III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
939
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Asiya, Əfqanıstan və Türkistana qədər məsafəni əhatə edirdi. Lakin Qərbi türk xaqanlığı bu
dövləti məğlub etdikdən sonra abdalllar digər ölkələrə köçmüşlər. Nəticədə adlarını qeyd
etdiyimiz digər ölkələrdə də bu tayfanın adlarıyla bağlı yaşayış məntəqələrinə rast gələ bili-
rik. Azərbaycanda da təsadüf olunan bu toponimlər həmin tayfanın adından götürülmüşdür.
Qarabağ düzündə də XVI əsrdə , təxminən 1588 –ci ildə Həsən Abdallı tayfasının yaşadığı
barədə də məlumat var.“Allahın buyurmağı, peyğəmbərin çağırmağı ilə məni ağalar ağası
Xızır peyğəmbər sizin mahalda Abdal-Gülablı Aşıq Valehin oğlu Talehə buta verib. (“Taleh
və Həqiqət” dastanı)
Daha bir maraqlı məlumata əsasən isə vaxtilə Cənub Şərqi Avropada yaşayan bulqar-
ların da abdal adlı tayfasının mövcudluğudur. Onu da qeyd edək ki, bu tayfanın adı bir çox
tarixi hadisələrlə əlaqədar olaraq müxtəlif mənalarda işlənmişdir. Bəzi tədqiqatçılar bu et-
notoponimi “Ağ hun” adlandırmışlar. Xüsusliə, XVI əsrin ortalarında abdal sözü “kütbeyin,
fərasətsiz, sərsəri” şəklində mənalandırılmışdır ki, Türkiyə türkcəsində abdal sözündə b-p,
d-t əvəzlənməsi ilə bu məna hələ də işlənməkdədir.
“Abdal” adı ilə bağlı lüğətdə bu cür izah da var:”Ərəb dilindən keçmiş bu söz bir neçə
mənaya malikdir: xeyirxah, müqəddəs, peyğəmbərin yaxın qohumları, sərsəri, dərviş, qul və s.
Bunlardan “sərsəri” sözü ad üçün yaramır, çünki heç bir iş görməyən, orda- burda veyillənən
adamlarla bağlı işlədilir. “Qul” isə Azərbaycan dilində ad kimi yalnız mənsubiyyət şəkilçisi
qəbul edərək (məsələn, Allahqulu, Tanrıqulu) işlədilir. Deməli, “Abdal” adının mənası
“müqəddəs”,” xeyirxah”,” dərviş” mənalarına daha uyğun gəlir”.
Şamikən köçəni səhər görmüşəm,
Neçə zülüm, neçə qəhər görmüşəm,
Neçə diyar, neçə şəhər görmüşəm,
Abdal Alı biyabanlar keçibdi.
AZƏRBAYCAN DİLİNİN KƏLBƏCƏR ŞİVƏSİNİ
SƏCİYYƏLƏNDİRƏN SÖZLƏR
Şəlalə CAMALOVA
Gəncə Dövlət Universiteti
camalova32@box.az
AZƏRBAYCAN
Azərbaycan dilinin qərb ləhcəsinə daxil olan Kəlbəcər şivəsi dilimizin tədqiq edilməmiş
şivələri sırasındadır. Azərbaycanın görkəmli dialektoloqları müəyyən regionlarımızın şivələrini
(M.Şirəliyev Bakı dialekti, R.Rüstəmov Quba dialekti, T.Hacıyev Cəbrayıl şivəsi,
M.Məmmədov Təbriz dialekti və s.) hərtərəfli araşdıraraq dilçilik aləminə qazandırmışlar. Bu
gün gənc tədqiqatçılar həmin materiallardan rahatlıqla istifadə edir, onları digər oğuz qrupu
dilləri və onların şivələri ilə müqayisəyə cəlb edərək türkologiyaya yeni-yeni töhfələr bəxş
edirlər.
M.Şirəliyevin Azərbaycan dilinin dialektlərinə verdiyi təsnifatda Kəlbəcər şivəsinin adı
çəkilməmişdir. E.Əzizovun təsnifatında isə Kəlbəcər şivəsi qərb ləhcəsinə (orta ləhcə) aid
edilmişdir. Müəllif qərb ləhcəsini üç şivə qrupuna bölür və üçüncü qrupda ayrım şivəsinin
Daşkəsən, Gədəbəy, Kəlbəcər rayonlarında yayıldığını qeyd edir.
Azərbaycan dili şivələrinin lüğət tərkibi kimi Kəlbəcər şivəsinin leksikası da qədim və
zəngindir. Kəlbəcər şivəsinin leksikasının əsasını qədim türk leksik təbəqəsi təşkil edir. Həmin
şivədə geniş işlədilən bir neçə leksik vahidi nəzərdən keçirmək istərdik. Qeyd edək ki, bu
sözlərin heç biri “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə verilməmişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
940
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Alıq – atın ,öküzün və başqa yük heyvanlarının belinə çəkilən çul , keçə. Məs.: - Alığı
atın belinə qoy ot pencəsini gətirək .
Ağıl – yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer. Məs.:-Ağılın
qapısını bağla qoyunnar çıxmasın.
Axtarma – qoyun dərisinə yığılmış pendir. Məs.:- Axtarma gətir isdi çörəynən yeyək.
Buxarı – divarın içində düzəldilmiş ocaq yeri. Məs.:- Buxarıda qoyun quyruğunnan
kömmə bişir,gözdə yanmasın.
Bədənçə - qolsuz sırıqlı. Məs.:- Bu gün yaman soyuxdu bədənçəni ver geyim.
Cejim – ipdən toxunmuş parça. Məs.:- Cejimi taxdın üsdünə sər.
Çeyillik – bataqlıq. Məs.:–Çeyilliydən keçəndə ehtiyatlı ol,batarsan.
Çeştə - səhər-səhər mal-qaranı otarıb sağına gətirmək. Məs.:-Tezdən dur heyvanı otar
çeşdə gətir.
Çatı – keçi tükündən hazırlanmış ip. Məs.:-Çatını buzovun başına bağla.
Çidarlamaq – heyvanın qabaq ayaqlarını bağlamaq. Məs.:-Atın ayaxlarını çidarrıyın
qaçmasın.
Çəfkən – içi pambıqdan olan jilet . Məs.:–Hava soyuxdu çəfkənimi ver geyim.
Dolça – misdən hazırlanmış bir qulplu su qabı. Məs.:-Ciyarım yanır, bir dolça su ver içim.
Duvax – xəmiri yastılamaq üçün xüsusi taxta. Məs.:-Xamır gəlifdi, duvağı gətir çörəyi
bişirəy.
Düsər – külüng. Məs.:-Düsər hanı evin himini qazıram.
Çiyə - maşınla emal olunan yağ. Məs.:- Yağ qutarıf , çiyəni gətir yağ hazırrıyax.
Ev damı – böyük ağaclardan tikilmiş yaşayış evi. Məs.:-Ev damını təmizdəməy lazımdı.
Galavan – ot yığmaq üçün dam. Məs.:-Yağış yağajax otu galavana yığmax lazımdı.
Xırmanotu – bitki. Məs.:-Xırmanotunu doğra kətə bişirəy.
Xorum – otu dərz şəklində bağlamaq. Məs.:-Ot quruyuf,otu xorum bük.
Kömbə - qoyun quyruğundan hazırlanmış , sacın altında bişirilən çörək. Məs.:-Sajın
altında kömbə bişirmişəm , gətir yeyək.
Kirkit – ilməni vurub bərkidən alət. Məs.:-Gəvənin ilməsini bərkidirəm kirkidi maa ver.
Külfə - təndirdən tüstü çıxan hissə. Məs.:-Külfəni aç təndirin tüsdüsü çıxsın.
Koğa – qoyunu tumaq üçün başı əyri ağac. Məs.:-Qoyunu koğaynan tut gətir sağım.
Qəməlti – böyük bıçaq. Məs.:-Qəməltini gətir çörəyi dogruyum.
Nəmi – anbar. Məs.:-Nəmidən yağ, pendir gətir nahar eliyəy.
Olacaq – yaşayış evi. Məs.:-Ta qış gəlifdi olajağa yığılaq.
Örkən – alığı ( atın, öküzün belinə çəkilən çulu )bağlamaq üçün kəmər. Məs.:-Örkəni
ver yükü atın belinə bağlıyım.
Pencə - on dərzdən ibarət ot. Məs.:-Bağladığıız pencə çöldə qalıf, get ata yüklə gətir.
Sirtov – pencək. Məs.:-Sirtovunu geyin hava isti olsa , çıxardarsan.
Şırran – şəlalə. Məs.:-Gedin şəlalənin altında palazdarı yuyun.
Şoşan – bitki. Məs.:-Gəlin gedəy şoşan yığax.
Unnuca – bitki. Məs.:-Yağ gətir unnuca qovurax.
Azərbaycan dilinin qərb şivələrinin yerləşdiyi ərazi ta qədimdən türk mənşəli tayfaların
məskəni hesab olunur. Bu özünü həmin ərazidə olan toponimik vahidlərlə yanaşı, dil xüsusiy-
yətlərində də qabarıq şəkildə əks etdirir. Kəlbəcər şivəsinin əsasını təşkil edən qədim türk lek-
sik layı da bunu bir daha təsdiq edir.