Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə76/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   72   73   74   75   76   77   78   79   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

921



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVÜN TƏRKİB KOMPONENTLƏRİ 

ARASINDA SEMANTİK ƏLAQƏ-ZAMAN ƏLAQƏSİ 

 

Jalə XƏLİLLİ 

Bakı Slavyan Universiteti 



Xelillij@mail.ru 

AZƏRBAYCAN 



 

Həm sadə, həm də mürəkkəb sintaktik bütövün komponentləri arasında zaman, ardıcıl-

lıq, aydınlaşdırma, qarşılaşdırma və səbəb-nəticə əlaqəsi vardır. Bu məna əlaqələri formal əla-

qələrlə sıx bağlıdır. Bundan başqa məna əlaqələrindən yalnız biri digərlərindən təcrid olunmuş 

şəkildə mətndə öz əksini tapmır, bir neçə məna əlaqəsi qarşılıqlı münasibətdə mətndə reallaşa 

bilər. Mətnin komponentləri arasındakı  ən mühüm əlaqə tiplərindən biri eynizamanlılıq 

əlaqəsidir. Belə  əlaqəni tabesiz mürəkkəb cümlələrdəki zaman əlaqəsinə  bənzətmək olar. 

Lakin mətn bir neçə cumlədən ibarət olduğu üçün komponent genişliyi ilə fərqlənir. Mətnin 

kompnentlərində təsvir edilən hadisələrin eyni zamanda  əks olunması eynizamanlılıq yaradır. 

Zaman  əlaqəsi makro və mikro mətnin özünəməxsusluğunu təmin edir. Hər hansı bir bədii 

əsərdə hadisələr təsvir edilərkən mütləq şəkildə hadisələrin baş verdiyi məkan və zaman öz 

əksini tapmalıdır. Bu yalnız tarixi romanlarda deyil, bütün bədii  əsərlərə xasdır. Beləliklə 

mətnin bütünlüyünü göstərən faktorlardan biri də zamandır. “Kitabi-Dədə Qorqud” dastanın 

götürsək burada müəyyən zaman öz əksini tapmış və həmin zamana məxsus insanların məişəti 

əks olunmuşdur. Bu dastanın tərkibində də keçmiş, indiki və  gələcək zaman əlaqəsi vardır. 

Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. Xatunu hamilə oldı. Bir neçə müd-

dətdən sonra bir oğlan toğurdu. Oğlancuğını dayələrə verdi, saqlatdı.  

Burada təsvir olunan hadisələr müasir oxucu üçün  keçmiş zamandır, lakin bu parçada 

hadisələrin baş verməsi ardıcıl şəkildə olmuş və müxtəlif zamanları əks etdirir. Beləliklə müa-

sir oxucu üçün  hadisələrin təsvir edildiyi zaman eyni, yeni keçmişdə, lakin mətnin daxilinə 

nəzər saldıqda üç zamanın əks olunduğunu görərik. 

 

    



K.Abdullayevin fikrincə eyni zamanlılıq münasibəti sanki, informasiya qəbulu zamanı 

ayrı-ayrı komponentlərin özü ilə gətirməli olduğu xətti səciyyəni inkar edir. Belə bir informatı 

quruluş da adressat tərəfindən tam, bütöv şəkildə qəbul edilir: 

 

 



Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün müxnətlər sapa yer gözətdi. Ol gün bir 

qiyamət savaş oldı, meydan tolu baş oldı; başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar 

yügürdi, nalı düşdi. Ala-ala göndərlər süsləndi. Qapa polat üz qılıclar çalındı, yılmağı düşdi. 

Üç yeləkli qayın oqlar atıldı, dımrəni düşdi. Qiyamətin bir güni ol gün oldı. Bəg nökərindən 

nökər bəgindən ayrıldı. 

 

 



 

 

 



 

 

 



 

Verilmiş nümunədə hadisələr eynizamanlıdır Eyni zamanda deyilərkən bir məsələni 

qarışdırmaq lazım deyildir. Ardıcıllıq məna əlaqəsində də hadisələr eyni zamanda baş verir, 

lakin burada hadisələr ardıcıl şəkildə olur.   



Basat qaqıb yerindən turı gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdi. Dəpəgözün 

kəndü qılıncilə boynını urdı. Dəldi, yay girişinə taqdı. Süriyə-süriyə mağara qapısına gəldi. 

Bunlı qoca ilə Yapaqlu qocayı  Oğuza muştçı göndərdi. Ağ boz atlar binubən yortdışdılar. 

Qalın Oğuz ellərinə xəbər gəldi.  

Bu misalda mətnin hər bir  komponenti ayrı situasiyanı əks etdirir və bu hadisələrin icrası 

bir-birindən sonra olur. Burada heç bir formal əlaqədən istifadə olunmamışdır. Lakin, fikrin tam 

aydın olması üçün “sonra” sözü əlavə edilsə ardıcıllıq əlaqəsinin mahiyyəti tam aydın olar.  



Oğuz zamanında, Uşun qoca deərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının 

adı  Əkrək idi. Bahadır dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-

gəlürdi. Bəglərbəgi olan Qazan divanındabuna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan 

ögində oturardı. Kimsəyə iltifat eyləməzdi.    

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

922



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Gətirilən misalda eynizamanlılıq münasibəti vardır və heç bir əlavə göstərici olmadan 

mətn bütövləşir.  

Eynizamanlılıq münasibəti formal şəkildə “və” bağlayıcısı vasitəsilə qabardıla bilər. Be-

ləki, bağlayıcı istifadə olunarkən özündən əvvəlki və özündən sonrakı komponentlər arasında 

eynizamanlılıq münasibətini gücləndirir.  

Lakin, bunu “Kitabi-Dədə Qorqud” dastanında müşahidə etmək olmaz. Bu da bağlayıcı-

ların dilin inkişafının  sonrakı mərhələsinə aid olması ilə bağlıdır. 

 

   


Qeyd etdiyimiz kimi mətnin komponenetləri arasında yalnız bir əlaqə deyil bir neçə 

əlaqə qarşılıqlı münasibətdə olur. Bir  mətndə bir nəçə məna əlaqəsi olur və mətndə yalnız bir 

əlaqənin sona qədər müşahidəsi əsas deyildir.  

 

 

İNVERSİYA – MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVLƏRDƏ                  

FORMAL ƏLAQƏ VASİTƏSİ KİMİ 

 

Günay ƏLİYEVA  

Bakı Slavyan Universiteti 



gunay.eliyeva89@inbox.ru 

AZƏRBAYCAN 

 

Mətn sintaksisi sintaktik vahidlərin mikromətndə və ya mürəkkəb sintaktik bütövlərdə 



ardıcıl və bir-birinə bağlı olaraq sıralanmasına görə müəyyənləşir. Ümumtürk mətnlərdə in-

versiya hadisəsi sadə  və mürəkkəb cümlələrlə yanaşı, həm də  mətn və mürəkkəb sintaktik 

bütövlərdə komponentlərin normal yerlərinin dəyişməsi və ya tərsinə sıralanması ilə müşahidə 

olunur.  İnversiya ümumtürk mətnində sintaktik paralellər, parselyatikləşmə, kalambur (söz 

oyunu) və s. dil-nitq vasitəıəri kimi assimetrik-sintaktik bir hadisə olaraq dəyərləndirilir. K. 

Abdullayev inversiya haqqında qeyd edir: “Mətndə  əlaqə vasitəsi rolunu oynayan inversiya 

söz sırasının elə dəyişməsini həyata keçirir ki, burada müəyyən ümumi üzv bütün mətnin əv-

vəlində deyil, mətn komponentlərinin arasında işlənir. Burada əsas məqsəd o olur ki, ümumi 

üzvün orta mövqedə işlənməsi ilə, yəni həm özündən əvvəki, həm də özündən sonrakı kompo-

nentlərə aid olmaları ilə bu komponentlərin bir-birinə daha möhkəm bağlanması əldə edilsin”. 

Söz sırasının pozulması hadisəsinin yəni inversiyanı əksinə sintaktik paralelizm kimi nəzər-

dən keçirən İ.Qalperin burada xiazm üsulundan istifadə edildiyini qeyd edir. O, bu üslubu in-

formasiyanın ənənəvi səbəb-nəticə münasibətləri əsasında qurulan sintaktik düzümün əks isti-

qamətdə yerləşdirilməsi ilə bağlı artıq nəticədən-səbəbə doğru yönəlməsi kimi səciyyələndirir. 

“Kitabi-Dədə Qorqud” dastanında gətirdiyimiz nümunəyə baxaq: 

 

 



 

 

 



Nə qaqırsan bana, ağam 

Qazan? 

    

   Yoxsa 

köksündə yoqmıdır iman?  

 

 



 Nümunədən də göründüyü kimi, hər iki misrada da xəbər inversiyaya uğramışdır.Bu 

xəbər qrupları sözügedən mikromətndə misraların ritmik-qafiyələnmə sıralanmasının tələbinə 

uyğun olaraq inversiyaya uğrayır.    

 

 



 

 

 



 

 Q.Kazımovun fikrincə, inversiya nəticəsində sintaktik bütövün çıxış nöqtəsini təşkil 

edən giriş cümləsi ilə nüvəsini təşkil edən yekun cümləsi öz yerlərini dəyişə bilir, nəticədə bi-

rinci haldan – normal sıradan, obyektiv sıradan fərqli olaraq, subyektiv sıra yaranır. Beləliklə

normal söz sırası ilə yanaşı, bədii əsərlərdə emosional söz sırasından da istifadə edilir. 

Yenə də “Kitabi-Dədə Qorqud” dastanına müraciət edək:: 

   

 

 



 

 

Çoban aydır:   



 

 

 

 

 

    Qonur 

atın 

vergil 

mana, 

    

 

 

 

 

Altmış tutam göndərüni vergil mana.  

 

 

    Ap-alaca 

qalqanını 

vergil 

mana. 

   


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə