III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
917
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
tanı seçdik. Şeytanı da Allah yaradıb, lakin onun ruhu qara çirkabdan yoğrulmuşdur, bütün
eybəcərliklərin və günahların qapısı ondadır. Deməli, dünyadakı bütün eybəcərliklərin və gü-
nahların baiskarı elə iblisin özüdür. Lakin bir şeyi unuduruq ki, bu iblisin qəlbimizə bu qədər
nüfuz etməsinə bais olan yeganə cəhət elə öz zəifliyimizdir:
İblis nədir?-
Cümlə xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir?-
İblis!..
(H. Cavid – “İblis”)
AZƏRBAYCAN “YENİ NƏSRİ”NİN FORMALAŞMASI
Nizami HÜSEYNOV
nizaaa@mail.ru
AZƏRBAYCAN
60-90-cı illərdə bədii nəsr əsrin birinci yarısına nəzərən daha sürətlə inkişaf etmişdir.
Həmin tərəqqini və inkişafı şərtləndirən bir neçə mühüm amil vardır. Belə ki, bu illərdə
müasir Azərbaycan nəsrinin artıq dünya miqyasında tanınmış, bədii söz xəzinəmizə bir sıra
gözəl monumental, epik əsərlər, roman-epopeyalar, dilogiyalar, tetralogiyalar vermiş, ağsaqqal
ədiblərimiz, ədəbiyyatımızın patriarxları, “uzaq vuran artilleriyaları” (S.Vurğun) olmuşlarsa,
başqa bir nəsil isə - o dövrdə ədəbiyyata gələn odlu-alovlu gənclər, romantik təbiətli qələm sa-
hibləri öz sözü, öz üslubu, dəst-xətti yazı manerası artıq püxtələşməkdə olan söz və sənət
təşnələri coşqun fəaliyyət göstərmişlər. Ona görə də sözü gedən dövrdə bədii nəsrimiz onların
ədəbi axtarışları nəticəsində xeyli zənginləşmiş, demək olar ki, epik növün istisnasız olaraq,
bütün janrları dinamik inkişaf yolu keçmişdir.
Azərbaycan ədəbiyyatında, o cümlədən nəsrində bədii gerçəkliyin yeniləşməsi və bir
mərhələ xüsusiyyəti kəsb edib vicdana, milli oyanışa, şüura və milli mentalitetə xidmət etməsi
missiyası da keçən əsrin 60-cı illərində yeni nəfəs almış, növbəti dəfə təcəssüm tapmışdır.
Əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir
Çəmənzəminli kimi sənətkarların formalaşdırdığı bədii ədəbiyyatı 60-cı illərdə ədəbiyyata
gələn nasirlər nəsli – Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, Maqsud İbrahimbəyov,
Rüstəm İbrahimbəyov, İsi Məlikzadə, Sabir Azəri və başqaları daha da əlvanlaşdırdılar. Mirzə
Cəlilin “Vətən! Vətən! Vətən! Millət! Millət! Millət! Dil! Dil! Dil!”məramını yeni şəraitdə
daha ucadan səsləndirən bu yazıçılar sovet rejiminin ideoloji prinsiplərini pozaraq insana
məhəbbətin, haqqa, həqiqətə sədaqətin yeni nümunələrini yaratdılar.
Sonrakı mərhələdə bu nəslin işığı altında ədəbiyyata başqa nasirlər – nisbətən gənc
yazıçılar gəldilər: Mövlud Süleymanlı, Məmməd Oruc, Azər Abdulla, Vaqif Nəsib, Baba
Vəziroğlu, Afaq Məsud, daha sonralar Firuz Mustafa, Aqil Abbas, Mustafa Çəmənli, Saday
Budaqlı, nəhayət, Orxan Fikrətoğlu, Səfər Alışarlı, Elçin Hüseynbəyli, Mənzər Niyarlı, Rəşad
Məcid, Yaşar, Eyvaz Əlləzoğlu və neçə-neçə başqaları. Bu yazıçıların çoxu, xüsusilə bu gün
nəsrimizin ağsaqqalları səviyyəsinə yüksəlmiş Anar, Əkrəm Əylisli, Maqsud İbrahimbəyov,
Elçin, Rüstəm İbrahimbəyov kimi nasirlər ədəbiyyata sovet dövründə gəlmiş, əsərlərinin
çoxunu cəmiyyətdə yasaqların, ideoloji qadağaların mövcud olduğu dövrdə yazmışdılar. Buna
baxmayaraq, onların yaradıcılığı ənənəvi “sovet ədəbiyyatı” deyildi. Tənqidçi Yaşar Qarayev
bu məsələni doğru qeyd edir: “”Mövcud total rejimi “dünyada ən azad rejim” kimi vəsf və
tərənnüm edən külli miqdarda “bədii” məhsul meydana çıxsa da, ədəbi iqlimi və mövsümü
müəyyən edən artıq onlar deyildi, ideoloji bir ərazi kimi “sosialist realizmi”nin bədii təcrübə-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
918
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sindən və nəzəri-estetik təlimindən çox-çox kənara çıxan əsərlər yaranırdı. Onlara artıq sözün
ənənəvi mənasında xalis “Sovet ədəbiyyatı” və “sosialist realizmi” hadisəsi demək heç
olmasa, yalnız ona görə mümkün deyildi ki, artıq bu yaradıcılıq metodunun iki mütləq meto-
doloji prinsipi təkzib və inkar olunurdu: gerçəkliyin mütləq pozitiv pafosu və total sinfilik,
partiyalılıq stereotipi”.
İnsana və həyata yeni baxış, şəxsiyyətə, onun psixoloji dünyasına daha həssas münasi-
bət, humanist idealın güclənməsi, həyat ziddiyyətlərinin, ictimai problemlərin təsvirdə daha
çox mənəvi-əxlaqi aləmə keçməsi, insan - mühit, cəmiyyət - fərd arasındakı əlaqələri çox za-
man daxili-psixoloji müstəvidə göstərmək bu nəsrin görünən keyfiyyətləridi. Bu proses təkcə
yeni nəsrin banilərinin deyil, onlardan sonra gələn nəslin də povest və hekayələrində aydın
duyulur. Lakin XX əsrin sonlarında rejimin və nəticədə cəmiyyətin dəyişməsi ədəbiyyatın da
inkişafına yeni istiqamət verdi: mövcud təcrübəyə yeni inikas üsulları, “köhnə” nəsrdən fərqli
bədii təsvir formalarının gətirilməsi tələb olundu. Bu tələblərə ilk sənətkar cavabı verənlər,
bunu öz bədii yaradıcılıqlarında əks etdirənlər də elə yeni nəsrin baniləri və onların davam-
çıları oldular. Anarın “Otel otağı”, “Vahimə”, “Qırmızı limuzin”, Elçinin “Qırmızı qərənfil”,
“Sarı gəlin”, Əkrəm Əylislinin “Ətirşah masam”, Məmməd Orucun “Susuz gölün sonası”,
“Ağ qarğa”, habelə Mövlud Süleymanlı, Baba Vəziroğlu, Mənzər Niyarlı, Afaq Məsud kimi
XX əsrin 60-cı illərindən sonrakı Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazı-
çıların əsərləri yarandı.
70-80-Cİ İLLƏR AZƏRBAYCAN HEKAYƏSİNƏ TƏNQİDİ BAXIŞLAR
Nizami HÜSEYNOV
nizaaa@mail.ru
AZƏRBAYCAN
Yеni mərhələdə Аzərbаycаn nəsrini əsasən üç jаnr təmsil еdir. Hеkаyə, pоvеst və
rоmаn. Povest və romandan fərqli оlаrаq hеkаyə nəsrin хırdа jаnrı hеsаb еdilir
və оnа münа-
sibətdəki ziddiyyətlər də öz mənbəyini burdаn götürür. Bəzən bu xırda janr qeyri-peşəkar
ədəbiyyat hesab olunur, bir çox müəlliflərin də yaradıcılığa hekayə ilə başlayıb, sonrakı mər-
hələdə povest və roman yaradıcılığına keçməsi də bu fikrin meydana çıxmasına səbəb olur.
Bu fikir bir-iki müəlliflə yox, demək olar ki, bütün nəsr ədəbiyyatı nümayəndələrinin
yaradıcılığı ilə öz təsdiqini tapır. Hekayə janrı, əslində, heç də “rahat” yaradıcılıq istiqaməti
deyil, əksinə, povest və romanlardan fərqli olaraq, yığcam nümunədə, daha az obrazın iştirakı
ilə və çox qısa müddəti əhatə edən hadisələr fonunda oxucuya yüksək səviyyədə çatdırmaq
müəllifdən yüksək ustalıq tələb edir.
70-ci illərdə Аzərbаycаn hеkаyəsinin inkişаf mеyllərindən dаnışаrkən Еlçin “pоvеstin
аnаlitik təbiətindən, rоmаnın sintеtik mаhiyyətindən çох “dаnışıldığını”, hеkаyənin həyаtı əks
еtdirən bir “dаmcı kimi” qiymətləndirilməsini еlmi mеtоdоlоgiyа bахımındаn nаqis sаyır və
qеyd еdir ki, pоvеst kimi “rоmаndа və hеkаyədə də аnаlitik əsаs vаcibdir. Sintеtik mаhiyyət
еyni dərəcədə pоvеst və hеkаyəyə də aiddir. Hеkаyənin dаmlа ilə müqаyisə еdilməsi fikri öz
bаşlаnğıcını məşhur qırğız yаzıçısı Ç.Аytmаtоvdаn götürür. Lаkin Ç.Аytmаtоv bu
müqаyisəni аpаrаrkən jаnrın imkаnlаrının məhdudluğunu yох, həyаt mürəkkəbliklərini
rəngаrəng bədii bоyаlаrlа ifаdə imkаnlаrındаkı özünəməхsusluğunu nəzərdə tutmuşdur. Оnun
bu jаnrı “dövrün mоzаikаsı” аdlаndırmаsı dа fikrimizi sübut еdir. Hеkаyəni dаmlа ilə
müqаyisə еtmək оlаr. Lаkin bu dаmlаlаrsız оkеаn оlа bilməz. Mənim fikrimcə, hеkаyə dövrün
mоzаikаsıdır. Mоzаikа isə, məlum оlduğu kimi, хırdа və zəif hissəciklərdən ibаrət оlur.
“Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” adlı kitabında ədəbiyyatşünas Təyyar
Salamoğlu müasir Azərbaycan nəsrinin istiqamətlərini qeyd etmiş, hekayəçiliyin təşəkkül və