Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 310,43 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix06.05.2018
ölçüsü310,43 Kb.
#42723
1   2   3   4   5   6

31 yanvar 2018-ci il

2

OĞUZ YURDU

20  YANVAR  HADİSƏLƏRİNİN  28-Cİ  İLDÖNÜMÜ

OĞUZDA  GENİŞ  QEYD  EDİLMİŞDİR

20 Yanvar  hüzn  günü  respublikamızın  hər

yerində o qanlı faciə zamanı və  Vətən torpaq-

larının  azadlığı  uğrunda  şəhid  olmuş  övladla-

rımızın xatirəsi anılmışdır.  Rayon icra hakimiy-

yətinin tədbirlər planına uyğun olaraq Oğuzda,

eləcə də rayonun kəndlərində  faciəyə həsr olun-

muş  bir çox tədbirlər keçirilmiş, şəhid məzarları

ziyarət olunmuşdur. 

Yanvarın 20-də  Oğuz Rayon İcra Hakimiyyə-

tinin  işçiləri,  rayondakı  bütün  əmək  kollektiv-

lərinin üzvləri,   ictimaiyyətin nümayəndələri, ra-

yon sakinləri  şəhərimizdəki   Şəhidlər Xiyabanı-

na gəlmişlər.  20 Yanvar şəhidlərinin və Azərbay-

canın  ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid

olmuş övladların ruhuna dualar oxunmuşdur.

Şəhidlər kompleksinin önünə Oğuz Rayon

İcra  Hakimiyyəti  adından  əklil  qoyulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı  E. Qurbanov

və  mərasim iştirakçıları xiyabanda uyuyan  həm-

yerlilərimizin  məzarları  üstünə  tər    qərənfillər

düzmüşlər. 

Saat 12.00-da şəhidlərin xatirəsi  bir dəqiqəlik

sükutla yad edilmişdir.

Aşağıda bir sıra kollektivlərdə keçirilmiş təd-

birlər haqqında məlumatları dərc edirik.

O

ğuz  Rayon  Heydər



Əliyev  Mərkəzində

20 yanvar faciəsinin

28-ci ildönümü ilə əlaqadar  “20

Yanvar-tariximizin qəhrəmanlıq

səhifəsi” adlı tədbir keçirilmişdir.

Tədbirdə  rayon icra hakimiyyə-

tinin,  gənclər və idman idarə-

sinin,  YAP  Oğuz  rayon  təşki-

latının,  tarix-diyarşünaslıq mu-

zeyinin,    uşaq-gənclər  inkişaf

mərkəzinin nümayəndələri,  ra-

yon  məktəblərinin  müəllim  və

şagirdləri  iştirak etmişlər.

Heydər  Əliyev  Mərkəzinin

direktoru  M.  Abbasova  tədbiri

açaraq 1990-cı il  yanvarın 19-

dan 20-nə keçən gecə Bakı şə-

hərinə və  Azərbaycanın bir ne-

çə rayonuna keçmiş Sovet İtti-

faqının qoşun hissələrinin föv-

qəladə vəziyyət elan edilmədən

yeridilməsi,  dinc  əhaliyə  divan

tutulması, yüzlərlə insanın qətlə

yetirilməsi  haqqında  məlumat

vermişdir.

Azərbaycanın müstəqilliyi

və  istiqlaliyyəti yolunda canla-

rını  qurban  vermiş  şəhidlərin

xatirəsi 1 dəqiqəlik sükutla yad

edilmişdir. Daha  sonra Mərkə-

zin  bələdçisi  S.Musayeva

“Qanlı  yanvara  gedən  yolun

başlanğıcı”  mövzusunda  çıxış

etmişdir. Tədbirdə  rayon uşaq-

gənclər inkişaf mərkəzinin üzv-

ləri  20  Yanvar  faciəsinə  həsr

olunmuş  ədəbi-bədii  kompo-

zisiya təqdim etmişlər. 20 yan-

var  hadisələrinin  tarixindən,

həmin günlərdə  xalqının səsinə

səs verən ümummilli lider Hey-

dər  Əliyevin  20  yanvar  hadi-

sələrinə ilk hüquqi-siyasi qiymət

verməsindən bəhs edən video-

çarx  təqdim  edilmişdir.  Tədbir

iştirakçılarına “20 Yanvar-tarixi-

mizin qəhrəmanlıq  səhifəsi” ad-

lı bukletlər təqdim edilmişdir.

Rayon  gənclər  və  idman

idarəsinin rəisi R.Mahmudov çı-

xış edərək 20 Yanvar gününün

faciə  günü  deyil,  xalqımızın

azadlıq  və müstəqillik  uğrunda

mübarizə apardığı qəhrəmanlıq

və qürur günü  olduğunu vurğu-

ladı.


20 yanvar-tariximizin qəhrəmanlıq səhifəsi

R

ayonun Xaçmaz kəndi



Qarabağ döyüşlərində

19 şəhid  vermişdir, 5

xaçmazlı itkin düşmüşdür.  Onla-

rın  xatirəsi  kənddə  həmişə  əziz

tutulur. Hər il 20 Yanvar günü şə-

hidlərin uyuduğu Xaçmaz Şəhid-

lər Xiyabanında  böyük tədbir ke-

çirilir. Bu il də belə olmuşdur. Təd-

birdə kənd icra nümayəndəliyinin,

bələdiyyənin,  mədəni-maarif mü-

əssisələrinin  işçiləri,müəllimlər,

məktəblilər, kənd sakinləri  iştirak

etmişlər.  Şəhidlərin  xatirəsi  bir

dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər 20 Yanvar faciəsi,

Qarabağ savaşı və şəhidlərimiz

haqqında  ürək  sözlərini  söylə-

mişlər.  Məktəblilər  ədəbi-bədii

kompozisiya  təqdim etmişlər. Şə-

hid məzarları üzərinə gül dəstə-

ləri düzülmüşdür. Kənddəki mək-

təblərdə, kitabxanalarda 20 Yan-

vara həsr edilmiş digər tədbirlər

də keçirilmişdir.  

Xaçmaz kəndində də 

şəhidlər anıldı

O

ğuz şəhər  H. Baba-



yev  adına  1nömrəli

tam  orta  məktəbdə

“Şəhidlər qarşısında enən bay-

raq yağı düşmən qarşısında en-

məyəcəkdir!” devizi  altında təd-

bir  keçirilmişdir.  Tədbir    Azər-

baycan  Respublikasının Dövlət

Himninin  canlı  ifası  ilə  başla-

mışdır.  Şəhidlərin  xatirəsi  bir

dəqiqəlik sükutla yad edilmişdir.

Şagirdlərin ifasında Vətənə,

doğma  torpağa,  anaya,  Azər-

baycan əsgərinə həsr olunmuş

şeirlər,  mahnılar  və  rekviyem

səslənmişdir. 

Rayon  təhsil  şöbəsinin  mü-

diri  E.  Kərimov  tədbirdə  çıxış

edərək  xalqımızın  azadlıq  mü-

barizəsində   20 Yanvar faciəsi-

nin mühüm əhəmiyyət kəsb et-

məsindən danışmış  və   faciə-

nin 28-ci ildönümü ilə əlaqədar

rayonun təhsil müəssisələrində

keçirilən  tədbirləri  diqqətə  çat-

dırmışdır. 

1  nömrəli     məktəbdə  tədbir

R

ayon  uşaq-gənclər  inkişaf  mərkə-



zində məktəblilərin əl işlərindən iba-

rət  sərgi  təşkil  edilmişdi.  Sərgidə

mərkəzin təsviri incəsənət dərnəyinin üzvlərinin

35 rəsm işi nümayiş etdirilmişdi. Dərnək üzv-

lərindən  Kamran  Hümmətlinin,  Vüsal  Cəli-

lovun,  Nadir Abdullazadənin,  Ülvi  Salahlının,

Məhəmməd Ağazadənın, Fatimə İslamovanın

əl işləri daha çox maraq doğurmuşdur.

Rayon təhsil şöbəsinin müdiri E. Kərimov

şagirdlərin 20 Yanvar faciəsi ilə əlaqədar nü-

mayiş etdirilən əl işləri  barədə öz fikirlərini bil-

dirmişdir.

Rəsm əsərləri sərgisi

O

ğuz  Rayon  Mərkəzi  Kitab-



xanasının  uşaq  şöbəsinin

təşkilatçılığı ilə  mədəniyyət

mərkəzində  20  yanvar  hadisələrinin

28-ci  ildönümünə  həsr  edilmiş  “Şə-

hidlərin  qürur yerindir Azərbaycan!” ad-

lı  ədəbi-bədii  kompozisiya   təşkil olun-

muşdur.

Tədbirdə tarix-diyarşünaslıq muze-



yinin, H. Əliyev Mərkəzinin əməkdaş-

ları, H. Babayev adına şəhər 1 nömrəli

məktəbin şagirdləri iştirak edirdilər. Şə-

hidlərinin xatirəsi bir dəqiqəlik sükutla

yad edildi. Şəki Regional Mədəniyyət

və Turizm İdarəsinin Oğuz rayonu üz-

rə  baş  məsləhətçisi  U.  Baxışova  20

yanvar  hadisələrinin  tarixi  haqqında

geniş məlumat verdi. Sonra X. Mika-

yılova  ”20  Yanvar”  şeirini  söylədi.

Mərkəzi kitabxananın uşaq şöbəsinin

baş biblioqrafı T. İsayeva “20 Yanvar-

tariximizin qanlı və şanlı səhifəsi”, H.

Babayev adına şəhər 1 nömrəli mək-

təbin şagirdi A.Əzizli “O qanlı gecədə

uşaqlara da aman verilmədi” adlı mə-

ruzələr etdilər.  VII sinif şagirdləri “Şə-

hidlər qürur yerindir, Azərbaycan!”  adlı

ədəbi-bədii kompozisiya ilə çıxış etdi-

lər.  RİH-in  nümayəndəsi  S.Nəbiyev

Azərbaycanın  müstəqillik  savaşında

20 yanvar hadisələrinin oynadığı roldan

danışmışdır. Faciəni əks etdirən video-

çarx  nümayiş  olunmuşdur.  “Şəhidlər

qürur yerindir,  Azərbaycan!” adlı sər-

giyə  baxış oldu, şagirdlərə hədiyyələr

verildi.

M. Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxana-

sının informasiya-resurs şöbəsinin

müdiri

Şəhidlər qürur yerindir, Azərbaycan!

Q

umlaq kəndində “Şəhid qərənfillər”



mövzusunda 

ədəbi-bədii 

kom-

pozisiya  keçirilmişdir.  Tədbiri  giriş



sözü ilə Qumlaq kənd tam orta məktəbinin təşki-

latçısı K. Nəbiyev açmışdır. Kitabxanaçı R.Ağa-

babayeva “Şəhidlər ölməzdir-ölməzi ağlamaz-

lar!” mövzusunda məruzə etmişdir. Sonra tarix

müəllimi S. Xəlilova 20 Yanvar faciəsinin tarixi

haqqında geniş məlumat vermişdir. Kitabxana-

nın fəal oxucuları  20 Yanvar şəhidlərinə, vətə-

nə, Azərbaycana, ümumilikdə  şəhidlərə  həsr

olunmuş şeirlər söyləmiş, səhnəciklər göstərmiş

və ”Şəhidlər” mahnısını ifa etmişlər. Tədbir işti-

rakçıları 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə

əlaqədar  “Mərdlik və qürur günü”  başlıqlı sərgi-

yə, “20 Yanvar”  başlıqlı foto-stendə baxmışlar.

Yanvarın 20-də Qumlaq kəndindən Qarabağ

uğrunda döyüşlərdə şəhid olmuş vətən oğulları-

nın məzarları ziyarət edilmişdir.

Şəhid qərənfillər

P

adar  kəndində, şəhidlərin



məzarları  önündə    kitab-

xana, klub işçilərinin mək-

təblə  birgə  hazırladıqları    “Şəhidlər

ölməz, vətən bölünməz” adlı ədəbi-

bədii kompozisiya keçirilmişdir. Təd-

biri  kənddəki  A. Əliyev adına tam

orta  məktəbin  direktoru  Ə.Tahirova

açmışdır.

Vətənin  azadlığı  uğrunda  həlak

olanların  xatirəsi  bir  dəqiqəlik  sü-

kutla yad edilmişdir.  Kitabxana mü-

diri   K. Məmmədova,  klub  müdiri

M. Kərimova, yerli icra nümayəndəsi

Q.Yunusov, məktəbin müəllimi M.Əh-

mədov  və  başqaları  20 Yanvar fa-

ciəsində günahsız axıdılan qanlardan

ürək ağrısı ilə danışmışlar.

Şəhidlər haqqında bayatılar, ağı-

lar, şeirlər söylənmiş, mahnılar oxun-

muşlar.


Şəhidlər ölməz,..

M

uxas kənd kitabxanası A. Əhmədov



adına kənd tam orta məktəblə birgə

20 Yanvar faciəsinin 28-ci  ildönümü

ilə əlaqədar "Şəhid yatan torpaq oyaqdır, yat-

maz" adlı anım tədbiri keçirmişdir.  

Məktəbdə keçirilən tədbirdə kitabxanaçı Q.

İdrisova  20  Yanvar  faciəsi  barədə  tədbir  işti-

rakçılarına ətraflı məlumat vermişdir.

Məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin

xatirəsinə həsr olunmuş şeirlər, mahnılar səs-

ləndirilmişdir. 



Şəhid yatan torpaq

oyaqdır, yatmaz


Yüklə 310,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə