III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
899
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
10. I-IV siniflərdə lüğət tərtibi, o cümlədən sinonimlər lüğəti tərtib etmək ənənəyə çev-
rilərsə, bu nitq zənginliyi yaratmağın ən gözəl vasitəsi ola bilər.
11.Yeni dərsliklərdə praktik aspekti leksik semantizasiya və ya yerinə sinonimini və ya
antonimini qoy, yaz, tipli göstərişlərin verdiyi tapşırıqlar lüğət zənginliyi imkanlarından
səmərəli istifadə oluna bilər.
12. Lüğət ehtiyatını eyni, yaxın və əks mənalı sözlər, söz birləşmələri və cümlələrlə zən-
ginləşdirməkdə üslubi bacarıqlara yiyələndirmək bu işdə mühüm rol oynayır.
13. Şagirdlərin müşahidələrini əks mənalı sözlər, cümlələr və mətnlərə istiqamətləndir-
məkdə dərsliklərin və metodik vəsaitlərin didaktik imkanlarından istifadə edilməlidir.
14. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək işini sistemlə aparmağın ən səmərəli
yollarından biri “lüğətcələr təstibi”ndən ibarətdir. Şagirdlərin nitqinin zənginliyi belə lüğətlər-
də sözlərin, cümlələrin sayının artması ilə müvaze şəkildə gedəcək.
15. Müəllimlərin bu işdə, yəni eyni, yaxın və əks mənalı sözlərlə lüğət ehtiyatını zən-
ginləşdirmək kimi təlim fəaliyyətində uğur qazanmasını şərtləndirən ən mühüm cəhət onun
diaqnostik və summativ qiymətləndirmədə nəzərə almasıdır.
16. Bu sahədə yekun qiymətləndirmə apararkən şagirdlərin inşa yazmağı, “Yaxşı nədir,
pis nədir?”, “Sevdiyimiz hərəkət, xasiyyət, xoşlamadığımız hərəkət, xasiyyət hansılardır?” möv-
zularında hər sinifdə diskussiya keçirmək didaktik cəhətdən daha əhəmiyyətli görünür.
AVTOMATİK TƏRCÜMƏDƏ SEMANTİK TƏHLİL MƏSƏLƏSİ
Natəvan ƏZİZLİ
Sumqayıt Dövlət Universiteti
natis-sdunina@mail.ru
AZƏRBAYCAN
Tədqiqatın aktuallığı avtomatik tərcümənin təkmilləşdirilməsi məqsədilə semantik
təhlillə bağlı meydana çıxan qüsurların, onları doğuran səbəblərin müəyyənləşdirilməsi və
aradan qaldırılması ilə bağlıdır.
Tədqiqat işinin yeniliyi avtomatik tərcümə sistemində Azərbaycan dili üçün istifadə
olunan semantik blokun fəaliyyəti prosesində meydana çıxan tərcümə xətaları üzrə yeni blo-
kun formalaşdirilmasıdır.
Tədqiqatın səmərəliliyi avtomatik tərcümə sisteminin yaxşılaşdırılması, daha dəqiq
tərcümə imkanları yaratmaqdır.
Avtomatik semantik təhlil xüsusi linqvistik alqoritmlər üzrə kompüterdə reallaşan
formal əməliyyatlarla təbii dildə müəyyən işarələr və ya dil vahidlərinin ardıcıllığı ilə verilmiş
hər hansı hökmün, ifadənin formal sistem yaradan ardıcıllıq kimi göstərməyi nəzərdə tutur.
Ixtiyari hökmün mənasının təyin etmək üçün formallaşdırma üsulu olsa, kompüter dilçiliyində
problem optimal kodlaşdırmanın həlli səviyyəsində duracaqdır. Aydındır ki, semantikanın
formallaşdırılması olduqca mürəkkəb prosesdir. Avtomatik tərcümədə belə formallaşdırmanın
iki dil üzərində aparılması tələb olunur. Bir dildəki hökmün qarşılığını formal şəkildə başqa
dildə tapmaq tələb olunur. Dil vasitələri ilə adlandırılan əşya və predmetlər dildən kənarda
mövcuddur. Əşya və hadisələr arasında bağlılıq, əlaqələr, ekstralinqvistik amilləri əhatə edir.
Semantikanın formallaşdırılmasını iki istiqamətə ayırmaq olar. Birinci istiqamətdə tədqiqat
mücərrəd nəzəri səviyyədə aparılır və semantikanın işarələr sistemi haqqında daha ümumi elm
olan semiotika çərçivəsində tutduğu yeri təyin etməyə, anlayışların yaranmasının ümumi qa-
nunauyğunluqlarını, cümlə daxilində sözlərin mənaları ilə cümlənin təşkilediciləri arasındakı
əlaqələri tapmağa yönəldilir. Ikinci istiqamət isə induktiv və empirik səciyyə daşıyır. Bu tətbiqi
problemdir və burada dil ifadələrinin mənasının, semantikanın formallaşdırılması məsələsi
qoyulur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
900
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Tam, bitkin məlumat və nisbi bitmiş fikrin formalaşması üçün predikasiya vacibdir. Mə-
sələyə bu baxımdan yanaşdıqda cümlənin mübtədası və xəbəri olmalıdır. Mübtəda subyekti,
xəbər predikatı əvəz edir. Mən gəlirəm. Mən gedirəm, O, həkimdir. Nərgiz müəllimdir. Tipli
cümlələrdə mübtəda və xəbər öz yerindədir. Azərbaycan dilində «mən gedirəm» cümləsi ilə
«gedirəm» ekvivalent cümlələrdir. Dil sistemi əvəzliyin buraxılmasına imkan verir. Lakin elə
dillər vardır ki, subyektin buraxılması ilə cümlə strukturu pozulur. Azərbaycan dilindəki
«gedirəm» ingilis dilinə “I am going” kimi tərcümə olunmalıdır. Onu da qeyd etmək lazımdır
ki, göstərilən cümlə formasında ingilis dilində hərəkət indiki davamedici zamanda baş verir.
Yəni getmək fəaliyyəti danışıq zamanında baş verir. Azərbaycan dilində «gedirəm» demək
hərəkətin danışıq anında mütləq baş verməsini nəzərdə tutmur. Ona görə də kontekstdən asılı
olaraq «gedirəm» cümləsi ingilis dilinə “I am going” kimi və ya “I go” tərcümə oluna bilər.
«Google»-də avtomatik tərcümə zamanı “I go” cümləsi «Mən getmək» qarşılığı ilə verilir ki,
bu da tərcümə proqramının qüsurlu olması ilə bağlıdır.
Ümumiyyətlə, dildəki sözlərin bir-biri ilə ardıcıl işlənərək birləşmələr yaratması onlar
arasında sintaktik əlaqələrdən asılıdır. Azərbaycan dilində yanaşma, idarə və uzlaşma əlaqə
tipləri vardır. Bundan əlavə, sözlərin bir-biri ilə distribusiyasında da müəyyən qanunauyğun-
luqlar vardır. Qrammatik baxımdan hər bir sözün digərinə yanaşması mümkündür. Lakin belə
yanaşmalar həmişə semantik cəhətdən düzgün məna yaratmır. Məsələn, kitab hasar, çiyələk
hasar, daş hasar, kərpic hasar birləşmələrindən hər hansı birində semantika nəzərə alınmadıq-
da qrammatik baxımdan birləşmə düzgündür. Çiyələk, kitab alma və s. hasar üçün material
rolunu oynamadığı üçün semantik anlaşmazlıq əmələ gəlir. Doğrudur, dilin imkanları genişdir.
Situasiyadan asılı olaraq belə birləşmələrin nitqdə istifadə edilməsi hadisəsi ilə üzləşmək olur.
Avtomatik semantik təhlil zamanı sözlərin bir-biri ilə birləşməsi, əlaqələnməsinin se-
mantik xüsusiyyətləri təyin edilir, həmin təhlil əsasında elə bir alqoritm tərtib olunur ki, kom-
püter semantik incəlikləri nəzərə ala bilsin. Maşın tərcüməsi zamanı «kitab mağazası» morfo-
loji, semantik və sintaktik təhlil prosesində söz birləşməsi kimi qəbul edilərək ifadə etdiyi
mənasına uyğun qarşılığı ilə əvəz olunur. Maşının leksik blokunda da «kitab mağazası» və
onun qarşılığı olan «bookshop» avtomatik lüğətə daxil edilməlidir. Ingilis dilində mürəkkəb
söz leksik vahiddir və dilin leksik vahidi olaraq avtomatik lüğətə daxil edilir. Azərbaycan
dilində isə iki sözdən ibarət olan «kitab mağazası» ikinci növ təyini söz birləşməsidir. Birləş-
mə dilin lüğət fondunun və ya leksik sisteminin vahidi sayılmır. Ona görə də onun avtomatik
lüğətə daxil edilib-edilməməsi qabaqcadan müəyyənləşdirilməlidir. Bu isə semantik inventar-
laşdırma problemidir. Semantik inventarlaşdırma iki istiqamətdə aparılır: 1) leksik-semantik
səviyyələrdə inventarlaşdırma; 2) morfo-semantik səviyyədə inventarlaşdırma.
Semantik inventarlaşdırma prosesində morfemlərin müəyyən birləşmələrinin tezaurusları
tərtib olunur. Bu cür tezauruslar avtomatik tərcümədə semantika ilə bağlı bir sıra çətinlikləri
aradan qaldırmağa kömək edir. Lakin semantik təhlilin dəqiqliyini tam şəkildə bununla əldə
etmək mümkün deyildir.
Avtomatik tərcümədə ən çətin və mürəkkəb sahələrdən biri semantik təhlillə bağlıdır.
Semantik təhlilin təkmilləşdirilməsi avtomatik tərcümənin keyfiyyətinin yaxşılaşmasına səbəb
olur. Semantik təhlilin müasir mərhələdə birinci növbədə həllini gözləyən iki məsələsi qarşıya
çıxır. Fikrimizcə, bunlardan birincisi çoxmənalılığı, digəri isə fərqli səciyyəli omonimliyi ara-
dan qaldırmaqdır.