III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
865
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
BƏHRAM ƏSƏDİNİN VÜCUDNAMƏSİNDƏ
VARLIQ FƏLSƏFƏSİNİN İNİKASI
Elmira MƏMMƏDOVA-KEKEÇ
Xəzər Universiteti
mamedovaelmira4@gmail.com
AZƏRBAYCAN
Vücudnamə klassik və müasir şeirdə, aşıq yaradıcılığında tez-tez istifadə olunan ədəbi
formalardan biridir. Yazılı ədəbiyyatda ilk örnəyinə Əhməd Yəsəvi yaradıcılığında rast gəl-
diyimiz vücudnamə sonradan bütün türk xalqları şerində istifadə edilən və insan həyatını
xülasə edən bir poetik forma olmuşdur. Daha çox nəmzlə, bəzən isə nəsrlə örnəklərinə rast
gəldiyimiz vücudnamələrə bütün türk xalqları şerində olduğu kimi, Azərbaycan ədəbiyyatında
rast gəlirik. Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Xəstə Qasım kimi aşıqlar tərəfindən klassik
nümunələri yaradılan vücudnamələr dillər əzbəri olmuş, hətta bəzi dastanlarda da
söylənilmişdir. “Şah İsmayıl” və “Maral” dastanlarını buna nümunə verə bilərik.
Sovet dövründə Azərbaycanda, eləcə də SSRİ-yə daxil olan digər türk respublikalarnda
vücudnamə yazmaq ənənəsi zəifləsə də, Türkiyə və Güney Azərbaycanda yaşayan şair və
aşıqlarının yaradıcılığında insan ömrü ilə bağlı bu bədii-fəlsəfi, eyni zamanda dini məzmunlu
şeirlər daima davam etdirilmişdir.
Bu baxımdan Güney Azərbaycan aşıq mühitində vücudnamələr keçmişdən günümüzə
qədər insan həyatı ilə bağlı ədəbi-bədii nümunələr kimi diqqəti cəlb edir. Aşıq Müslüm Əsgəri,
Xaltanlı Tağı kimi müəlliflərin vücudnamələrini bu baxımdan örnək olaraq vermək mümkün-
dür. Bu mühitdə qələmə alınmış örnəklərdən biri də Bəhram Əsədiyə məxsusdur.
Bəhram Əsədinin vücudnaməsi həcmcə böyükdür, 44 bənddən ibarətdir. Şeir qoşma
ölçüsündədir. Məzmun baxımından vücudnamələr, adətən üç qrupda təsnif edilir: ümumi
insan həyatı ilə bağlı vücudnamələr, qız-qadınlarla bağlı vücudnamələr, tərcümeyi-hal səciyyli
vücudnamələr. Bəhram Əsədinin vücudnaməsi məzmun etibarilə birinci qrupa daxil edilə
bilinər.
İlk beş bənddə şair varlığın təkamülünü və bu prosesdə dörd ünsürün rolunu, varlığın
əsasında torpağın durduğunu qeyd edir. Ümumiyyətlə, həm islamdan, həm də daha öncəki
dünyagörüşdən irəli gələn bu fikir Bəhram Əsədi tərəfindən də təkrar edilir. “Laməkan
seyrində qərar tutan” substansiyanın əmrlə məkana gəldiyi deyilir. Burada məkansızlıq və
məkan kateqoriyaları qarşılaşdırır və birinci insan övladının ilk yeri olaraq verirlir. Bu vücud-
namədə məkan və zaman anlayışına fəlsəfi münasibət özünü göstərir. Vücudnamənin başlan-
ğıcında qeyd olunan zaman isə elə bir zamandır ki, hələ kəhkəşanlar belə yaradılmamışdır.
Mövlananın: “Torpaqdım, ot oldum, quş oldum, insan oldum”, -fikri bu vücudnamənin də giriş
hissəsində verilir və təkamül prosesində cansız aləmdən canlıya doğru keçidin pillələri göstə-
rilir. Öncə topraqda element şəklində olan, sonra torpaqdan bitkiyə keçən insan haqqında
Bəhram Əsədi deyir:
Yolun torpaği idim uzun bir zaman,
Məni ayaqlardi hər yaxşi, yaman,
Qarişdim əkinə, çixdim göy otdan,
Davar məni yedi mən cana gəldim.
Davarliq dövəranim ki sona irdi,
Qəssab kəsdi məni bazara verdi.
Atam məni aldi, anam bişirdi,
Yedirtdi atama insana gəldim.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
866
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bütün məxluqun əşrəfi olan insan haqqında ümumi səciyyəli bu vücudnamənin daha
sonrakı misraları isə onun ömür yolunu və maddi dünyadakı həyatını əks etdirir. Bir yaşdan
yüz yaşa qədərki ömür yolununun uşaqlıq, gənclik və ahıllıq mərhələləri təsvir edildikdən sonra
isə axirət dünyasına köç edən insanoğlunun qəbir əzabı və o dünyada haqq-hesaba çəkilməsi
haqqında danışılır.
Vücudnamənin son bəndlərində isə Qiyamət günü təsvir edilir və bütün məxluqatın o
dünyada yaxşı və pis əməllərinə görə cavab verəcəyi Bəhram Əsədi tərəfindən bir daha vurğu-
lanır. Bu baxımdan islam dini dünyagörüşü, Quran ayələri və ümumi təsəvvüf fikri əsasında
qələmə alınmış vücudnamə həm də dünya həyatının müvəqqəti olduğunu, axirəti qazanmaq
üçün yaxşı əməllər görməyi təbliğ edir.
Beləliklə, ilk dəfə təhlilə cəlb edilən bu vücudnamədə varlığa və insan varlığına fəlsəfi
münasibət ifadə edilir, ibrətamiz fikirlər səsləndirilir.
AZƏRBAYCAN DİLİNİN ORDUBAD DİALEKTİ VƏ CULFA
ŞİVƏLƏRİNDƏ ADƏT-ƏNƏNƏ İLƏ BAĞLI İŞLƏDİLƏN TERMİNLƏR
Rəşad ZÜLFÜQAROV
AMEA Naxçıvan Bölməsi
reshadzulfugarov@yahoo.com
AZƏRBAYCAN
Məlumdur ki, xalqımızın özünəməxsus adət-ənənəsi var. Həmin adət və ənənələr
əsrlərin keşməkeşli sınağından keçərək günümüzədək gəlib çatmışdır. Dialektlərimizin müəy-
yən bir qatını bu sahə ilə bağlı terminlər təşkil edir. Ordubad dialekti və Culfa şivələrində
adət-ənənə ilə bağlı terminlərin böyük əksəriyyətini toy, yas mərasimləri, “Novruz”, “Xıdır”
bayramı və s. ilə bağlı işlədilən sözlər təşkil edir. Tezisimizdə onlar arasında ən zəngin olanı
nişan və toy adətlərini xarakterizə edən terminlərin bəzilərindən bəhs olunacaqdır.
“Ərgən”– evlənmə vaxtı çatan gənc oğlan. Dilimizin digər dialekt və şivələrində bu
termin müxtəlif fonetik variantlarda, lakin əsasən eyni mənada işlənməkdədir. Çənbərək,
Qazax, Şəki dialekt və şivələrində “əryən”, Tovuz, Salyan şivələrində “əriyən”//əryən,
Ağdam, Zəngilan, şivələrində “ərgən” deyimləri ilə işlənir. Bu sözə sinonim olaraq Ordubad
dialekti və Culfa şivələrində “subay”, “yeniyetmə”, “bığı təzə tərriyən” kimi söz və ifadələr
də işlədilir. “Ərgənniy” – 1. Subay oğlana qardaşları tərifindən verilən pay; 2. Qızın öz
nişanlısına göndərdiyi hədiyyə. Söz Azərbaycan dilinin Qazax dialektində ərgənnix' şəklində
eyni mənada işlədilir. “Ərgənnix'” sözü “Kitabi-Dədə Qorqud” dastanının boylarında da eyni
şəkildə və “nişanlı qızın öz nişanlısına pay göndərməsi” mənasında işlədilmişdir. –
Adaxlısından ərgənlik bir qırmızı qaftan gəldi. Deməli, bu iki bölgənin şivələrində işlənən söz
ən qədim türkmənşəli leksik vahidlərimizdən olmaqla günümüzə qədər gəlmişdir. “Deyihli”–
1. İki ailə arasında övladları (oğlan və qız) kiçik olarkən gələcəkdə evlənmələri arzusu ilə
razılaşma; 2. Nişanlı qız. Dialektoloji lüğətlərdə deyihli (Gəncə) //de:hli (Qazax) “uşaqlıqdan
adaxlanmış qız və oğlan”, Qazax dialektində həmçinin “nişanlı” mənalarında işlənir. Qeyd
etmək lazımdır ki, “deyix'li” sözünün birinci mənasına sinonim olaraq Culfa rayon şivələrində
“göbəx'kəsmə” // beşix'kəsmə ifadələri işlədilir ki, bu ifadələrin tarixi qədim zamanlara gedib
çıxır. Belə ki, “Kitabi –Dədə Qorqud” boylarında işlənən “beşik gərtmə”//yavuqlu sözləri
bəhs olunan bölgələrin şivələrində işlənən deyix'li sözünün birinci və ikinci mənalarına tam
uyğundur. – Bəylər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım
Baybura bəyin oğluna beşikgərtmə yavuqlu olsun – dedi. “Əd eləməx'”//ad eləməx'– qız
evinin razılığını almaq və qıza kiçik hədiyyə vermək. – Əd eləməyə yə bi yəylığ, yə də