III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
867
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
üzüxdən zəddən əpərrıx. Bu mənanı Gəncə dialektində “addanmax”, Qazax dialektində “ad
eləməx'” sözləri ifadə edir. “Ədəxlı”//adaxlı – nişanlı. Ən qədim türkmənşəli leksik
vahidlərdən olan “adaxlı” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında eyni fonetik
tərkib və mənada işlənib: – Adaxlısın ayrıqlar alarkən tutub alan..... “Bəlgə”// bəliyə– oğlan
evindən qıza verilən əşyalar. Azərbaycan dilinin digər dialekt və şivələrində də söz eyni və
yaxın fonetik tərkibdə, lakin əsasən eyni mənada qeydə alınmışdır. Kəlbəcər şivəsində
“bəlyə”, Şəki dialektində “bəliyə”, Gəncə, Kürdəmir dialekt və şivələrində “bəlgə” və s. kimi
işlənən bu sözlər dialektlərin eyni mənbədən qaynaqlandıqlarını göstərir.
“Kəsi-biçi”//sözkəsməx' – oğlan evinin qız evi ilə toy haqqında məsləhətləşməsi.
Boygörümü // boygörüncəyi– gəlini görmək istəyən yaxın qohumların gəlinə bağışladığı
hədiyyə, “Dizdayağı”// dizdəyəğı– gəlinin gəlişinə qayınata və qayın ananın verdiyi hədiyyə,
“Yengə” – gəlini oğlan evinə gətirən adətən yaşlı qadındır. Dialektoloji ədəbiyyatlarda bu
sözün iki mənada işləndiyinin şahidi oluruq: 1. Qardaş, əmi və ya dayı arvadı; 2. Toyda
gəlini oğlan evinə aparan qadın. Ordubad dialekti və Culfa şivələrində “yengə” sözünün ikinci
mənada işlənməsi daha geniş yayılmışdır. “Yengə” sözü qədim türkmənşəli leksik
vahidlərimizdən biri olub əksər türk dilllərində, həmiçinin bir sıra qədim yazılı abidələrimizdə
işlənmişdir. “Kitabi-Dədə Qorqud” dastanında “yengə” qadınlardan yumorlu olanların aya-
ması kimi işlənmşdir. –Məgər Qısırca yengə deyirlərdi bir xatun vardı... – Qısırca yengə durdu,
aydır. “İbni-Mühənna lüğəti”ndə “yengə” sözü “böyük qardaşın həyat yoldaşı” mənasında
işlənmişdir. “Yengə” sözünün mənşəyi haqqında M.İslamov, E.Əzizov tədqiqatlarında ətraflı
bəhs etmişlər. “Nəmir”//nəmər – 1. Toy sahibindən yaxın adamlara toydan sonra verdiyi pul;
2. Nağıl və ya dastan söyləyən aşığa verilən pul”. Azərbaycan dilinin qərb qrupu dialekt və
şivələrində bu leksik vahid eyni fonetik tərkib və mənada qeydə alınmışdır.“Əlöpbə”//əlöppə
– gəlin köçən qızın üç gün sonra atası evinə qonaq getməsi ilə bağlı keçirilən məclis. Bu adət
ən qədim zamanlardan günümzədək yaşamaqdadır. Yeni evlənənlərin öz böyüklərinə
hörmətidir. Demək olar ki, əksər türk xalqları arasında geniş yayılan qədim adətlərimizdən
biridir.“Gərədəh//gərdəy– bəy və gəlin üçün bəzədilmiş yer, evin bir sahəsi. Ədəbi dilimiz
üçün arxaikləşən bu termin Azərbaycan dili dialekt və şivələrinin əksəriyyətində öz varlığını
qorumuşdur. “Gərdək” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında da işlənir. Məs.:
Oğuz zamanında yigit evlənəndə ox atardı oxu düşən yerdə gərdək tikərdi.
Ordubad dialekti və Culfa şivələrində nişan və toy adətləri ilə bağlı zəngin terminlər
olsa da, onların hamısı haqqında kiçik bir tezisdə bəhs etmək bir qədər imkan xaricindədir.
FİKRƏT SADIĞIN POEZİYASINDA KLASSİK ƏNƏNƏ
Yeganə QURBANOVA
Baki Dövlət Universiteti
y.q.87@mail.ru
AZƏRBAYCAN
Müasir Azərbaycan poeziyasının görkəmli şairlərindən Fikrət Sadığın bir şox şeirlərində
klassik Azərbaycan ədəbiyyatından bəhrələndiyi aydın olur. Füzuli kimi sözə yüksək qiymət
verir. Dahi Füzuli farsca qəzəllər “Divanı”nın dibaçəsində bu sözləri yazır: “Şeir yazanın adı
şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır”.
Sözə xor baxmaq olmaz; hər söz
Ərşdəndir gəlib hədiyyə bizə
Qəlbimiz meyl edir həmişə ona
Çünki söz nazil oldu qəlbimizə.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
868
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Çünki deyilmiş gözəl söz əsrlər boyu yaşayacaqdır. Fikrət Sadıq isə bir məqaləsində
seçib haqqında danışdığı yeddi sözdən yazır ki, onlardan birincisi elə “SÖZ”dür: “Söz yarpaq-
da, suda, çiçəkdə, Ayda, Günəşdədir. Kimin əli hara çatırsa, ordan götürür sözü. Tapıldığı ye-
rin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o sözü nə cür qavrayırsa o həcmdə rəng,
dad, ətir, işıq və od payından bəhrələnir.
Ən çətini, sözü yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə olur, sehr olur.
Kiminin əli sözə çatır, amma gücü çatmır. Kiminin əli də çatır, gücü də, amma haqqı
çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən salır. Kimi sözü
yaralayır, kimi sözü qamarlayır, kimi də tumarlayır”.
Aşağıda nümunə verəcəyimiz şeirdə isə Fikrət Sadıq sözü güclü, qüvvətli hesab edir,
sözü silah kimi bilir, “Tuşladığım hədəfə, / Sözü düz atmaq gərək” - deyir.
Topum yox, xəncərim yox
Yenə və yenə də
Sözə gəlir gümanım,
Sözdür mənim pənahım,
Sözdür mənim silahım
Tuşladığım hədəfə
Sözü düz atmaq gərək.
Sözlə yatan milləti
Sözlə oyatmaq gərək.
Fikrət Sadıq klassik janrlara da müraciət etmiş, qəzəl və rübailər yazmışdır.
Bu kimi janrlara müraciət etməklə, bir tərəfdən, Fikrət Sadıq klassik ədəbiyyata, irsə
bağlılığını bildirir, digər tərəfdən də, yeni mövzuların klassik formada təzahürü kimi şərtlənir.
Qəzəllərinin çoxu Fikrət Sadığın “Oxu kitabı”nda toplanıb. Bu qəzəllər klassik qəzəllər-
dən həm mövzu, həm də dil-üslub xüsusiyyəti baxımdan fərqlənir. Fikrət Sadığın qəzəllərində
izafət tərkibləri, ərəb-fars mənşəli sözlərə rast gəlinmir. Şair qəzəllərində sosial-psixoloji, so-
sial-ictimai və s. məsələlərə toxunmuş, insan və zaman problemini qabartmışdır:
Başımıza nə gəlibsə, nadanlıqdan gəlib, balam!
Nadanlıqdır bu dünyada ən çəkilməz əzab, oxu!
Yaxşı demişlər atalar, kordur kitab oxumayan,
Oxumasan, boş başına hörəcəklər corab, oxu!
Bundan başqa klassik poeziyanın əsas şeir şəkillərindən olan rübailər isə şairin yaradıcı-
lığında çoxluq təşkil edir. Rübailəri isə, əsas etibarilə, şairin “Bugünnamə”, “Bugünnamə - 2”,
“Bugünnamə - 3” kitablarında toplanıb.
Suyu kəsiləndə ağac bürüşər,
Mehri azalanda qəlbə xal düşər.
Hifz elə insanı, ey ulu Tanrım!
Qoyma hakim ola Xeyrin üstə Şər.
Klassik Azərbaycan poeziyasında görməyə adət etdiyimiz məhəbbət mövzulu rübailərə
Fikrət Sadığın poeziyasında, demək olar ki, rast gəlmədik. Fikrət Sadıq rübailərində cəmiyyə-
timizin mənfi tərəfləri - riyakarlıq, haqsızlıq, rüşvətxorluq, süründürməçilik və s. kimi məsələ-
ləri qabartmışdır: