III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
885
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ METAFORİK
FRAZEOLOJİ VAHİDLƏRİN LEKSİK-SEMANTİK
VƏ STRUKTUR XÜSUSİYYƏTLƏRİ
Cəmilə ORUCOVA
Bakı Slavyan Universiteti
cemileorucova@yahoo.com
AZƏRBAYCAN
Frazeologiya dilin lüğət tərkibini zənginləşdirməyin əsas mənbələrindən biridir. Fraze-
ologizmlərin istifadəsi insanlara öz fikirlərini qısa və idiomatik ifdə etmək imkanı verir. Fra-
zeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini göstərir. “Frazeologiya” ter-
minini dilçilik sahəsində ilk dəfə XX əsrin əvvəllərində Şarl Ballı məşğul olmuşdur. O, dilçilik
tarixində birinci olaraq frazeologiyanı leksikologiyanın müstəqil şöbəsi kimi müəyyənləşdiril-
mişdir. O, sabit söz birləşmələrini öz əsərində leksik-semantik və üslubi-məna cəhətdən şərh
etmişdir.
Hər bir konkret dilin frazeologiyası iki planda tədqiq edilir: diaxronik və sinxronik.
Diaxronik planda dilin frazeologiyasının tarixən formalaşması və müasir dövrə doğru
semantik və struktur cəhətdən inkişafı öyrənilir. Sinxronik planda isə dilin frazeologiyasının
müasir vəziyyətinin semantik və struktur təsviri verilir.
İngilis dilində frazeologizmlərin tədqiqinə hər iki plandan yanaşılsa da, Azərbaycan
dilində daha çox sinxronik aspektdən yanaşılmışdı. Bu da onu göstərir ki, Azərbaycan dilində
frazeologizmlərin tədqiqi müasir dövrə aiddir.
Dildə frazeologizmləri tiplərə ayırmaq üçün əsas meyar həmin birləşmələrdəki sözlərin
bir-birinə yanaşma və qovuşma dərəcəsidir. Komponentlərin bir-birilə əlaqəsinə əsaslanaraq,
V. V. Vinoqradov semantik təsnifatı irəli sürmüşdü:
• Frazeoloji vahidlər – Phraseological unities. Bu birləşmələrin tərkibindəki sözlərin
müstəqil mənalarını tamamilə itirməsi nəticəsində əmələ gələn sabit söz birləşmələridir.
Dilçilikdə bu tip sabit söz birləşmələri idiomlar da adlandırılır. Bu söz birləşmələrinin
əsas əlaməti onların semantik cəhətdən bütövlüyüdür. Məsələn: kick the bucket –
“Ölmək”, send somebody to Coventry – bir kəsi baykot etmək, əlaqəni kəsmək, to rain
cats and dogs – şıdırğı yağış yağmaq. Belə birləşmələrdə həqiqi məna ilə məcazi məna
arasındakı əlaqə itir və məcazi məna onlar üçün ön plana çəkilir. Bu birləşmələrin tərki-
bindəki sözlər öz leksik mənalarını itirərək onların komponentlərinə çevrilir və ümumi
bir məna ifadə edir.
• Frazeoloji qovuşma – Phraseological fusions – Bu birləşmələrdə sözlərdən birinin
həqiqi mənası az da olsa, nəzərə çarpır. Məs: to spill the beans – sirr vermək, to throw
dust into smb’s eyes – bir kəsin başını aldatmaq. to hold one’s cards close one’s chest –
bir şeyi sirr olaraq saxlamaq. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətinə malikdir. Bu
birləşmələr komponentlərinin semantik xüsusiyyətlərinin qoruyub saxlayır. Bu tip
birləşmələrin komponentlərinin yerini dəyişmək qeyri-mümkündür.
• Frazeoloji birləşmələr – Phrazeological combinations.
Bu sabit söz birləşmələrin tərkibindəki sözlərdən biri mütləq öz həqiqi mənasında işlə-
nir, o biri söz isə ondan asılı vəziyyətdə olur. Yəni, bu tip birləşmələrin tərkibinə həm müstəqil,
həm də frazeoloji məna daşıyan sözlər daxildir. Məs: a bosom friend – ürək dostu, to frown
one’s eyebrows – qaşlarını çatmaq, to pay attention to somebody – bir kəsə diqqət yetirmək.
Bu birləşmələrin komponentlərinin birini dəyişmək mümkündür. Məs: a bosom friend – ürək
dostu, a bosom buddy – yaxın yoldaş.
Frazeoloji vahidlərin sabit olması onların əsas cəhətidir. Onlar nəinki, semantik baxımdan,
həm də qrammatik quruluş baxımından da dəyişilməzdir. Məs: biz “red tape” – (bürokratiya)
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
886
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
deyə bilirik, amma, “red tapes” demirik. N. N. Amasova bunu “daşlaşmış məna” adlandırır.
Lakin sərbəst söz birləşmələrin tərkib hissələrindəki sözlər dəyişilsə də, əsas məna dəyişmir.
Məs: cut bread – çörəyi kəsmək, cut cheese – pendiri kəsmək. Sabit söz birləşmələri ilə sərbəst
söz birləşmələrinin strukturu, quruluşu, arasında heç bir fərq yoxdur, hər ikisi eyni sintaktik
modelə əsaslanır. Onları fərqləndirən yeganə cəhət frazeoloji vahidlərin məcazi məna ifadə
etməsidir. Bu, əsas kriteriyadır.
Struktur baxımdan frazeoloji ifadələri aşağıdakı qruplara bölmək olar :
Nominal və ya substantive (ismi) ifadələri. Məs: calf love – uşaq sevgisi.
Attributiv (sifət tərkibli) ifadələr as good as gold – qızıl kimi yaxşı, safe and sound –
sağ-salamat.
Feil tərkibi birləşmələr :
to take the bull by the horn – qəti hərəkət etmək. Zərf tərkibli birləşmələr: high and low
– hər zümrədən olan, in the dead night –qatı qaranlıqda.
Sözönülü ifadələr – in the course of - ərzində. Bağlayıcı tərkibli ifadələr: as long as – o
vaxta qədər, nə qədər ki.
Nida tərkibli ifadələr – by the Lord Harry! – lənət sənə şeytan.
Azərbaycan dilçiliyində də frazeologiya sahəsində bir sıra əsərlər yazılmışdı. Azərbay-
can dilçiliyində ilk dəfə “idiomatizm” terminin B. Çobanzadə ilə F. Ağazadənin birlikdə
yazdıqları. “Türk qrameri” dərsliyində işlənilmişdir. Azərbaycan dilinin frazeologiyası barədə
ilk dəfə M. Hüaseynzadı öz “Müasir Azərbaycan dili” adlı dərsliyində məlumat vermişdir. S.
Cəfərov Azərbaycan dili frazeoloji vahidlərini bir bütöv halda “sabit söz birləşmələri” adlan-
dırır. N. Rəhimzadə Azərbaycan dili frazeoloji materialını a) öz leksik-semantik bölünməzliyi
ilə fərqlənən obrazlı ifadələr (idiomlar) və b) sabit söz birləşmələri olmaqla iki yerə bölür.
Azərbaycan dilçiliyində olan frazeoloji birləşmələr, məs: dabanına tüpürüb qaçmaq, qulaq as-
maq, gözü su içməmək, gözdən düşmək, gözdən pərdə asmaq və s. kimi sabit söz birləşmələ-
rinin strukturuna nəzər yetirsək, əsas, feil tərkibli olduğunu görərik.
Ümumilikdə, belə nəticəyə gəlmək olar ki, hər bir dilin frazeoloji sistemi semantic və
struktur baxımından dəyişilməzdir, dildə hazır şəkildə mövcuddur və ən əsası birbaşa məna
ifadə etmir məcazi, sətiraltı məzmuna malikdir.
FİTONİMLƏRİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ HAQQINDA
Jalə NƏSRƏDDİNOVA
Bakı Slavyan Universitet
nasraddinovajala@yahoo.com
AZƏRBAYCAN
Dilçilikdə ən çox sözü keçən məsələ dilin işarəviliyidir. “...dilin işarəvi təbiəti məsələsi
də sistemli elmi məsələ şəklində ilk dəfəF.de Sössürün tərəfindən irəli sürülmüşdür. İnsan-
ların hələ dinlə tanışmadıqları dövrlərdə- Allahın qəlblərinə qoyduğu sonsuz sevgini hansı is-
tiqamətə yönəldəcəklərini bilmədikləri dövrlərdə bu sevgi Baqi Olana deyil də, faniyə yönəlt-
dikləri zaman kəsiyində totemlərin cəmiyyətin sosial yaşamında önəmli yer tutması bunun ən
ibtidai nümunəsidir. Hələ hicri təqvimi ilə 1267-ci ildə yazılan “Hekayəti-müsyö Jordan
həkimi-nəbatat və dərvişi Məstəli şah” komediyasında Axundov Azərbaycana, ələlxüsus, Qa-
rabağa məxsus bitkilər haqqında məlumat verimişdir. “Əgər, məsələn, mən Qarabağa gəlmə-
səydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları
göstərib), əgər mən Qarabağa gəlməsəydim, kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu
otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefor və