III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
891
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Müasir Azərbaycan poeziyasında rübai janrına tez-tez müraciət edilməsinin izahı ilə
əlaqədar ədəbi-tənqidi materiallarda az təsadüf edilmir. Rübailərin son illərdə poeziya
yaradıcılığında geniş istifadə olunması janrın poetik fikri ifadə etmək imkanı ilə bağlıdır.
Fikrət Sadıq klassik poetik irsi yaxşı bilən və sevən şairdir. Eyni münasibət şairin
folklorla bağlılığında da bütün aydınlığı ilə görünməkdədir.
MÜSTƏQİLLİK İLLƏRİNDƏ HƏRBİ TERMİNLƏRİN
TƏDQİQİ MƏSƏLƏLƏRİ
Nuranə HƏSƏNOVA
Bakı SlavyanUniversiteti
nuranahasanova1989@mail.ru
AZƏRBAYCAN
Hərbi terminologiya çox qədim dövrlərdən alimlərin diqqətini cəlb etmiş və bu sahədə
müxtəlif istiqamətlərdə araşdırmalar aparılmışdır. Bu onunla əlaqədardır ki, hərbi terminlərin
yaranma tarixi də çox qədimdir və müşahidələr göstərir ki, bir qədər əvvəl qeyd etdiyimiz
kimi, dünya dillərinin proqatındakı sözlərin müəyyən qismi hərbi terminlərdən ibarətdir.
Keçən onilliklərdə hərbi terminologiyanın nizama salınmasında, tcrminoloji lüğətlərin
tərtibi, çapı və terminologiyanın tədqiqi sahəsində xeyli iş görülmüşdür. Lakin bununla yana-
şı, bu sahə ilə bağlı bir sıra problematik məsələlər hələ də qatmaqdadır. Belə problemlər içəri-
sində ən mühümü hərbi terminologiyanın təkmilləşdirilməsi, milliləşdirilməsi və məktəblərdə
tədrisi, tədqiqi məsələsidir. Bu sahələr üzrə 90-cı illərdə xeyli iş görülmüşdür.
Lakin çox təəssüf ki, tarix elminin mühüm sahələrindən olan hərbi quruculuq tarixi tam
öyrənilməmişdir. Halbuki respublikamızın hərbi quruculuq tarixinin tədqiq edilib öyrənilmə-
sinin və təbliğ olunmasının çox böyük elmi, nəzəri və təcrübi əhəmiyyəti vardır.
XIII-XV əsrlərdə meydana çıxan hərbi traktatlarda həm soyuq silahların, mühafizə ge-
yimlərinin təsvirinə geniş yer verilmiş, həm də ilk odlu silahların növləri haqqında məlumat
verilmişdir. XIII əsrin II yarısında Misir hərb sənəti mütəxəssisi Nəcm əd-Din ər-Rəhmanın
«Kitab əl-fürusiya və-l-mənasib ə-karbiya» adlı əsəri «bütün müsəlman Şərqinin, o cümlədən
Azərbaycanın orta əsr hərb sənəti və elminin öyrənilməsində çox vacib və önəmli rol oyna-
yır». Nəcm əd-Din ər-Rəmmah dövrünün görkəmlisilahşünasları, süvariləri, qəhrəmanları, neft
atanları, nizələri, toppuzları, oxları, mancanaqları və yandırıcı məhlulları haqqında geniş məlu-
mat verməyə çalışıb, ona görə də əsərindən o dövrə aid zəngin məlumatalmaq mümkündür.
A.Seyfullaoğlu yazır: «XIII əsrin I yarısında müsəlman şərqində (o cümlədən Azərbay-
canda) hərb işinin inkişafında çox vacib dəyişikliklər baş vermişdir: soyuq silahın və mühafizə
geyiminin yeni növləri ilə birgə döyüş əməliyyatlarında geniş miqyasda barıt tətbiq olunmağa
başlandı ki, bu da çox qısa bir zamanda hərb sənətində çevrilişə səbəb oldu» .Yandırıcı məhlul-
lar doldurulmuş qablardan hərb məqsədilə istifadə ilk növbədə midiyalılara aid olmuş, XVII
əsrin əvvələrinə qədər istifadə edilmişdir.
Hərb işi tarixən regionun yerləşdiyi şəraitdən əhalinin adət-ənənələrindən asılı olur.
Məsələn, yapon cəngavərliyi Avropa və Ön Asiya cəngavərlik ənənələrindən tamamilə fərqli
olmuşdur. Bu, Yaponiyanın ərazi etibarilə bir növ təcrid olunması ilə izah edilir. Müsəlman
Şərqi səciyyəvi hərb işinin tədqiqi sahəsində Qərbi Avropadan çox-çox irəli getmişdir. On
yaşından başlayaraq Şərqdə oğlan uşaqlarına bir cəngavər kimi lazım olacaq dərslər keçilirdi.
Onlar 17-18 yaşlarında artıq professional döyüşçü hesab olunurdu. 20 yaşlarında cəngavər
sırasına daxil edilirdi. Gənc döyüşçü təntənəli mərasimdə kəmər, ox və mahmızlar alırdı.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
892
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Cəngavər proqramlarını öyrənmək üçün X I I - X I I I əsrlərdə təşəkkül tapmışcəngavər
ədəbiyyatı geniş məlumat almaq imkanı yaradır. Tədqiqatçılar Azərbaycan hərbi terminologi-
yası tarixini eramızın ilk əsrlərinə aid edirlər.
Professor M.Qasımovun rəhbərliyi ilə D.Bağışov «Azərbaycan dilinin hərbiterminolo-
giyası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və ötəri şəkildə olsa da, Azər-
baycan dilində hərbi terminlərin inkişaf tarixinə nəzər salmışdır.
Müəllif sovet dövründə Azərbaycan dili hərbi terminologiyasının atom bombası, batal-
yon, raket, qanadlı raket, qırıcı təyyarə, nüvə silahı və s. kimi yeni terminlərlə zənginləşdiyini
göstərir. Ümumi lüğət sözlüyünün olmaması ucbatından müəllifin verdiyi hərbi terminlərin
əksəriyyəti (admiral, arxa cəbhə, batalyon, bomba, bombardman, zavod, diviziya, əmr, döyüş-
çü, general, general-mayor, giliz, patron və s.)
Hərbi terminlərin alınma yollarını diqqətlə nəzərdən keçirən müəllif ərəb, fars, rus və
Avropa dillərindən alınmaların çoxluğunu əsas götürərək bu qənaətə gəlirki, hərbi leksik vahid-
lər yayılma dairəsinə görə nisbətən üstünlük təşkil edir, çünki hərb işi daha çox ümumbəşəridir.
Bir səbəb də hərbi texnologiyanın daim inkişafda, yeniləşməkdə olmasıdır. Tarixdən alınan o
təəssürat doğrudur ki,hərb işi bəşərin ilkin inkişafı lövründə hamının- bütün kişilərin və qadın-
ların ümumi işi olmuşdur.
ŞƏYYAD HƏMZƏNİN “YUSİF VƏ ZÜLEYXA” MƏSNƏVİSİNDƏ
İŞLƏNƏN ARXAİK FEİLİ BAĞLAMA FORMALARI
Nuranə NƏSİRLİ
Qafqaz Universiteti
nurana.nasirli@gmail.com
AZƏRBAYCAN
Şəyyad Həmzənin “Yusif və Züleyxa” məsnəvisi Türkiyə ədəbiyyatında Anadolu əra-
zisində XIII-XIV əsrlərdə yazılan ilk “Yusif və Züleyxa” məsnəvisi olaraq qəbul edilmiş və
tədqiqata cəlb edilmişdir. Bu əsər daha çox Türkiyəli tədqiqatçılar tərəfindən araşdırılmışdır.
Bu əsər Azərbaycan tədqiqatçıları tərəfindən geniş tədqiq olunmasa da, bir sıra tədqiqatlarda
belə bir əsərin olması qeyd olunur.
Şəyyad Həmzənin “Yusif ve Züleyxa” məsnəvisinin dili XIII-XIV əsrlər həm Türk,
həm də Azərbaycan dili xüsusiyyətlərini özündə əks etdirir.
Bildiyimiz kimi feili bağlama feilin təsriflənməyən formalarından biri olaraq hərəkətin
tərzini, zamanını, səbəbini bildirmək üçün istifadə olunan feillərə daxildir. Azərbaycan dili feili
bağlama və onların ifadə etdiyi məna cəhətdən çox zəngindir. Bu zənginlik, demək olar ki,
Azərbaycan dilinin keçirdiyi bütün inkişaf mərhələlərində özünü göstərir.
Feili bağlama şəkilçilərindən bir qismi bütün dövrlər ərzində normal formasını əks
etdirsə də, digər qisminin isə ya səs tərkibi dəyişmiş, ya da tamamilə arxaikləşib sıradan çıx-
mışdır. İkinci hala, yəni arxaik qrammatik formalara orta dövr abidələrinin bir çoxunda olduğu
kimi Şəyyad Həmzənin “Yusif və Züleyxa” məsnəvisinin dilində də rast gəlinir.
Feili bağlama tarixən -ub,-üb, -ib; -ibən, -ubən,-übən; -ikən, -kən, -anda,-əndə; -dıqda, -
duqda, -dikdə; -dıqca, -duqca,-dikcə, -dükcə; -incə,-üncə, -ınca, -unca; -madan, -mədən; -cək,
-caq, -icək, -ıcaq, -alı, -əli, -gəc, -ğac, -araq, -ərək, -arkən, -ərkən və s. kimi formalarla ifadə
edilmişdir.
Şəyyad Həmzənin “Yusif ve Züleyxa” məsnəvisində bu formalardan -ub,-üb, -ib; -ibən,
-ubən,-übən; -ikən, -kən,-cək, -caq; -yu,-yü şəkilçiləri feili bağlama məzmunu yaratmaq üçün
istifadə edilmişdir.