Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   2   3   4   5   6   7   8   9   ...   40

 
11
 
 
KÖNÜL PIÇILTILARI 
 
“Həkim”, “loğman”, “doktor” – dilimizdə eyni mənanı daşı-
salar da, heç biri türkcə deyil. Bu söz rus dilində “vraç” adla-
nır ki, onun da kökü “vrat”, yəni aldatmaq anlamına gəlir. 
Başqa sözlə, müalicə edən yox, ”aldadan”. Bu yandan da 
böyük klassikimiz deyir ki, “aldanma ki, şair sözü, əlbəttə 
yalandır”. Deməli həkimlə  şair az qala eyni işlə  məşğuldur-
lar. Niyə belə yazıram? Axı əlimin altındakı qovluqdakı şeir-
lərin müəllifinin peşəsi həkimlikdir. Heç kəsə sirr deyil ki, 
başqa peşə sahiblərinə nisbətən ədəbiyyata bağlılıq həkim-
lər arasında daha çoxdur. Zənnimcə bunun bir səbəbi var. 
Ədəbiyyat demək olar ki, başdan-başa romantiklərin “vətəni-
dir”. Gənclik çağlarında həkimlik peşəsini özü seçənlər də 
adətən onun romantikasına vurulurlar. (“insanı yenidən hə-
yata qaytarmaq”, “şəfa vermək” və s.) Odur ki, həyati məsə-
lələrdə həkimlərin də çox az bir hissəsi praqmatik olur. Ro-
mantikanın bir ucu isə mütləq və mütləq poetik duyğulara 
bağlanır.Deməli həkimlərin sırasında xeyli sayda yaradıcı 
ədəbiyyat adamının olması heç də göydəndüşmə deyil. 
... 80-cilər adlandırdığımız ədəbi nəslin içərisində ədəbiy-
yata həkimlikdən gələnlər daha qabarıq göründülər və zən-
nimcə bu gün də ədəbiyyatımızın həmin nəslinin ən aparıcı 
simaları arasındadırlar. 
Tamamilə yad bir adam hər-hansı tibb ocağına ayaq qo-
yan kimi birinci yod qoxusunu hiss edir və bir daha özünün 
harada olduğunu anlayır. 
Fikrimcə, adlarını çəkmədiyim, ümumilikdə yuxarıda dedi-
yim “ədəbiyyat həkimləri” bizim ədəbiyyatımızı xeyli zəngin-
ləşdirdilər, ən azından öz peşələrindən doğan müşahidələri 


 
12
ilə – cürbəcür qoxularla zəngin olan ədəbiyyat məbədinə bir 
“yod qoxusu” da gətirdilər.Güman edirəm ki, ədəbi havanı 
korlamadılar, bu məbədin daxili aurasını bir az da zəngin-
ləşdirdilər. 
Bu yaradıcılarımızdan biri də  həmişə öz baxış  məsafəsi, 
baxış bucağı və deyim tərzi ilə seçilən şair Fəxrəddin Ziya-
dır. Məlum məsələdir ki, sahibi öz pis malını daha çox tərif-
ləyər.Yaxşının isə qiyməti öz üstündədir, sadəcə “xiridar” 
olub onu qiymətləndirməyi bacarmaq lazımdır.Odur ki, mən 
Ziyanın yaradıcılığı haqqında elə  də geniş danışmayaca-
ğam. Buna heç ehtiyac da yoxdur.Amma  burada bir şeyi 
mütləq deməliyəm:  Şeirin nə olduğunu tamamilə bilməsəm 
də, onu bilirəm ki, poeziya ilk-öncə duyma “sənətidir” və 
həm də bu, duyğuları ifadə etmək “sənətidir”.Bütün yaradıcı 
adamlar bu “duymaq və ifadə etmək sənətində” həm birləşir, 
həm də müxtəlif səviyyələrə, cərəyanlara, özünə  məxsus-
luqlara ayrılırlar. Fəxrəddin Ziyanın yazılarında bu “birləşmə 
və ayrılma” məqamlarının çox yüksək səviyyədə olduğunu 
isbatlayan istənilən sayda nümunələr var: – 
 
...Əvvəl ürəyimdən qopub gəlirdi
indi idrakımın məhsulu şeirim. 
 
...Təbii seçmədə nəsil artırmaq 
yalnız güclülərin payına düşür. 
 
...Atanı bu ağrı içindən əzər 
anasız qızlara toy çalınanda. 
 
...Nə söyləsəm təsəllidir 
daha özümdən-özümə...və s. 
 


 
13
Uzun illər yaxından tanıdığım üçün yaxşı bilirəm ki, Fəx-
rəddin çox ciddi adamdır.Bu xarakter onun şeirlərinə də ho-
pub. Onun bütün yazılarında, səviyyəsindən asılı olmaya-
raq, bir dəqiqlik, sərrastlıq və fikir ayadılığı var. Çünki, məq-
səd aydın olan yerdə fikir aydın bildirilir. 
Ciddi adamlar az-az hallarda dəb dalınca düşürlər. Çağ-
daş  ədəbiyyatımızda müxtəlif forma və  cərəyanlar yaransa 
da (mən bunları alqışlayıram) şair öz əvvəlki dəst-xəttinə, öz 
əvvəlki yoluna sadiqdir – bu yolu uğurla davam və inkişaf et-
dirir. Ümumiyyətlə onun yaradıcılığı daim yüksələn xəttlə 
gedir. 
Fəxrəddin həm də klassik ədəbiyyatımızı çox gözəl bilir, 
ilahiyyatçılığa dərindən bəllidir. Çox uzun müddət ədəbiyya-
tımızda təsadüfən müraciət olunan əruz və  qəzəl son za-
manlar bir dirçəliş dövrünə qədəm qoymaqdadır. Ədəbiyya-
tımız üçün son dərəcə  gərəkli olan bu işdə  də  Fəxrəddinin 
xidmətləri böyükdür. O uzun illərdir ki, yüksək səviyyəli, tam 
bitkin qəzəlləriylə  mətbuatımızda ardıcıl olaraq çıxış edir, 
onları kitablarına daxil edir. Bu isə, ən azından sonrakı nəs-
lin diqqətini istər-istəməz həmin istiqamətə  cəlb etməkdir. 
Axı  gənclik üçün qəzəl, az qala, ancaq tarixdə qalıb.Amma 
birdən-birə çağdaş zaman, çağdaş düçüncə, çağdaş dövrün 
qəzəli... Bunun özü elə ədəbiyyata edilən ən gərəkli xidmət-
lərdən biridir. 
Adətən yaradıcı adamlarda hansısa bir mövzu aparıcı 
xətt olur. F.Ziyanın yaradıcılığının maraqlı cəhətlərindən biri 
də, onda belə bir aparıcı  xəttin olmamasıdır. Yəni  şairin 
mövzu dairəsi həddən ziyadə genişdir və bu mövzuların hər 
biri, artıq müdriklik yaşında olan müəllif tərəfindən, yüksək 
sənətkar ustalığı ilə  şeirə  gətirilir,  ədəbiyyatın malına çev-
rilir. Bu isə  hər  şairə qismət olmur. Fəxrəddin həm də çox 


 
14
populyar olan bir çox lirik mahnıların mətn müəllifidir – nəğ-
məkar şairdir. 
Mən bu maraqlılığı və özünəməxsusluğu ilə seçilən şairin 
bir daha görüşünə gələn, yaxud onunla ilk dəfə görüşən hər 
bir oxucunu əmin etmək istəyirəm ki, əlinizdəki kitabda Sizin 
hər biriniz öz könül pıçıltılarınızı  eşidəcəksiniz.Əsl sənətin 
sirri də elə bu “eşidilmədədir”. 
 
Tofiq Nurəli 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə