№2 Humanitar elml



Yüklə 259,77 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü259,77 Kb.
#67793


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94(3) 

 

1635-1659-CU 

İLLƏRDƏ FRANSANIN XARİCİ SİYASƏTİNƏ DAİR 

 

 Y

.H.GÖZƏLOVA 

Bakı Dövlət Universiteti 

ygozalova@gmail.com 

 

İsveçlə ittifaqı bərpa edən Fransa Otuzillik müharibənin bütün cəbhələrində mübarizəni 

f

əallaşdırmaq üçün böyük diplomatik cəhdlər həyata keçirdi. 1635-ci ildə Fransa özü də mü-

harib

əyə  qatıldı.  1635-1642-ci illərdə  fransızlar  Elzası  ələ  keçirdilər, Cənubi Niderlandda 

böyük uğurlar əldə etdilər. 

1643-1645-ci ill

ərdə  Mazarini  münaqişəyə  son qoymaq üçün böyük fəallıq  nümayiş 

etdirdi. 

1648-ci ild

ə  Fransa  Avstriya  Habsburqları  ilə  Vestfal sülhünü, 1659-cu ildə  isə  - 

İspaniya ilə Pireney sülhünü imzaladı. 

 

Açar sözl

ər: diplomatya, müharibə, Fransa, Almaniya, İspaniya 

 

Fransanın  Otuzillik  müharibəyə  birbaşa  qatılması  təkcə  hərbi və  dip-

lomatik baxımdan deyil, hüquqi və ideoloji nöqteyi-nəzərdən də hazırlanmışdı.  

Bu ill


ərdə  Fransada ilk qəzet  –  «Gazette de Franse»  çıxmağa  başlayır  və  o, 

fransız diplomatiyasının xidmətinə dayanır. Məhz həmin qəzetin səhifələrində 

kardinal Rişelyenin  «Fransaya Lotaringiyanı və Varı birləşdirməyin ən doğru 

yolu»  adlı  pamfleti  çap  olunur.  Pamfletdə  deyilirdi:  «İmperatorun  Reyndən 

solda olan torpaqlara heç bir hüququ yoxdur, çünki bu çay 500 il 

ərzində 


Fransanın  sərhədi  olmuşdur.  İmperatorun  iddiaları  uzurpasiyadır»  (4,  247). 

Yen


ə həmin qəzetdə məşhur fransız publisisti Şantero-Lefevr yazırdı: «Qədim 

franklar Qalliyanı, yəni okeanla Aralıq dənizi arasında yrləşən və Reyn çayı ilə 

s

ərhədlənən  geniş  bir  ərazini fəth  etmişlər. Bu məkan tarixən belglərin, kelt-



l

ərin və  akvitanların  Qalliyası  kimi  məlumdur» (4, 248).  Başqa  sözlə  desək, 

Şantero-Lefevr Fransanın tərkibinə Elzası, Lotaringiyanı, Savoyyanı və Nitsanı 

daxil edir. Şanteronun fikrincə, Fransa bu torpaqları qaytara bilməsə, «Avropa 

yen

ə frank-qall taxt-tacına mənsub torpaqları  ələ keçirmiş və xristian dövlət-



l

ərini köləyə  çevirmək istəyən qüvvələrin ayaqları  altında  tapdalanacaq»  (4, 

248). 

Müharib


ədə  iştirakını  «hüquqi»  cəhətdən  əsaslandıran  kardinal  Rişelye 

76 



konkret  diplomatik  addımlara  –  yeni  antihabsburq  koalisiyasının  təşkili  işinə 

başladı.  Bununla  bağlı  qeyd  etmək  lazımdır  ki,  həmin  ərəfədə  Fransanın 

İspaniya  ilə  artıq  hərbi  əməliyyatları  başlamışdı.  Belə  ki, hələ  1627-ci ildə 

Mantuya  hersoqu  II  Vinçenso  Qonzakanın  vəfatı  ilə  «Mantuya vərəsəliyi» 

m

əsələsi  ortaya  çıxmışdı.  Bu  vərəsəlik  Qonzakanın  qohumu,  fransız  hersoqu 



Şarl de Neverə keçməli idi. İspaniya bu məsələdə Qonzakanın digər qohumu – 

Savoyya hersoqu olan v

ə  Fransa ilə  düşmənçilik edən I Karl-Emmanuili 

d

əstəklədi (7, 158). İmperator II Ferdinand da məsələyə qarışmalı oldu. 



Düşmən tərəfləri  barışdırmaq  üçün  Roma  papası  VIII  Urban  nunsi 

köm


əkçisi olan Culio Mazarinini hərbi əməliyyatlar rayonuna göndərdi. Gənc 

diplomat Rişelyeni və ispan generalı, Milandakı vitse-kral A.Spinolanı razılığa 

g

əlməyə inandıra bildi. İlk dəfə Rişelye - Culio Mazarini görüşü belə baş verdi. 



1630-

cu  il  mayın  10-da Qrenoblda XIII Lüdovik və  Rişelyenin  iştirakı  ilə 

keçiril

ən müşavirədə gələcək addımlar müzakirə olundu. Savoyya hersoqunun 



s

əfiri və  həmin  vaxt  papanın  leqatı  olan  Culio  Mazarini  təklif edirdilər ki, 

Fransa hersoq de Neverin Mantuya v

ərəsəliyinə  olan  iddialarını  dəstəklə-

m

əkdən əl çəkməli, qoşunlarını Suza, Pinyerol və Kazaledən çıxarmalıdır (7, 



158-159). Bunun 

əvəzində  İspaniya və  İmperiya öz qoşunlarını geri çəkməyi 

öhd

ələrinə götürürdülər.  



Bu cür t

əklif  fransız  tərəfini qane edə  bilməzdi, çünki bu, status-kvo 

dem

ək  olardı.  Danışıqlar  uğursuz  nəticələndi və  Mazariki  Vyanaya  qayıtdı. 



1630-

cu  ilin  yayında  XIII  Lüdovik  və  Rişelye  yenidən sülh təklifi ilə  çıxış 

etdil

ər. Mazariki  kralın  düşərgəsinə  dəvət olundu və  ona elan edildi ki, XIII 



Lüdovikin Şimali İtaliyada əsas məqsədi Mantuya hersoqunun hüquqlarını tə-

min etm


əkdir (1, 40), Vyana və Madrid bu hüquqları tanısa, Fransa öz qoşun-

larını bu bölgədən çıxaracaq.  

Sülh  danışıqları  alman  şəhəri  Regensburqda  (Ratisbonn)  başladı.  Fran-

sanı bu danışıqlarda Rişelyenin ən yaxın köməkçisi Josef ata və Brülar de Leon 

t

əmsil  edirdi.  Sentyabrın  8-də  danışıq  iştirakçıları  oktyabradək atəşkəs elan 



etdil

ər.  Lakin  oktyabrın  15-də  Rişelye  hərbi  əməliyyatları  bərpa etmək  əmri 

verdi.  Oktyabrın  26-na  doğru  danışıqlar  yenidən  başladı.  1631-ci ildə  Re-

gensburq v

ə  1632-ci ildə  gizli  Turin  razılaşması  bağlandı.  Hər iki müqavilə 

Fransaya 

böyük xarici siyasi uğur gətirdi: hersoq de Neverin Mantuya və Mon-

ferrat üz

ərində  hüquqları  tanınırdı,  Fransa  isə  Pinyerol və  Peruza vadisi üzə-

rind


ə mülkiyyətini saxlayırdı (7, 159).  

Bu hadis


ələrdə Culio Mazarini bir diplomat kimi çox bacarıqla fəaliyyət 

göst


ərdiyindən, həm XIII Lüdovik və Rişelye, həm də papa tərəfindən yüksək 

qiym


ətləndirilmişdi  və  1634-cü ildə  VIII Urban onu Fransa ilə  İspaniya  ara-

sında növbəti toqquşmanın qarşısını almaq üçün Parisə nunsi təyin edir (3, 86). 

Lakin kardinal Rişelye öz seçimini etmişdi və antihabsburq koalisiyası-

nın təşkili ilə məşğul idi: 1635-ci ilin fevralında Fransa Hollandiya ilə müdafiə 

v

ə qarşılıqlı hərbi yardım ittifaqı bağladı. İsveçin müharibədən çıxmasının qar-



şısını almaq üçün Rişelye onunla 1635-ci ilin aprelində Kompyen  müqavilə-

77 



sini  bağlayır;  müqaviləyə  görə,  İsveç  imperatora  qarşı  Fransa  ilə  birgə  hərbi 

əməliyyatlarda iştirak edəcəyini öhdəsinə götürürdü (7, 155). Kardinal, həmçi-

nin,  Şimali  İtaliyada  Savoyyanı  və  Parinanı  öz  tərəfinə  çəkməklə  antiispan 

koalisiyası  yaratmağa  cəhd göstərmişdi.  İngiltərə  neytrallığını  saxlayacağını 

öhd

əsinə götürürdü. Mantuya, Venesiya və Transilvaniya knyazlığı da Fransa 



İsveç ittifaqını dəstəklədi (5, 402). 

Diplomatik hazırlıqdan sonra, 1635-ci il mayın 19-da Fransa İspaniyaya, 

daha sonra Müq

əddəs Roma imperiyasına müharibə elan etdi. 

Otuzillik müharib

ənin sonuncu, ən uzun çəkən mərhələsi elə bir şəraitdə 

gedirdi ki, t

ərəflərin insan və maddi ehtiyacları artıq tükənmişdi. Nəticədə bu 

m

ərhələ daha çox lokal, manevrli döyüşlərlə səciyyələnir.  



İlk üç il Fransa üçün uğursuz olmuşdu. O, demək olar ki, bütün cəbhə-

l

ərdə  məğlubiyyətə  uğrayırdı.  1636-cı  ilin  yayında  İspaniya  Niderlandının 



canişininin  qoşunları  hətta Parisə  yaxınlaşmışdı.  Bununla  əlaqədar kardinal 

Rişelyenin sarayda əleyhdarları artır; ona qarşı bir neçə sui-qəsd (o cümlədən 

kraliça  Avstraliyalı  Annanın  təşəbbüsü ilə)  hazırlanır  (6,  127). Vergilərin 

olmazın  artması  xalqın  etirazlarına  və  iğtişaşlarına  səbəb  olur  ki,  onların  da 

yatırılması üçün böyük hərbi qüvvə tələb olunurdu. 

Kardinal  Rişelye  İspaniyanın  daxilində  baş  verən gərginlikdən, o cüm-

l

ədən, Kataloniyada və  Portuqaliyada  genişlənən xalq üsyanlarından öz məq-



s

ədləri üçün istifadə edə bildi. Belə ki, Fransa onların müstəqilliyini tanıdı (7, 

155). Fransızların və katalonların birgə səyləri ilə ispanları Russilyondan qov-

maq  mümnkün  oldu.  Özünü  Portuqaliya  kralı  elan  etmiş  IV  Juan  Fransa  və 

Hollandiya il

ə  bağladığı  müqavilələrə  görə, 10 il müddətində  ispan  kralı  IV 

Filipl

ə  hər  hansı  razılığa  girməyəcəyini öhdəsinə  götürürdü (2, s.4). 1641-ci 



ilin iyulunda is

ə Brandenburq knyazı imperatorla münasibətləri qırdı və İsveçlə 

ittifaq bağladı (2, 4).  

Artıq  Fransa  diplomatiyası  uğurlar  yoluna  qədəm  qoymuşdu,  kardinal 

Rişelye isə bu diplomatiyanın əsas aparıcı qüvvəsi idi. Lakin 1642-ci ilin yayı 

Rişelye ağır xəstələndi, dekabrın 4-ü isə vəfat etdi. Vəfatı ərəfəsində kardinalın 

dediyi sözl

ər belə olmuşdu: «Mənim, dövlətin düşmənlərindən savayı, heç bir 

düşmənim olmayıb» (7, 156). Elə həmin gün XIII Lüdovik Culio Mazarinini 

yanına çağırıb, Rişelyenin vəziyyətinə uyğun olaraq onu Kral  şurasının başçısı 

t

əyin etdi. 1643-ci ildə XIII Lüdovik azyaşlı olduğu üçün, kraliça Avstraliyalı 



Anna yeni kralın qəyyumu təyin olundu. Lakin ölkənin faktiki hakimi Mazarini 

idi. 


H

ələ 1642-ci ilin payızında imperator ordusunu darmadağın edən isveç-

lil

ər  bütün  Saksoniyanı  ələ  keçirdi və  Moraviyaya  daxil  oldu.  Fransızlar  isə 



Elzası tutdular və Birləşmiş Əyalətlər Respublikasının qüvvələri ilə birgə Cə-

nubi Niderlandda ispanlar üz

ərində bir neçə qələbə əldə etdilər. 1643-cü ildə 

Rokrua yaxınlığındakı döyüşdə ispan qoşunları ağır məğlubiyyətə uğradılar (5, 

402).  

Hakimiyy


ətə gələn Mazarini Habsburqlarla sülh bağlamağa tələsirdi, ona 

78 



gör

ə də Fransada hesab edirdilər ki, kardinalın xarici siyasətini Roma kuriyası 

istiqam

ətləndirir  (papa  imperiyanın  tam  dağılmasını  istəmirdi). Lakin kardi-



nalın  diplomatiyası  imperiyanın  xeyrinə  yönəlməmişdi.  Mazarini  Rişelyenin 

kursunu davam  etdirirdi v

ə belə bir fikri tez-tez təkrarlayırdı ki, Almaniyada 

müharib


ə  dini müharibədən  çox,  Avstriya  evinin  siyasi  ambisiyalarına  qarşı 

mübariz


ə idi (7, 162). 

Dig


ər tərəfdən, Fransanın müttəfiqləri cəbhəsində də vəziyyət mürəkkəb-

l

əşmişdi. Belə ki, İsveç və Danimarka arasındakı rəqabət 1643-1645-ci illərdə 



müharib

əyə  gətirib  çıxardı.  Mazarini  bu  münaqişənin ləğvi  üçün  çox  böyük 

c

əhdlər göstərməyə nail oldu. İsveç Yutlandiyanı ələ keçirib Zelandiyaya daxil 



oldu v

ə Kopenhageni mühasirəyə aldı (5, 332). 1645-ci ildə Bromsebr sülhünə 

gör

ə, İsveç Skandinaviya yarımadasının cənubunu, Norveçin bəzi şərq vilayət-



l

ərini (Emtland, Xeryedalen, Boxusland), Qotland, Ezel və Bornxolm adalarını 

ala bildi (5, 338). 

Bromsebr sülhü il

ə  Baltikada öz mövqeyini möhkəmləndirən  İsveç 

yenid


ən öz ordusunun Almaniyada fəaliyyətini bərpa etdirdi və 1646-cı ilin ya-

zında Cənubi Çexiyadakı Yankovo adlı yerdə imperatorun və Bavariya knya-

zının qoşunlarını ağır məğlubiyyətə uğratdı; daha sonra o, Çexiya və Avstriya 

torpaqları üzərinə hücuma keçməklə Praqanı və Vyananı hədələməyə başladı 

(5, 403).  

Yeni imperator  III  Ferdinand (1637-1657) 

artıq müharibəni uduzduğunu 

başa düşmüşdü. Hər iki tərəf sülh danışıqlarına meyl edirdi və bunun səbəbi bir 

t

ərəfdən, maliyyə çətinliyi idisə, digər tərəfdən, Almaniyada yadelli qoşunların 



özbaşınalığına  və  talanlarına  qarşı  genişlənən  partizan  hərəkatına  bağlı  idi. 

Konkret  Fransaya  g

əlincə, iqtisadi, siyasi və sosial problemlər ucbatından, o, 

sülh


ə getməyə məcbur idi. Ölkədə Fronda – daxili siyasi böhran yetişirdi.  

H

ələ  1638-ci  ildə  papa  və  Danimarka  kralı  tərəfləri  müharibəni  dayan-



dırmağa çağırmışdı. İki il sonra sülh danışıqları ideyası Regensburqda çağrılan 

reyxstaqda  s

əsləndirildi. Sülhün konkret diplomatik hazırlığı isə xeyli uzandı. 

Yalnız  1644-cü  ilin  4  dekabrında  Münsterdə  sülh  konqresi  başladı.  Burada 

imperatorla  Fransa 

arasında danışıqlar aparıldı; 1645-ci ildə isə Vestfaliyanın 

dig

ər  şəhəri  Osnabryukda  İsveç  -  İmperiya  danışıqları  ilə  müşayiət  olunan 



dig

ər konqres çağrıldı.  

Bel

ə  bir  miqyasda  beynəlxalq  forum  ilk  dəfə  çağrıldığından,  prosedur 



m

əsələlərin  həllinə  də  xeyli  vaxt  sərf  olundu.  Qərarların  qəbulu  həm  də  ona 

gör

ə  çətinləşirdi  ki,  diplomatların  danışıqlar  apardığı  vaxtda  ordular  döyüş-



m

əkdə davam edirdi v hər bir yeni qələbəni konqres iştirakçıları öz iddialarını 

əsaslandırmaq üçün arqument olaraq gətirirdilər.  

Danışıqlardı  III  Ferdinandın  səfiri,  çox  bacarıqlı  diplomat  Trautmans-

dorfun bütün c

əhdləri İsveçin iddialarını təmin etməklə onu Fransadan ayırmaq 

v

ə  imperiya  üçün  əlverişli  şərait  yaratmağa  yönəlmişdi.  Lakin  İsveç  kardinal 



Mazarininin  idar

ə  etdiyi  fransız  «çarxı»na  möhmək  bağlanmışdı  (7, 163). 

Mazarini  is

ə,  əksinə,  Brandenburq  knyazını  İsveçin  Baltik  dənizinin  cənub 

79 



sahili il

ə bağlı iddialarına qarşı çıxmaq üçün qızışdırırdı və bununla da İsveçi 

əlində  saxlayırdı.  Sülh  müqaviləsinin  qəti  şərtləri  Münsterdə  1648-ci  il 

oktyabrın 24-də bağlandı.  

Bel

əliklə, Çexiyada lokal bir münaqişədən başlayıb Şimali Almaniyaya 



adlayan v

ə Mərkəzi Avropanın nəhəng məkanını əhatə edən Otuzillik müharibə 

öz  orbitin

ə  əksər  dövlətləri  qatdığından,  ilk  ümumavropa  miqyaslı  müharibə 

oldu. 

Vestfaliyanın yuxarıda qeyd olunan iki şəhərində imzalanan sülhün şərt-



l

ərinə görə, İsveç Ştettin limanı ilə birgə bütün Qərbi Pomeraniyanı və Şərqi 

Pomeraniyanın kiçik bir hissəsini, Rigen və Volin adalarını, həmçinin Pome-

raniya  körf

əzi  üzərində  hüquqları  qazanırdı.  Pomeraniya  hersoqları  qismində 

İsveç  kralları  imperiya  knyazlarına  çevrilirdi  və  imperiyanın  daxili  işlərinə 

birbaşa müdaxilə etmək hüququ qazanırdı. İmperiya mülkləri olaraq Bremen və 

Ferden 


arxiyepiskopluqlarının müsadirə edilib dünyəviləşdirilmiş torpaqları da 

İsveçə keçirdi. İsveç, həmçinin böyük pul təzminatı alırdı. Şimali Almaniyanın 

iri 

çayları olan Vezer, Elba və Oderin mənsəbinə nəzarət İsveçə keçirdi. Böyük 



bir  dövl

ətə çevrilən İsveç Baltika üzərində hakimiyyətini reallaşdırmış olurdu 

(1, 43; 5, 404).  

Vestfal  sülhün

ə  görə,  birləşmiş  Əyalətlər  Respublikasının  müstəqilliyi 

tanınırdı. Sülhün tərkib hissəsi olan Münster müqaviləsinə görə, bu respub-lika-

nın suverenliyi, ərazi çərçivəsi, Antverpenin statusu məsələləri həll edirdi (1, 43).  

İsveçrə konfederasiyası da Vestfal sülhü ilə birbaşa tanış oldu. O, öz əra-

zisini xeyli 

genişləndirə də bildi (2, 9-10). Fransanın dəstəklədiyi Brandenburq 

knyazl

ığı,  sülhə  görə,  Şərqi  Pomeraniyanı,  Maqdeburq  arxiyepiskopluğunu, 



Qalberşton və Minden yepiskopluqlarını əldə edir və bununla da, Paris istəyinə 

nail  olur: 

şimalda imperatora əks olan iri bir mülk yaradır. Bu knyazlığın Al-

maniyada  nüfuzu  k

əskin şəkildə artır. Saksoniya Lujiski, Bavariya isə Yuxarı 

Pfalsı qazanır (1, 45; 5, 404).  

Vestfal  sülhü 

Almaniyanın  siyasi  pərakəndəliyini  bir  az  da  möhkəm-

l

əndirir.  Alman  knyazları  öz  aralarında  ittifaq  və  xarici  dövlətlərlə  müqavilə 



bağlamaq  hüququ  qazanır,  bu  isə  faktiki  onların  suverenliyini  təsbit  edirdi. 

İmperiya  özü  seçkili  monarx  və  reyxstaq  başda  olmaqla  formal  dövlətlər 

birliyin

ə çevrilir.  

Fransaya  g

əlincə, başlamış olan parlament frondası ilə əlaqədar o, danı-

şıqları tez başa çatdırmağa çalışırdı və hətta kiçik ərazi qazancları ilə kifayət-

l

ənməyə də hazır idi. Vestfal sülhünə görə, Fransa Elzası (onun tərkibinə for-



mal c

əhətdən daxil olan Strasburqdan başqa), Zundqaunu və Xagenaunu alırdı, 

100  ild

ən  çox  əlində  olan  Lotaringiyanın  üç  yepiskopluğu  –  Mets,  Tul  və 

Verden  üz

ərində  hüquqlarını  təsdiqləyirdi.  İmperiyanın  10  şəhəri  Fransanın 

q

əyyumluğuna keçirdi (5, 404; 1, 42; 7, 163). Bundan əlavə, Fransa İsveç ilə 



birg

ə Vestfal sülhünün təminatçısı elan olunurdu (7, 163).  

Fransa 

diplomatiyası tarixinin əhəmiyyətli mərhələlərindən biri də Culio 



Mazarininin  f

əaliyyəti ilə bağlıdır. Əvvəlki paraqrafda biz Culio Mazarininin  

Otuzillik  müharib

ənin  sonuncu  mərhələsində  Fransanın  xarici  siyasətində 

80 



xidm

ətlərini  nəzərdən  keçirdik.  Lakin  Otuzillik  müharibə,  o  cümlədən  onun 

sonuncu m

ərhələsi daha çox Rişelyenin adına bağlıdır, baxmayaraq ki, Vestfal 

sülh  müqavil

ələrinin hazırlanması və bağlanması onun vəfatından (1642-ci il) 

sonrakı  dövrün  hadisələridir.  Mazarini  isə  Rişelyenin  ən  bacarıqlı  davamçısı 

kimi 


Fransanın Avropa qitəsində xarici siyasi və diplomatik hegemonluğunun 

b

ərqərar olması işini tamamlamışdır. 



Qeyd  ed

ək  ki,  Vestfal  sülhündən  sonra  Fransanın  xarici  siyasətində  iki 

əsas problem həllini gözləyirdi: İngiltərə ilə münasibətlərin normallaşdırılması 

v

ə  İspaniya  ilə  müharibə.  İngilis-fransız  ziddiyyətləri  bu  ərəfədə  gərgin  həd-



din

ə çatmışdı. Hələ kral I Karlın edamından əvvəl, 1648-ci ildə fransız höku-

m

əti Fransaya ingilis yun və ipək məmulatlarının idxalını qadağan etmişdi (7, 



163).  Buna  cavab  olaraq  ingilis  hökum

əti  fransız  şərabının  idxalına  qadağa 

qoy

muşdu. Kardinal Mazarini bu məsələdə İngiltərədən güzəşt almağa çalışır-



dı.  Lakin  onun  Londona  göndərdiyi  Krullenin  missiyası  uğursuzluğa  düçar 

olur;  bundan  sonra  h

ər  iki  ölkə  arasında  «gömrük  müharibəsi»  başlayır  (7, 

163). 


G

ərgin fəaliyyətdən sonra Mazarini və onun köməkçisi Kolber İngiltərə 

il

ə  normal  diplomatik  münasibətləri  bərpa  etməyə  müyəssər  olur.  Digər  tə-



r

əfdən,  İngiltərədə  baş  verən  hakimiyyət  dəyişikliyi  Mazarinidə  İspaniyaya 

qarşı mübarizədə  yeni müttəfiq tapacağına ümid yaradırdı. Kardinal başa dü-

şürdü  ki,  İngiltərədə  xarici  siyasətə  artıq  parlament  deyil,  birbaşa  Kromvel 

n

əzarət edir; ona görə də Mazarini vasitəçilərin köməyilə məhz Kromvelə bir-



başa danışıqlara girir. 1562-ci ilin dekabrında Pikardiyanın intendantı de Bordo 

Londona  gönd

ərilir.  Uzun  sürən  danışıqlardan  sonra, 1657-ci  ildə  Fransa  ilə 

İngiltərə arasında hərbi ittifaq bağlanır (4, 262). 

Mazarininin  diplomatik 

uğurları  içərisində,  heç  şübhəsiz,  İspaniya  ilə 

olan  münasib

ətləri  xüsusi  qeyd  etmək  lazımdır.  Hələ  Otuzillik  müharibə  ge-

dişində  başlayan  Fransa-İspaniya  münaqişəsi  yalnız  1659-cu  ildə  Pireney 

sülhünün 

bağlanması ilə başa çatır. 

Pireney  sülhün

ə görə, Fransanın ərazisi xeyli genişlənir, baxmayaraq ki, 

fransızlar hərbi əməliyyatlar gedişində ələ keçirdikləri Franş-Konteni, Katalo-

niyanın bəzi rayonlarını və Niderlanddakı qalaları  İspaniyaya  geri qaytarmalı 

olur. Fransaya is

ə Flandriyanın bir hissəsi (qalalarla birlikdə), Artua qraflığının 

böyük  hiss

əsi  və  Russilyon  qraflığı  keçir.  Yeni  Fransa  –  İspaniya  sərhəddi 

Pireneyl


ərdən  keçirdi.  İspaniya  fransızların  əlində  olan  Elzasa  və  Breyzaxa 

iddialarından əl çəkirdi, XIV Lüdovikin Navarra krallığı üzərində hüquqlarını 

tanıyırdı. Mazarini İspaniya ilə müharibə şəraitində olan Portuqaliyaya yardım 

etm


əyəcəyini öhdəsinə götürürdü (7, 165). 

Pireney  sülhünün  özün

əməxsusluğu  onda  idi  ki,  müqavilə  XIV  Lüdo-

vikin  ispan 

infantası Mariya Tereziya ilə nigahını da nəzərdə tuturdu. Amma 

hiyl


əgər kardinal hər iki tərəfin bağladığı müqavilənin mətninə elə bir düzəliş 

el

əmişdi  ki,  sonralar  bu  düzəliş  Avropanın  gələcək  beynəlxalq  münasibətlər 



tarixind

ə böyük rol oynayacaqdı. İnfantanın cehizi – 500 min qızıl ekyü bir il 

81 



yarım ərzində ödənilməli idi, əks halda Mariya Tereziya ispan taxtına hüquq-

larından əl çəkirdi. Mazarininin məqsədi aydın idi – İspaniya həmin vaxt müf-

lis 

olmuşdu və qısa müddətdə bu qədər pulu ödəmək iqtidarında deyildi. Belə 



olan  halda 

fransız  diplomatiyası  İspaniyanın  daxili  işlərinə  –  taxt-tac  məsə-

l

əsinə  qarışmaq  imkanı  qazanırdı.  Sonrakı  hadisələr  Mazarininin  hesablama-



larının doğruluğunu göstərdi.  

İstər 1659-cu il Pireney sülhü, istərsə də İngiltərə ilə bağlanan 1655-ci il 

ticar

ət və 1658-ci il hərbi müqavilələr Fransanın qitədə siyasi hegemonluğunu 



t

əmin edirdi. 1658-ci ildə  yaradılmış Reyn liqası isə fransızlara Almaniya və 

Avstriya 

işlərinə müdaxilə etmək imkanı verirdi.  

Bel

əliklə, XVII əsrin ortalarına doğru Fransa Avropanın ən nümunəvi müt-



l

əq monarxiyası kimi, xarici siyasətində də eyni prinsiplərlə çıxış edirdi. Böhran-

dan 

çıxan ölkə kardinal Rişelye kimi bacarıqlı siyasi və dövlət xadimi və onun 



sadiq 

davamçısı Culio Mazirininin, eləcə də bir sıra diplomatların gərgin əməyi 

say

əsində effektli nəticələr əldə edə bildi. Almaniya, Avstriya və İspaniya kimi 



güclü  r

əqiblərini  zəiflətməyə  müyəssər  olan  Fransa,  onunla  hesablaşmayan 

h

ərbir  rəqiblərini  sıradan  çıxarmışdı.  Fransız  sarayı  Avropanın  ən  möhtəşəm 



sarayı idi; bütün Avropa monarxları fransız kralından ehtiyat edirdilər; fransız 

dili 


diplomatiyanın və beynəlxalq sənədlərin rəsmi dilinə çevrilmişdi. 

Yeni dövrün 

astanasında Fransanın üstünlüyü mərhələsi başlayırdı.   

 

ƏDƏBİYYAT  

1.

 



Bekir  Sitki  Baykal.  Yeni  zamanda  Avrupa  tarihi.  II  cilt.  I  Kitab.  Otuz 

yıl  savaşı  devri. 

Ankara: 1988   

2.

 



Yeni zamanda Avrupa tarihi. Ankara: 1994 

3.

 



Ивонин Ю.Е. Императоры, короли, министры. Смоленск: 1998 

4.

 



История дипломатии (с древнейших времен до 1919 года). М.: 2005 

5.

 



История средних веков. Т.2. Раннее новое время. М.: 2000 

6.

 



Кнехт Р. Ришелье. Ростов на Дону: 1995 

7.

 



Мусский И.А. Сто великих дипломатов. М.: 2004 

 

ЕЩЕ РАЗ О ВНЕШНЕЙ ПОЛИТИКЕ ФРАНЦИИ В 1635-1659 гг. 



 

Е.Г.ГЕЗАЛОВА 

 

РЕЗЮМЕ 

 

Возобновив  союз  со  Швецией,  Франция  предприняла  дипломатические  усилия 

для активизации борьбы на всех фронтах Тридцатилетней войны. В 1635 году Франция 

сама вступила в войну. В 1635-1642 гг. французы овладели Эльзасом, одержали ряд по-

бед в Южных Нидерландах.  

В 1643-1645 гг. Мазарини приложил немало усилий, добиваясь прекращения это-

го конфликта. 

В 1648 году Франция заключила с Австрийскими Габсбургами Вестфальский мир, 

а в 1659 году – Пиренейский мир с Испанией. 

 

Ключевые слова: дипломатия, война, Франция, Германия, Испания 

82 



 

FRANCE’S FOREIGN POLICY IN THE YEARS OF 1635-1959 

 

Y.Q.GOZALOVA 

 

SUMMARY 

 

France was the leading country in Europe towards the middle of the seventeenth centu-



ry. But it was a very tense relations with Germany and Spain. The war resulted in strained rela-

tions. 


 

Key words: diplomacy, war, France, Germany, Spanish 

83 

Yüklə 259,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə