Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 
46
İKİ TALE 
 
Biri çox şərəfli bir ömür yaşadı, 
çiyinlərində comərdlik yükü daşıdı. 
Heç kimə əyilmədi, sınmadı. 
Azğınlıqla barışmaz oldu, 
həmişə çətinliyi, əzabı seçdi, 
həyatı, mübarizələrdə keçdi. 
Heç vaxt da yolundan dönmədi, 
odur ki, qaçılmaz oldu 
ağrılı, acılı günləri... 
Digəri həyatın “nəbzini tutdu”, 
başını girləmək xətrinə 
hər tərəfə əyildi, 
neçə yerdən qovuldu, 
neçə yerdə döyüldü, söyüldü, 
hamısını da qəbul etdi, 
təki, istəyinə, məqsədinə çatsın. 
Şan-şöhrət, var-dövlət yolunda 
bir addım da irəli atsın. 
Onun üçün fərqi yox idi 
ya ləyaqəti tapdansın, 
ya dostlarını, doğmalarını satsın. 
Nə həqarətdən utanırdı, 
nə ətrafının tənəsini vecinə alırdı. 
Beləcə, naqisliklə böyüyüb artdı, 
vəzifə, mənsəb tapdı, 
çox yüksək məqamlara çatdı. 
Ləyaqətli isə... 
Kişi kimi yaşadığından 
daim çətinlik, iztirab gördü və... 
İmkansızlığından 
ömrü yarımçıq başa vurdu. 
 
Sentyab, 2004  
 


 
47
YAŞINDAN NEÇƏ İL TEZ QOCALANLAR 
 
Bizim dövrün yaşa dolmuş insanlarının əksəriyyəti sinnindən 10-15 il 
qoca görünürlər. 
  
Bizim taleyimiz dövrün tarixi, 
bizim qismətimiz ağrı, qəm, kədər. 
Tərsinə döndükcə fələyin çarxı, 
keçir günlərimiz əzablı, hədər. 
Xalqın dərd-sərinə şərik olanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
Aşkarlıq, aydınlıq, yenidənqurma, 
neçə növ fırıldaq, neçə cür qurma. 
Qaçqınlıq dövrünə düşdü ömrümüz
köçkünlük dövrünə düşdü ömrümüz. 
Haqsız təqiblərə məruz qalanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
Nə çoxmuş arada dil pəhləvanı, 
meydan sərkərdəsi, söz qəhrəmanı. 
Uca kürsülərə yalanla gəldik, 
nakəslə, təfriqə salanla gəldik. 
Çaşdırdı milləti növ-növ yalanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
Biz niyə bu qədər sadəlövh olduq, 
ağlı dayaz olduq, əhli-kef olduq? 
Vədlə başımızı əcəb qatdılar, 
Vətəni hərraca qoyub satdılar. 
Özünü bu dərdlə dərdə salanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
İndi iş gəzirik qul bazarında, 
yayın istisində, qışın qarında. 
Mələk sifətinə girmiş rəhbərlər 
bütün ömrümüzü zəhərlədilər. 
Bizik evi viran, yurdu talanlar, 
yaşından neçə il tez qocalanlar. 


 
48
Ayıl, ey içindən çürüyən millət, 
elini səfalət bürüyən millət. 
Bəs, daha gücünə inamı artır, 
silkin, biganəlik hissindən qurtul. 
Qüvvəti olurlar gec ayılanlar, 
qəzəbli olurlar gic sayılanlar. 
Siz ey ayaq altda düşüb qalanlar, 
səbr kasaları seltək dolanlar, 
yaşından neçə il tez qocalanlar. 
 
Noyabr, 2004 
 
 
CILIZLAŞDIRILAN KÜTLƏYƏ 
 
Qoyun quzusunu öyrəşdirir ota, 
aslan isə əniyini ətə. 
Çünki təkcə genlə,qanla deyil, 
güclü yeməklə də yaranır, artır, qorunur 
həm də nəsildən-nəsilə ötürülür 
xasiyyət, güc-qüvvət, qətiyyət. 
Cürəti, qorxmazlığı, qüvvəti 
ot yeyenlərə yox
ət yeyənlərə vermiş 
ana təbiət. 
Gücsüzlərdə,qətiyyətsizlərdə 
və ya qoyunkimilərdə  
hardan olsun comərdlik, 
məğrurluq,əzəmət? 
İndi başda gedənlərimiz  
ətsiz ərzaq yeməyi öyrədir camaata. 
Fərq də göz qabağında, 
nə haacət əlavə sitata!  
 
01.11.2002 


 
49
MÜASIR ADAM 
 
Çoxdan tanıdığım bir insan 
təsadüfən görüşdüyümüz zaman 
bir xeyli özündən danışdı. 
Gördüm ki, keyfi çox yaxşıdı. 
Son illər vəzifəsi neçə dəfə artıb, 
indi mühüm məqamlarda qərar tutub. 
Odur ki, danışığı, oturuşu, duruşu dəyişib, 
kişi siyasət yollarında əməlli “bişib”. 
Həm də diqqəti artıb 
lazımlı, lazımsız hər şeyə. 
Həmişə nəzakətli, itaətkardır, 
fəqət özündən məqamı yüksəyə. 
Asılı olduğu adamları hər yerdə öyür, 
hətta onlar üçün utanmadan deyir: 
- Rəhbər adama hər söz deyə bilər, 
rəhbər adamı, lap istəsə, söyə, döyə bilər. 
Bundan heç vaxt inciməzlər, 
bunu ayrısına heç giley kimi də deməzlər. 
İşdə müdirin də rəhbərindir, 
onu başında oturt, boynunda gəzdir. 
O, sənin üçün həmişə ixtiyardır, 
çünki əlində səlahiyyətləri vardır... 
Dostum çox sadə ömür sürdüyümü də sezdi, 
onu imkanlı gördüyümü də sezdi. 
Odur ki, bu günkü mövqeyimi
durumumu o ki,var pislədi, 
Məni nəsihətlə yolumdan döndərmək istədi. 
O danışdıqca mən onun donuq gözlərinə baxırdım. 
Ürəyim sıxılırdı, yanıb-yaxılırdım. 
Sən demə, bu cür manqurtların hesabına 
illərdir düşürük dilənçi, kölə halına. 
Bu, sapı özümüzdən olan baltalar 
hələ neçə qürurlu insanın inadını baltalar. 
Ah, kişiliyi, sınmazlığı 
özlərinə yük bilən ağalar. 
Nə deyim, ürəyim soyusun, 
sizi doğan analar... 


 
50
Beləsini dinləyib qurtardıqdan sonra 
bilmirsən üzünü döndərəsən hara. 
Az qalır tüpürəsən 
bu, ləyaqətdən uzağın cəmdəyinə. 
Allah adamı çətində möhtac eləməsin 
beləsinin köməyinə. 
 
Oktyabr, 2005 
 
CAHİLLİK, XƏBİSLİK 
 
Bu yay,uzun illər istifadə etdiyimiz 
yorğan-döşəyi və yastıqları söküb 
yenidən sırıtdırmaq qərarına gəldik. 
Bu məqsədlə yataq əşyaları 
sökülüb-töküldü 
yuyulub təmizlənməyə. 
Əlavə insanlar da çağırıldı köməyə. 
Yastıq və döşəklərin içində 
mənim və ailəmin adları yazılmış 
müxtəlif formalarda bükülüb-tikilmiş 
cadu-pitilər tapıldı. 
Bunları görcək nə qədər əzablı 
hisslərə qapıldım. 
Xəyalım uçdu yaxına,uzağa, 
özümə və ailəmə mərhəm bilib 
vədəli-vədəsiz evimdə qarşıladığım 
doğmalarımın yanına. 
Məyusluqdan bir üzücü ağrı doldu canıma. 
Özüm-özümü başladım günahlandırmağa, 
qınamağa! 
Siz ey diqqətimlə, imkanlarımla qarşıladığım, 
sədaqət göstərib evimdə saxladığım 
və xidmətində olduğum insanlar! 
Nə deyim indi sizə? 
Bu boyda tərbiyəsizlik, 
bundan da böyük alçaqlıq?! 
Bu da qohumluq,doğmalıq, 
müsəlmançılıq! 
10.08.2005 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə