III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
893
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
-ub, -üb, -ib şəkilçisi feilin kök və ya növlərinə artırılaraq hal-vəziyyət, səbəb məzmun-
larını ifadə etmək üçün işlədilmişdir. Müasir Azərbaycan dilindən fərqli olaraq bu qrammatik
forma məsnəvinin dilində qeyri-məhsuldardır. Daha çox feilin nəqli kemiş zamanını ifadə et-
mək üçün istifadə edilmişdir. Mətnin bir sıra yerində -ib əvəzinə -ip formasına da rast gəlmək
mümkündür.
Məsnəvidə feili bağlamanı ifadə etmək üçün daha çox -ibən, -ubən,-übən formasından
istifadə edilmişdir. Bu qrammatik forma məsnəvinin dilində normativ işlənən feili bağlama
şəkilçisidir. Bu qrammatik forma XIX əsrin əvvəllərinə kimi geniş miqyasda işlənmişdir. Bu
forma –ıb şəkilçisinin ifadə etdiyi mənaya tamamilə uyğun gəlir. Bu uyğunluğu nəzərə alan
tədqiqatçılar ub, -üb, -ib ilə yanaı və ya həmin şəkilçinin əvəzinə -ibən, -ubən, -übən forması-
nın işlənməsini feilin nəqli keçmiş zamanından feili bağlamanı fərqləndirmək üçün xüsusi bir
əlamətə dilin özünün ehtiyac duyması kimi izah etmiş və bu fərqin özündən sonra gələn -an, -
ən ilə öz ifadəsini tapması qənaətinə gəliblər.
-ikən, -kən müasir dilimizdəki -arkən şəkilçisinin ifadə etdiyi zaman mənasını ifadə
edir. Müasir dildəki formasından fonetik tərkibinə görə fərqlənir.
-dıqca, -duqca,-dikcə, -dükcə; -incə,-üncə, -ınca, -unca məsnəvidə zaman mənası ifadə
etmək üçün işlənmişdir. Hər ikisi qeyri-məhsuldardır, yəni əsərin mətnində az hallarda müşa-
hidə olunur.
-cək, -caq şəkilçisi ilə düzəlmiş feili bağlama icra olunan iş və hərəkətin eyni vaxta təsa-
düf etdiyini bildirir. Lakin bundan başqa əsas feilin, yəni ifadə olunan iş və ya hərəkətin səbə-
bini bildirməsi halları da müşahidə olunur.
İmmaməddin Nəsimi və Məhəmməd Füzulinin əsərlərində rast gəlinən və diqqəti cəlb
edən qrammatik formalardan olan -yu,-yü forması bu məsnəvidə də feili bağlama yaratmaq
üçün istifadə edilmişdir. Cümlə daxilində əsas feilə səbəb münasibətilə bağlanır. Bu forma
tədqiqatçılar tərəfindən mənşə etibarilə daha qədim qrammatik forma kimi qəbul edilmişdir.
Azərbaycan dili abidələrdən fərqli olaraq Türk dilli abidələrində daha çox işlənmişdir.
AZƏRBAYCAN SARAY ƏDƏBİYYATINDA TÜRK POETİK DÜŞÜNCƏSİ
VƏ SARAY POEZİYASININ YARANMASINA QISA NƏZƏR
Nərmin HACIYEVA
Qafqaz Univeriteti
nermin.Qafqaz@box.az
AZƏRBAYCAN
Türklərinin tarixi kimi ədəbiyyatı da ən qədim dövrlərə gedib-çıxır. Azərbaycan türk-
ləri də qədim tarixə və ədəbiyyata malikdir. Şifahi xalq ədəbiyyat nümunələrimiz göstərir ki,
xalqın təfəkkür tərzi çox güclü olmaqla bərabər həm də janr və forma baxımda da rəngarəng
olmuşdur. Beləki bu istər nəzm, istərsə də nəsr formasında olan əsərlər xalqımızın tarixi-
mədəni, çoxşaxəli düşüncə tərzindən xəbər verir.
Türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesin demişdir: “Hər bir millətin böyüklü-
yü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xal-
qın böyüklüyü onun tarixi və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.
Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qədimliyi , zənginliyi baxımından dünya
xalqları arasında böyüklüyünü tam şəkildə təsdiqləyə bilmişlər. Hələ dörd min il bundan
əvvəl türklərin Altay- Sayan dağları boyunca yaşamaları tarixi faktdır. Tüklərin qədim mə-
dəiyyətinin göstəricisi olan runik kitabələri Monqolustan və Orta Asiya ərazisində aşkara çı-
xarılmış və yerləşdiyi əraziyə görə Orxan – Yenisey adlandırılmışdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
894
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Sonrakı əsrlərdə türkdilli xalqların poetik nümunələri yarandı.Buna misal olaraq Mah-
mud Kaşğarinin “ Divani – lüğətit- türk “ (1072 – 1074 ), Yusif Balasaqunlunun “Kutadqu
bilik” (1069 – 1071) və s. göstərmək olar. M. Kaşğarinin əsərində türkdilli xalqların şifahi və
yazılı ədəbiyyatından şeir nümunələr göstərilir.
Y.Balasaqunlunun “Kutadqu bilik”əsəri türkdilli xalqların bədii təfəkkür tərzinin gücü-
nü özündə əks etdirən türkcə qələmə alınmış ilk poemadır.Bu poemanın Türklərin dünyagörü-
şünü ifadə edən mükəmməl əsərlərdən biridir. Y.Balasaqunlu “Kutadqu bilik” əsərində türk
xalqlarının ədəbiyyatında ilk dəfə olaraq dolğun, parlaq hökmdar və vəzir surətləri yaratmış-
dır. Bu əsər ideya- bədii xüsusiyyətlərinə görə epik şeirin gələcək inkişafına zəmin yaratmış-
dır. Çox güman ki, epik–romantik əsərləri üzərində işləyərkən bu əsərdən ilk mənbə kimi
istifadə etmişdir. Ümumilikdə “Kutadqu bilik”əsəri azəri türklərinin ədəbiyyatına böyük
təsir göstərmis və bu təsir klassik ədəbiyyat nümunələrində istər semantik istərsə də kompo-
zisiya vahidliyi baxımından özünü göstərir.
Daha sonralar türk eləcədə dünya ədəbiyyatının ölməz şairləri olan Cəlaləddin Rumi
(1207 -1273), Yunus İmrənin 1240 – 1320) yaradıcılığı orta əsr ədəbiyyatımıza xüsusilə saray
ədəbiyyatımıza həm dünyagörüşü həm də təsəvvüfi – irfani baxımdan böyük təsir göstərmiş-
dir. Bu şairlərin yazdığı əsərlərlə anadilli saray poeziyamızla müqayisə edildikdə konkret nü-
munələrdə ortaya çıxan təsirlər inkar olunmazdır.
Yazılı ədəbiyyatımızın tarixi qədim dövrləri əks etdirir. Hələ VII əsrə aid olunan
Moisey Kalankatlının “Ağvan tarixi” əsəri, Dəvdəkin Cavanşirin həlakına yazdığı ağı
fikrimizin düzgünlüyünə tutarlı dəlildir. Təsadüfi deyil ki, prof. Ə.Dəmirçizadə yazır:
“Təqribən V- IX əsrlər arasında Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin
təşəkkül tapması üçün əlverişli tarixi şərait olmuş və məhz bu şəraitdə ümumxalq dili əsasın-
da ədəbi dilin formalaşmasına zəmin də yaranmışdır.” VII əsrdən başlayaraq, Azərbaycan
tarixi vəziyyət dəyişir, bu dəyişiklik özünü ədəbiyyatımızda da göstərir. Belə ki, bu dövrdə
Azərbaycanın ərəblər tərəfindən işğalı, islam dinin yayılması, məktəblərin, mədrəsələrin
ərəbcə olması Azərbaycanda ərəbdilli bədii əsərlərin yazılmasına səbəb oldu. Artıq VII əsrin
axırı, VIII əsrin əvvəllərində əl – Azərbaycani nisbəsi ilə yazıb – yaradan şairlərin əsərləri Orta
əsr Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi sayılır. Bu dövrdə Musa Şəhəvat, İsmayıl ibn
Yəsar, Əbül – Abbas əl – Əma kimi Azərbaycan şairlərinin Mədinədə geniş şöhrət qazandığı-
nı görürük.
XII əsrdə ərəbcə yazıb – yaratmaq ənənəsi zəifləməyə, onun əvəzində farca yazmaq
meyli güclənməyə başladı. Bu dövrdə Əbülüla Gəncəvi (1096 - ), Qivami Mütərizi Gəncəvi
(XII əsr), Məhsəti Gəncəvi (XII əsr) , Eynəlqüzzat Miyanəçi (1099 – 1131) , Fələki Şirvani (
XII əsr) və b.əsasən farca yazmışlar. Bu dövrdə intibah dövrünün çiçəkləkdiyi dövr kimi də
qeyd olunur.
Anadilli ədəbiyyatimızın təşəkkülünü şərtləndirən tarixi- siyasi mühitə, ictimai- iqtisa-
di amillərə nəzər saldıqda görürük ki, həmin dövürdə yaranan türk mənşəli dövlətlərin mövcud
olması anadilli ədəbiyyatın təkamülündə mustəsna rol oynayır. XIV əsrdə Monqol işğaları
dövründə ana dilində yazılı ədəbi nümunələrimizin yaranmasına imkan yarandı. Monqol işğalı
və bu işğalın ana dilli ədəbiyatımız yazılı nümunələrinin yaranmasında rolu və əhəmiyyətli
cəhətlərini bildirməliyik.
Qaraqoyunlu və Ağqoyunlu kimi dövlətlərin daha sonra isə Səfəvilər tək qüdrətli döv-
lətin yaranması ilə XI əsrdə özünün intibah dövrünü yaşayan fars dilli ədəbiyyatın zəifləməsi
ana dilinin inkişaf edərək farca yazıb yaratmaq ənənəsini demək olar ki, sıxışdırmışdır.Lakin
bu o demək deyil ki, şairlərimiz farsca şeirlər yazmamışlar. Ana dili ilə yanaşı farca şeirlər də
yazmışlar. Azərbaycan şairlərinin məhz ana dilli şeir nümunələrinə nəzər salıdıqda görürük
ki, bu şeirlər istər milli ruhu istər mental təfəkkür tərzi, istərsədə poetik fuqur baxımında
dünya ədəbiyyatının zənginləşməsində mühim rolu olmuşdur.