Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə92/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   88   89   90   91   92   93   94   95   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

953



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Digər bir örnek: ağız açmak: ağız eğmek. Söz konusu deyim, Türkiye Türkcesinde eş-

sesli «ağız açmak» deyimselleşme biçimiyle ve aşağıdakı belirtilen anlamıyla bir deyimbilim-

sel uyuşma olarak da kullanılmaktadır: Söz söylemek, konuşmak; kavgaya başlamak, hiddet 

göstermek, taşmak. Bunun yanı sıra Azerbaycan ve Türkiye türkceleri söz varlığında söz ko-

nusu eşsesli deyimin, birleşenleri sözdizimsel paralellerle gerçekleşen «Ağzını açıb gözünü 

yummaq» ve «Açtı ağzını yumdu gözünü» deyimbilimsel kavuşma varyantları da bulunmak-

tadır. 


Bu örnəklər göstərir ki, ortaq deyim türk dünyası üçün gərəklidir. Ortaq deyim birliyi də 

yaradılmalıdır. 

Ortaq türk ədəbi dilinə keçmə prinsipləri deyimlər  əsasında da müəyyən olunmalıdır. 

Müəyyən prinsiplər əsasında türklüyü birləşdirən, Türk-İslam dünyasının ümumi ortaq lüğət 

tərkibinə və milli soy kökünə uyğun gələn deyimlərə dayanaraq ortaq türk ədəbi dilinin for-

malaşması gerçəkləşməlidir. 

Gərək daşıdığı bilgi dünyası, gərəksə dünyada sahib olduğu prestijə görə Türkiyə türk-

cəsinin bu ortaqlığa ən böyük hissə ilə qatılacağı görünməkdədir. 

Qədim Türk-İslam mədəniyyətinə əsasən ortaq deyim əsasında da ortaq dil xüsusiyyəti-

ni inkişaf etdirmək zərurəti ortaya çıxır. (Mahmud Kaşğari «Divan»ındakı deyimlərə də müra-

ciət etmək yerinə düşərdi) . 

 

 



“SEVİL ANA VE QADIN KİMİ” 

 

Selcan QAFFARLI 

fidan.qafarli9696@mail.ru 

AZƏRBAYCAN 

 

“Biz danışrıq, eyni zamanda dinləyirik, 

biz dinləyirik,amma bu susmaq üçün deyil” 

 

"Sevil"  əsərini oxuyarkən ilk səhvələrdə baş  vərən hadisələrdən heyrətə  gəlirdim. Bir 



qadının bu qədər müti, itaətkar olması məni təəccübləndirir, həm də  qəzəbimə səbəb olurdu. 

Nə  qədər avam, cahil, savadsız olsa belə bir qadın nə bu münasibətə layiqdir, nə  də özü 

kimlərəsə qul olmağa məhkumdur. Heç cür təsəvvür edə bilmirdim ki, bir qadının gözləri 

baxa ancaq görməyə, dili olar lakin danışmaya. Qadın sırf qadın olduğundan, patriarxal 

münasibətlərin hökmdarlığından evdə heç bir söz haqqı olmaya, nəinki söz haqqı hətta insan 

münasibətindən məhrum ola. Əsəri oxuduqca içimdə Sevilə qarşı qəzəb qarışıq bir mərhəmət 

hissi oyanırdı. Niyə o, Balaşa sözsüz tabe olurdu? Niyə onun qürurunu tapdamasına izn 

verirdi? Sevilin hərəkətlərini hardasa anlayırdım ta  ki, Dilbər onların evinə  gələnədək.O 

qadının ərinin məşuqəsi olduğunu anlmayacaq qədərmi avam idi Sevil? O, ərinin sözlərindən 

açıq-aşkar anlamırdımı ki əri ondan utanır? arvadından, övladının anasından. Bir qadının, əri-

nin bu cür vulqar rəftarına, əxlaq çərçivəsinə sığmayan davranışlarına dözəcək qədər önəmli 

nə idi?  O sadəcə yazılmamış qanunlara riayət edirdi. bütün bunları o belə görmüşdü. Belə da-

vam edəcəyini inanırdı... 

Əsərin girişi ile finalı bir-birinə zidd olan iki qadından bəhs edir. Mənim əsərin girişin-

də oxuduğum, mərhəmət qarışıq qəzəbimə səbəb olan yazıq, itaətkar Sevil getmiş yerinə, aya-

ğını yerə möhkəm basan, ərinin qarşısında dimdik ayaqda duran, güclü Sevil gəlmişdi.O,artıq 

heç kimdən asılı olmayan qadın idi. Finalı bu cür oxuduqdan sonra, əslində, Sevilin  məhz 

əsərin əvvəlindən necə  güclü olduğunu anladım. Güc fiziki vəziyyətdən yox, boyun əyməyən 

iradədən əmələ gəlir. Güclü olmayan bir qadın çadrasını ata bilməzdi . Güclü olmayan qadın 

əsərin sonundakı qadına çevrilə bilməzdi. Bir qadın ki, cadrasini atmaqla dövrə, insanlara 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

954



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

meydan oxuyur, o necə  zəif ola bilərdi? O, öz gücünü ərinə sonsuz inamında, atasına, 

qaynatasına qarşı qayğısında, övladına qarşı sevgisində gizlətmişdi. Əslində, əvvəldən də heç 

də onun qulaqları kar, gözü kor deyilmiş. Qadın xislətinə  mənsub dözümlülük, axarı olan 

hadisələrin gedişini dəyişmək qorxusu onu susdururmuş. Eşitdiklərinin ona əzab verəcəyini 

duyduğundan qulaqlarını həqiqətə bağlayırmış. “Əgər, eşidən qulaqlara sahibsək, Tanrı bizə 

öz dilimizdə səslənəcək”. Sevil, ona səslənəni etdi. Onu bu vəziyyətə salan ilk bağdan azad 

oldu. Çadrasını atdı. Bəzən məqsədə çatmaq üçün bəzi  şeyləri fəda edəsən gərək. Sevil bu 

yolda nə namusunu, nə mənliyini,  fəda etdi. O, çadranı atmaqla  ona irəli getməyə mane olan 

divarı  yıxdı. Hansı ki o divarın arxasından bir işiq sezilirdi.Və o işıq Sevili öz nuru ilə 

aydınlatdı. Bu işıq , yeni bir gələcək işığı idi. Sevil iradəsilə, öz “məni”ni itirmədən  bunlara 

nail oldu. 

”Gələcəkdə görmək istədiyimiz  ən böyük dəyişiklik özümüz olmalıyıq”. Sevil də 

dəyişdi. Dünyaya baxma pəncərsini.  Bu dəyişiklik ona qələbə çalmaq üçün lazım idi. Dövrə, 

insanlara, Balaşa. Bununla o yalnız yemək bişirmək, yaramadığını, Edilyalardan heç də geridə 

qalmadığını göstərmək istəyirdi. Ən böyük qələbəsini də Balaşın qarşısına yeni Sevil olaraq 

çıxmaqla, çaldı. Utandığı, qonaqların qarşısına çıxarmaqdan belə ar elədiyi qadın, indi Balaşın 

qarşısına ona görə əsil “qadın”kimi çıxmışdı. O, qadınları ərinə sədaqətinə, analıq hissinə görə 

yox, məhz bəzək düzəyi,  cəmiyyətdəki mövqeyi ile ölçürdü. Sevil indi onun üçün əsil qadın 

idi. Ona görə  də Sevili görər-görməz,ondan  əfv dilədi. Zira Sevil indi Edilyalar kimi 

geyinmişdi, onlar kimi bəzənmişdi. 

Sevilə ədəbiyyatımızda birmənalı münasibət bəsləmirlər. Ancaq mən birmənalı şəkildə 

deyə bilərəm Sevilin mənəvi təmizliyi onun cismani təmizliyini qoruyub saxladı. Sevil  öz 

“məni”nə, ürəyinə, ən əsası “mən”indəki anaya xəyanət etməmişdi. Iffət, onun cevrəsinə divar 

hörməklə  də qorunmaz. Iffət qadının içində olmalıdı. Iffətin dəyər qazanması üçün qadın 

bütün təhriklər qarşısında  əxlaqi üstünlük sərgiləmilidir. Sevil bu üstünlüyü sərgilədi. Sevil 

Balaşa göstərdi ki, cəmiyyətdə öz mövqeyini tutan, kubar qadın olmaq heç də  cətin deyil. 

Ancaq indi yenidən onun qadını olmaq artıq mümkün deyil. 

Sevil bir qadın kimi ərinin üzərində qələbə çaldı. bir şeyi unutduq axı Sevil təkcə qadın 

deyildi. O həm də ana idi… 

”Qadın övladı olanadək qadındı, ancaq övladı olduqdan sonra artıq anadır. ”Ana 

oduqdan sonra qadın olduğun ikinci plana keçir. Çünki qadınsansa yalnız özünə cavabdehsən. 

Anasansa həm özünə, həm də övladına cavabdehsən. Dünyaya gətirdiyin övlad sənə 

möhtacdır. Onun bütün həyatı  sənin ovuclarının içindədir. Sən onun yanında olmağa 

borclusan. Axı  özü səndən onu dünyaya gətirməyi xahiş etməyib.Onu səndən aldığı sevgidən, 

məhrum etməyə haqqın yoxdu. Gülüş ona baxa bilərdi, ancaq uşağa öz anasından daha yaxşı 

heçkəs baxa bilməz. Bir övlad  anasından başqa heçkəsdən o nəvazişi, görə bilməz. Ana 

nəvazişini! Bir övlad ananın qoxusunu başqa kimdən ala bilər? Bir övlad  anasından başqa 

kimi ürək dolusu ”ana” deyə cağıra bilər? 

Qadın, sən her şeyə qadirsen! Ancaq  yola çıxanda arxanda buraxdığın kiçik qelb, 

məhzun baxışalarla səni gözləyən bir cüt göz varsa onu gözlətməyə heç bir ananın haqqı 

yoxdur. Her sey zamanında gözəldir. Zamansa dayanacağı olmayan qatardır. 

 

 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə