırı təmizlənmiş, kəndin aşağı məhəllələrinin sel sularından qo-

runması məqsədilə 180 metr uzunluğunda kanal qazılmış, 210

metr məsafəyə su arxı çəkilmişdir.  Lakin suvarma suyu  təchizatı

ilə əlaqədar problemlər var.  

İllik smetada nəzərdə tutulan vergi və ödənişlərin 70%-i kə-

nardan sahibkarlıq fəaliyyəti məqsədi ilə torpaq sahəsi almış və-

təndaşların payına düşür. Əfsuslar olsun ki, son dörd  ildə həmin

vətəndaşlardan vergilərin tələb edilməsi mümkün olmamışdır.

Bunun da əsas səbəbi həmin borclu vətəndaşlardan bir çoxları-

nın aldığı torpaq sahələrini digər vətəndaşlara satması və torpa-

ğı almış ikinci şəxslərin qanunla müəyyən olunmuş qaydada 40

gün müddətinə yerli bələdiyyədə vergi qeydiyyatından keçməli

olduğu halda bunu etməməsi, bilərəkdən vergidən yayınmasıdır.

Hesabat ilində həmin şəxslər bələdiyyədə qeydiyyata alınaraq

vergiyə cəlb edilmiş, vergilərin məcburi qaydada ödətdirilməsi

üçün Oğuz, Qəbələ və Ağdaş icra məmurları qarşısında məsələ

qaldırılmışdır. Hazırda icra məmurları tərəfindən iş aparılır.

1 yanvar 2018-ci tarixə 221 nəfər vergi ödəyicisindən 118 nə-

fərin bələdiyyəyə vergi borcu olduğu qeyd edilmişdir. Torpaq ver-

gisi üzrə borc  46900 manatdır, ondan 44400 manat sahibkarlıq

fəaliyyəti üçün alınmış torpaq sahələrinə görə ödənilməmiş ver-

gilərdir. Bundan başqa vergi ödəyicilərinin əmlak vergisi üzrə

2300 manat, ot pulu və su pulu üzrə 3248 manat bələdiyyəyə

debitor borcu qalmışdır.

Filfilli kəndinə 38 hektar fındıq sahələrinin salınması plan-

laşdırılmışdır. İndiyədək 13,2 hektar sahədə 2150 topa fındıq tin-

gi əkilmişdir. Bu proses davam etdirilir.

Bələdiyyə tərəfindən kəndə yaxın  məsafədə yerləşən Dövlət

Meşə Fonduna aid 80 hektar kollu-örüş sahəsinin bələdiyyənin

balansında olan kəndin cənub-qərb hissəsində dağ massivində

yerləşən meşə örtüklü sahələrin 80 hektarı ilə əvəzləşdirilməsilə

əlaqədar qanuna müvafiq qaydada Nazirlər Kabineti qarşısında

vəsadət qaldırmış və bu məsələyə aydınlıq gətirmək məqsədilə

bələdiyyə rəhbərliyi rayon rəhbərliyinin razılığı əsasında 2017-

ci ilin dekabr ayının 25-də Yevlax şəhərində Ekologiya və Təbii

Sərvətlər Nazirinin qəbulunda olmuş və orada razılıq əldə edil-

mişdir. Yanvar ayının  6-da  nazirliyin  əməkdaşlar ərazidə olaraq

sahələrə baxış keçirmiş, bəhs olunan torpaqların əvəzləş-diril-

məsi məqsədə uyğun hesab edilmişdir. Hazırda həmin ərazilərin

əvəzləşdirilməsi  prosesləri aparılır.

Hesabat ilində bələdiyyə torpağından çəpərə almaqla zəbt

etmiş 37 vətəndaşa torpağın buraxılması ya da uzunmüddətli

icarəyə götürülməsi ilə bağlı bələdiyyə tərəfindən rəsmi xəbər-

darlıq edilmiş, həmin vətəndaşlardan 27 nəfər zəbtində olan bə-

lədiyyə  torpağının  uzunmüddətli  icarəyə  götürülməsinə  dair

bələdiyyəyə ərizə ilə müraciət etmişdir.  Yığıncaqda digər prob-

lemlərdən, onların həlli yollarından, qarşıda duran vəzifələrdən

də ətraflı söhbət açılmışdır.



Nazim Hüseynli

Filfilli  bələdiyyəsi:

Görülmüş  işlər çoxdur, qarşıda mühüm vəzifələr durur

Ö

lkəmizdə bələdiyyə-



lərin fəaliyyətə baş-

lamasından  18-il

keçdi. Bu müddət ərzində bə-

lədiyyələrin təşkili, statusu, ni-

zamnaməsi,  səlahiyyətləri,

mülkiyyət, maliyyə əsasları və

digər normativ-hüquqi sənəd-

ləri  qəbul  edilmişdir,  bələdiy-

yələrin  inkişaf  etdirilməsinə

dövlət qayğısı gücləndirilmiş-

dir. Bu baxımdan Oğuz bələ-

diyyəsi də ilk gündən qarşıya

qoyulmuş vəzifələri  yerinə ye-

tirmək üçün səylə çalışmış və

nailiyyətlər qazanmağa müvəf-

fəq olmuşdur.

Bələdiyyəmiz  tərəfindən

2017-ci il ərzində xeyli uğurlar

qazanılmışdır.  Görülən  işlər

barəsində seçicilərə ətraflı mə-

lumatlar çatdırılmış, yerli büd-

cə, daxil olmalar və xərclər

haqqında hər kəs məlumatlan-

dırılmışdır. Növbəti görüləcək

işlər  ətrafında  müzakirələr

aparılmış, rəy və təkliflər din-

lənildikdən sonra müvafiq qə-

rarlar qəbul edilmişdir.

Hesabat ilində  13 iclas ke-

çirilmiş, iclaslarda 90 məsələ

müzakirə edilmişdir. İclaslara

çıxarılan  məsələlər  əvvəlcə

aidiyyəti  üzrə  daimi  komissi-

yalarda  araşdırılmış  və  bələ-

diyyə iclasına çıxarılması töv-

siyə  olunmuşdur.  14  məsələ

sosial sahəyə, 38 məsələ tor-

paqla  bağlı  müraciətlərə,  20

məsələ  şəhərdə  aparılan

abadlıq işlərinə, bayram və ic-

timai tədbirlərə, 18 məsələ isə

“Bələdiyyələrlə İş Mərkəzi” nin

tövsiyyə və təlimatlarının, eko-

loji problemlərin, vergi toplan-

ması ilə əlaqədar görülmüş iş-

lərin müzakirəsinə və sairə

həsr edilmişdir.

İclaslarda  yerli  büdcənin

gəlirləri və xərcləri, bələdiyyə

qərarlarının icrası vəziyyəti və

digər  məsələlər  ətrafında  da

araşdırmalar aparılmış və qə-

rarlar  qəbul  edilmişdir.  Bələ-

diyyə  qanunvericiliyini  əldə

rəhbər tutan təşkilatımız qəbul

edilmiş bələdiyyə aktlarını qə-

bul edildiyi andan 15 gün müd-

dətinə  fəaliyyətimizə  inzibati

nəzarəti həyata keçirən orqa-

na göndərmiş və həmin təşki-

latın  tövsiyə  və  təlimatlarına

əməl etmişdir.

İl ərzində bələdiyyəmiz tə-

rəfindən  sosial  baxımdan

maddi  vəziyyəti    gərgin  olan

bir  qrup  şəhər  sakininə  940

manat  məbləğində  yardım

göstərilmişdir. Şəhərin ictimai

həyatında  fəallıq  göstərilmiş,

bütün bayram və digər tədbir-

lərdə seçicilərin yanında olun-

muş, onlara maddi və mənəvi

dəstək  verilmişdir.  Yeni  il  və

Dünya  Azərbaycanlılarının

Həmrəyliyi Günü, 8 Mart Qa-

dınlar  Günü, Novruz bayramı,

9 May Qələbə Günü, 28 May

Azərbaycan Xalq Cümhuriyyə-

tinin ildönümü, 10 May Ulu ön-

dər  Heydər  Əliyevin  doğum

günü,  20  Yanvar  hüzn  günü

Oğuz  bələdiyyəsinin biləvasi-

tə dəstəyi və iştirakı ilə qeyd

olunmuşdur. 

Bələdiyyəmiz  şəhərimizin

abad  və  gözəl  bir  yaşayış

məntəqəsinə çevrilməsi üçün

aparılan abadlıq və quruculuq

işlərində yaxından iştirak etmiş

və etməkdədir. Şəhərin hər iki

tərəfindən  axan  çay  yataqla-

rının məişət tullantılarından tə-

mizlənməsi,  Oğuz-Şəki  və

Oğuz-Bayan  yolları  kənarına

əkilmiş ağac və gül kollarının

becərilməsi, qorunması və su-

varılması işlərində fəallıq gös-

tərilmişdir. Şəhərin cənubunda

salınmış yeni yaşayış massi-

vində daxili yolların hamarlan-

ması, qumlanması, köhnə çay

yatağının doldurulması, yol kə-

narlarının  kol-kosdan  təmiz-

lənməsi  həyata  keçirilmiş  və

bu işlər davamlı xarakter daşı-

maqdadır.

Yuxarıda qeyd olunan təd-

birləri  həyata  keçirmək  üçün

birinci  növbədə  vəsait  tələb

olunur.  Vəsait  olmasa  işdən

danışmağa dəyməz. Bələdiy-

yələrin  maliyyə  mənbəyi  isə

fiziki şəxslərdən toplanan tor-

paq  və  əmlak  vergisi,  digər

vergilərdir. Ötən il yerli büdcə-

nin təmin edilməsində xeyli irə-

liləyişlər əldə olunmuşdur. Beş

minədək vergi ödəyicisinin 80

faizindən  çoxuna  bildirişlər

çatdırılmış,  vergi  barəsində

maarifləndirmə  işləri  aparıl-

mışdır.  Nəticədə  2015  və

2016-cı illərə nisbətən müsbət

meyllər yaranmışdır. Belə ki,

vergi  ödəyiciləri yavaş-yavaş

anlayırlar ki, vergilər ödənərsə

toplanmış  vəsait  dolayısı  ilə

onlara  qaytarılacaq,  şəhərdə

abadlıq və təmizlik işləri,  ya-

şıllaşma, yenidənqurma həya-

ta keçiriləcək, daxili yollar tə-

mir olunacaq, maddi vəziyyəti

ağır olanlara yardımlar göstə-

riləcəkdir.

Bələdiyyə ərazisində 3 orta

məktəb, 2 bağça, idman mək-

təbi  fəaliyyət göstərir. Çalışırıq

ki,  müəllim  və  şagirdlərlə  sıx

əlaqədə  olaq,  gələcək  nəslin

tərbiyəsində müəyyən rol oy-

nayaq.  Məzunlarla  aparılan

işlərə  xüsusi  fikir  veririk.  Ali

məktəblərə daxil olanlarla tə-

maslar qurur, onlarla görüşlər

keçiririk. Xüsusi ilə ali və orta

ixtisas məktəblərinə daxil ola

bilməyən  gənclərlə  aparılan

işə önəm veririk. Onların işlə

təmin edilməsinə, asudə vaxt-

larının təşkilinə, idmanla məş-

ğul olmalarına şərait yaratma-

ğa səy göstəririk. Bunun üçün

idman yarışları, görüşlər, dis-

putlar  təşkil  edilir,  əmək  yar-

markalarında onların iştirakına

nail oluruq. 

Görülən işlərlə yanaşı həl-

lini  gözləyən  problemlərimiz

də vardır. Xüsusilə yerli büd-

cənin təmin edilməsi sahəsin-

də  bir  sıra  çətinliklər  işimizə

xələl gətirir. 

Oğuz  bələdiyyəsi  gələcək

fəaliyyətində  qanunvericiliyə

əməl edilməklə yanaşı sosial

problemlərin həll edilməsində

də bütün imkanlardan maksi-

mum  istifadə  etməyə  çalışa-

caqdır.

Oğuz bələdiyyəsi   

B Ə L Ə D İ Y Y Ə L Ə R     H E S A B A T     V E R İ R

Oğuz  bələdiyyəsinin  2017-ci  ildə  gördüyü

işlərə  dair  hesabatının  icmalı



Yüklə 310,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə