III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
889
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”:
-“Qazan cılasun ərənlərə qalaba ölkə verdi, cübbə-cuqa verdi”. (Vatikan nüsxəsi:
“Qazan cilasun yigit ərənlərə qara ölkə, cübbə, çuqa verdi”).
“Qazılıq qoca oğlu Yegnək boyu”:
-“...Quşun ala qatını, qumaşın arusunu, qızın gögcəgini, doquzlama çırğab çuqa Bayın-
dır xana pəncik çıqardılar. Baqisin ğazilərə bəxş etdilər”. (Vatikan nüsxəsi: “Quşun ala qatını,
qumaşın arusunu, qızın gözəlini toquz çırğab çuxa Bayındır xana pəncik çıqardılar. Baqisin
qazilərə bəxş etdilər”).
“Bəkil oğlu İmran boyu”nda da Bayındır xan Oğuzun sərhədlərini gözətləyən-qoruyan
Bəkili ildə bir kərə qonaqlayıb hədiyyələr verərdi: “...Bəkil gəldi. Xan dəxi Bəkili qonaqladı.
Yaxşı at, yaxşı qaftan, xərclik verdi. Üç gün tamam ağırladı. Üç gün dəxi Bəkili av-şikar ilə
qonaqlayalım, bəglər!” – dedi”.
Yenə “Bəkil oğlu İmran boyu”nun sonunda Bəkil oğlu İmrana hədiyyə verir: “...Ağ sa-
qallı babası qarşu gəldi. Oğlunun boynun qucdu. Dönüb evlərinə gəldilər. Qarşı yatan qara-
dağdan oğlana yaylaq verdi. Qaraqucu yügrək atdan təvlə verdi. Ağca yüzlü oğluna, ağca qo-
yun sülən verdi. Ala gözlü oğluna al duvaxlı gəlin aldı. Ağ alınlı Bayındır xana pəncik çıqardı.
Oğlın aldı, Bayındır xanın divanına vardı. Əl öpdi. Padşah Qazan oğlu Uruzun sağ yanına
ana yer göstərdi. Cübbə - cuğa, çırğab geyürdi”.
“Daş Oğuzun İç oğuza asi olub Beyrək öldüyü boy”:
- “Aruz cümlə bəgləri xələtlədi”.
Misallardan da göründüyü kimi hədiyyə vermə formulu dastan boyu bir çox boylarda iş-
lənən və dastan mətni ilə semantik baxımdan bütövlük təşkil edən poetik fiqur kimi diqqəti
cəlb etməkdədir. İnanırıq ki, digər dastanlarımızın da epik formul nəzəriyyəsi işığında tədqiqi
dastanşünaslığımızda bir çox maraqlı hədiyyə formullarının aşkara çıxarılmasına gətirib çıxa-
ra bilər.
FİKRƏT SADİQ POETİK SÖZƏ DAİR
Yeganə QURBANOVA
Baki Dövlət Universiteti
y.q.87@mail.ru
AZƏRBAYCAN
Müasir Azərbaycan poeziyasının görkəmli yaradıcılarından Fikrət Sadığın bir çox şeir-
lərində onun klassik Azərbaycan poeziyası ilə bağlılığı aydın görünür. Şair poetik sözün gücü-
nə inanır və ona yüksək qiymət verir. Dahi Füzuli farsca qəzəllər “Divanı”nın dibaçəsində bu
sözləri yazır: “Şeir yazanın adı şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır”.
Sözə xor baxmaq olmaz; hər söz
Ərşdəndir gəlib hədiyyə bizə.
Qəlbimiz meyl edir həmişə ona
Çünki söz nazil oldu qəlbimizə.
Deyilmiş gözəl söz əsrlər boyu yaşayacaqdır. Fikrət Sadıq isə bir məqaləsində seçib
haqqında bəhs açdığı yeddi sözdən belə yazır: onlardan birincisi elə “SÖZ”dür: “Söz yarpaq-
da, suda, çiçəkdə, Ayda, Günəşdədir. Kimin əli hara çatırsa, ordan götürür sözü. Tapıldığı ye-
rin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o sözü nə cür qavrayırsa o həcmdə rəng,
dad, ətir, işıq və od payından bəhrələnir.
Ən çətini, sözü yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə olur, sehr olur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
890
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Kiminin əli sözə çatır, amma götürməyə gücü çatmır. Kiminin isə əli sözə də çatır, gücü
də, amma haqqı çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən
salır. Kimi sözü yaralayır, kimi sözü qamarlayır, kimi də tumarlayır”.
Aşağıda nümunə verəcəyimiz şeirdə isə Fikrət Sadıq sözü güclü, qüvvətli hesab edir,
sözü silah kimi bilir, “Tuşladığım hədəfə, / Sözü düz atmaq gərək”, - deyir.
Topum yox, xəncərim yox,
Yenə və yenə də
Sözə gəlir gümanım,
Sözdür mənim pənahım,
Sözdür mənim silahım.
Tuşladığım hədəfə
Sözü düz atmaq gərək.
Sözlə yatan milləti
Sözlə oyatmaq gərək.
Fikrət Sadıq yenilikçi şairdir. O, klassik janrlara da müraciət etmiş, qəzəl və rübailər də
yazmışdır.
Şair klassik janrlara müraciət etməklə, bir tərəfdən, klassik irsə, klassik poeziyaya bağlı-
lığını bildirir, digər tərəfdən də, yeni mövzuların klassik formada işlənməsinə dair maraqlı nü-
munələr verir.
Onun qəzəllərinin çoxu şairin “Oxu kitabı”nda toplanıb. Bu qəzəllər klassik qəzəllərdən
həm mövzu, həm də dil-üslub xüsusiyyəti baxımdan fərqlənir. Fikrət Sadığın qəzəllərində iza-
fət tərkibləri, ərəb-fars mənşəli sözlərə rast gəlinmir. Şair qəzəllərində mənəvi-etik, sosial-psi-
xoloji, sosial-ictimai və s. məsələlərə toxunmuş, insan və zaman problemini qabarmışdır:
Başımıza nə gəlibsə, nadanlıqdan gəlib, balam!
Nadanlıqdır bu dünyada ən çəkilməz əzab, oxu!
Yaxşı demişlər atalar, kordur kitab oxumayan,
Oxumasan, boş başına hörəcəklər corab, oxu!
Bundan başqa klassik poeziyanın əsas şəkillərindən olan rübailər şairin yaradıcılığında
çoxluq təşkil edir. Rübailəri isə, əsas etibarilə, şairin “Bugünnamə”, “Bugünnamə - 2”, “Bu-
günnamə - 3” kitablarında toplanıb.
Suyu kəsiləndə ağac bürüşər,
Mehri azalanda qəlbə xal düşər.
Hifz elə insanı, ey ulu Tanrım!
Qoyma hakim ola Xeyrin üstə Şər.
Klassik Azərbaycan poeziyasında görməyə adət etdiyimiz məhəbbət mövzulu rübailərə
Fikrət Sadığın poeziyasında, demək olar ki, rast gəlmədik. Fikrət Sadıq rübailərində cəmiyyə-
timizin mənfi tərəfləri - riyakarlıq, haqsızlıq, rüşvətxorluq, süründürməçilik və s. kimi məsələ-
ləri qabartmışdır:
Başı olmayanın, “beş”i var indi.
“Beş”i olmayanın işi var indi.
Kişi paltarında arvad man deyil,
Arvad paltarında kişi var indi.