III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
955
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ NİTQ ETİKETLƏRINİN
BƏZİ SEMANTİK-STRUKTUR FƏRQLƏRİ
İlahə ƏLİYEVA
ADU
ilakhazabilovna@yahoo.com
AZƏRBAYCAN
Dil vahidləri və vasitələri dil sistemində müəyyən funksiyaları yerinə yetirir. Funksiya
ünsürün və ya elementin sistem daxilində müəyyən üsul və formada mövcud olması və bu
sistemə müəyyən şəkildə xidmət göstərməklə təyin olunur. Əgər bir tam kimi cümlənin
funksiyası onun kommunikativ təyinatı ilə bağlıdırsa, onun elementlərinin, tərkib hissələrinin
funksiyaları kommunikativ vahidi qurmaqdır. Cümlənin tərkib hissələrinin, ünsürlərinin kom-
binator imkanları cümlənin quruluşunda reallaşır. Cümlə əsas kommunikativ vahiddir. Bu kom-
munikativlik şərti cümləyə xas olan predikativlikdən irəli gəlir.
İngilis dilində nitq etiketində imperativlər, əmr cümlələri az işlənir. İmperativlər çox za-
man sual cümlələri ilə əvəzlənir. İngilis dilinin bu qəbildən olan etiket qəliblərinin hərfi tərcü-
məsi semantik baxımdan başqa cür qavranıla bilər.
Would you like to write this exercise? Bu cümlənin hərfi tərcüməsi belədir: “Siz bu
tapşırığı yazmaq istəyirsinizmi?” Belə suala birbaşa doğru cavab “Yox, istəmirəm” ola bilər.
Qeyd edilən halda adresatın ona olan müraciəti düzgün başa düşülməsi aşkara çıxır. Əslində,
yuxarıdakı etiket qəlibi “Zəhmət olmasa, bu tapşırığı yazın” kimi başa düşülməlidir.
Azərbaycan nitq etiketində imperativlik qeyd edilən tipli sual cümləsi ilə əvəz edilməsi
yoxdur. Belə hallarda əmr cümlələrinin işlədilməsi məqbuldur. Ən nəzakətli halda əmr cümlə-
lərinin əvvəlinə “xahiş edirəm” qəlibi artırılır. Yuxarıda ingilis dilində olan nitq etiketi konst-
ruksiyası Azərbaycan dilində “xahiş edirəm bu tapşırığı yazasınız” formasında olacaqdır.
Amerikalı biznesmen işə götürdüyü rus katibəsinin onun tapşırıqlarını yerinə yetirmə-
diyini narahat olur. Bu barədə dostuna danışanda məlum olur ki, o katibəsinə tapşırıq verərkən
imperativləri sual cümlələri ilə əvəz edirmiş. Could you possibly type these letters? - Siz bunu
çap edə bilərsinizmi? (Ola bilsin siz bunu çap edə bilərsiniz). Could you possibly trouble you
to take a moment to do it? Siz vaxt tapıb bu işi görə bilərsinizmi?
Rus dilinin nitq etiketində yuxarıdakı məzmunda olan cümlələr işin yerinə yetirilməsi-
nin o qədər də vacib olmadığını ona görə işdən ayrılmağın lazım gəlmədiyi kimi başa düşülür.
İngilis nitq etiketində istifadə olunan bu cür struktur-semantik formaların Azərbaycan
dilinə hərfi tərcüməsi anlaşılmayan və ya düzgün başa düşülməyən məna verir.
İngilis etiket qaydalarında müəllim şagirdə, valideyn uşağa və ya digər işin görülməsi
üçün əmr cümləsi ilə deyil sual cümləsi ilə müraciət edir. Məsələn, ata oğluna Could you
switch the television off? “Sən televizoru söndürə bilərsənmi? –deyə müraciət edir. Əgər bu
müraciətə reaksiya verilmirsə sonrakı müraciət You might like to switch the television off
now “sən indi telefizoru söndürməyi bacararsanmı?” sualı səslənir. Əgər bu dəfə də nəzərdə
tutulan iş görülmürsə Would you ever switch that television off? “Sən haçansa televizoru
söndürəcəksənmi?” sualı səslənir.
Azərbaycan dilində nə imperativlərin, nə də direktivlərin yumşaldılması, istəyin dolayı
yolla ifadə edilməsi geniş yayılmışdır. Azərbaycan dilində belə məqamlarda əmr cümləsindən
istifadə edilir. Məsələn: Televizoru söndür. Dur televizoru söndür və s.
Bu formalar etiket normalarını pozmur. Eyni xahiş bir qədər yad adama ünvanlandıqda
nitq etiketi normalarına görə əlavə nitq etiketi qəlibindən istifadə olunur. Məsələn, Zəhmət
olmasa televizoru söndür. Xahiş edirəm televizoru söndür. Əgər baxmırsansa, televizoru
söndür və s.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
956
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İngilis və Azərbaycan dillərində müxtəlif şəraitlərdə istifadə olunan nitq etiketi qəliblə-
rinin struktur-semantik təhlili onların fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir.
Məsələn, restoran və kafedə ofisiantla dialoqda istifadə edilən nitq etiketi formalarında ingilis
dilində sual formaları əsas hissəni təşkil edir. İngilis nitq etiketində ofisianta müraciətlə “Bring
me the menu, please” müraciəti edilir. İngilis nitq etiketində bu məqamda “May/Can/Could I
see the menu please?” sintaktik konstruksiyasından istifadə olunur. Azərbaycan dilində “men-
yunu gətirin”, “Zəhmət olmasa, menyunu gətirin”, “Menyunu olarmı?” kimi formalar işlədilir.
Bu formaların heç biri etiket normalarını pozmur. Onların bir-biri ilə müqayisəli bir formanın
digəri ilə müqayisədə qismən nəzakətli, qismən hörmətlə deyilmiş forma olduğu aydınlaşır.
İngilislərdə valideynlər uşağa iş tapşıranda sual cümlələrindən daha çox istifadə edirlər.
Would you go down to the shop for me? / Will you run down to the shop, please? / Could you
possibly go to the shop? / Would you mind popping down to the shop?
Bu formaların aşağıdakı hərfi tərcüməsi vardır: Mənim üçün mağazaya gedərsənmi?
Mağazaya getməzdin? Bəlkə mağazaya gedə bilərsən? Mağazaya getməyə etiraz etməzsən?
Azərbaycan dilində daha çox “mağazaya get”, “qaç mağazaya” formaları, nadir hallarda
“xahiş edirəm, mağazaya get” konstruksiyası qeydə alınır. Qadağan olunmuş yerdə saxlanmış
maşının sürücüsünə yol müfəttişi ingilis etiket qaydalarına görə belə müraciət edir: Could you
please move your car? / Would you please move it? / Would you mind moving it
please?Maşının yerini dəyişdirməzdinizmi? Maşının yerini dəyişməyə etiraz etmirsiniz ki?
Beləliklə, ingilis və Azərbaycan dili etiket normalarına görə istifadə edilən etiket
formalarına aid imperativ və direktivlərin işlənməsində struktur-semantik fərqlər vardır.
İngilis dilinin nitq etiketində istifadə olunan kommunikativlərdə kommunikantlar müsahibə
təsiri azaltmağa, minimallaşdırmağa çalışırlar. Bu zaman onlar dolayı hökmlərdən, əsas
məqsəddən yayındırıcı formalardan istifadə edirlər.
“KİTABİ-DƏDƏ QORQUD” OĞUZNAMƏLƏRİNDƏ
SOYLAMALAR PROBLEMİ
Aygül AĞAYARLI (QURBANOVA)
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
aygul12@box.az
AZƏRBAYCAN
Dilinin və poetik strukturunun zənginliyi ilə daima araşdırıcıların diqqət mərkəzində
olan “Kitabi-Dədə Qorqud” oğuznamələri ilə bağlı kifayət qədər tədqiqat əsərləri meydana
çıxsa da, bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Bu problemlərdən biri də oğuzna-
mələrdəki soylamalarla bağlıdır. Belə ki, “Kitabi-Dədə Qorqud” boylarındakı soylamaların
sərhəddinin dəqiq müəyyənləşdirilməməsi nəticəsində çoxvariantlı nəşrlər meydana çıxmışdır
ki, bu da başlıca olaraq oğuznamələrin poetik forması ilə bağlı fikirlərin məhdudluğundan
irəli gəlir. Əlbəttə, bu sərhəddin müəyyənləşdirilməsi heç də asan məsələ deyildir, problemin
həlli üçün ilk növbədə hər bir boyun sistemli şəkildə araşdırılmağa ehtiyacı vardır. Çünki səthi
müşahidələrə əsaslanaraq “Kitabi-Dədə Qorqud” oğuznamələrindəki soylamaların xarakterik
xüsusiyyətlərini, mətnin başqa hissələrindən nə ilə fərqləndiyini, həmçinin ifa tərzini müəyyən
etmək mümkün deyildir.
“Kitabi-Dədə Qorqud”un bir çox nəşrlərinə müraciət etsək görərik ki, müəlliflərin soy-
lamalara olan münasibəti birmənalı deyildir. Belə ki, bəzi nəşrlərdə soylama kimi verilən his-
sələr digərlərində soylama kimi verilməmişdir. Bu da başlıca olaraq müəlliflərin məsələyə
subyektiv xarakterli münasibətindən irəli gəlir. Həmçinin soylamaların xarakterik özəlliklərinin,