III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
905
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
MİR CƏLAL HEKAYƏ USTASI KİMİ
(YAZIÇININ “XATİRƏ HEKAYƏLƏRİ” ƏSASINDA)
Ayşən SADİQLI
Bakı Dövlət Universiteti
ayshan_bdu@mail.ru
AZƏRBAYCAN
Mir Cəlal gənclər arasında çox sevilən yazıçılardan biridir. Hekayə janrının daha da tək-
milləşməsində, oxucular tərəfindən maraqla qarşılanmasında Mir Cəlalın böyük xidmətləri
vardır. O, hekayə janrında bir çox dəyərli, ibrətamiz sənət nümunələri yaratmışdır. Ədibin
hekayələri mövzu baxımından da rəngarəngdir, yeknəsəq deyil.Yazıçının “Xatirə hekayələri”
ndən “Ərəb qardaş”, “Gənc şairin ərizəsi”, “Ləyaqət”, “Xarici naxoşluq”, “Mən zaminəm”,
“Dil və əməl”, “Mənim vəfalı maşınım”, “Yalan yeriməz”, “Sözün yeri var”, “Mənim səmimi
dostum”, “Gülbəsləyən qız”, “Qəbul imtahanı”, “Ərəb qızı”, “Ehtiram”, “Təsadüf və zərurət”,
“Naxış” və s. misal göstərmək olar.
Mir Cəlal Paşayevin 1960-cı ildə yazdığı “Ərəb qardaş” adlı xatirə hekayəsində bir
ərəbin Bakıya gəlməsindən, yazıçının ona bələdçilik etməsindən danışılır. Məlum olur ki,
ərəbin atası uzun illər Bakıda işləyib. O, Bakıdan aldığı təəssüratları oğluna danışıb.
Hekayədə diqqəti cəlb edən məqamlardan biri belədir: “Salavat ilə donuz darıdan çıxmaz.
Zəncirləri qırmaq üçün əql gücü də, əl gücü də işlətmək lazımdır”. M.S.Ordubadinin “Qılınc
və qələm” əsərində də bu mövzuya toxunulur. Yəni Azərbaycanın bütövləşməsi yalnız
qılıncın gücü ilə əql gücünün birləşməsi nəticəsində ola bilər. “Qılınc və qələm” əsərində biz
igid, cəngavər, mübariz Fəxrəddinin yanında daim onun yaxın dostu, məsləhətçisi Nizamini
görürük. Yəni, düşünmədən, ağıla arxalanmadan vuruşmaq, döyüşə getməklə heç kim qələbə
qazana bilməz. Ağılla güc ayrılmazdır.
Mir Cəlalın “Xatirə hekayələri”ndən olan “Yalan yeriməz” hekayəsində yalanın Bəşir
adlı bir uşağın həyatını mənfi istiqamətdə dəyişməsindən danışılır. Hekayədə qeyd edilir ki,
yalan açılanda üstünü heç çadır da örtə bilməz. Bir yalan gələcəkdə daha böyük, daha
təhlükəli yalanların başlanğıcı olur. Uşaq yalanlar içində böyüyür. Bir zamanlar dəhşətli faciə
kimi təsir bağışlayan yalan Bəşirdə adət halını alır.Beləliklə, hər bir ananın övladına verdiyi
tərbiyədən çox şey asılıdır. “Yalan insanları pisliklərə, pisliklər isə cəhənnəmə sövq edər”.
Bəlkə də Bəşirin anasına da uşaq vaxtı düzgün tərbiyə verilməmiş, yalan danışmağa vadar
edilmişdi. Bir adama verilən düzgün olmayan tərbiyə sonradan bütün cəmiyyətə sirayət edir.
Mir Cəlalın “Sözün yeri var” hekayəsində iki rəfiqənin qızı və onların ətrafında baş
verən hadisələrdən söhbət açılır. Hekayədə göstərilir ki, Şəfiqə xanım və Şirin xanımın qızları
Ziyafət və Məryəm ikisi də eyni bağçaya gedirlər.Məryəmin atası müharibədə həlak olub,
Ziyafətin atası isə sağdır və ona tez-tez gözəl oyuncaqlar alır. Hər dəfə Məryəm onun
oyuncağını götürmək istəyəndə Ziyafət deyir ki, bunu atam alıb. Balaca qız tez-tez bu ifadəni
işlədir və özü də bilməyərəkdən Məryəmin qəlbinə dəyir. Bu hekayədən belə nəticəyə gəlmək
olar ki, yaşından asılı olmayaraq, uşaq da olsa hər kəs sözün yerini bilməlidir. Bir sözlə qəlbi
qırmaq asandır, amma onu bərpa etmək çox çətindir.
“Xatirə hekayələri”ndən olan “Dil və əməl” də yazıçının diqqətəlayiq əsərlərindəndir.
Hekayədə Hərzə adlı xanım öz bildiyi kimi qızına tərbiyə verir. Ona öyrədir ki, kim səndən nə
isə soruşsa, “bilmirəm, yoxdur” de. Hərzə xanım kimilər dildə bir cür, əməldə başqa cürdür.
Üzdə özlərini yaxşı adam kimi göstərirlər, amma başqa vaxt qonşusunun dalınca danışır, lazım
olanı vermək istəmir. Valideynlər düşünməlidir ki, onların “tökdüyünü” uşaq “yığışdırır”. Va-
lideynlər uşağının yanında yalan sözlər deməməli, başqasının dalınca danışmamalıdırlar. Ək-
sinə, uşağın yanında daha ehtiyatla, lazımi sözlər işlətməlidirlər ki, sonradan bir başqasının
yanında üzü qara olmasınlar, öz dediyi sözü başqasından eşidəndə özünə nifrət hissi oyanmasın.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
906
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Mir Cəlalın 1974-cü ildə yazdığı “Gülcamal” hekayəsi də çox maraqlıdır. Hekayədə
göstərilir ki, Ziyafət xanım qızlarının birinə Qəşəng, o birinə Göyçək adını qoyur. Qızlar
böyüyür, heç 17 yaşa çatmamış, məktəbi qurtarmamış qoşulub qaçırlar. Ziyafət xanım kiçik
qızına Qurdyeməz adını qoyur ki, heç kimin istəyində olmasın. Sanki uşaq qəsdən daha gözəl,
daha cazibədar, ay parçası kimi bir qız olur. May nümayişlərinin birində hamı küçələrə
çıxanda Ziyafət xanım da gözəl körpəsi ilə gedir. Bir fotoqraf uşağın şəklini çəkir. Qızının
adını soruşanda Qurdyeməz deyir. Fotoqraf inanmır, zarafat sayır və deyir ki, belə gözəl
uşağın adı Gülcamal olar. Gülcamal böyüyür, peşə məktəbində fərasəti ilə hörmət qazanır.
Heç kəs onu sənəddəki adı ilə yox, may nümayişlərində deyilən Gülcamal adı ilə çağırır və
hörmət edir.
Hekayədə çox düzgün olaraq deyilir ki, “Ataların bu sözündə həqiqət var: uşaq böyüyən-
dən, el içinə çıxandan sonra özünə ad qoyur”. Adqoyma motivinə bizim qədim abidəmiz olan
“Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Ad qoyma ilə bağlı hissələrə
biz dastanın I, III, VIII boylarında rast gəlirik.
Beləliklə, Mir Cəlal az sözlə dərin məna daşıyan cümlələri, həyat təcrübəsi ilə oxucunu
özünə cəlb edir. Hekayələrində onun sadəliyi, səmimiliyi, zəhmətsevərliyi, ustalığı özünü göstərir.
DİLİN İNKİŞAF PROSESİ VƏ LÜĞƏTLƏR
Niyaməddin HAŞIMOV
Qafqaz Universiteti
nhasimov@qu.edu.az
AZƏRBAYCAN
Dil xalqın mənəvi sərvətidir. Dövr dəyişdikcə həyatın bütün sahələrində (elm, texnolo-
giya, idman, iqtisadiyyat, ədəbiyyat, dilçilik və s.) inkişaf sürətlə davam edir. İnkişafla bəra-
bər bir sıra yeni sözlər və məna incəlikləri meydana çıxır. Zaman keçdikcə dilə yeni terminlər,
yeni sözlər daxil olur; bəzi sözlər aktiv lüğət fonduna keçsə də, bəzi sözlər işləkliyini itirərək
passiv fonda keçir. Aktiv fondda, əsasən, cəmiyyət tərəfindən işlədilən milli leksikaya daha
çox yer verilir və dil, şübhəsiz ki, milli sözlərin hesabına zənginləşir. Bütün hallarda dilə daxil
olan yeni sözlər, dildə işlənən bütün söz və ifadələr yenidən nəzərdən keçirilir, tədqiq edilir və
lüğətlərdə sistemləşdirilərək qorunub saxlanılır, beləliklə də, gələcək nəslə ötürülür.
Ədəbi dilləri inkişaf etmiş bütün xalqların orfoqrafiya qaydaları və orfoqrafiya lüğətləri
olduğunu nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan ədəbi dili normalarının sabitliyini də or-
foqrafiya qaydaları və həmin qrammatik qaydalar əsasında tərtib edilən lüğətlər təmin edir.
Ə.Dəmirçizadə demişdir:“Orfoqrafiya - yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimedici
qaydalar sistemidir”. Dilə yeni daxil olan sözləri nəzərə alaraq demək olar ki, orfoqrafiya lü-
ğətləri tərkibcə daha çox dəyişir.
Azərbaycan dilinin orfoqrafiya lüğəti (2013) bir çox xüsusiyyətlərinə görə 2004-cü il
nəşrinə görə fərqlənir. 2004-cü ildə nəşr olunan orfoqrafiya lüğətində 80.000-ə yaxın, lüğətin
2013-cü ildəki nəşrində isə 110.563 min sözün düzgün yazılışı verilmişdir.
Yeni nəşr lüğətin sonuna artırılan Azərbaycan Respublikasının coğrafi adları, Azərbay-
can Respublikasındakı idarə və təşkilat adları, Beynəlxalq təşkilat adları və s. başlıqlı bölmə-
lər lüğətdən istifadəni daha da asanlaşdırmışdır.
Lüğətdə zaman keçdikcə işləkliyini itirən komsomol, qolçomaq, pristav, raykom və b.
sözlər tarixi sözlər sırasında verilmiş, dəqiqləşdirmələr aparılaraq bir çox sözün qarşısına da
hansı sahəyə aid olduğu yazılmışdır.
Lüğətə eyni zamanda müxtəlif elm sahələri ilə bağlı yeni sözlər və terminlər daxil
edilmişdir. Lüğətdə idman sahəsinə aid dəqiqləşdirilmə aparılaraq qarşısına bu sahəyə məxsus