Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 79,12 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü79,12 Kb.
#7734


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Humanitar 

elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 070 (091) 

 

AZƏRBAYCAN PUBLЭSЭSTЭKASINDA MЭLLЭ MƏDƏNЭYYƏT 

MƏSƏLƏLƏRЭ (1900-1920-CЭ ЭLLƏR)  

 

U.F.FƏRZƏLЭYEVA 

Bakэ Dцvlət Universiteti 

ulvina@rambler.ru

 

Məqalədə 1900-1920-ci illərdə yeni ruhlu, yeni düşüncəli ziyalılarımızın Azərbaycanın 

milli mədəniyyətinin inkişafı, bu mədəniyyəti mənəvi aşınmadan qorumaq, ona qarşı düşmən 

hücumlarını  dəf etmək, digər tərəfdən isə  həmin mədəniyyətin dünya, xüsusilə  Qərb və rus 

mədəniyyəti ilə  fəal təmasının yaranması  uğrunda mübarizəsi göstərilmişdir. XX əsrin  əv-

vəllərinə  təsadüf edən Azərbaycan milli-mədəni intibah hərəkatı dövründə uzun illər mət-

buatın gündəmindən düşməyən Avropa mədəniyyətinə münasibətdə fərqli mövqelər, plüralist 

baxışlar əks olunmuşdur. 

 

Açar sözlər: milli mədəniyyət, özünüdərk, publisistika, milli şüur,  əxlaq, dirçəliş, 

mədəni intibah, maarifçilik. 



 

XIX  əsrin sonlarında Azərbaycanda Qərbi Avropa demokratik fikrinin 

ilk sədaları eşidilir, bu təsir nəticəsində Azərbaycanın sosial-iqtisadi və siyasi 

həyatında baş verən dəyişikliklər eyni zamanda xalqın həm də  mədəni həya-

tında ciddi yeniləşmə əmələ gətirir, həqiqi mənada milli oyanışa, milli intibaha 

səbəb olurdu. Həmin vaxt keçmiş dövrün mənəvi durğunluqlarına, fikir əta-

lətinə  məhkum edilmiş geniş xalq kütlələri oyanmağa, özünüdərk etməyə 

başlayırdı. Milli intibah, demokratik əhval-ruhiyyəli ziyalıların yetişməsi ilə 

xarakterizə olunan yeni dövrdə  mədəniyyətin təşəkkülü və inkişafı  zərurətə 

çevrilmişdi. Milli-mənəvi həyatın dəyişilməsi uzun vaxt tələb edən mürəkkəb 

proses olduğundan, ölkədə yerli feodal dairələr və onların ideologiyaları 

feodal teokratik qaydaları saxlamaq məqsədilə yeni mədəniyyətin təşəkkülünə, 

hər  şeydən  əvvəl, xalqın maariflənməsinə, Qərbi Avropa və rus mədəniyyəti 

nailiyyətlərinin Azərbaycanda yayılmasına ciddi müqavimət göstərir, bunu 

xalqın milli-mənəvi dəyərlərinin dağılması, milli xüsusiyyət və  ənənələrin 

məhvi kimi qələmə verirdilər. XIX əsrin sonlarında yeni mədəniyyət uğrunda 

mübarizə  cəmiyyətin qabaqcıl qüvvələri ilə feodal-klerikal qüvvələr arasında 

kəskin ideya mübarizəsi  şəraitində getmişdir. Həmin dövrdə Azərbaycan 

cəmiyyətində formalaşan mədəniyyət getdikcə aydın, ümummilli səciyyə alır, 

247 



bu da öz növbəsində milli mənlik şüurunun inkişafına, milli birliyin möhkəm-

lənməsinə xidmət edirdi. Tarixi keçmişə maraq, milli ləyaqət hissi, milli dil, 

milli özünüdərketmə, vətən və  vətənpərvərlik, milli-mənəvi irsə münasibət, 

xalqın taleyi, gələcəyi mədəni tərəqqinin  ən aktual məsələləri kimi qarşıda 

dururdu. Maarifçilik ideyalarının yayılması ilə əlaqədar Azərbaycan mədəniy-

yətində demokratik fikir güclənirdi. Maarifçilik mədəniyyətin bütün sahələrinə 

ədəbiyyat, incəsənət, əxlaq və s.-nin inkişafına yeni istiqamət verməklə mədə-

niyyətin strukturunda getdikcə radikal dəyişikliklər əmələ gətirirdi. 

“Mədəniyyət insan şüurunu, fərd, cəmiyyət və dövlətin həyat, məişət və 

fəaliyyətini, texnologiyaları, istehsal və maddi vasitələri, iqtisadiyyat və 

siyasət, həyat tərzi, ənənələr, millət və xalqların adətləri və mədəni irsi, milli 

və bəşəri ruhi dəyərlər, hüquqi, etik və estetik normaları, ictimai və beynəlxalq 

münasibətləri əhatə edir” [11; 15]. 

Mədəniyyətin inkişafında aparıcı qüvvə ziyalılardır. XIX əsrin ikinci ya-

rısı və XX əsrin əvvəlləri Azərbaycanın çoxəsrlik tarixinə milli şüurun və milli 

mədəniyyətin yaradılması dövrü kimi daxil oldu. Bu prosesdə Azərbaycan zi-

yalıları, maarifçiləri və humanistlərinin görkəmli nümayəndələrindən – 

M.F.Axundov, A.Bakıxanov, H.Zərdabi, N.Vəzirov, Ə.Haqverdiyev, S.M.Qə-

nizadə,  Ə.Hüseynzadə,  Ə.Ağayev,  Ə.M.Topçubaşov, C.Məmmədquluzadə, 

M.Ə.Sabir, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, N.Nərimanov və başqaları mühüm 

rol oynadılar. Onlar ənənəvi Azərbaycan mədəniyyətinə dünya mədəniyyətinin 

tərəqqipərvər ideyalarının üzvi şəkildə daxil edilməsi hesabına milli mədə-

niyyətin inkişafını təmin edirdilər. 

Bu prosesin mühüm hərəkətverici qüvvəsi kimi, tərəqqipərvər Azərbay-

can publisistləri ”Əkinçi”, “Ziya”, “Həyat”, “İrşad”, Tərəqqi”, “Açıq söz” 

qəzetlərində, “Kəşkül”, “Füyuzat”, “Şəlalə”, “Molla Nəsrəddin” jurnallarında 

və digər nəşrlərdə  çıxışlar edir, Azərbaycan milli mədəniyyətinin formalaş-

masında əhəmiyyətli rol oynayardılar. 

XX  əsrin  əvvəllərinə  təsadüf edən Azərbaycan milli-mədəni intibah 

hərəkatı dövründə uzun illər  ərzində bu mövzu mətbuatın gündəmindən düş-

məmiş, bu məsələ ətrafında çox qızğın müzakirələr açılmışdır. Qərbin texno-

gen mədəniyyət sahələrində Şərqdən üstünlüyünün etirafından başlayan, elmi-

texniki və  hərbi-iqtisadi sahələrdəki böhranın səbəbləri  ətrafındakı mübahisə 

və çarpışmalardan doğan,  ən nəhayət dünyanın tarazlığı pozulmuş iki qütbü 

arasındakı müvazinəti saxlamaq uğrundakı səy və cəhdlərin nəticəsi kimi mey-

dana çıxan modernləşmə, müasirləşmə, avropalaşma hərəkatları uzun zaman 

Şərq cəmiyyətlərini bürümüş, ictimai həyata ciddi nüfuz etmişdir.  İctimai 

düşüncəyə çeşidli adlar və vasitələrlə, həm də müxtəlif səviyyələrdə  təsir 

göstərən bu nəzəriyyələrin ideya sahibləri heç şübhəsiz ayrı-ayrı şəxsiyyətlər, 

mütəfəkkirlər olmuşdur. 

Avropa mədəniyyətinə münasibətdə  fərqli mövqelər, plüralist baxışlar 

Azərbaycan mədəni-ictimai mühitində əsasən XX əsrin əvvəllərində meydana 

çıxır. 1905-ci ildə “Həyat” qəzetinin ilk nömrəsində gedən “Qəzetimizin məs-

248 



ləki” adlı baş  məqalədən başlayaraq “avropalaşmaq” (müasirləşmək) barədə 

konsepsiyasını  təkmilləşdirir.  Əli bəyin ortaya qoyduğu konsepsiya sonralar 

qısa olaraq “türkləşmək, islamlaşmaq, avropalaşmaq”  şəklində formulə edil-

mişdir. Ə.Hüseynzadə milli tərəqqi proqramını yalnız “avropalaşmaq”la bitir-

məmiş, bu məsələdə vacib və daha əfsəl şərtlər kimi, milli (etnopsixoloji, mə-

dəni-tarixi və s.) və dini (mənəvi-əxlaqi) ənənələrin dirçəldilməsini labüd bil-

mişdir. Çünki onun fikrincə, “türkün irtidad edib firəngləşməsi, firənglərin, 

yaxud mürtədlərin tərəqqisi deməkdir; yoxsa türk və müsəlman tərəqqisi de-

mək deyildir” [8]. Əli bəy milli simasını itirən bir mədəniyyətin yaşarlılığına 

inanmır və xalqının özgün xüsusiyyətlərinin hər vəchlə qorunub saxlanmasını 

istəyirdi: “Biz arzu ediriz ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyyəti bulu-

nan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyinilsin, yoxsa türklər, 

müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar deyinilməsin” [8]. 

Bir sıra ziyalılar inkişaf etməyin avropalaşmaqdan ibarət olduğunu 

düşünürdülərsə, başqa nüfuzlu zümrə – din xadimləri tərəfindən bu yol büsbü-

tün inkar edilirdi: “Birincilər, dini-mübini-islamın ruhuna vaqif olmayaraq, öz 

zövq və həvəslərinə müvafiq bir halətdə qaldığını xəvahiş edirlər. İkincilər isə 

zənn edirlər ki, islamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir 

şey yoxdur. Avropa cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə şəfa 

bəxşdir...Nə böyük yanlışlıq…” [8]. 

Qərb mədəniyyətini, həyatını  ən çox ideallaşdıranlar romantik ədiblər 

idilər. “romantiklərin dünya müharibəsinə  qədər Qərb həyatına, Qərb mədə-

niyyətinə, maarifinə,  ədəbiyyatına, fəlsəfəsinə romantik münasibət, hədsiz 

heyranlıq vardı” [4]. 

Əli bəy xalqların mənəvi dünyasını, ruhunu ifadə edən həqiqi mədəniy-

yətlə texniki sivilizasiyanın fərqini yaxşı anlayırdı. O görürdü ki, Avropa yeni 

dövrdə xristianlığın mənəvi imperativlərindən yavaş-yavaş əl çəkərək klassik 

mədəniyyətini qeyb etməkdə  və daha çox maddi-texniki tərəqqiyə uymaqda-

dır. Qərb aləmində materializmin, ateizmin meydana gəlməsini onun mənəvi 

mədəniyyətinin iflasını hazırlayan simptomlar hesab etdiyindəndir ki, o, bu 

yeni təlimlərə ehtiyatlı yanaşmağı  məsləhət görürdü – yuxarıda gördüyümüz 

kimi, bunlara dərindən agah olmadan aludə cəhdlərini böyük yanlışlıq sayırdı. 

Ə.Hüseynzadə Avropa mədəniyyətinə yiyələnərkən  əsas diqqəti milli 

müəyyənliyi, özgürlüyü itirməmək məsələsinə yönəldir. O inanır ki, yad 

ənənələrin seçimsiz, kor-koranə qəbulu heç zaman müsbət nəticə verə bilməz. 

Əli bəy deyirdi ki: “Türklər Qərb mədəniyyətlərinin din və qövmiyyətlərə 

deyil, bütün bəşəriyyətə aid əsaslarını, həm də islam dininə uyğunlaşdırmaqla 

qəbul etməlidirlər” [7]. 

Tədqiqatçılar Türkiyə və Azərbaycan ziyalılarını müasirləşməyə münasi-

bətləri baxımından üç qrupa ayırırlar. Birincilərə mühafizəkarlar aiddir. 

Kənardan ruhi-mənəvi dəyərlərimizə yabançı olan heç bir mədəniyyət idxalını 

qəbul etməyən bu mövqe sahibləri, Qərb mədəniyyətinin mənimsənilməsilə 

din-imanın, milli-mənəvi dəyərlərin əldən gedəcəyini iddia edirdilər. Məsələn, 

249 



çağdaş Türkiyə mütəfəkkirlərindən Cəmil Meriç mövzuya dair kəskin mühafi-

zəkar mövqeyi ilə  fərqlənmişdir. O, hətta elmi-fəlsəfi  əsərlərində  Ş.C.Əfqani 

və Ə.Ağaoğlunu ifrat qərbçi fikirləri səbəbindən ittiham etmişdir. 

İkincilərə ifrat qərbçilər daxildir ki, bu mövqe sahibləri qərb mədəniyyə-

tinin istisnasız olaraq, bütün yönləri ilə qəbul olunmasını təbliğ edirdilər. Gör-

kəmli mütəfəkkir Ə.Ağaoğlu da məhz ifrat qərbçi mövqeyi ilə fərqlənmişdir. 

O, “Üç mədəniyyət”  əsərində yazırdı ki, bəziləri Avropa mədəniyyətinin 

mənimsənilməsində nöqsanlı  və  qəbuledilməz tərəflərdən qurtulmaq niyyəti 

ilə o mədəniyyətin süzgəcdən keçirilməsini istəyirlər. Halbuki, “Bir mədəniy-

yət zümrəsi bölünməz bir bütündür. Parçalana bilməz. Qalibiyyət və üstünlüyü 

qazanan onun bütünlüyüdür”. Ə.Ağaoğlunun fikrincə Avropa mədəniyyəti yal-

nız elm və texnikası ilə deyil – bütünlüyü, ümumi əlamətləri, xüsusiyyətləri, 

bütün nöqsanları və fəzilətləri ilə qələbə çalmışdır [3;10-11). 

Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi üçüncü mövqe tərəfdarlarının 

fikrincə isə, elmi-texniki tərəqqi nailiyyətlər, mədəni yeniliklər mənimsənil-

məli, ruhi-mənəvi dəyərlərimiz mühafizə edilməlidir. Problemə bu günün 

elmi-tənqidi fikri ilə yanaşsaq,  şübhəsiz ki, hər üç mövqeyin müəyyən haqq 

qazandırılası tərəflərini görə bilərik. Amma qaçılmaz bir gerçəkliyə çevrilmiş 

mədəni inteqrasiya və qloballaşma meyarlarından çıxış edərkən üçüncülərin 

mövqeyi praktik baxımdan özünü daha çox təsdiqləyir. 

XX əsrin əvvəllərində yeni ruhlu, yeni düşüncəli milli-yaradıcı ziyalılar 

bir tərəfdən, Azərbaycan mədəniyyətinin milli müstəqilliyi, yeni tarixi mərhə-

lədəki adət-ənənələrlə davam və inkişafı  uğrunda mübarizə aparır, bu mədə-

niyyəti mənəvi aşınmadan qoruyur, ona qarşı düşmən hücumlarını dəf edir, di-

gər tərəfdən isə həmin mədəniyyətin dünya, xüsusilə Qərb və rus mədəniyyəti 

ilə fəal təmasının yaranmasına böyük səy göstərirdilər. Həqiqətən, bu dövrdə 

«bütünlükdə milli mütərəqqi mətbuat və teatr, mətbuat və pedaqoji fikir, 

tərcümə, tənqid və estetika birlikdə intibah və realizm uğrunda mübarizənin 

ideoloji və ideya-təşkilatı işin fəal cəbbəxanasına çevrilmişdi» [10; 126]. 

XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və ədəbi fikri yeni mər-

hələyə daxil olur, milli mədəniyyətin islahı, çağdaş  ənənələrin formalaşması 

mühüm vəzifə sayılırdı. Ümummilli inkişafın əsas istiqamətləri həmin vəzifə-

lərdən asılı idi və bu işi görənlərin sırasında  Əhmədbəy Ağaoğlunun özünə-

məxsus xidmətləri var. O, Azərbaycan mədəniyyətinin inkişafını dünya ədə-

biyyatı ilə əlaqədə görür, Avropa və rus ədəbiyyatı, habelə antik yunan ədəbiy-

yatı klassiklərinin irsini tərcümə etməklə oradakı  bədii-estetik məziyyətləri 

mənimsəməyi vacib bilirdi. Elə buna görədir ki, Homer, Esxil, Sofokll, Jan Jak 

Russo, Kant, Puşkin, Tolstoy kimi dahilərin  əsərlərinə  Ə.Ağaoğlu tez-tez 

müraciət edir, onların  əsərlərində  əksini tapan ictimai-mədəni və  əxlaqi-

mənəvi məsələlərə, habelə siyasi-fəlsəfi mülahizələrə  tənqidi yazılarında 

aydınlıq gətirməyə çalışırdı. 

Mədəniyyət problemi dünyanın tarixi prosesinin bilavasitə törəməsi və 

nəticəsidir. Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər 

250 



sahələrindən ayırmaq, təcrid olunmuş  şəkildə düşünmək mümkün deyildir. 

Mədəniyyət, ən geniş mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferaları-

nı - maddi istehsalı, sosial-siyasi münasibətləri, mənəvi inkişaf sahəsini, məi-

şəti, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Azərbaycan mütə-

fəkkirlərinin  əsərlərində dil və  mədəniyyət anlayışları  ən geniş  mənada işlə-

dilərək, bəşəri və xüsusilə  də milli xarakterli hadisə kimi dəyərləndirilir. 

M.B.Məhəmmədzadə bu haqdakı qənaətlərini belə bir tərzdə ümumiləşdirir ki, 

“Bəşər mədəniyyəti milli mədəniyyətlərin məcmusundan ibarətdir. Millətlər 

müstəqil olmadıqca milli mədəniyyətlərini mühafizə edə bilməzlər, buna görə 

də bəşər mədəniyyəti qüsurlu olar. Həyati-bəşər təbiətlə mübarizədən ibarətdir. 

Mədəniyyəti-bəşəriyyə bu mübarizələrdən hasilolma qənimətdir. Məqsədi-bəşər 

mədəniyyəti-bəşəriyyəni daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə 

ümumiləşdirməkdir. Mədəniyyəti-bəşəriyyə isə milli harsların (kültürlərin) 

iştirakından və gözəlliklərinin məcmusundan hasil olma bir yekundur. Mədəniy-

yətin təmini, insanların cəmaətliklə yaşaması ancaq mədəni hökumət təsisi ilə 

mümkündür. Mədəniyyəti-bəşəriyyə milli kültürlərin məcmusundan ibarət ikən, 

ən müvafiq və ən təbii dövlətin də milli dövlət olması aşkardır” [12;61]. 

Dünya kulturoloji fikrinin müxtəlif tərifləri ilə müqayisəli təhlil aparan-

da, bu mütəfəkkirlərin mədəniyyətə dair milli-ideoloji mövqeyi daha qabarıq 

görünür. Milli diriliyi bütünlüklə  mədəniyyətə bağlayan M.Ə.Rəsulzadə ya-

zırdı: “Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir 

yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz dirilyi ilə 

özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi  şeylər  əlavə edir ki, bir 

millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini 

deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir” [13; 462]. 

Azərbaycan kulturoloji fikrini çoxsaylı  əsərləri ilə  zənginləşdirən  Əh-

məd bəy Ağaoğlu yaradıcılığında da mədəniyyət  ən geniş aspektlərdən  şərh 

edilir. Belə ki, o, mədəniyyəti daha geniş, bütün tərifləri içinə alan və bu kəl-

məyə ən geniş mənanı verən “həyat tərzi” kimi qəbul edərək “Üç mədəniyyət” 

əsərində yazır: “Mədəniyyət demək - həyat tərzi deməkdir. Bir şərtlə ki, bura-

da həyat qavramının özü ən geniş və hərtərəfli bir məna daşımalı, həyatın bü-

tün sahə və tərəflərini, maddi və mənəvi hadisələrini özündə ehtiva etməlidir. 

Belə olan halda mədəniyyət düşüncə  və axtarış  tərzindən başlayaraq, geyiniş 

şəklinə qədər həyatın bütün təzahürlərini, hadisələrini əhatə etmiş olur” [3;3-4]. 

M.Ə.Rəsulzadə millətin formalaşmasında mədəniyyətin, adət və ənənə-

lərin roluna toxunaraq bunu, millətin birləşməsi səbəblərindən biri kimi qiy-

mətləndirir: “Xalq arasında bəzilərinin adət və  ənənələrə biganə yanaşması, 

onu “ne kulturnu” adlandırıb dəyişdirmək istəməsi, xonça və  şamları yol-

kalarla əvəz etməsi, uşağın anasıyla rusca danışması və onların bundan bəhrə-

lənməsi və s. doğru deyil: “Təsəvvur ediniz  dediyim uşağın halını: dil açıb 

anasıyla rusca danışmış. Atası mağazadan gələndə yenə onu rusca dindirmiş: 

həyətdə yoldaşlarını rus görmuş, onlarla o dildə söhbət etmiş, oyun oynarkən 

rus oyunlarını oynamış, məktəbdə dəxi eyni tərbiyəyə tabe olmuş. Bayramlar-

251 



da yolka bəzəyib ətrafına da dönüb-dolaşmış, ən axırı da məlumdur ki, daxili 

Rusiya şəhərlərinin birində ali tərbiyə alıb “obrazovannı” olacaq. Fəqət böylə 

bir “obrazovannı”dan bizim “neobrazovannı” millət nə gözləyə bilər və o özü 

istərsə “millətinə” nə kimi fayda yetirə bilər? Heç nə!” [5]. 

M.Ə.Rəsulzadə “Dirilik nədir?” məqaləsində  mədəniyyət anlayışına 

fəlsəfi baxımdan yanaşmışdır. Onun fikrincə, mədəniyyət bəşəriyyətlə təbiətin 

davasından qazanılan qənimətdir. Hər hansı millət daha bacarıqlı  və daha 

qüvvətlidirsə, o millət təbiətdən aldığı  qənimətdən daha çox istifadə edir. 

Tərəqqini anlamayan, mədəniyyətdən xəbərsiz olan millətlərin öhdəsinə ancaq 

işləmək düşür. Onlar nə qədər işləsələr də, zəhmətlərinin bəhrəsini görmürlər. 

“Gördüyümüz mədəniyyət, içində bulunduğumuz ümran iştə  bəşəriyyətin tə-

biətlə etdiyi dəvalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı 

icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən 

alınan qənimətdən də daha ziyadə istifadə edir, hələ yalnız bununla qalmayıb 

dünyanın nemətlərini təqsim edərkən diri millətlər özlərinə hər kəsdən ziyadə 

pay çıxarırlar...” [5]. 

M.Ə.Rəsulzadə «Milli dirilik» silsilə  məqalələrinin birinci hissəsində 

mədəniyyətin kökündən daha geniş yazmışdır: “Əgər dil millətin zahiri və 

batinidirsə, daxili aləminin ifadəçisidirsə, yaşadığı həyat, keçirdiyi tarix, uzun 

illər  ərzində qazandığı adət-ənənə  təməl daşıdır. Buna görədir ki, ayrı-ayrı 

xalqların mədəniyyəti bir-birindən fərqlənir. Buna görədir ki, hər xalqın mədə-

niyyəti özlüyündə müstəsna əhəmiyyət kəsb edir. Rəsulzadənin fikrincə, milli 

mədəniyyətlərə qiymət vermək qeyri-mümkündür. Ona görə ki, milli mədəniy-

yət  əvəzsizdir, təkrarolunmazdır. Milli mədəniyyətin təşəkkülü üçün müqəd-

dəm şərt sərbəstlikdir. Millət öz mədəniyyətini inkişaf etdirməkdə sərbəst ol-

malıdır” [5]. 

M.Ə.Rəsulzadənin nəzərində Avropa mədəniyyəti  ən yetkin, ən müasir 

mədəniyyətdir. Bu mədəniyyətin milliliyə xətər gətirməyən cəhətlərini götür-

mək günün tələbindən doğan zərurətdir. Hər hansı  mədəniyyət günü-gündən 

irəli gedirsə, digər mədəniyyətlərlə qarşılıqlı ünsiyyətə girib zamanın tələbinə 

cavab verirsə, o mədəniyyət bütün xəta-bəlalardan sovuşacaqdır. 

M.Ə.Rəsulzadə milli mədəniyyətdən tamamilə  kənara çıxıb müasirləş-

mək adı ilə avropalaşmağın da əleyhinədir. Onun fikrincə, bir millətin hansısa 

bir millətin bir surətinə çevrilmək istəyi düzgün deyil: «Bir zaman vardı ki, biz 

daima Qərbə bənzəmək istər, sənət ilə və musiqimizdə avropalıları kor-koranə 

təqlid edərdik. Fəqət bu təqlid məəttəəssüf tamamilə avropalılar içində 

münhəm olub da yox olmaqdan ibarət olardı. Hətta indi də bir çox hallarımız 

böylədir. Fəqət «Nicat»ın «Şərq gecəsi»ndə tərtib etdiyi proqram göstərdi ki, 

avropalıları təqlid etməni yavaş-yavaş öyrəniyoruz. Avropalılardan sənətə race 

olan xüsuslarda ancaq şəkil və  tərtibi almalıyıq, yoxsa məna ilə ruh milli 

qalmalıdır. Vəilla vücuda gətirəcəyimiz ədəbiyyat, musiqi və sənət gülünc bir 

hal almış olar. Millilikdən çıxar, başqalarının natəmam bir kopiyası olar» [13]. 

252 



M.Ə.Rəsulzadə insanların adət-ənənələrində,  əxlaqi dəyərlərində milli, 

dini bayramların yerini də düzgün müəyyənləşdirirdi. O, hər bir millətin 

ədəbiyyatında, incəsənətində mühüm yer tutan mərasimlərə, bayramlara xüsusi 

diqqət yetirirdi. «Novruz münasibətilə» məqaləsində milli mədəniyyətdəki 

bəzi çatışmazlıqlara baxmayaraq bundan irəliyə doğru addımlar atıldığını da 

göstərirdi: «… yavaş-yavaş iflic halından çıxıyoruz». Mədəniyyətimiz sənəti-

vücud hasil etməyə başlayır, ruhumuz da, vücudumuz da sağalıyor [9]. 

Yusif Vəzir Çəmənzəminli də xalqın tərəqqisində mədəniyyətə mühüm 

yer ayırırdı. O, Rusiya - Yaponiya müharibəsindən sonra Şimali Azərbaycanda 

maarif və mədəniyyət uğrunda mübarizənin geniş vüsət aldığını göstərir və bu 

hərəkatın kökünü Rusiyanın bu müharibədən məğlub çıxmasında görürdü. 

Y.V.Çəmənzəminli milli ədəbiyyat və musiqi qarşısında bir sıra tələblər 

qoyurdu: “Milli qayələrimizə iman etməliyik! Müvəffəqiyyətə çatmaq üçün 

yeni ədəbiyyat və yeni musiqi əmələ gətirməliyik. Ədəbiyyat məslək doğuran, 

ruh qüvvətləndirən və uca fikirlər törədən gərək olsun. Bir tərəfdən köhnəliyi-

mizi zəmin, o biri tərəfdən də yeni qayələr yaratmalıdır. Şeir ibarəbazlığından 

düşüb el malı olmalıdır, məzmunu bilmərrə  dəyişilməlidir. Yeni üfüqlərdən 

yeni yıldızlar doğdurmalıdır” [2]. 

Ömər Faiq Nemanzadə isə mütləqiyyətin xalqın mədəniyyətini inkişaf 

etdirməsinə imkan vermədiyini təəssüflə qeyd edirdi: “Hər hansı  təşəbbüsü 

beşiyindəcə boğur. İnsaf edilsin, zamanın böylə bir vəqtində 25-30 milyon biz 

Rusiya türklərinin milli mədəniyyətimiz adına hansı bir idarəmiz, hansı bir 

təşkilatımız var?” [1]. 

Qeyd edilənlər XX əsrin  əvvəllərində görkəmli ziyalıların, publisistlərin 

ölkədə hökm sürən cəhalətin aradan qaldırılması naminə milli dirçəliş yollarını 

müəyyənləşdirməkdə mədəniyyət anlamına düzgün yanaşdıqlarını və Azərbay-

can xalqının tərəqqipərvər inkişafında mədəniyyətin həlledici rolunu təsdiq edir. 

Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniy-

yətinin zənginləşməsində XX əsrin əvvəlləri məhsuldar bir mərhələ kimi özü-

nəməxsus yer tutmuşdur. Bu dövr tarixi - ictimai şəraiti, xüsusiyyətləri ilə 

fərqləndiyindən istər-istəməz xalqın mədəniyyətinin inkişafında dərin izlər 

buraxmışdır. Əsrin əvvəllərində milli maarifpərvər qüvvələrin mədəni inkişaf 

uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər Azərbaycan 

mədəniyyətinin dirçəldilməsinə ciddi təkan vermişdir. 

 

ƏDƏBİYYAT 

1.

 



“Açıq söz” qəzeti, Bakı, 1915, №44. 

2.

 



“Açıq söz” qəzeti, Bakı, 1916, № 238. 

3.

 



Ağaoğlu A. Üç medeniyet. İstanbul: Milli Eğitim Basımevi, 1972, 146 s. 

4.

 



Cəfər M. Seçilmiş əsərləri. 2 cilddə, II c., Bakı: Azərnəşr, 1974, 378 s. 

5.

 



“Dirilik” jurnalı, Bakı, 1914, №1. 

6.

 



Ələkbərov F. Məhəmməd Əmin Rəsulzadənin dьnyagцrьюь. Bakэ: Elm, 2007, 270 s. 

7.

 



“Füyuzat” jurnalэ, Bakı, 1907, №19. 

8.

 



“Həyat” qəzeti, Bakı, 1905, №1. 

253 



9.

 

“İqbal” qəzeti, Bakı, 1914, № 885. 



10.

 

Qarayev Y. Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, s.126  



11.

 

Məmmədov F. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi. Bakı: Çıraq, 



2006, 235 s. 

12.


 

Məhəmmədzadə M.B. Azərbaycan türk mətbuatı. Bakı Universiteti nəşriyyatı, 2004, 83 s. 

13.

 

Rəsulzadə M.Ə. Əsərləri (1909-1914), 2 cilddə, II c., Bakı: Şirvannəşr, 2001, 528 s. 



 

ВОПРОСЫ НАЦИОНАЛЬНОЙ КУЛЬТУРЫ  

В АЗЕРБАЙДЖАНСКОЙ ПУБЛИЦИСТИКЕ 

(1900-1920 гг.)  

 

У.Ф.ФАРЗАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье рассматривается борьба прогрессивной азербайджанской интеллигенции 

в 1900-1920-х годах за развитие национальной культуры и ее защиту от духовной дегра-

дации,  рассказывается  о  противостоянии  передовых  представителей  азербайджанской 

интеллигенции вражеским нападкам на наши культурные ценности, а также о том, как 

они способствовали активным отношениям национальной культуры с мировой, особен-

но  западной  и  русской  культурой.  В  публикации  также  отражены  плюралистические 

взгляды и различные позиции по отношению к европейской культуре, которые в начале 

ХХ века – в период движения азербайджанского национально-культурного возрождения 

долгие годы оставались на повестке дня местной печати. 



 

Ключевые  слова: национальная культура, самопознание, публицистика, нацио-

нальное сознание, нравственность, культурное возрождение, просвещение 



 

THE PROBLEMS OF NATIONAL CULTURE IN AZERBAIJAN PUBLICISM 

(YEARS OF 1900-1920)  

 

U.F.FARZALIYEVA  

 

SUMMARY 

 

The article presents the struggle of our intellectuals with new spirit and thinking in the 

years of 1900-1920 about the development of culture, the protection of this culture from 

spiritual attack repulsing it from the attack of enemies and at the same time creation of its 

active contact with Western and Russian culture. Some different positions and pluralist views 

towards the European culture at the beginning of the XX century during the period of national 

and cultural renaissance movement, are elucidated in the presented article. 

 

Key words: national culture, selfconsideration, publicism, national consciousness, 



moral, revival, cultural renaissance, enlightenment  

 

 

 

 

 

254 

Document Outline

  • 1996-cı il ərzində NATO-nun tərkibində heç bir dəyişiklik baş vermədi. Lakin yeni üzvlərin NATO-ya qəbul edilməsi sahəsində hazırlıq işləri davam etməkdə idi. 1996-cı ilin iyulun 10-da ATƏT-in Parlament Assambleyası Stok holm şəhərində xüsusi bəyanat qəbul edərək bildirdi ki, NATO-nun geniş lən məsi və Avropada tam təhlükəsizliyin təmin edilməsinin əsas şərtlərindən bi ridir və bununla da Parlament Assambleyası ATƏT-in Təhlükəsizlik Şu ra sı nın yaradılması haqqında Rusiyanın təşəbbüsünü rədd etmiş oldu (7, 65).  
  • İyul ayının 23-də ABŞ konqresi Polşanın, Çexoslovakiyanın və Macarıs ta nın NATO-ya daxil olması üçün hazırlıq işlərinə kömək məqsədilə 60 mil yon dollar yardım ayrılması planını bəyəndi və hətta Ukraynanı, Moldavi yanı, Baltikyanı ölkələri NATO-ya daxil olmağa dəvət etdi (7, 69).  
  • Artıq faktlar göstərirdi ki, Vaşinqton NATO-nun genişlənməsində israr lı dır və Rusiya bu işdə ona heç bir maneçilik törələ bilməyəcək. Rusiyanın növbəti Xarici İşlər Naziri Yevgeni Primakovun belə bir ifadəsi həmin şəraiti açıq ifadə edirdi ki, bizim Şimali Atlantika Alyansının genişlənməsinə veto qoymaq hüququmuz və ixtiyarımız yoxdur, lakin biz öz milli maraqlarımızı ciddi-cəhdlə qorumalı və öz təhlükəsizliyimiz haqqında ciddi düşünməliyik. 
  • Bütövlükdə, 1996-cı ildə baş vermiş hadisələr Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin xeyli pisləşdiyini, gərginlik dərəcəsinin artdığını sübut edirdi. Belə xoşagəlməz gərginlik vəziyyətinin aradan qaldırılması məqsədilə ABŞ hökuməti 1997-ci ilin əvvəllərində bir sıra fəal addımlar atdı. O cüm lə dən ABŞ-ın yeni Dövlət Katibi Madlen Olbrayt Moskvada Y.Primakovla bir sıra məsləhətləşmələr apardı. Bundan əlavə, NATO-nun Baş katibi Xavyer Salananın Moskvaya gəlməsi də münasibətlərin yaxşılaşdırılması niyyətlərinin güclənməsindən xəbər verirdi. Hər iki nüfuzlu Qərb diplomatı Moskvaya NATO – Rusiya sazişinin hazırlanması sahəsində işləri sürətləndirməyi təklif etdi və onların fikrincə, bu saziş bir növ NATO-nun Şərqə doğru genişlənməsi siyasətini müəyyən qədər kompensasiya etmiş olardı. Eyni zamanda «16+1» formulası əsasında Brüssel şəhərində Rusiya Federasiyası və NATO arasında daimi kontakt yaradılmasını təmin etmək də təklif edilmişdi və bunun real laş ma sı Rusiyaya NATO çərçivəsi daxilində Avropa Təhlükəsizliyi nüvə stra te gi ya sının planlaşdırılması, sülhməramlı qüvvələrin fəaliyyəti ilə əlaqədar olan bütün məsələlərin müzakirəsində iştirak etmək hüququ vermiş olurdu (8; 2, 2). 
  • Bu məsələ ətrafında 1997-ci ilin yanvar-aprel aylarında aparılmış in ten siv danışıqlar bağlı qapılar arxasında gedirdi və siyasi icmalçılar belə qənaətə gəlmişdilər ki, danışıqların xeyli müddət davam etməsinə baxma ya raq, hər hansı bir irəliləyişə nail olmaq baş tutmamışdı. Danışıqların məhz belə nəti cə siz keçməsi ilk növbədə Kremlin mövqeləri ilə əlaqədar idi və Moskva NATO-nun Şərqə doğru genişlənməsi siyasətinin tam əleyhinə olub bu mə sə lə də heç bir kompromisə getmək niyyətində deyildi. 
  • Moskva hətta Brüsseli bu sahədəki planlarını dəyişməyə vadar etmək üçün açıq təzyiqlərdən belə çəkinmirdi. Həmin vaxt bəzi rus siyasətçilərinin nüvə silahından imtina etmək öhdəliyinə yenidən baxmağa çağırışlar etməsi də gö rünür, Moskvanın bu istiqamətdə atacağı yeni addımlara işarəyə bənzəyirdi. Məsələn, 1997-ci ilin fevralında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ka tibi İvan Rıbkin bildirmişdi ki, bizim «qabaqlayıcı atom zərbəsi» endirmək ide yasından imtina etməkdə israrlı olmağımızın heç bir mənası yoxdur. Məhz hə min günlərdə Rusiya Dövlət Dumasında vitse-spiker S.Baburin başda ol maq la anti - NATO qrupu yaradılmışdı. Bu qrupa dumanın partiya frak si ya la rı nı və deputat qruplarını təmsil edən 200 deputat daxil idi. S.Baburin hətta belə bir bəyanat da vermişdi ki, Rusiya bu gün nüvə silahını işlətməmək haq qın da götürdüyü öhdəliyə sədaqətli qalmağa borclu deyil (2, 168). 
  • Çünki NATO rəhbərliyi qəti şəkildə bəyan etdi ki, bu məsələ 1997-ci ilin iyu lunda NATO Şurasının sessiyasında tam şəkildə həll edilmişdir. Mayın əvvə lində artıq Moskvada anlatdılar ki, Şimali Atlantika blokunu öz plan la rın dan daşındırmaq mümkün deyil və bu istiqamətdə Rusiyanın bütün səyləri uğursuz olmuşdur. Yalnız bundan sonra Moskva kompromis yoluna keçmək və bu zaman Qərbdən bir sıra güzəştlər qopararaq, NATO siyasətinin mənfi nəticələrini minimuma endirmək niyyətində idi. 
  • 1997-ci ilin mayın sonunda aparılmış gərgin danışıqlardan sonra Rusiya və Şimali Atlantika bloku arasında kompromis saziş variantını işləyib hazır la maq mümkün oldu. Bu, Rusiya və NATO arasında əsas saziş aktı və ya dəqiq desək, «Rusiya Federasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatı» ara sın da qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas aktın im za lanması demək idi (9, 1).  
  • 1997-ci ilin mayın 27-də Parisdə imzalanan və son dərəcə mühüm əhə miy yət kəsb edən bu sənəd böyük tarixi əhəmiyyətə malik idi. Fransa prezi den ti Jak Şirakın təbirincə desək, dünənki düşmənlər arasında mövcud olan qarşıdurma məntiqinin yerini bərabər hüquqlu tərəfdaşların əməkdaşlığı erası tutacaqdır. J. Şirak xüsusi olaraq qeyd edirdi ki, bu sənədin imzalanması ona görə baş tutdu ki, həm Rusiya, həm də NATO çox ciddi dəyişikliklər dövrü yaşayırlar, xüsusilə Rusiya demokratiya və islahatlara doğru öz seçimini etmişdir (7, 58).  
  • B.Yeltsinin dediyi kimi, Rusiya prezidentinin, NATO-nun Baş Katibi Xav yer Salananın, habelə Şimali Atlantika blokunun üzvü olan 16 ölkə rəhbə ri nin imzaladıqları bu sənəddə ən sadə suallara belə cavab verilmişdir. Bunlar içərisində nüvə silahlarını yerləşdirməmək və buna doğru aparıb çıxa ra caq ki, heç bir hərəkətə yol verməmək, qitədə ağır silahların azaldılması haq qın da bir gə razılığın əldə edilməsi, Rusiya yaxınlığında NATO hərbi qüvv əl ə ri nin dai mi əsaslarla fəaliyyət göstərən hərbi bazalarının yerləş diril mə mə si haqqın da öh dəlik qəbul edilməsi daha mühüm əhəmiyyət kəsb edirdi. B.Yelt sin bil di rir di ki, bütün bunlar o deməkdir ki, biz bir-birimizin ma raq la rı na zərbə vurma maq haqqında razılığa gələ bilmişik. Rusiya prezidenti bunu əlavə edirdi ki, Rusiya və Alyans arasında məsləhətləşmələr və əməkdaşlıq mexa niz mi ya ra dılır və bu, bərabərhüquqlu əsaslarla bizim maraqlarımızı əhatə edən təhlü  kə   sizlik və sabitliklə bağlı olan bütün məsələlər üzrə müzakirələr apar maq və birgə qərarlar qəbul etməyimizə imkan verir (4, 2). 
  • Əsas sənədin bütün məzmununun nəzərdən keçirilməsindən sonra belə bir ifadəni xüsusilə qeyd etmək lazımdır ki, Rusiya Federasiyası bir tərəfdən və Şimali Atlantika hərbi blokundan sonra Rusiya və NATO möhkəm qarşılıq lı öhdəliyi yüksək siyasi səviyyədə qəbul etdikdən sonra qarşılıqlı əməkdaşlığa əsas lanan demokratiya və təhlükəsizlik şəraitində Avroatlantika regionunda möhkəm və hərtərəfli birgə səy göstərəcəklər. Məhz bu ifadə gələcək birgə fəaliyyətin başlıca məqsədini ifadə edərək bu yüksək səviyyəli sənədin xarak te rini ifadə edir (9, 2). 
  • Beləliklə, Rusiya prezidenti və Rusiya hökuməti bu sənədin imzalanması ilə NATO ilə gələcək birgə əməkdaşlıq məsələlərinə rəsmən öz münasibətini müəy yən etmiş oldu. Lakin məlum səbəblər üzündən bu sənəd müxalifəti təmin etmirdi. Xüsusilə, müxalifətyönümlü partiyaların liderlərini əsas belə bir ifadə ciddi narazı salırdı ki, Rusiya demokratik cəmiyyət qurmaqda və öz siya si və iqtisadi transformasiyasını davam etdirməkdədir. Bu narahatlıq və nara zılıq isə öz milli təhlükəsizlik konsepsiyasını inkişaf etdirməyi və öz hərbi doktrinasına yenidən baxaraq, onu yeni reallıqların formalaşdığı şəraitdə təh lü kə  siz liyin təmin olunmasına yönəltməyi sürətləndirirdi. Əsas sənədin şərtlə ri n də ki öhdəliklərə sözsüz əməl etmək niyyətində olan Rusiya öz silahlı qüvvə lə ri nin ixtisar edilməsi üçün çox geniş addımlar addımlar atdı, Mərkəzi və Şərqi Av  ropadan, habelə Pribaltikadan öz qoşunlarını indiyədək görün mə miş bir miqyasda çıxarmış, malik olduğu bütün nüvə silahlarını öz milli əra zi lə ri da xi li nə gətirib yerləşdirmişdi. Rusiya, həmçinin, BMT və ATƏT siya sə ti ni dəs tək ləmək məqsədilə sülhməramlı əməliyyatlarda, habelə dünyanın müx tə lif rayon larında konflikt vəziyyətlərin nizamlanmasında yaxından iştirak edir di (10, 122). 
  •  
  • H.R.SHAMIYEVA 

Yüklə 79,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə