III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
953
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Digər bir örnek: ağız açmak: ağız eğmek. Söz konusu deyim, Türkiye Türkcesinde eş-
sesli «ağız açmak» deyimselleşme biçimiyle ve aşağıdakı belirtilen anlamıyla bir deyimbilim-
sel uyuşma olarak da kullanılmaktadır: Söz söylemek, konuşmak; kavgaya başlamak, hiddet
göstermek, taşmak. Bunun yanı sıra Azerbaycan ve Türkiye türkceleri söz varlığında söz ko-
nusu eşsesli deyimin, birleşenleri sözdizimsel paralellerle gerçekleşen «Ağzını açıb gözünü
yummaq» ve «Açtı ağzını yumdu gözünü» deyimbilimsel kavuşma varyantları da bulunmak-
tadır.
Bu örnəklər göstərir ki, ortaq deyim türk dünyası üçün gərəklidir. Ortaq deyim birliyi də
yaradılmalıdır.
Ortaq türk ədəbi dilinə keçmə prinsipləri deyimlər əsasında da müəyyən olunmalıdır.
Müəyyən prinsiplər əsasında türklüyü birləşdirən, Türk-İslam dünyasının ümumi ortaq lüğət
tərkibinə və milli soy kökünə uyğun gələn deyimlərə dayanaraq ortaq türk ədəbi dilinin for-
malaşması gerçəkləşməlidir.
Gərək daşıdığı bilgi dünyası, gərəksə dünyada sahib olduğu prestijə görə Türkiyə türk-
cəsinin bu ortaqlığa ən böyük hissə ilə qatılacağı görünməkdədir.
Qədim Türk-İslam mədəniyyətinə əsasən ortaq deyim əsasında da ortaq dil xüsusiyyəti-
ni inkişaf etdirmək zərurəti ortaya çıxır. (Mahmud Kaşğari «Divan»ındakı deyimlərə də müra-
ciət etmək yerinə düşərdi) .
“SEVİL ANA VE QADIN KİMİ”
Selcan QAFFARLI
fidan.qafarli9696@mail.ru
AZƏRBAYCAN
“Biz danışrıq, eyni zamanda dinləyirik,
biz dinləyirik,amma bu susmaq üçün deyil”
"Sevil" əsərini oxuyarkən ilk səhvələrdə baş vərən hadisələrdən heyrətə gəlirdim. Bir
qadının bu qədər müti, itaətkar olması məni təəccübləndirir, həm də qəzəbimə səbəb olurdu.
Nə qədər avam, cahil, savadsız olsa belə bir qadın nə bu münasibətə layiqdir, nə də özü
kimlərəsə qul olmağa məhkumdur. Heç cür təsəvvür edə bilmirdim ki, bir qadının gözləri
baxa ancaq görməyə, dili olar lakin danışmaya. Qadın sırf qadın olduğundan, patriarxal
münasibətlərin hökmdarlığından evdə heç bir söz haqqı olmaya, nəinki söz haqqı hətta insan
münasibətindən məhrum ola. Əsəri oxuduqca içimdə Sevilə qarşı qəzəb qarışıq bir mərhəmət
hissi oyanırdı. Niyə o, Balaşa sözsüz tabe olurdu? Niyə onun qürurunu tapdamasına izn
verirdi? Sevilin hərəkətlərini hardasa anlayırdım ta ki, Dilbər onların evinə gələnədək.O
qadının ərinin məşuqəsi olduğunu anlmayacaq qədərmi avam idi Sevil? O, ərinin sözlərindən
açıq-aşkar anlamırdımı ki əri ondan utanır? arvadından, övladının anasından. Bir qadının, əri-
nin bu cür vulqar rəftarına, əxlaq çərçivəsinə sığmayan davranışlarına dözəcək qədər önəmli
nə idi? O sadəcə yazılmamış qanunlara riayət edirdi. bütün bunları o belə görmüşdü. Belə da-
vam edəcəyini inanırdı...
Əsərin girişi ile finalı bir-birinə zidd olan iki qadından bəhs edir. Mənim əsərin girişin-
də oxuduğum, mərhəmət qarışıq qəzəbimə səbəb olan yazıq, itaətkar Sevil getmiş yerinə, aya-
ğını yerə möhkəm basan, ərinin qarşısında dimdik ayaqda duran, güclü Sevil gəlmişdi.O,artıq
heç kimdən asılı olmayan qadın idi. Finalı bu cür oxuduqdan sonra, əslində, Sevilin məhz
əsərin əvvəlindən necə güclü olduğunu anladım. Güc fiziki vəziyyətdən yox, boyun əyməyən
iradədən əmələ gəlir. Güclü olmayan bir qadın çadrasını ata bilməzdi . Güclü olmayan qadın
əsərin sonundakı qadına çevrilə bilməzdi. Bir qadın ki, cadrasini atmaqla dövrə, insanlara
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
954
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
meydan oxuyur, o necə zəif ola bilərdi? O, öz gücünü ərinə sonsuz inamında, atasına,
qaynatasına qarşı qayğısında, övladına qarşı sevgisində gizlətmişdi. Əslində, əvvəldən də heç
də onun qulaqları kar, gözü kor deyilmiş. Qadın xislətinə mənsub dözümlülük, axarı olan
hadisələrin gedişini dəyişmək qorxusu onu susdururmuş. Eşitdiklərinin ona əzab verəcəyini
duyduğundan qulaqlarını həqiqətə bağlayırmış. “Əgər, eşidən qulaqlara sahibsək, Tanrı bizə
öz dilimizdə səslənəcək”. Sevil, ona səslənəni etdi. Onu bu vəziyyətə salan ilk bağdan azad
oldu. Çadrasını atdı. Bəzən məqsədə çatmaq üçün bəzi şeyləri fəda edəsən gərək. Sevil bu
yolda nə namusunu, nə mənliyini, fəda etdi. O, çadranı atmaqla ona irəli getməyə mane olan
divarı yıxdı. Hansı ki o divarın arxasından bir işiq sezilirdi.Və o işıq Sevili öz nuru ilə
aydınlatdı. Bu işıq , yeni bir gələcək işığı idi. Sevil iradəsilə, öz “məni”ni itirmədən bunlara
nail oldu.
”Gələcəkdə görmək istədiyimiz ən böyük dəyişiklik özümüz olmalıyıq”. Sevil də
dəyişdi. Dünyaya baxma pəncərsini. Bu dəyişiklik ona qələbə çalmaq üçün lazım idi. Dövrə,
insanlara, Balaşa. Bununla o yalnız yemək bişirmək, yaramadığını, Edilyalardan heç də geridə
qalmadığını göstərmək istəyirdi. Ən böyük qələbəsini də Balaşın qarşısına yeni Sevil olaraq
çıxmaqla, çaldı. Utandığı, qonaqların qarşısına çıxarmaqdan belə ar elədiyi qadın, indi Balaşın
qarşısına ona görə əsil “qadın”kimi çıxmışdı. O, qadınları ərinə sədaqətinə, analıq hissinə görə
yox, məhz bəzək düzəyi, cəmiyyətdəki mövqeyi ile ölçürdü. Sevil indi onun üçün əsil qadın
idi. Ona görə də Sevili görər-görməz,ondan əfv dilədi. Zira Sevil indi Edilyalar kimi
geyinmişdi, onlar kimi bəzənmişdi.
Sevilə ədəbiyyatımızda birmənalı münasibət bəsləmirlər. Ancaq mən birmənalı şəkildə
deyə bilərəm Sevilin mənəvi təmizliyi onun cismani təmizliyini qoruyub saxladı. Sevil öz
“məni”nə, ürəyinə, ən əsası “mən”indəki anaya xəyanət etməmişdi. Iffət, onun cevrəsinə divar
hörməklə də qorunmaz. Iffət qadının içində olmalıdı. Iffətin dəyər qazanması üçün qadın
bütün təhriklər qarşısında əxlaqi üstünlük sərgiləmilidir. Sevil bu üstünlüyü sərgilədi. Sevil
Balaşa göstərdi ki, cəmiyyətdə öz mövqeyini tutan, kubar qadın olmaq heç də cətin deyil.
Ancaq indi yenidən onun qadını olmaq artıq mümkün deyil.
Sevil bir qadın kimi ərinin üzərində qələbə çaldı. bir şeyi unutduq axı Sevil təkcə qadın
deyildi. O həm də ana idi…
”Qadın övladı olanadək qadındı, ancaq övladı olduqdan sonra artıq anadır. ”Ana
oduqdan sonra qadın olduğun ikinci plana keçir. Çünki qadınsansa yalnız özünə cavabdehsən.
Anasansa həm özünə, həm də övladına cavabdehsən. Dünyaya gətirdiyin övlad sənə
möhtacdır. Onun bütün həyatı sənin ovuclarının içindədir. Sən onun yanında olmağa
borclusan. Axı özü səndən onu dünyaya gətirməyi xahiş etməyib.Onu səndən aldığı sevgidən,
məhrum etməyə haqqın yoxdu. Gülüş ona baxa bilərdi, ancaq uşağa öz anasından daha yaxşı
heçkəs baxa bilməz. Bir övlad anasından başqa heçkəsdən o nəvazişi, görə bilməz. Ana
nəvazişini! Bir övlad ananın qoxusunu başqa kimdən ala bilər? Bir övlad anasından başqa
kimi ürək dolusu ”ana” deyə cağıra bilər?
Qadın, sən her şeyə qadirsen! Ancaq yola çıxanda arxanda buraxdığın kiçik qelb,
məhzun baxışalarla səni gözləyən bir cüt göz varsa onu gözlətməyə heç bir ananın haqqı
yoxdur. Her sey zamanında gözəldir. Zamansa dayanacağı olmayan qatardır.