III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
877
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XX əsr Azərbaycan poeziyasında satirik şeirin zirvəsi, heç şübhəsiz, Mirzə Ələkbər
Sabirdir. Sabir satirik şeir yaradıcılığı ilə yeni dövr ədəbiyyatımızda həqiqi bir yüksəliş
yaratmağa, yeni bir istiqamət, yeni bir mərhələ -Sabir satirik şeiri mərhələsi yaratmağa, yeni
yaradıcı mühit düzənləməyə nail ola bilmişdir. Sabirə qədərki Azərbaycan poeziyasında satira
özünə müəyyən qədər yer ala bilsə də etiraf etməliyik ki, Sabir biçimində, Sabir üslubunda
davamlı şəkildə olmamış, satirik poeziya sahəsində Sabir şeiri ucalığına yüksəlməmişdir.
Klassik poeziyada satirik həcvlər, ictimai motivli şeir nümunələri daha çox birbaşa tənqid
xarakterində, açıq, müstəqim gülüşdür. Sənətkar sözün qüdrətilə fənalıqları göstərir, onlara
gülməklə, qəzəblənməklə bizi də güldürür, qəzəbləndirir. Sabirin yeni tipli satirasında isə
gülüş ilk baxışda görünmür, sənətkar ciddi şəkildə, az qala inandırıcı halda sözünü deyir,
yaxud ifşa etdiyi satirik tipi danışdırır, nəticə çıxarmağı isə oxucunun ixtiyarına buraxır.
Sabir şeirə sənətə yalnız məzmun yeniliyi gətirməmişdir. O, köhnə formanın özünü
yaradıcı şəkildə dəyişməyə müvəffəq olmuş, bəzən də tamamilə yeni formalar, özünə qədərki
şeirdə işlənməyən şəkillər gətirməklə Azərbaycan şeirini, satirik poeziyamızı həm ideya-
məzmun, həm də şəkil, forma cəhətdən də inkişaf etdirmişdir. Yaratdığı hər forma da satirik
məzmuna uyğundur. Sabirin olduqca maraqlı ifşa üsulları vardır. Tip danışır, danışdıqca özü-
nü ifşa edir
.
Bu cəhətdən sənətkarın «Millət necə tarac olur olsun, nə işim var?!», «Bakı fəhlə-
lərinə», «Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol», «Təhsili-elm», «Ata-nəsihəti», «Mən
bilməz idim bəxtdə bu nikbət olurmuş», «Xəsisin heyfi, varisin keyfi», «Amalımız, əfkarımız
ifnayi-vətəndir», «Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah», «Övradımız, əzkarımız
əfsaneyi-zəndir», «Fəhlə, özünü sən də bir insanmı sanırsan?!», «Təraneyi-əsilanə», «Əkinçi».
«Fəxriyyə»,«Səbir», «Bizə nə?!» və sair bu kimi satiraları geniş söhbətin mövzusudur. Bir cə-
hət də qeyd olunmalıdır ki, şair bəzən monoloji deyil, dialoji nitqə də yer verir, canlı, təbii
söhbət əsnasında müsahiblərdən birinin, yaxud hər ikisinin cahilliyi, geriliyi ortaya qoyulur.
Azərbaycan tarixində yeni bir ədəbi məktəbin əsasını qoymuş Sabir şeirinin sədası tez-
liklə sərhədlər aşıb Yaxın və Orta Şərq ölkələrinə yayılmış, bu ölkələrin ictimai-siyasi fikrinə,
azadlıq hərəkatına və bədii ədəbiyyatına qüvvətli təsir göstərmişdir.
M.Ə.Sabirin əsərləri Azərbaycandan kənarda da bir çox şairin ideyaca aydın və düzgün
istiqamət almasına, bir çox şairin üslubunun formalaşmasına kömək etmişdir. Onlar Sabirdən
ədəbiyyatı azadlıq hərəkatı ilə əlaqələndirməyi, xalqın qayğıları ilə bağlamağı, satiranın əlvan,
canlı, tükənməz ifadə vasitələrini işlətmək bacarığını öyrənmişlər.
Hələ şairin sağlığında onun və “Molla Nəsrəddin”in yolu ilə gedən, Əli Nəzmi (Sijim-
qulu), Bayraməli Abbaszadə (Hammal), Əli Razi Şamçızadə (Dabanıçatdaq xala), Əliqulu
Qəmküsar (Cüvəllağı), M.S.Ordubadi (Hərdəmxəyal), Mirzə Əli Möcüz (Şəbüstəri), Abbas
Səhhət, Salman Mümtaz (Xortdan bəy) Səməd Mənsur, Cəfər Cabbarlı, Əliağa Vahid və baş-
qaları M.Ə.Sabir satirik şeir məktəbinin parlaq ulduzları kimi fərqlənmişlər. Doğrudur, molla
nəsrəddinçi satirik şeir məktəbinə mənsub olan, Sabirin şeir üslubuna yaxınlığı ilə fərqlənən,
bir qismi həmin əsrin 30-cu illərinin repressiyasına uğrayan bu ədiblərin böyük əksəriyyəti M.
Ə.Sabirdən sonrakı mərhələdə, sovet dönəmində də yazıb-yaratmış, satirik poeziyanın inkişa-
fına öz töhfəsini vermişlər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
878
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA “VİCDAN SƏSİ”
Aynurə ƏLƏKBƏRLİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti
rovshen.azeri@mail.ru
AZƏRBAYCAN
Mənəvi-əxlaqi təmizlik B.Vahabzadə bədii yaradıcılığının əsasını təşkil edir. Yaradıcılı-
ğının tərkib hissəsini təşkil edən dramaturgiyasında fərd – insan ikiləşərək öz-özü ilə üz-üzə
gəlir. Dramatik gərginlik ağlın hökmü ilə hissin, arzu ilə iradənin arasında təkbətəkdən, üzbə-
üzdən yaranır. Əksər pyeslərinin əsasında ənənəvi leytmotiv – “şəxsiyyət-həqiqət-vicdan”
strukturu dayanır.
B.Vahabzadənin istər “Vicdan”, istər “İkinci səs”, istər “Yağışdan sonra”, istərsə də
“Yollara iz düşür” əsərlərində insan qəlbinin harayını, insan vicdanının səsini müsbət emosi-
yalar doğuran bir amil kimi görürük. Dramaturqun “ikinci səs” adlandırdığı həmin səda vicda-
nın çağırışıdır.
Əgər “Vicdan” pyesində “ikinci səs” vidanın səsi adlandırılırsa,“İkinci səs” pyesində
“ikinci mən”in səsidir
B.Vahabzadənin dram janrında öz lirik “mən”ini fəal mübarizədə təcəssüm etdirir.
Başqa sözlə, şairin lirik “mən”i – baş qəhrəman fəaliyyətdə, münasibətdə təzadlı, mürəkkəb
hadisələr burulğanından sınaqdan keçirilir. Şair bütün səlahiyyəti əmələ verərək “öz səsini”
məhdudlaşdırır və sözün ifadəliliyi, poetik obrazın reallığı, hadisələrin dramatikliyi üçün
imkan yaradır. Ziddiyyət və qanunauyğunluq ilə möhtəşəmlik kəsb edən əxlaq məsələləri
baxımından özünütərbiyə, özünüislah, vicdan səsinə cavab verə bilmək kimi daxili mənəvi
imkanların bariz ifadəsinə xüsusi yer verən dramaturq “bir”in ikiləşməsini daxilən ziddiyyət
keçerən, tərəddüddə qalan, həqiqətlə xəyal arasındakı romantik dumanlıqda həyat yolunu
itirən adamların hamısı üçün zəruri sayır. Dramaturq dürüst və dərin psixologizmə əsaslana-
raq “İkinci səs” pyesində həyati, real vasitələrlə yanaşı, poetik metaforlardan (səs, ikinci səs)
da vacib, həlledici element kimi istifadə etmişdir.
Arzunun sevgisinə aludə olmuş olan Rəşad gecikmiş məhəbbət naminə ev-eşiyindən
doğma yuvasından bezikmək uçurumun qədər gəlib çıxanda, ikinci Rəşad, Rəşadın
daxilindəki “mən”in əksi olan “ikinci mən” onun qolundan tutub geri çağırır.
B.Vahabzadə göstərir ki, şəxsiyyət həyat yolunda büdrəyir, mənəvi təlatümə, şəxsi fərdi
uğursuzluğa məruz qalır, hisslə ağıl, arzu ilə həyatı, xəyal ilə gerçəyi vəhdətləndirə,
əlaqləndirə bilmədiyinə görə taleyin sükanı əlindən çıxır, səadəti yüyənsiz at kimi hara gəldi
baş alıb gedir. Belə bir vaxtda “ikinci mən”in qüvvətli əlləri yalmanından tutub köhləni
saxlayır, öz məhvərinə qaytarır. Şair “bir”in “iki”ləşməsi prosesini həyatın estetik qayəsinin
mühakimə prosesinin sınağından keçirdikdən sonra, Rəşad, məhz özünün mənəvi dialektik
inkarı vaxtı “ikiləşir” və bu ikiləşmə onu mənəvi yüksəlişin zirvələrinə doğru çəkir.
İkinci “mən”in kəskin məntiqi qarşısında birinci “mən” susur və cəmiyyəti günahlandır-
mağa cəhd edir. Lakin ikinci “mən” birinci “mən”i yenə də təkzib edir və ən nəhayət, hər iki
“mən” eyni fikrə gələrkən Rəşadın sevgisi həqiqət qarşısında məğlub olub, çılğın və imknsız
arzu kimi daşa dəyir. Burada ikinci “mən”ə qələbəsini mənəviyyatın ikilikdən vahidliyə keçid
prosesinin surət dinamikasını görürük.
Şair “Yağışdan sonra” dramında da vicdan – ikinci səs ənənəsini davam etdirmişdir.
Pyeslərində “olar!” sözünə ürək, “olmaz!” sözünə ağıl, “vacibdir!” sözünə isə həmişə vicdan
deyir.
Tarixi mövzuda yazılmış “Fəryad”dramında B.Vahabzadə dramaturgiyası üçün ənənəvi
olan xəyal, kölgə “ikinci səs”in təzahürünə yer verilir.Vəliəhdin vicdanın səsi ona Zahidin
oğlu Dəyanətin şəklində görünür: vəliəhdin “ikinci səs”i ona iztirabla ucalmağı, öz əzabların-