III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
933
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Şeiri oxunanda bu Nizaminin
Özü də hər sözdə görünər,yəqin
Gizlənib özünü verməzmi nişan
Sənə hər beytində bir sirr danışan
Yüz il sonra sorsan bəs o, hardadır?
Hər beyti səslənər burda,burdadır.
Bu istiqamətdən yanaşdıqda görürük ki, Nizami Gəncəvini ölməz edən onun yazdığı
əsərlərdirsə, digər tərəfdən də Nizami Gəncəvini yaşadan onun haqqında yazılan, ona həsr
olunan elmi və bədii əsərlərdir.
Ümumiyyətlə dünya və Azərbaycan ədəbiyyatı tarixinə nəzər salsaq görərik ki, elə bir
sənətkar yoxdur ki, Nizami Gəncəvi obrazı qədər bədii əsərlərdə təsvir və tərənnüm olunsun.
Azərbaycan ədəbiyyatı tarixinin demək olar ki, bütün dövrlərində Nizami Gəncəvi bir çox şair
və yazıçılarımızın əsərlərində baş qəhrəman seçilmiş və dahi mütəfəkkirimizin ölməz obrazı
bədii cəhətdən əks olunmuşdur.
Bu məqamda sual meydana çıxır. Hansı səbəbdən şairlərimiz, nasirlərimiz və dramat-
ruqlarımız Nizami Gəncəvi obrazına bu qədər müraciət etmişlər? Əlbəttə səbəblər çoxşaxəli-
dir, onların bəzilərinə diqqətimizi yönəldəcəyik.
Belə ki, M.Y.Mar yaır "Bəşəriyyət tarixində və bütün dünyada hələ indiyə qədər Niza-
miyə bərabər başqa bir şair yaranmamışdır”. M.Y.Marın dahi şairimiz haqqında söylədiyi bu
fikirlər Nizami Gəncəvi sorağında olan ədiblərin onun obrazına müraciətlərinin başlıca qayə-
lərindən birini təşkil edir. Yəni hər bir sənətkar yazdığı əsərdə qarşısına məqsəd qoyur ki, əsəri
uzunömürlü və bütün dövrlərin əsəri olsun.Buna görə də Nizami Gəncəvinin dünya şöhrətini
və qüdrətini nəzərə alan hər bir sənətkar ölməz dahimizin obrazı vasitəsilə yazdığı əsərə əbə-
dilik qazandırırmışlar.
Nizami Gəncəvi obrazına müraciətin başqa bir səbəi isə yazıçının demək istədiklərini
kamil bir insanın dili ilə demək istəməsidir. Hələ XV əsrdə yaşamış məşhur təzkirəçi Dövlət
şah Səmərqəndinin “Nizaminin fəzl və kamalda böyüklüyü o dərəcədədir ki, təhrirdən qələm
və təqrirdən dil acizdir. Onun sözündə şirinlik,məlahət və gözəllik vardır. Odur ki, kamal sa-
hibləri onu sevirlər.” fikri Nizami Gəncəvi surətini əsərlərində canlandıran sənətkarlara dahi
şairimizin sözündəki şirinlik, məlahət və gözəllikdən istifadə edərək oxucuya çatdırmaq istə-
dikləri yüksək fikirləri Nizami Gəncəvi obrazı vasitəsilə daha canlı və təsirli çatdırmalarına
imkan yaratmışdır.
Azərbaycan ədəbiyyatı tarixində Nizami Gəncəvi obrazının mövcud olduğu bədii əsər-
lərə nəzər saldıqda bu əsərlərin hər üç ədəbi növdə olduğunun şahidi oluruq.Yəni Nizami
Gəncəvi obrazı poeziyamızda şairlərimizin, nəsrimizdə nasirlərimizin, dramaturgiyamızda isə
dramatruqlarımızın hər zaman maraq dairəsində olmuşdur.
XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNDƏ XALQ ŞEİRİ ƏNƏNƏLƏRİ
Töhfə ƏMRAHLI
Azərbaycan Milli Elmlər Akademiyası,
Nizami adına Ədəbiyyat İnstitutu
emrahli_1987@mail.ru
AZƏRBAYCAN
XIX əsrdə Qarabağ ədəbi mühitində aşıq poeziyasının təsiri ilə yazılı ədəbiyyatda nəin-
ki aşıq şeiri ədəbi cərəyan kimi inkişaf edir, həm də Şərq ədəbiyyatı ənənələri (klassik üslub)
da aparıcı rol oynayırdı.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
934
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Türk şeir ənənəsinin Əhməd Yasəvidən, Yunis Əmrədən başlanan yolu Şah İsmayıl,
Qurbani yaradıcılığında yeni dəyərlər qazanaraq XVIII əsrdə Qarabağ ədəbi mühitində yeni
bir mərhələ kimi formalaşır. XIX əsrdə Qarabağ ədəbi mühitində Molla Pənah Vaqifin bu mü-
hitdəki yaradıcı fəaliyyəti ədəbi prosesə fəal təsir göstərirdi.
Yazılı ədəbiyyatda aşıq şeirinin, əsasən, iki mənbəyi var: şifahi xalq ədəbiyyatı və klas-
sik ədəbiyyat. Aşıq şeiri tərzində yazan şairlərin arasında farsca yazan şairlərə də rast gəlmək
mümkündür. Bu şairlər klassik dövrün Firdovsi, Xəyyam, Nizami, Füzuli, Sədi, Xaqani, Hafiz
kimi poeziya nəhəglərinin əsərlərinə də bələd idilər.
Sözügedən dövrdə xalq aşıqlarının qoşmalarında rast gəlinən ərəb və fars sözləri əslində
Azərbaycan dilinə keçib vətəndaşlıq hüququ qazanmış sözlər idi. Firdovsi, Hafiz, Nizami və
Füzuli kimi klassiklərdən gələn təsirlər şifahi tərzdə keçən şeirlərdə özünü daha çox göstərir-
di. Beləliklə, aparılan tədqiqatlardan da aydın olur ki, aşıq poeziyası ilə klassik poeziya ara-
sında qarşılıqlı əlaqə olmuşdur.
Bu səbəbə görə bəzən aşıq poeziyasını şifahi tərzini klassik ədəbiyyatla xalq ədəbiyyatı
arasında körpü də hesab edirlər.
Yazılı ədəbiyyatda yazılan şeirlərdə daha çox məhəbbət və gözəlin vəsfi mövzusu apa-
rıcı yer tutur. Məhəbbət mövzusunda yazılan şeirlərdə, əsasən, aşiqin öz sevgilisinə bəslədiyi
təmiz, səmimi hisslər tərənnüm olunur. Bu sevgi ilahi eşqdən tamam uzaqdır. Aşiq öz sevgi-
lisinin vəfasızlığından, rəhmsizliyindən ona çəkdirdiyi həsrət acısından şikayətlənir. Ancaq
çəkdiyi bu cəfalardan yorulmayan aşiq bir gün vüsala qovuşub arzusuna çatacağı günün ümidi
ilə də yaşayır.
XIX əsrin Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələri Qasım bəy Zakir, Baba
bəy Şakir, Məhəmməd bəy Aşiq, Ağabəyim ağa Ağabacı, Mirzə Həsən Mirzə, Aşıq Pəri, Mir-
zəcan Mədətov hesab olunur. Bu şairlərdən Məhəmməd bəy Aşiq, Baba bəy Şakir, Qasım bəy
Zakir və Ağabəyim ağa öz yaradıcılıq fəaliyyətlərinə Vaqifin sağlığında başlamışlar və çox
ehtimal olunur ki, hətta onun özü ilə də şəxsən əyani tanış olmuşdular.
XIX əsr ədəbi mühiti birinci mərhələdə Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Aşıq
Pəri, Mirzə Həsən Mirzə ilə sərhədlənir. Bu sənətkarların bir-biri ilə olan yazışmaları ədəbi
mühitə xüsusi fəallıq gətirir, XIX əsrdə Qarabağ ədəbi mühitinin yaradıcılıq imkanlarını ge-
nişləndirir.
Sözügedən dövrdə Qarabağın iki qadın şairəsi Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağa-
bacı ləqəbi ilə şeirlər yazan Ağabəyim ağa, digəri isə Aşıq Pərinin yaradıcılığı xüsusi diqqət
cəlb edir.
Qasım bəy Zakirin də yaradıcılığı XIX əsrdə Qarabağ ədəbi mühitində həmin dövrdə
daha çox nəzərə çarpır. Məhz bu səbəbdən ədəbiyyatşünas tənqidçi F.Köçərli Sədini farsların,
A.S.Puşkini rusların, Q. Zakiri isə Azərbaycan türklərinin kamil ustadı olduğunu haqlı olaraq
vurğulamışdır.
Əsrin birinci yarısında xalq aşıq poeziyasından başlanan inkişaf özünü əsrin ikinci yarı-
sında davam etdirmişdir. Bu dövrdə aşıq şeiri tərzində yazan şairlərdən biri də Məşədi Əyyub
Bakidir. “Məclisi-fəramuşan”ın fəal üzvlərindən olan Baki Şərq poeziyasına dərindən bələd
olmuş, saf, təmiz məhəbbəti tərənnüm edən qəzəlləri ilə yanaşı, ana dilində, heca vəznində
yazdığı bayatı və rübailərin, şikəstələrin də müəllifidir.
“Məclisi-fəramuşan”ın fəal üzvlərindən biri olan, sufiyanə həyat tərzi keçirən Mirzə
Fətəli Axundovun yaxın müasiri, canlı dostluq əlaqəsi yaratmış Mirzə Məhəmməd Katibin də
yaradıcılığında xalq şeiri üslubunda yazdığı nümunələrə rast gəlinir. Onun yazdığı qoşmaları-
nın dili sadəliyi, səlisliyi ilə qəzəllərindən fərqlənir.
Beləliklə, XIX əsr şairlərinin yaradıcılıqlarında, xüsusilə, Aşıq Pəri, Cəfərqulu xan Nə-
va, Məhəmməd bəy Aşiq, Mirzə Həsənin yazdığı qoşmalarda XVIII əsrin söz ustadlarından
olan Molla Pənah Vaqif, Aşıq Valehin təsiri açıq şəkildə duyulmaqdadır. XIX əsr şairlərinin