III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
879
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dan doğulmağı məsləhət görür. Dəyanətin teyfi Vəliəhdin daxili səsi, vicdanın səsi kimi çıxış
edib, onu addımbaşı izləyir, onu insan kimi formalaşdırmaq üçün əzablı yollardan keçməyə
səsləyir.
B.Vahabzadə yaradıcılığına xas olan lirik özünütəhlil “Fəryad”da qüvvətlidir. Şair üçün
insan onun daxili aləmi, hiss və həyacanları olduqca maraqlı bir tədqiqat obyektidir.Onun fa-
ciəsinin əsası da daxilindən gəlir. Nəticə etibarilə insanın ən kəskin rəqibi yenə onun özüdür.
B.Vahabzadənin pyesindəki “ikinci səs”, “teyf” həmin bu daxili mübarizəni şərtləndirən ədəbi
priyomlardandır.
Əsər B.Vahabzadənin yaradıcılığının qanunauyğun davamı və inkişafı mərhələsidir.
Əvvəlki əsərlərdə yazıçının irəli sürdüyü problemlər burada daha qabarıq, daha cəsarətlə ve-
rilmiş, şirin qələmi daha kəsərli olmuşdur. Şair onu müasir mövzuda yazdığı əsərlərdə düşün-
dürən eyni motivləri tarixi mövzunun materialında nəinki yalnız davam etdirir, üstəlik onları
keçmişin mənəvi-əxlaqi təcrübəsinin dərsləri ilə daha da ümumiləşdirməyə, onlara bədii-fəl-
səfi yekunlar vurmağa cəhd göstərir.
“Yollara iz düşür” əsərinin Əlixanı təqib edən usta Nicatın kölgəsi kimi Dəyanətin teyfi
öz istəyinə, öz məramına çatır. Vəliəhd yüksək ideallara can atan insanlara nəinki kömək
etməyə çalışır, onların yolunu tutmaqdan da çəkinmir.
B.Vahabzadə öz qəhrəmanlarını gözlənilməz vəziyyətə salmağı xoşlayır.Bu vaxt onların
daxili keyfiyyətləri daha çox üzə çıxır.
Şairin dramaturgiyasında daha bir mükəmməl uğuru “Hara gedir bu dünya?” dramıdır.
Şairin “ikinci səs”priyomu dramından da yan keçməmişdir. Bütöv yaradıcılığında möhür vur-
muş bu üsul “Hara gedir bu dünya?” pyesində mükəmməl işlədilmişdir. Belə ki, əsərin baş
qəhrəmanı olan Laçının vicdanın səsi Ulu Əcdaddır. Bu dramda Ulu Əcdad təkcə Laçının vic-
danının səsi deyil. Əslində şair bu obrazla hər birimizin vicdan səsinə işarə edir. Əslində de-
yildiyi kimi, o, tariximizin, qan yaddaşımızın səsidir. Burada əsərin qəhrəmanı ikiləşir.Uu
Əcdad obraz şəklində Laçının gözlərinə görünür, onunla mübahisəyə girişir. Bu mübahisədə
həyat və onun tələbləri, şöhrət hissi, cəmiyyətdə mövqe tutmaq arzusu ilə insanlıq, mərhəmət,
vicdan üz-üzə gəlir. Bu, əlbəttə baş qəhrəmanın daxili faciəsidir.
B.Vahabzadənin demək olar ki, bütün dram əsərlərində dramatizm əsasən obrazların
daxili çəkişməsində özünü göstərir.
MİRZƏ İBRAHİMOV GÖRKƏMLİ ALIM, ƏDƏBİYYATŞÜNAS KİMİ
Aygül ƏLİMƏRDANOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aygul.elimerdanova@mail.ru
AZƏRBAYCAN
XX əsr ədəbiyyatımızın unudulmaz simalarından biri kimi tanınan, Azərbaycan xalqı-
nın dövlətçilik və ədəbi- bədii fikir tarixində müstəsna rolu olan görkəmli yazıçı, dramaturq,
publisist, ədəbiyyatşünas alim və fəal ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov yaradıcılığa
30- cu illərin əvvəlindən başlamışdır. 1930- cu ildə “Qazılan buruq” adlı ilk şeiri və “Zəhra”
adlı ilk hekayəsi çap olunan nasir ardıcıl olaraq geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşı-
lanmış və başqa dillərə tərcümə olunmuş nəsr və dram əsərləri yazmışdır. Onun “Gələcək gün”,
“Böyük dayaq”, “Pərvanə” romanları, “Həyat”, “Kəndçi qızı”, “Yaxşı adam” pyesləri Azər-
baycan ədəbiyyatı tarixində özünəməxsus yer tuta bilmişdir. İstər hekayə, povest və roman-
larında, istərsə də pyeslərində dövrün və zamanın mənzərəsi dolğun əks olunur, yaratdığı ob-
razlar öz həyatiliyi ilə seçilirdi.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
880
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qələm sahibi ədəbiyyatşünaslıq sahəsində də enilməz nüfuz qazanmışdır. Bədii əsərlərin-
də forma axtarışları, orijinal üslubu, tipikləşdirmə bacarığı və fərdi sənətkarlıq imkanı aydın
nəzərə çarpdığı qədər həmin prinsiplər bir nəzəriyyəçi alim kimi də onun tənqidi- estetik
tədqiqatlarında özünü büruzə verirdi.Yaradıcılığa başladığı illərdən bəri ardıcıl olaraq realizm
və onun inkişaf mərhələləri, realizm və onun romantika ilə qarşılıqlı əlaqəsi, sənətkarlıq, ide-
yalılıq və xəlqilik, ənənə və novatorluq və s. problemlərlə məşğul olaraq bir nəzəriyyəçi, ədə-
biyyat tənqidçisi və tədqiqatçısı kimi tanınmışdır. Onun “Ədəbi qeydlər”, “Xəlqilik və realizm
cəbhəsindən”, “Sənətdə həyatilik və xəlqilik”, “Böyük şairimiz Sabir”, “Böyük satira ustası”,
“Gözəlliyin qanunları ilə”, “Yaradıcılıq vəzifələrimiz”, “Novatorluq və xəlqilik”, “Aşıq po-
eziyasında realizm”, “Sosialist realizmi haqqında”, “Ədəbiyyatımız yeni vəzifələr qarşısında”,
“Yaradıcılığın qaynar bulağı”, “Həyat və ədəbiyyat” və s. monoqrafiya və məqalələri
ədəbiyyatşünaslığın və ədəbi tənqidi fikrin inkişafına ciddi təsir göstərmişdir.
Mirzə İbrahimov fəaliyyəti boyu ədəbiyyatşünaslıq elminin tədqiq olunmasına çalış-
mışdır. O, Nizami adına Dil və Ədəbiyyat İnstitutunda işlədiyi dövrdə üçcildlik “Cənubi
Azərbaycan antologiyası” nın tərtib olunmasına rəhbərlik etmiş, çoxcildlik “Azərbaycan ədə-
biyyatı tarixi” nin yaranmasında böyük rol oynamışdır. Həmçinin klassik ədəbiyyatın tədqiqi
problemləri ilə məşğul olmuş, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üze-
yir Hacıbəyov, Hüseyn Cavid, Cəfər Cabbarlı və b. haqqında elmi məqalələr yazıb dərc etdir-
mişdir. 1939- cu ildə isə onun Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr etdiyi
“Böyük demokrat” adlı nəzəri əsəri çap edilmişdir. Alim Azərbaycan ədəbiyyatşünaslığının
uğurlu və əlamətdar hadisəsi kimi qiymətləndirilən tədqiqat əsərində Cəlil Məmmədquluza-
dənin ayrı- ayrı janrlarda yazdığı əsərlərini böyük sənətkarlıqla təhlilə cəlb etmişdir. Ədib bu
monoqrafiyasında Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs edərkən onu yalnız bir
yazıçı kimi deyil, həm də Azərbaycan mətbuatı tarixində böyük və istedadlı bir jurnalist kimi
dəyərləndirmiş, o cümlədən Azərbaycan mətbuatının “Molla Nəsrəddin”ə qədərki inkişaf
yoluna nəzər salmışdır. O, əsər boyu Cəlil Məmmədquluzadə haqqında yüksək fikirlərinə da-
vam etmiş və həmin şəxsiyyətin bu gün də yaşamasında təkcə yazdığı əsərlərinin, satirasının
rolunu qiymətləndirməklə kifayətlənməyib, eyni zamanda bunu onun meydana atdığı bir çox
ictimai fikirlərin hələ də öz aktuallığını, yeniliyini itirməməsində görürdü. Monoqrafiyada alim
tarixilik prinsipini əsas götürərək klassik irsə münasibət bildirmişdir. O, Azərbaycan ədəbiyyatı
tarixinin ilk olaraq Füzuli və yaxud Vaqiflə başlandığını irəli sürən iddialarla razılaşmayıb, XII
əsrdə Nizami və Xaqani, XIV əsrdə isə Nəsimi kimi klassik şairləri olan Azərbaycan ədəbiy-
yatının tarixi köklərinin daha qədim olduğunu, böyük ədəbi inkişaf yolu keçdiyini vurğulamış-
dır.
Beləliklə, Mirzə İbrahimov bədii əsərləri ilə ədəbiyyatı zənginləşdirdiyi kimi, elmi- nəzəri
baxışları ilə ədəbiyyatın aktual problemlərini daim izləmiş və öz münasibətini bildirməyə ça-
lışmışdır.
REKLAMIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Şöhrət NAĞIYEVA
sh_nagiyeva@hotmail.com
AZƏRBAYCAN
Reklam latın sözü olub adamları hər hansı bir məhsulu almağa, xidmətdən istifadə et-
məyə təsir etmək üçün istifadə olunan məlumatlandırma vasitəsidir. Geniş mənada reklam
fikirlərin, şəxslərin, qurumların, malların və xidmətlərin istehlakçılara tanıdılması məqsədi ilə
göz və qulağa təsir edən müraciətlərin (mesajları) hazırlanıb pul qarşılığında yayılmasıdır.