III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
887
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bertrambelə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada
və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parijin
darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qaraba-
ğın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvassını təcrübə
ilə müşəxxəs edib, o xüsusda əttibanın istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm.
“Müsyö Jordan real tarixi şəxsiyyətdir. Aleksis Jordan (1814-1879) həqiqətən görkəmli
fransız nəbatat alimi olmuşdur. M.F.Axundzadə real prototip əsasında Qərbi Avropa alimləri-
nin bədii obrazını yaratmışdır.” Bu əsər həm də vaxtilə Avropanın ən məşhur alimlərinə Qa-
rabağın Azərbaycan torpağı olduğunun məlum olmasının sübutudur.
İncir fitonimi dilçilikdə araşdırmalar üçün geniş imkanlar verir, latıncası “Fikus”dur.
Fitoterapiya da da fitonim adlarına çox rast gəlinir. Lakin dilçiliyi fitonimlərin məcazi,
başqa sözlə, ekspressiv tərəfi daha çox maraqlandırır.Səbəbi dili zənginləşdirməsidir, hərfi
mənanı kənara qoyub, ekspressivliyi göz önündə tutduqda, fitonimlərin dilə özünü ifadə üçün
geniş imkanlar qazandırdığı məlum olur. Türkiyə türkcəsində “ocağına incir ağacı dikmek”
deyimi Azərbaycan türkcəsində “əncir ağacının altında yatmazlar”, “əncir ağacının altında
oturmazlar kimi” ifadələrlə bərpa olunur. Səbəbi bu ağacın yarpaqlarının xüsusi yağ ifraz
etməsidir ki, bu yağın verdiyi ağırlıq tənəffüsə çətinlik törədir. Bundan başqa, bunun digər bir
izahı əncirin köklərinin dağıdıcı fəaliyyətilə əlaqədardır.
Bəs, əncir ağacı hansı səbəbdən bir çöküşün, yox olmanın tərk edilmişliyinhekayələrinə
mövzu olur?
Bu toxum quşlar vasitəsi ilə hər yerə yayıla bilirlər. İstifadə edilməyən, tərk edilmiş bir
məkana bir əncir toxumu düşdüsə, bir müddət sonra ağaca çevrildikcə, köklər yayıldıqca,
əncir ağacı yetişən məkanlar xarabaya çevrilir.
Köklərin torpağın içərisində sərt zəmində irəliləyib uzana bilməsini əkinçilik kitabları
belə açıqlayır: Ağacların kök uclarındakı qisimdə elə bir turşu ifraz olunur ki, o nazik
görünən köklər nəinki torpağı, önünə gələn daşı belə deşər keçər .
“Fikus” Banyam növü (Benqalda yetişir) öz budağından aşağıya kök endirir və bu
torpağa uzanması incirin dağıdıcı yönünü göstərir və yaranan bu deyimləri izah edir.
Əncir Quranda da adı keçən və üzərinə and verilmiş meyvələrdən biridir. Quranda
93Duha, 94 İnşirah, 95 Tin surelerinde incire ve zeytuna and olsun deyə keçər (Tin surəsi
"əncirə və zeytuna and içirəm ki ..." deyə bağlamaqdadır). Hədislərdə də geniş bəhs olunub.
“Əncir yemək, bağırsaq xərçəngini önləyər”.
Surənin adı olan "tin" də, "əncir" deməkdir. Təfsirçilər bu meyvələrə and edilməsini,
ümumiyyətlə,belə açıqlayıblar: "İnsanoğlunun yaşaması üçün lazımlı maddi qidaların ən
əhəmiyyətliləri şirin, duzlu, yağlı və yağsız yeməklərdir. İncir və zeytun bu xüsusiyyətləri
ehtiva edən nümunə bir qida olmasından ötəri özlərinə and edilmiştir. İncirin insan həyatı
üçün həm qida, həm dərman, həm meyvə, həm də ticarət baxımından bir çox faydası vardır".
Peyğəmbərimiz (s.ə.s) də əncir haqqında: "Əncir yeyin. Əgər dünyada cənnətdən bir
meyvə olduğunu söyləsəydim, bunun əncir olduğunu söyləyərdim, çünki cənnət meyvələrinin
çəyirdəyi olmaz. " "Əncir yeyin, çünki o basili kəsər, ayağın oynaq yerlərindəki ağrıları yox
edər." "Hər kim ürəyinin rahat işini istərsə, əncir yeməyə davam etsin." demişdir .
Bəzən, aldım bir dənə, açdım min dənə” ifadəsinə uyğun olaraq narla müqayisə olunan
əncir, nara heç bənzəmir, əslində. Çünki narın içindəki dənələr bir çiçəkdən yetişdiyi halda,
əncirin içindəki yüzlərcə toxumun hər birini bir çiçək əmələ gətirir .
Ekspressiv cəhətdən əncirin daha çox yönü məlumdur, lakin burada qısaca bəhs olunub.
Türkiyə türkcəsindəki “incir çəkirdəyini doldurmayacak ... ” ifadəsi kimi.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
888
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“DƏDƏ QORQUD KİTABI”NDA HƏDİYYƏ FORMULU
Nizami ADIŞİRİNOV
AMEA Folklor İnstitutu
adisirinov1983@mail.ru
AZƏRBAYCAN
“Dədə Qorqud kitabı”nın poetik strukturunun əsasında duran əsas formulları, sabit, də-
yişməz qəlib ifadələri aşkarlamaq milli-mənəvi varlığımızın tarixi-semantik mənzərəsini ay-
dınlaşdırmaq baxımından böyük nəzəri-təcrübi əhəmiyyət daşıyır. Bu, eyni zamanda bizə
ümumtürk epik dastan yaradıcılığının əsasında duran əsas “genetik” eyniliyi, struktur oxşarlı-
ğını daha dəqiq müəyyənləşdirmətə imkan verəcəkdir. Bu “genetik” eynilik türk dastan yara-
dıcılığının əsas “onurğa sütunu”nu təşkil etməkdədir.
“Dədə Qorqud kitabı”nda Semantik prinsip əsasında formalaşan formullardan biri də
Hədiyyələşmə formuludur. Dastanda bu formula bir sıra məqamlarda fərqli ifadə tərzində rast
gəlinir. Bu formula dastan boylarında “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda rast gəli-
rik. Baybörənin oğlu bazırganların mallarını kafirlərin əlindən xilas etdikdən sonra bazırgan-
lar razılıq əlaməti olaraq Beyrəyə hədiyyə vermək istəyirlər: “Boz oğlan yetdi. Bir-iki dimədi,
kafirlərə həp qılıc vurdu. Baş qaldıran kafirləri öldürdi, qəza eylədi. Bazırganların malın
qurtardı. Bazırganlar aydır: “Bizə sən ərlik işlədin. Gəl imdi bəyəndiyin maldan al” – dedilər.
Yigidin gözü bir dəniz qulunu boz ayğırı tutdu, bir də altı pərli gürzi, bir də ağ tozlu yayı”.
Boyun digər bir yerində yenə “hədiyyə” formulunun şahidi oluruq: “Beyrək xan dəxi oxın
atdı, dibinə gərdəyin dikdi. Adaqlusundan ərgənlik bir qırmızı qaftan gəldi, Beyrək geydi”.
Dastan boylarında igidlik göstərərək ad qazanan qəhrəmanlara ataları tərəfindən,
Bayındır xan tərəfindən gözəl, iltifatlar edilir, hədiyyələr verilir. “Dirsə xan oğlu Buğac
boyu”nda Buğac Bayındır xanın buğasını öldürüb igidlik göstərir: “Oğuz bəgləri gəlüb oğla-
nın üstinə yığnaq oldular, əhsən dedilər. Dədəm Qorqut gəlsin, bu oğlana ad qoysun, biləsincə
alub babasına varsun, babasundan oğlana bəglik istəsin, taxt alı versin”- dedilər. Dədə Qorqud
oğlanın babasını soylamış, görəlim, xanım, nə söyləmiş-aydır: “Hey Dirsə xan, bəglik vergil
bu oğlana. Taxt vergil, ərdəmlidir! Boynu uzun bədəvi at vergil, binər olsun, hünərlidir!
Ağayıldan tümən qoyun vergil bu oğlana, şişlik olsun, ərdəmlidir! Qaytabanda qızıl dəvə
vergil bu oğlana. Yüklət olsun, hünərlidir! Altın başlı ban ev vergil, bu oğlana. Kölgə olsun,
ərdəmlidir! Çigin quşlu cübbə, don vergil bu oğlana, geyər olsun, hünərlidir! Dirsə xan oğlana
bəglik verdi, təxt verdi”. (Vatikan nüsxəsi: “Oğuz bəgləri gəlib oğlanın üzərinə yığıldılar və
təhsinlər etdilər. Çağırın Dədəm Qorqud gəlsin bu oğlana ad qosun, bəglik, taxt alı versin-
dedilər. Ol zamanda bir oğlan baş kəsüb qan dökməsə ad qomazlardı. Öylə olsa Dədə Qorqut
gəlür oldu. Oğlanı alub babasına vardı. Dədə Qorqut soylamış, nə soylamış. Aydır: Dirsə xan,
oğluna bəglik vergil, taxt vergil. Boynu uzun bədəvi at vergil bu oğlana. Binid olsun
hünərlidir. Ağayılda tümən qoyun vergil bu oğlana. Şişlik olsun ərdəmlidir. Qaytabanda qızıl
dəvə vergil bu oğlana. Yüklət olsun hünərlidir. Altun başlı ban ev ver bu oğlana. Kölgə olsun
ərdəmlidir. Çigni quşlu cübbə ton ver bu oğlana. Geyər olsun hünərlidir. Bəglik vergil bu
oğlana, taxt vergil. Dirsə xan oğluna bəglik verdi, taxt verdi”).
“Salur Qazanın evinin yağmalandığı boy”da da hədiyyə vermə formulunun şahidi
oluruq: “...Yedi gün, yedi gecə yemə-içmə oldu. Qırq baş qul, qırq qırnaq oğlu, oğlu Uruz
başına azad eylədi. Cılasın qoç yigitlərə qalaba ölkə verdi, şalvar, cübbə, cuxa verdi”.
“Baybörə bəg oğlu Bamsı Beyrək boyu”nda da, hədiyyəvermə formuluna təsadüf edirik.
Oğuz igidləri düşmən hasarına hücum edir. Kilsəsini dağıdıb yerinə məscid inşa edirlər. Əziz
Tanrı adına xütbə oxudurlar. Bundan sonra “quşun ala qatını, qumaşın arusını, qızın gögcə-
gini, doquzlama çırğab çuxa xanlar xanı Bayındıra pəncik çıqardılar”.(Vatikan nüsxəsi: “Qu-
şun ala qatını, qumaşın yaqşısını, qızın gögcəgini Bayındır xana pəncik çıqardılar”).