III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
881
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Azərbaycan Respublikasının «Reklam haqqında» qanununda reklama aşağıdakı kimi
tərif verilmişdir: «Reklam - fıziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər haqqında maraq
formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəə, ideya və yeniliklərin realizə olunmasına
kömək göstərmək məqsədi güdən informasiya xidmət sahəsidir. Bu qanun Azərbaycanda rek-
lam fəaliyyətinin formalaşmasına və inkişafına zəmin yaradır, həyata keçirilməsinin hüquqi
bazasını təmin edir, haqsız reklam hallarının qarşısını almağa imkan verir, reklamın dövlət tən-
zimlənməsini nəzərdə tutur».
Reklam, "birbaşa satmaqdan daha çox, hədəf kütləni satın almağa hazırlayan və satın al-
mağa sövq edən bir vasitədir".
Reklamın xüsusiyyətlərini belə sıralaya bilərik:
müəyyən bir məbləğ qarşılığında edilir.
reklam verəndən istehlakçıya (hədəf kütləyə) doğru axan prosesdir.
reklam kütləvi informasiya vasitələri yoluyla reallaşdırılar.
Reklamın ümumi məqsədi isə hədəf kütləyə məhsul və ya xidmət barəsində eşitdirmək
(bilgiləndirmək) məhsula, markaya qarşı istehlakçılarda müsbət fikir yaratmaqdır. Başqa sözlə
reklam, qazanc əldə etməyi asanlaşdırmağa istiqamətlənməklə yanaşı istehsalçı və istehlakıçı
arasında bir növ ünsiyyət rolunu oynayır. Buna görə də, reklam hədəf kütlədə satın alma arzu-
su yaradaraq onları mal və ya xidməti istehlak etməyə yönəltməyə çalışır.
Reklam minlərlə məhsulun yarışdığı sərbəst bazar mühitində insanlardakı romantik mo-
tivlərə səslənərək, onlarda çatışmazlıq və narahatlıq hissi yaradaraq reklamı edilən məhsul ilə
bu çatışmazlığı aradan qaldıracağına və xoşbəxt olacağına inandırmağa çalışır. Həmin məhsu-
la simvolik dəyərlər yükləyərək və yeniliyi ön plana çıxararaq "istifadə et, istehlak et, at" və
"köhnəsini gətir, yenisi ilə dəyişdir" fəlsəfəsindən çıxış edərək yeni olan hər şeyi almağı müx-
təlif yollarla təlqin etməyə çalışır. Reklamların hamısı yalnız tanıdılan məhsulun xüsusiyyətlə-
rini izah etməyi qarşıya məqsəd qoymur. Bəzi reklamlar təkrar-təkrar göstərilməklə insanların
özlərini daha yaxşı hiss etməsinə səbəb olur.
Bir çox firmalar reklamdan istifadə edirlər ki, özləri və ya istehsal etdikləri məhsul haq-
qında auditoriyaya zəruri informasiya ötürsünlər və nəticədə cavab reaksiyası əldə etsinlər.
Cavab reaksiyası olduqca müxtəlif ola bilər. Məsələn, istehlakçılarda firma və ya məhsul haq-
qında müsbət fikir yarana bilər. Bundan başqa, istehlakçılarda reklam olunan məhsulu almaq
fikri də formalaşa bilər.
Reklam fəaliyyətinin qarşısında bir sıra məqsədlər qoyulur və bu məqsədlər onun yerinə
yetirdiyi vəzifələri və funksiyaları müəyyənləşdirir.
Reklamın məqsədləri:
– məhsul haqqında istehlakçılarda müəyyən səviyyədə bilik formalaşdırmaq;
– istehlakçılarda firma haqqında müəyyən təsəvvür yaratmaq;
– konkret məhsula tələbat yaratmaq;
– istehlakçılarda konkret firmaya müraciət etmək fıkri formalaşdırmaq;
– istehlakçını firmanın konkret məhsulunu almağa inandırmaq;
– məhsulun satışını stimullaşdırmaq;
– mal dövriyyəsini sürətləndirmək və həcmini artırmaq;
– konkret istehlakçını firmanın daimi müştərisinə, onun məhsulunun daimi alıcısına çe-
virmək;
– fırma haqqmda digər firmalarda etibarlı tərəf müqabil obrazı yaratmaq.
Praktikada, adətən reklam tək bir məqsəd daşımır. Bir qayda olaraq reklam kompaniya-
sında bir neçə məqsəd birləşir. Reklamın qarşısında qoyulan məqsədlərdən asılı olaraq onun
vəzifələri müəyənləşdirilir. Reklam ancaq bazarda hədəf alınan kütlədə ehtiyac olduğu bilinən
çox sayda məhsullar arasında ən uyğun olanı göstərmək deyil, reklam hədəf kütlənin bilmədi-
yi ehtiyaclarının da ortaya çıxarılmasıdır. Məhsullar və markaları müştərilərə tanıtmaqla yanaşı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
882
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
müştərilərin ürəyinə yol tapmalıdır. Reklam məlumat vermək, tanıtdırmaqdan əlavə müştərilə-
rin yaddaşlarında olan digər məhsulları sıxışdırmalıdır. Bütün bunlar isə öz növbəsində uğurlu
bir reklamın reallaşması ilə nəticələnir.
FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN BƏDİİ
TƏSVİR VƏ TƏSİR İMKANLARI
Kəmalə ƏLİYEVA
Gəncə Dövlət Universiteti
ekrq1991@mail.ru
AZƏRBAYCAN
Şeir poetikasının tələblərinə yeni baxış və yaradıcı münasibət dil problemini poeziyanın
başqa komponentləri ilə vəhdətdə götürməyi tələb edir. Bu da poeziya dilinin hərtərəfli inki-
şafı və yeniləşməsi prosesini şərtləndirir. 1960-1980-ci illərdə ədəbi prosesdə bədii dil məsə-
ləsi, bədii nitq mədəniyyətinin spesifik cəhətləri, keyfiyyət dəyişmələri və təkamül yeni istiqa-
mət aldı. Poeziyanın dilində həyatilik qüvvətlənməyə başladı, coşqun yaradıcılıq çeşməsi xalq
dilinin təbii ifadə üsulları ilə şəffaflaşdı. Fikrin ifadəsində elastiklik, anlaşıqlıq, emosionallıq
və ekspressivlik kimi məziyyətlərin yüksəlişi öz başlanğıcını poetik dilin ahəngində görünmə-
yə və tərəqqi etməyə başlayan təzələnmələrdən alır. Canlı ünsiyyət dilinin poeziyaya güclü
nüfuzu, təbii haldır ki, bədii düşüncənin də aydınlaşma prosesinə, yeni poetik əhvali-ruhiy-
yənin formalaşmasına müsbət təsirini göstərir. 1960-1980-ci illər poeziyası mühüm bir inkişaf
mərhələsi kimi, demək olar ki, ədəbi tənqid və ədəbiyyatşünaslıq, linqvistik poetika tərəfindən
qəbul və təqdir edilmişdir. Azərbaycan şeirinin ümumi mədəni səviyyəsinin yüksəlməsi təbii
olaraq forma xüsusiyyətlərinin, o cümlədən də bədii sözdən istifadə səriştələrinin yeni bir mər-
hələyə yüksəlməsi ilə müşayiət olunmuşdur. Poetik təfəkkürün sürətli inkişafı dilin ahənginə,
onun sadələşməsi və aydınlaşması prosesinə müsbət təsir göstərmişdir. Bu yeniləşmə hər
şeydən əvvəl, bədii dildəki konkretlik və dəqiqliyin dərinləşməsi, ümumxalq danışıq dilinə
daha artıq yaxınlaşmaqla ondan səmərəli faydalanması istiqamə- tində gedirdi. Dil və üslub
cəhətdən yüksək bədii-estetik ləyaqət qazanması göstərilən illər ərzində şeirimizin sənətkarlıq
25 cəhətdən təkamülü prosesi ilə daxili vəhdətin bilavasitə nəticəsidir.
1960-1980-ci illər poeziyasında baş verən düşüncə tərzinin yeniləşməsi, bir tərəfdən, şeir
sənətinin canlı həyatda daha yaxın təması ilə əlaqədardırsa, digər tərəfdən, xalq danışıq dilinə,
onun təbiiliyinə və daxili qüvvəsinə meylin güclənməsi ilə bağlıdır. Dilin bədii məntiqinin də-
rinləşməsi və kamilləşməsi, söz duyumunun genişlənməsi ilə əlamətdar olan bir dövrdə poezi-
yanın dili canlı xalq dilindən gələn linqvistik materiallarla xüsusi təravət kəsb etmişdir. Poezi-
yanın ən başlıca və diqqətəlayiq keyfiyyətlərindən birinə – dilimizin ilkinliyinə qaydış möv-
qeyinin yeni vüsət almasıdır. Ulularımızın yaratdığı misilsiz mənəvi sərvətimizin dərin köklə-
rinə prinsipial şəkildə və yeni baxışlarla yanaşmaq tələbi bütün səviyyələrdə, xüsusilə frazeo-
loji söz birləşmələrinin şairlərin yaradıcılıq laboratoriyasında yeni keyfiyyətlər kəsb etməsi ilə
nəticələnmişdir. 1960-1980-ci illər Azərbaycan poetik dilinin elə bir inkişaf mərhələsi, elə bir
təkamül həddidir ki, bu mərhələdə canlı danışıq dili səviyyəsində xəlqilik yaradan vasitələr
şeirin nitq sistemində aparıcı mövqedə dayanır, frazeoloji leksikanın poetik dilə güclü müda-
xiləsi hiss olunur, orijinal ekspressiya mənbələri aşkarlanır. Frazeoloji materialların obrazlılıq
cizgiləri poeziya aləminin poetikasına getdikcə daha geniş miqyasda daxil olur. Müxtəlif üslu-
bi təmasda, söz əhatəsində, qaynayıb-qarışdığı ayrı-ayrı linqvistik vahidlər mühitində rəngarəng
poetik qənaətlərin uğurlu ifadə vasitəsinə çevrilir. Poetik sözlər kimi, frazeologizmlərin emo-
sional mühakimə tərzinə fəallıq verməsi onların ən əhəmiyyətli və uğurlu cəhətlərindəndir. Küll