III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
951
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Çağdaş türkcələrdə cümlənin sintaqmatik əsası sintaqmatik münasibətlərlə bağlıdır. Sin-
taqmatik münasibətlər həmişə in praesentia fəal ardıcıllıqla bərabər dərəcədə iştirak edən iki
yaxud çox sayda münasibət üzvlərinə əsaslanır. Əksinə, assosiativ münasibət həmin münasi-
bətin üzvlərini virtual, mnemon cərgədə birləşdirir; onun üzvləri həmişə in absentiadır.
Nitqin sintaqmatik əsası. Sintaqm nəzəriyyəsi nitqin praqmatik tərəfi ilə sıx bağlıdır.
Bütün istiqamətdlərdə nitqin sintaqmatik əsası öyrənilir. Bu zaman ümumi dil kompetensiyası
da müəyyənləşə bilir.
Sintaqmlar intonasiya ilə qırılmaz tellərlə bağlıdır. Onlar bir tərəfdən intonasiyanın
məhsulu, başqa bir tərəfdən isə onun tənzimediciləridir.
Müəyyən şəraitdə türkcələrin cümlələri sintaqmın tipik təzahürü kimi çıxış edir. Ferdi-
nand de Sössür sintaqmatik münasibətlərdən bəhs edərkən göstərir ki, sintaqmın ayrı-ayrı
hissələrini öz aralarında birləşdirən münasibətləri (məsələn, «hamıya qarşı» sintaqmında «qar-
şı» və «hamıya», yaxud «baş işçi, usta» sintaqmını nəzərdən keçirmək hələ kifayət deyil; bü-
tövü onun hissələri ilə bağlayan münasibətləri də nəzərə almaq lazımdır. Burada etiraz etmək
olar: sintaqmın tipik təzahürü cümlədir, o da dilə yox, nitqə aiddir, buradan da belə çıxmırmı
ki, sintaqm nitq sahəsinə aiddir? Biz güman edirik ki, belə deyil. Nitqin səciyyəvi xüsusiyyəti
elementlərin kominiasiya azadlığıdır (müstəqilliyidir). Deməli, sual belə qoyulmalıdır: bütün
sintaqmlar eyni dərəcədə sərbəstdirmi? Lakin məsələ bununla bitmir. Müəyyən qayda ilə
qurulan sintaqmların bütün tiplərini nitqə deyil, dilə aid etmək lazımdır. Əslində, dildə mücər-
rəd heç bir şey olmadığından, həmin tiplər ancaq o halda mövcud ola bilər ki, nümunələri
dildə kifayət qədər qeydə alınmış olsun. Lakin etiraf etmək lazımdır ki, sintaqm sahəsində
kollektiv ənənə ilə möhkəmlənən dil faktı və fərdi azadlıqdan asılı olan nitq faktı arasında
kəskin sərhəd yoxdur. Çox halda vahidlərin verilmiş kombinasiyasını buna, yaxud o birinə aid
etmək çətinlik törədir, ona görə ki, həmin kombinasiyanın yaranmasında hər iki fakt, həm də
elə bir nisbətdə iştirak edir ki, müəyyənləşdirmək mümkün olmur.
Beləliklə, türkcələrdə sintaqmlar iki biçimdə özünü göstərir: bitmiş (tam) sintaqmlar,
bitməmiş (yarımçıq, natamam) sintaqmlar. Sintaqmlar həmin dillərdə minimal (tərkibi: təyin-
siz, genişləndirilməmiş zərflik qrupu; beli sifət və feli bağlama tərkibləri; qoşmalı birləşmələr;
həmcins üzvlər) və əsas sintaqmlar (tərkibi: mürəkkəb cümlənin tərkib hissələri) olaraq iki cür
izah olunur.
ORTAQ DEYİM MƏSƏLƏSİ VƏ BU SAHƏDƏ LÜĞƏTLƏRİN
YARADILMASI PROBLEMLƏRİ (TÜRK VƏ AZƏRBAYCAN
TÜRKCƏLƏRİNİN MATERİALLARI ƏSASINDA)
Mesut KURNAZ
Qafqaz Üniversiteti
ssimsek@qu.edu.az
AZƏRBAYCAN
Deyimlərin əmələ gəlməsi, bir qayda olaraq, hər bir dilin milli-mədəni spesifikası ilə
əlaqədardır. Türklər tarixən dil faktları və hadisələri üzərində müşahidə apararaq, əldə edilmiş
təcrübəni ümumiləşdirmiş və deyim lüğətləri də yaratmışlar.
Deyim sözlüklərinin lüğət məqalələrində bütöv ifadə və ibarələr təhlil olunur. Obyekt
burada deyimlərdir- frazeoloji vahidlərdir. Qeyd etdiyimiz kimi lüğət məqalələrində deyimlə-
rin mənası, formalaşma yolları, üslubi çalarları və s.göstərilir.
İzahlı xarakter daşıyan deyimlər lüğətində məqsəd bir dilə aid olan deyimləri üzə çıxar-
maq və onların anlamını verməkdir. Belə lüğətlərdə deyim tərkibindəki komponentlərin miq-
darı qədər lüğətdə təkraretmə üsulu nəzərə alınır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
952
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Şübhəsiz, hər bir türk dilinin özünəməxsus deyimlər lüğəti yaradılmışdır. Buraya atalar
sözləri və ümumi deyimlərə (idiomlar) aid olan birləşmələr aid edilir. Mövcud lüğətlərə aşağı-
dakıları örnək olaraq göstərə bilərik: «Türk ata sözleri». Narodna Prosveta, 1965. 1976-cı ildə
Ömer Asım Aksoyun «Atasözleri ve Deyimler Sözlüğü», 2, Deyimler Sözlüğü, Türk Dil Ku-
rumu Yayınları, (968 s.), 2007-ci ildə Mehmet Hengirmenin «Atasözleri ve Deyimler Sözlüğü»
(Ankara, 606 s.) lüğətləri çapdan çıxmış və yayılmışdır. 1983-cü ildə Gözler H.Fethinin «Ör-
nekleriyle Türkçemizin Açıklamalı Büyük Deyimler Sözlüğü, II, Deyimler Sözlüğü. Genişlen-
miş 7, Baskı, İnkilap Kitabevi, İstanbul (475 s.)
Azərbaycanda 1976-cı ildə Ə.Orucov «Azərbaycanca-rusca frazeoloji lüğət»ini (İzd-vo
«Glm», Baku, 1976, 247 s.. Lüğət 5500 deyimi əhatə edir.
Türkiyədə 1990-cı illərdə N.Yüzbaşıoğlu və M.Yüzbaşıoğlunun «Deyimlər sözlüğü»
(İstanbul, 1990, 346 s.), M.Yurtbaşının «Örnekleriyle Deyimler Sözlüğü». Türkçenin zengin-
liğini ve yaratıcılığını kanıtlayan 25.000 deyim, 30.000 örnek cümle, binlerce resim, İstanbul,
1996, 521 s.; S.Yörük və Y.Yörük «Açıklamalı Deyimler Sözlüğü», İstanbul, 1997, 221 s.
Son illərdə Azərbaycanda nəşr olunan deyim lüğətləri: Nəriman Seyidəliyevin «Frazeo-
logiya lüğəti». Bakı, «Çıraq» nəşriyyatı, 2004, 272 s. Lüğətdə 4 mindən artıq deyim verilmiş-
dir. Bu frazeoloji vahidlərin hər biri Azərbaycan dastan və nağıllarından götürülmüş örnəklər-
də öz əksini tapa bilmişdir.
Həsən Baxşıyevin «Azərbaycan dilinin müxtəsər frazeologiya lüğəti. Bakı, «Bakı Uni-
versiteti» nəşriyyatı, 2004, 185 s.
Nigar Vəliyevanın «Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. 2 cilddə, Azərbaycan
Dövlət Nəşriyyatı, Bakı, 2010.
F.H.Hüseynov və B.B.Əhmədovun «Məktəblinin frazeoloji lüğəti. Bakı, «Elm və
təhsil», 2011, 296 s.
Qohum dillərin deyimlərini qarşılaşdırmaq, müqayisə etmək, ümumi və fərqli biçimləri,
anlamları ortaya çıxarmaq bugün müqayisəli türkologiyanın qarşısında duran problemlərdəndir.
İlk təşəbbüs kimi M.Musayevin «Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi» Bakı,
2011, s.373-397) və həmin müəllifin «Türkoloji dilçilik» kitabında (Bakı, 2012, s.361-413)
yer alan kiçik deyimlər sözlüyünü dəyərləndirmək olar. Bu lüğətlərdə Azərbaycan dilinə məx-
sus deyimlər Türkiyə türkcəsinin deyimləri ilə qarşılaşdırılır, müqayisə edilir, bəzən mənaları-
na da toxunulur.
M.Musayevin tərtib etdiyi lüğət «Azərbaycan türkcəsi-Türkiyə türkcəsi atalar sözləri
lüğəti» adlanır. Sözügedən bölüm müəllifin 1975-ci ildə Türkiyədə yayımlanan «Türkce Açık-
lamalı Azerbaycan Atasözleri» (1995: 11-42) kitabında qismən yer almışdır. Kitab sonradan
təkmilləşdirilərək yenidən hazırlanmış və kitaba yeni atalar sözləri əlavə edilmişdir. Bunlar
yalnız «A» hərfi ilə başlanan atalar sözləridir.
M.Musayev «Azərbaycan türkcəsi-Türkiyə türkcəsi frazeoloji lüğəti»ni də tərtib etmiş-
dir. Bunlar yalnız «A» hərfi ilə başlanan deyimlərdir. Məs.: Abi-neysan (abi-leysan) kimi göz
yaşı axıtmaq (tökmək) (Nisan yağmuru gibi gözyaşı dökmek); Acığını...üstünə tökmək (Öfke-
sini almak\çıkarmak);
Bu qısa lüğətdə deyimlərin bəziləri geniş izah olunur: Adı çıxmaq; adı çıkmak. Bu deyim,
Azerbaycan Türkcesinde çoğunlukla «iyi ad sahibi olmak, ün kazanmak» anlamında kullanıl-
maktadır. Bunun yanı sıra, Azerbaycan Türkcesinde söz komusu deyimin olumsuz anlamda
kullanımı da gözlenmektedir. Sözgelimi: Kənd uşaqları arasında adı çıxmışdı. «Göy çocukları
arasında kötü ad çıkarmıştı». Türkiye türkcesinde ise, söz konusu deyim sadece olumsuz
anlamıyla kullanılmaktadır. Sözgelimi: Bir kere adı çıkmış artık ne yaparsa boşuna: İnsanın
adı çıkacağına canı çıksın daha iyi. «Bir dəfə adı çıxmışdır, artıq nə etsə bir faydası yoxdur.
İnsanın adı çıxınca canı çıxsa yaxşıdır». Böylece «Adı çıxmaq: adı çıkmak» deyimi,
açıklamalı-aktarmalı bağlamda eşsesli dil birimi olarak seçilmektedir.