Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

 
61
HƏZƏR  BELƏSİNDƏN... 
 
Hal-hazırki müxalifətin tanınan öncüllərinin  əksəriyyəti vaxtı ilə 
iqtidarda mühüm məqamlar tutumuş, Yeni Azərbaycan Partiyası-
nın yaradıcı heyətində olmuş insanlardır. Onlar vəzifələrindən kə-
narlaşdırılan kimi siyasi baxışları da 180

dönmüş, YAP-ın idarə 
heyətindən uzaqlaşaraq müxalifət partiyalarına doluşmuşlar. 
Bu cür əqidəsi dönük siyasətçilərdən biri də, 13 il Səhiyyə naziri işlə-
miş, Azərbaycan Səhiyyəsini biabırçı vəziyyətə salmış, neçə-neçə Sə-
hiyyə rəhbərini, YAP-ın üzvü olmadığı üçün, nümayişkəranə işdən qov-
muş, ürək ağrısına salmış, tutdurmuş... səhiyyəni açıq-aşkar rüşvət 
meydanına çevirmiş, bir sözlə, ətrafına qan uddurmuş Əli İnsanov idi. 
İqtidarda və YAP-ın idarə heyətində olduğu uzun müddət ərzində 
əsl yaramaz sifətini və xislətini gizlədə bilən, müxalifət partiyalarını 
və onların liderlərini müxtəlif növ tədbirlərlə, ictimai yerlərdə, Milli 
Məclisin iclaslarında və birbaşa efirdə qeyri-etik və qeyri-əxlaqi ifa-
dələrlə təhqir edən bu anormal psixikalı xəbis məxluq vəzifədən kə-
narlaşdırılan kimi YAP-ın da ünvanına olmazın nalayiq sözlər yağ-
dırdı, müxalifət partiyaları ilə həmrəy olduğunu bildirdi, həmin partiya 
rəhbərlərindən, onlara qarşı yanlış fikirlər yürütdüyü üçün, üzr istədi 
və ölkə iqtidarı ilə əks cəbhədə mübarizə aparacağı barədə bəyanat 
verdi. Onu dinləyəndə ürəyinlə barışa bilmirsən ki, Heydər Əliyev ki-
mi dərin düşüncəli, zəngin idarəçilik və həyat təcrübəsi olan bir rəh-
bər necə olub ki, bu cür azğın, harın və dələduz insanlara çox ina-
nıb, onlara məsul vəzifələr etibar edibdir. Yüz heyf ki, belələri yenə 
də az deyil və onlar iqtidarın cəza hədəfindən hələ ki, yayına bilirlər. 
Və nə yaxşı ki, son illər ölkə rəhbərliyi yavaş-yavaş bu cür ac-
göz, kaftarabənzər yırtıcıları snayper dəqiqliyi ilə seçib zərərsizləş-
dirməklə cəmiyyətdən təcrid etməyə başlayıb. 
Tanrı nazilən haqqı üzülməyə qoymayan ixtiyarları qorusun! 
 
Yaşayırıq diqtəsiylə, 
neçə yolunda azmışın. 
Çaşıb çılğınlıq eyləsəm, 
Allah günaha yazmasın. 
 
Soxulduqca kürsülərə, 
mədh deyən satılmışlar. 
Dönür dəyərsiz kütləyə
gözdən uzaq atılmışlar. 


 
62
Öz şəxsi marağı üçün 
kim nə bacarır, eyləyir. 
Rəsmi məclislərdə isə 
hamı “xalq”, “millət” söyləyir. 
 
Əsl həqiqətsə budur –  
yox kimsəyə hörmətləri. 
Vəzifə bunlarçun, fəqət 
keyf meydanı, sərvət yeri. 
 
Bu şan-şöhrət əsirləri, 
bu var-dövlət hərisləri. 
Kimlər dartıb başa çəkir, 
bu cür murdar – xəbisləri? 
 
Nə iman bilirlər, nə din, 
çoxu da quldur, bədxislət. 
Vəzifədən gedən o gün 
dönüb olur müxalifət. 
 
Nə bir sadiq məmuru var, 
nə bölgüsünün meyarı. 
Odur xalqdan dəstək umur 
daim ölkə iqtidarı. 
 
Bu xırda şahlar əlində 
əsəb oyuna düşmüşük. 
Hər yerə bir tor atırlar, 
Torlarına ilişmişik. 
 
Qadağalı insanlarıq, 
sözümüzün dəyəri yox. 
Ya qışqıraq, ya yalvaraq, 
faydası yox, xeyiri yox. 
 
Kar olub, kor olmalısan, 
danışsan, başın ağrıyar. 
Tək onlar qoya bilirlər 
fərqi yalanla doğruya. 


 
63
Zərrə qədər mərhəmət yox 
soyuq, laqeyd gözlərində. 
Ancaq bir ötkəm görkəm var 
kütlə üçün üzlərində. 
 
Lazım gəlsə, sifətinə 
neçə sifət qatar onlar. 
Bir az çətinə düşəndə 
Vətəni də satar onlar. 
 
Nə yaxşı ki, vaxt hakimdi, 
çox görmüşük beləsini. 
Bu cür alçaq cəbhədə də, 
dosta atar gülləsini. 
 
El içində adları var –  
nakəs, oğru, mərdiməzar. 
Nakəs dönüb kişi olmaz, 
həzər beləsindən, həzər. 
 
Avqust, 2007  


 
64
YAXŞI KİŞİLƏRƏ 
 
Yaxşı kişilərlə dostluq edin. 
Məhəmməd (s.a.v.s) peyğəmbər 
 
Bütün ölçülərin başında durar 
haqqı əzəmətlə ölçülən kişi. 
Gözündən od yağar, çöhrəsindən nur, 
yüz kişi içində seçilən kişi. 
 
Yox bir əməlində naqislik, eyib, 
hamıya dost deyib, qardaş söyləyib. 
Nə mənsəb, nə dövlət onu əyməyib, 
kişilik boyuna biçilən kişi. 
 
Bir halal insandır, zatı pak, nəcib, 
daim məclis qurub, süfrə bəzəyib. 
Hələ dodağına içki dəyməyib
gündə sağlığına içilən kişi. 
 
Bir “dağ aşırsa”da, bir “sağ ol” bəsi, 
bəşərin səxavət mücəssəməsi. 
Çətində hamının ərki, kimsəsi, 
yolunda canından keçilən kişi. 
 
Yaxşılıq bənzərsiz sınaq, imtahan, 
Tanrı hamımıza yetirsin məqam. 
Yaxşılar ucalsın, artsin hər zaman, 
 nə çox aramızda kiçilən kişi. 
 
Ən şirin arzunun özü xoş savaş, 
bu da bir istəkdi söylədim, qardaş. 
Bu sayaq müqəddəs yol seçəydi kaş, 
özünü ər sayan, nər bilən kişi! 
 
01.03.2000 


 
65
MƏN SARAY ŞAİRİ OLA BİLMƏRƏM  
 
Məni dost-doğmalar qınamasın qoy, 
tanımır ətrafım, tanımasın qoy. 
Tutduğum yolumu aza bilmərəm, 
fəxriyyə, mədhiyyə yaza bilmərəm. 
İstərəm görünəm olduğum kimi, 
yazam hər misramı duyduğum kimi. 
Süni şan-çöhrətə çəkməyir meylim, 
mənim xarakterim bu çürdü, neynim? 
Öyrəşə bilmirəm yalaq olmağa
təhqir uda-uda calaq olmağa. 
Yarınıb pay ummaq – şərəfsiz hünər, 
o hörmət gətirir yaltaqlıq qədər. 
Mənə cah-calalsız bir ömür yetər, 
könlüm dostluğu da minnətsiz istər. 
Çox gördüm vaxt-bixavt mədh deyənləri, 
axır xəcalətdə keçdi günləri. 
Ortaya çıxmağa üzü olmadı, 
özü xəcil oldu, sözü qalmadı. 
Şair öz-ozünü dərk edən anda 
minnət götürməsin Allahından da. 
Hamıya bir baxsa şairin gözü, 
onda heç bir qüvvə sındırmaz bizi. 
Şairlər dünyanın söz sərkərdəsi, 
dinsin avazında, qoy xalqın səsi. 
Mədh deyən şairin özü fəlakət, 
boğazdan yuxarı sözü fəlakət. 
Şeiri söykənmirsə səmimiyyətə, 
demək satılıbdır şair şöhrətə. 
Başını dik tutmur, əyirsə, əlbət 
keçir ürəyindən mənsəb, var – dövlət. 
Gərək silkələsin haray şairi, 
mən ola bilmərəm saray şairi! 
Mədh üçün sarayda qalsam, ölərəm, 
saraylardan “ilham alsam” ölərəm. 
Yalandan xəyala dalmaq nə çətin, 
hiyləgər mehriban olmaq, nə çətin! 
Məqsədli ağlaya-gülə bilmərəm, 
mən saray şairi ola bilmərəm. 
Heç yerdə, heç zaman ola bilmərəm, 
əlaman, əlaman, ola bilmərəm! 
Sentyabr, 1999  


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə