III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
897
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
efiri – Azərbaycan radiosu və Araz FM-i ehtiva edir. Dil etibarı ilə bu kanallar daha ciddi və
bir qədər konservativ olduqlarına görə burada bir o qədər də pozuntulara rast gəlmirik. Lakin
yenə də bəzi nöqsanlarla rastlaşdıq. Məsələn: aparıcıların və diktorların bəziləri danışarkən
danışığında Anadolu türkcəsinin təsiri hiss olunur, bundan başqa: 06.09.13-cü il növbəti veri-
lişlərin birində aparıcı “gəlmərik”, “demərik” sözlərinin əvəzinə “gəlməzik”, “deməzik” fellə-
rini işlədir və həmin verilişdə digər sarmalar da nəzərə çarpır. “İdman” kanalında 19.09.13-cü
il saat 12
00
-da efirə gedən verilişdə futbol şərhçisi tez-tez “və” elementi ilə cümləni başlayır, o
cümlədən “mənim üçün” birləşməsinin əvəzinə “məyi üçün” ifadəsini işlədir.Məsələn, o tipli
tərcümələrdə “amma” əvəzinə “ama”, “onlar” əvəzinə “ollar” və s. formalardan istifadə olu-
nur. Azərbaycan Dövlət televiziya və radio verilişləri müəssisəsində hazırlanan və efirə gedən
verilişlərdə ən çox nəzər-diqqəti çəkən qüsurlardan biri də vurğunun yerində işlədilməməsidir.
Belə ki, əsasən xarici filmləri səsləndirən aktyorlar və diktorlar, o cümlədən veriliş aparıcıları
bir çox əcnəbi sözləri səsləndirərkən vurğudan düzgün istifadə etmirlər. Bu hal özünü Asiya,
Amerika, Suriya, Monteneqra, konfrans, Atlantika, Suveyş və s. kimi sözlərin tələffüzü zama-
nı daha çox göstərir. Buraya, əsasən, opfoepiya –vurğu və intonasiya məsələləri də daxildir.
Məs: Carçı 12.09. 2013 12:01-Fotoqrıfın - fotoqrafın olmalı idi (orfoepik); Titr – Bakıda oğur
luq edən qaynana və iki gəlini tutulub. 07.09.2013/ “Hər gün” 20:20(orfoqrafik); “Xəbərlər”
– Sultanə – 09.09.2013 – 20:00 – Nümayəndə heyəti ölkədə ... Milli Şúrada[şuradá] cəmləşmiş
müxalifət partiyalarının təmsilçiləri ilə görüşlər keçirəcəylər [keçirəcəx'lər](vurğu pozuntusu).
İstər yazılı, istərsə də şifahi nitqdə ilk diqqət çəkən məqam leksik norma ilə bağlı olur.
Misal üçün, bu gün sadə xalq danışıq dilində uje, fsyo, prosta, vapşe, zdani, krısa, krışa,
veş, aqoşka, peç, marojna, sok, kariçni, seri, rozıvi, astanovka, peşkom və s.
sözlər eşidi-
rik. Aparıcıların da dilində, tamaşaçılar tərəfindən başa düşülən konflikt, kontrol, tendensi-
ya, kriteri, emosiya, simvol, rezerv, xarakter (daşımaq
), skandal, nol və s. kimi varvarizm
sözlər işlədilir. Dilimizin lüğət tərkibində yüz illərlə işlədilmiş, “vətəndaşlıq” qazanmış ərəb
mənşəli münaqişə, nəzarət, meyl, meyar, ehtiras, rəmz, ehtiyatlar, səciyyə (daşımaq), azərb.
qalmaqal, sıfır sözləri olduğu halda, bu sözləri işlətmək - dili yükləmək, qarışıqlıq yarat-
maqdan başqa bir şey
deyildir.
Sintaktik səviyyədə aktual məsələlərdən biri də cümlədə söz sırasıdır. Söz sırasının də-
yişməsi cümlədə ifadə olunan fikri təhrif etmiş olur. Məs: “Milli raketdən müdafiə sistemi”.
Düzgün variant belə olmalı idi : “Raketdən milli müdafiə sistemi”. Dilimizin qrammatik qay-
dalarına görə müəyyən, yaxud qeyri-müəyyən say olan yerdəisim cəm şəkilçisi qəbul etmir.
“6 idmançılarımızmedal qazanıb.(“6 idmançımız...”), “Bir çox nümayəndələr Bakıya ilk
dəfə gəlmişdi.” (“Bir çox nümayəndə...”). kimi cümlələr. Fars mənşəli nümayiş sözünün
iştirakı ilə yaranmış mürəkkəb fellər cümlədəki semantikasından asılı olaraq, qayıdış, yaxud
icbar növdə işlədilməlidir. Misal üçün: “Rəssamın əsərləri sərgidə nümayiş olunmuşdur”
səhvdir - “...nümayiş etdirilmişdir” olmalıdır.
Bunlardan başqa nitqin təmizliyinin pozulduğu, nitqin dəqiqliyinin pozulduğu, nitqin
münasibliyinin gözlənilməməsi halları da olur. Nitqin təmizliyinin pozulduğu hallar: 9
sentyabr.”Nə xəbər?” O.Fikrətoğlu (Tırka vermək, sürüşgən idman növlərinin ustası ) 10
sentyabr .20.50. Qeyri-etik mövzunu siyasətlə əlaqələndirib kütləvilik səciyyəsi qazandırmaq
olmaz. 13 sentyabr.20.50.(Giydirmə, Azərbaycan xəstəlik bazarında, dərmançı özbaşınalıqları-
nın, dolloru, uğurlu istək ), 18 sentyabr 20.35. (nişanlısını pişirən, həyasız ), 10 sentyabr.
20.20-ATV Olay. M.Əliverdiyeva ( Bəzi avtobus sürücüləri elə bil ki,bazara kələm aparırlar.)
13 sentyabr (Yəqin qafiyəni yaxşı tutmayıb bu qaqaş.)Nitqin dəqiqliyinin pozulduğu hallar:
2sentyabr 20.00.ATV Aktual. A.Əhmədova ( kifayət qədər qəzalar ) 13 sentyabr (Faiz
dərəcələri kifayət qədər yüksəkdir; Bankın həyətində kifayət qədər aftamabil var.); 2 sentyabr
21.00. ATV Xəbər. C.Səfər.( Xəbəri bizdən alacaqsınız;Gün bitər, xəbər bitməz; Kimə və
nəyə etibar etmək lazımdır ?; Kifayət qədər yardım edən insan,təhlükəli virus,köpək- it) 9
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
898
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sentyabr –( Azərbaycan əsgəri güllə partlaması nəticəsində həyatını itirib;xəstəxanalıq edib).
Nitqin münasibliyinin gözlənilməməsi halları: ATVtelekampaniyasında
bəzi hallarda efir
etikasının pozulması baş verir. Bu ən çox A.Əhmədovanın müsahibi ilə səbrsiz olmasında,
M.Əliverdiyevanın jest və mimikasında, həmçinin səsinin tembrinin çox yüksək olmasında, T.
İbrahimovun efir mədəniyyətinə yaraşmayan söz və ifadələr işlətməsində özünü göstərir.
İBTİDAİ SİNİFLƏRDƏ DİL TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRDƏ YAXIN
VƏ ƏKS MƏNALI SÖZLƏR ÜZƏRİNDƏ İŞLƏRƏ DAİR TEZİSLƏR
Nərmin QASIMOVA
Bakı Slavyan Universiteti
hesenli1981@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dili dərslərinin praktik istiqamətini qüvvətləndirmək bu fənn üzrə kurikulum
tələbləridir. Odur ki, başlıca ümumi nitq bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mə-
dəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Təbiidir ki, nitq mədəniyyətinin ən yaxşı
göstəricisi lüğət ehtiyatının zənginliyi ilə xarakterizə olunur və bu strategiyada şagirdlərin lü-
ğət ehtiyatını yaxın və əks mənalı sözlər hesabına artırmaqla təkmilləşdirmək prioritet vəzifə-
lərdən sayılır.
I-IV siniflərdə eyni, yaxın və əks mənalı sözlərin aşılanması üçün əsaslandığımız baş-
lıca tezislər bunlardır:
1. Müəllimlərimizin kurikulum tələblərini, xüsusən də nitq mədəniyyətində lüğət tərki-
bini zənginləşdirməyin rolunu düzgün dərk etməlidirlər.
2. İbtidai sinif müəllimləri I-IV sinif Azərbaycan dili dərsliklərinin lüğət tərkibinə
dərindən bələd olmalı və hər bir sinif üzrə leksik tərkibə dair linqvostatistik və diaqnostik təh-
lil işləri aparmalıdırlar.
3. Azərbaycan dili müəllimləri I-IV siniflər üzrə metodik vəsaitlərin verdiyi didaktik
imkanları götür-qoy etməlidirlər.
4. Dərsliklərə yazılan metodik vəsaitlərdə, Azərbaycan dili dərsliklərində eyni, yaxın və
əks mənalı sözlərlə lüğət ehtiyatını zənginləşdirməyin müxtəlif aspektləri, imkanları və
yollarından tam istifadə olunmadığı nəzərə alınmalıdır.
5. Şagirdlərin nitqini mövzu baxımından zənginləşdirmək nəzəri metodlarla deyil,
praktik metodlarla aparılmalıdır; bu istiqamətdə oxu-təhlil, oxu-müsahibə, oxu-müzakirə,
oxu-diskussiya, izah-inteqrasiya, şərh-inteqrasiya elementləri daha optimal nəticələrə gətirib
çıxarır.
6. Lüğət ehtiyatının zənginliyində rabitəli mətnlərin oxunması imkanlarından istifadə
edilməlidir; lakin bu işin aparılması müəllimlərin bu işə hazırlığı səbəbindən qənaətbəxş he-
sab edilə bilməz.
7. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, oxu zamanı sözlərin leksik mənası dərk
edilməyincə mexaniki oxuya üstünlük verilir, sözlərin leksik mənaları açıqlanmadığından şa-
girdlərin fəal nitqinə söz mənası ilə birlikdə daxil edilmir; nəticədə onların analoji mətn qurmaq
işində söz kasadlığı müşahidə edilir.
8. Sərbəst imkanlar, sərbəst köçürmə imlalar elədir ki, şagird müvafiq sözləri öz sinonimi
ilə əvəz edə bilir. Bu zaman ifadə rəngarəngliyi baş vermiş olur. Belə bir imkanı qaçırmaq olmaz.
9. Şifahi və yazılı mətnlərin redaktəsi imkan verir ki, mətnin bir çox söz və ifadələrini
qarşılığı ilə əvəz etsinlər. Bu cür sinonimik də nitq zənginliyi yaratmaq vasitəsi kimi didaktik
cəhətdən qiymətli sayılmalıdır.