Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə87/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   83   84   85   86   87   88   89   90   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

943



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

deyə - deyə, 

Öz döşümə vurmamışam xidmətimi 

öyə - öyə. 

Ədibin şeirlərinin dil və üslub xüsusiyyətləri olduqca zəngin və əlvandır. O, Azərbaycan 

ədəbi dilinin qanunlarını gözəl bilən, nəzəri məsələləri dərindən təhlil etməyi bacaran bir sə-

nətkar olmuşdur. Öz qüdrətli, orijinal poeziyasında klassik ədəbi ənənələri qoruyub saxlayan 

ədibin yaradıcılığında xəlqilik, sadəlik, təbiilik, xalq şeiri ənənəsindən istifadə xüsusi yer tutur. 

Onun şeirlərindəki insanlar, hisslər, arzular realdır. “Könlümün istəkləri” şerində şairin arzusu 

budur: 

Düşməniyəm sükutun, 

Könlüm tufan istəyir. 

Sinəsi qasırğalı 

Dəli ümman istəyir... 

 

Könlüm yanğın istəyir –  

Alışıb külə dönsün. 

Könlüm leysan istəyir – 

Kükrəyib selə dönsün. 

Bir sənətkar kimi Vaqifin realizmi, özünəməxsus xüsusiyyətləri heca vəznində, xalq 

şeiri formasında yazdığı qoşmalarda, gəraylılarda özünü göstərir. Onun nikbinliyi də, realizmi 

də, dil və üslubunun obrazlılığı da bu şeirlərdə üzə çıxır. Təbiiliklə yüksək bədiilik, duyğu-

ların əlvan sıralanması, fikrin misilsiz bir səmimiyyətlə ifadəsi Vaqif poeziyasına xüsusi bir 

gözəllik verir.Təbii, canlı, duru bir dildə yazıb yaradan Vaqifin şeirləri nəğmə kimi axıcı, 

ahəngdar və məlahətlidir. Şair sözləri inci kimi seçib qoşur, onlara sanki yeni məna aşılayır. 

Buna görədir ki, onun şeiri özünəməxsus bədii gözəlliyi, məcazları, təşbeh və istiarələri ilə 

başqalarından seçilir və yeni təsir bağışlayır. Yazılı ədəbiyyatın üslub gözəlliyi, xalq ədəbiy-

yatının müdrikliyi, aşıq şerindən gələn axıcılıq və oynaqlıq Vaqif şerində qaynayıb qarışır, öz 

orijinallığı ilə yadda qalır. 

Vaqif poeziyasında lirik hisslərin fəlsəfi miqyası onu oxucuya sevdirən xüsusiyyətlər-

dəndir. Şair sənətkarın mahiyyətindən söz açır. Onun fikrincə, sənətkar öz yaradıcılığı ilə qəlb-

lərə nüfuz etməyi bacarmalı, insan qəlbini pis xislətdən təmizləməlidir. 



Bir şeir yüz gözün yaşını silsə, 

Təslim olsa xərçəng, sağalsa vərəm. 

Dəli ağıllansa, kor görə bilsə, 

Mən ona, mən ona şair deyərəm. 

 

 

AZƏRBAYCAN DİLİNİN GÖYGÖL ŞİVƏSİNİN LEKSİKASI  

 

Vəfa İSRAFİLOVA 

Gəncə Dövlət Universiteti 



israfilova.v@yandex.ru 

AZƏRBAYCAN 

 

Azərbaycan dilinin qərb ləhcəsinə daxil olan Göygöl şivəsi dilimizin tədqiq edilməmiş 



şivələri sırasındadır. Azərbaycanın görkəmli dialektoloqları müəyyən regionlarımızın şivələri-

ni ( M.Şirəliyev Bakı dialektini,B.İbrahimov Mərzə rayonu şivələrini, T.Həmzəyev Ordubad 

rayonu şivələrini, R.Rüstəmov Quba dialektini ) hərtərəfli araşdıraraq dilçilik aləminə qazan-

dırmışlar. Bu gün gənc tədqiqatçılar həmin materiallardan istifadə edir, onları digər oğuz qru-

pu dilləri və şivələri ilə müqayisəyə cəlb edərək türkologiyaya yeni-yeni tövhələr bəxş edirlər.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

944



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İndiyədək Azərbaycan dilinin dialekt və şivələri üçün verilən təsnifatların heç birində  

(M.Şirəliyev, E.Əzizov və b.) ayrıca olaraq Göygöl şivəsinin adı qeyd edilməmişdir. 

Göygöl  şivəsi coğrafi prinsipə  əsasən verilən bu təsnifatlarda Azərbaycan dilinin dialekt və 

şivələrinin qərb qrupuna ( M.Şirəliyev ) və ya qərb ( orta ) ləhcəsinə ( E.Əzizov ) aid edildiyini 

təxmin etmək olar. Bu şivədə istifadə edilən dil xüsusiyyətləri də bunu söyləməyə imkan verir.  

Göygöl şivəsinin leksikasının əsasını qədim türk leksik təbəqəsi təşkil edir. Tarixi fakt-

larla yanaşı, bu ərazidə olan toponomik vahidlər də göstərir ki, Göygöl şivəsinin yerləşdiyi ərazi 

taqədimdən türk mənşəli tayfaların məskəni olmuşdur. E.Əzizov bildirmişdir ki, Azərbaycan 

dilində ismin təsirlik halında –yı şəkilçisi oğuz elementlərinin güclü olduğu şivələrdə qorunub 

saxlanılmışdır. Bu xüsusiyyət dilimizin Qazax, Borçalı, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, 

Xanlar ( indiki Göygöl ), Goranboy şivələrində yayılmışdır; qapıyı, sürüyü və s.  

Azərbaycan dilinin Göygöl şivəsinin leksikası da olduqca zəngindir. Həmin şivədə isti-

fadə edilən aşağıdakı sözlərə nəzər yetirib buna şahid ola bilərik. Qeyd edək ki, bu sözlərdən 

heç biri “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə verilməmişdir;  

  Dolax - yun parçadan hazırlanmış, topuğa qədər ya da ki, topuqdan yuxarı hissəni isti 

saxlamaq üçün istifadə olunan xüsusi geyim növü. Məs.; -Ağrın alım, dolağını ayağına 

gein, hava yamanca soyuf.  

  Eymə - qoyun dərisindən hazırlanır, içərisinə  yığıntı ( yağ hazırlamaq üçün yığılan 

qaymaq və qatıq ) yığılır. Məs.; -Nəhrəni qurax, eymədəki yığıntını çalxalıyax.  

  Fərmaş – sandıq  əvəzi ipdən toxunan və içi böyük olan əşya. Məs.; -Yorğan-döşəyi 

fərmaşa yığardıx.  

  Çatma – baş-başa bağlanan üç ağacdan ibarət qurğu. Məs.; -Ağaşdan çatma qururdux 

ki, ip bağlıyıf nəhrə çalxalıyax.  

  Nəmi – süd məhsullarının hazırlanması üçün yer. Məs.; -Biz seyvanın altında olanda 

nənəm nəmidə qatıx çalırdı.  

  Həvgə - xurcun. Məs.; -Tahirin atının həvgəsinin rənx'ləri xüsusü zövqnən seçilmişdi.  

  Tərəcə - şkaf. Məs.; -Ambardakı tərəcədən qıfı gətir bura.  

  Musdux – ağacdan hazırlanan və nisbətən böyük olan, heyvanları sulamaq üçün isti-

fadə olunan yer. Məs.; -Musduğun suyunu açın, qoyun içi dolsun.  

  Güyüm – su doldurmaq üçün qab. Məs.; -Suyu güyümə doldur, qızım, suyu sərin sax-

lıyar.  


  Taftamax – itiləmək.Məs.; -Kərəntənin ağzı kəsmiyəndə onu taftamax lazımdı.  

  Çənəd – qapının ağzı.Məs.; -Qapının çənədində durma, gəl içəri.  

  Sərnic – süd sağmaq üçün qab. Məs.; -Sərnicin içini yu ma; gətir.  

  Tavax – xəmir yoğrulan, həmçinin içərisində çörək saxlanılan və ağacdan hazırlanan 

qab. Məs.; -A bala, tavaxda çörəx ola-ola niyə xamır qatırsan?  

  Dəyə - çobanların yaylağa köçəndə yaşamaq üçün qurduqları yer. Məs.; -Bu il də-

yəmiz Cambaz dağının ətəyində, Xatın bulağının yanında qurulmuşdu.  

  Pəyə - çobanların yaylağa köçəndə mal-qaranı salmaq üçün düzəltdikləri yer. Məs.; -

Pəyənin ağzını bərk-bərk bağlıyırdı kı, inəx'lər vurub aça bilməsin.  

  Faraş – tez.Məs.; -Yaman faraş gəlif çıxıfsan.  

  Qorğa – sacda qovrulmuş buğda; qoyut – qorğadan hazırlanan, şirin su ilə qatılıb ye-

yilən yemək növü. Məs.; -Qoyutu adətən, səhər yiyirlər.  

  Avışka – pəncərə. Məs.; -Avışkanı açın içərinin havası bir az dəyişsin.  

  Xorum – otun ata yüklənməsi üçün kəndirlə bağlanan xüsusi forması. Məs.; -Biz otu 

gorölüsü eləmədix', xorum bağladıx.  

  Arxac – mal-heyvanın yatdığı yer. Məs.; -Soyux düşməmiş heyvannarı arxaca salın.  

  Örüş – heyvanların otlaması üçün ərazi. Məs.; -Malı örüşə ötürüf qağamın yanına getdim.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə