III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
947
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
gətirən işıqlı, hərarətli hisslər, həyəcanlardır. Başqa vaxt əhəmiyyət vermədiyimiz, lakin şən,
həssas, coşqun qəlbli şairin böyük vurğunluqla qarşımızda canlandırdığı həyatın nə qədər gö-
zəl, mənalı olduğunu anlayırıq.
Təbiət varlıdır,təbiət xəsis
İşlədərkən onu,sən ey mühəndis,
Mən də qart başlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə,qanımda yanan atəşdən,
Gecədən,gündüzdən,aydan,günəşdən
Bu əngin fəzadan necə əl çəkim?
Həyatın işıqları, fərəhləri, sevincləri ilə dolu olan şairin hər bəndin sonunda qışqıraraq
“necə əl çəkim?” sualındakı məhəbbət, həyata vurğunluq, yaşamaq ehtirası, ölmək istəməməsi
hissləri insanı necə də sarsıdır. Qarşımızda “gənc yaşlı, sinəsi şeir, söz dolu, arzuları, istəkləri,
həyəcan və həvəsi ilə birlikdə yolları kilidli, uzaq-uzaqların əzabxanalarında susmuş bir şair,
kövrək təbəssümlü, nigaran baxışlı, saf ürəkli, geniş könüllü xalqın əziz və nakam oğlu Müş-
fiq dayanmışdır.
ŞƏYYAD HƏMZƏNİN “YUSİF VƏ ZÜLEYXA”
MƏSNƏVİSİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ
Nuranə NƏSİRLİ
Qafqaz Universiteti
nurana.nasirli@gmail.com
AZƏRBAYCAN
Hz.Yusif hekayəsi Qur`anda 111 ayədənibarət olan “Yusif surəsi”ndə verilir. Bu möv-
zunu İslam ədəbiyyatında məsnəvi şəklində ilk dəfə fars şairi Firdovsi qələmə almışdır. Türk
dilində ilk dəfə “QisseyiYusif” adı ilə Qul Əli yazmışdır. Anadoluda isə “Yusif və Züleyxa”
məsnəvisini ŞəyyadHəmzə qələmə almışdır. Əruzun failatün failatün failat bəhrində yazılmış
olan 1529 beytlik bu didaktik-romantik poemanın tam adı “Destan-ı Yusuf aleyhi`s-selam ve
haza ahsenü`l-kasasi`l-mübarek”dir. Əsər XIII-XIV əsrlərə aid olduğu üçün təbii olaraq əsərin
əlyazması türk dilində ərəb əlifbası ilə yazılmışdır. 1946 –cı ildə Dəhri Dilşin tərəfindən tədqiq
olunmuş tədqiqatın sonunda verilmiş fotokopyaya əsasən məsnəvinin fonetik xüsusiyyətləri
haqqında aşağıdakıları deyə bilərik.
A saitinin yazılışı
Söz əvvəlində a saitinin yazılışında, əsasən, mədli əlifdən( ﺁ ) istifadə edilmişdir. Amma
bunun əksi də - mədsiz əlifdən istifadə halları da müşahidə olunur.
Söz ortasında da /a/ saitinin yazılışında daha çox əlif( ا ) istifadə edilmişdir. Bəzi
sözlərdə /a/ saiti yazılmayib.
Söz sonundakı /a/ saitinin yazılışında daha çox hə (ﻩ) və əlif (ا), bəzən də yə (ى) qrafik
işarəsindən istifadə edilmişdir .
E,ə/Saitinin yazılışı
Söz əvvəlində /ə, e/ Saitinin yazılışı əlif (ا) və kəsralı əlifdən (ٲ) istifadə edilmişdir: Söz
ortasında /ə/ saiti ümumiyyətlə yazılmayıb.
Söz sonundaki /e, ə / saitinin yazılışında ümumiyyətlə hə (ﻩ), bəzən da əlif (ا) istifadə
edilmişdir:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
948
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Söz əvvəlində /ı, i/ saitlərinin yazılışında ümumiyyətlə əlif yə (ىا) istifadə edilmişdir.
Bu saitlər qismən yazılmamış, qismən də kəsra ( ) ilə göstərilmişdir. Saitlər üçün bəzən kəs-
ra( ) + yə (ئ) istifadə edilmişdir:
Söz sonundakı /ı, i/ saitlərinin yazılışı üçün yə (ى) istifadə edilmişdir:
Söz əvvəlində /o, u; ö, ü/ saitlərinin yaılışında ümumiyyətlə əlif-vav (وا) istifadə edil-
mişdir.
Söz ortasında və söz sonunda /o, u; ö, ü/ saitləri, əsasən, vav (و) ilə ifadə edilmişdir
/b, p/ Samitlərinin Yazılışı
/b, p/ bə( ب), (
پ )hərfləri ilə işarə edilmişdir. Pe hərfinin qrafik işarəsi əlifbaya sonra-
dan farslar tərəfindən əlavə edilmişdir. Mətndə b
olunur.
-
ﭗﻟا -ayıdıb,
بﺪىا -alıp. Bu misallardakı –ıb şəkilçisi feili bağlama şəkilçisi olsa da, hər
söz də fərqli hərflə ifadə olunmuşdur.
/c, ç/ Samitlərinin yazılışı
/c, ç/ samitlərinin yazılışında, cim (ج) işarəsindən istifadə olunub.Bəzi sözlər də ç kimi
oxunmuş. Alınma sözlərdə isə əslinə uyğun olaraq c kimi oxunmuşdur. نﻮﺟ– uc, جوا- çün.
q, k samitlərinin ifadəsi üçün qaf (ق )hərfindən istifadə edilmişdir. Qaf hərfi bəzən xe
(
خ ) hərfinin ekvivalenti kimi də işlənmişdir: Baq, çoq, yaqın və s.
Sağır nun səsi(ڬﮕﮐ ) kök və şəkilçi morfemlərdə istifadə edilmişdir. Ərəb və fars dillərin-
də mövcud olmayan, lakin türk dillərinin qədim samitlərindən sayılan bu səs özünəməxsus
orfoqrafik xüsusiyyətlərə malikdir. Sağır nun səsi II şəxs mənsubiyyət və şəxs, yiyəlik hal
şəkilçilərinin tərkibində və türk mənşəli sözlərin kökündə işlənmişdir.Bu səs türk dilləri üçün
müştərək olduğö halda onun ayrı-ayrı türkdilli yazılardakı qrafik işarəsi fərqli olmuşdur:
ﮎ ,
ڬ, ﻚﻧ kimi qrqfik işarələr müxtəlif vaxtlarda və müxtəlif dillərdə sağır nun səsini ifadə
etmişdir. Tofiq hacıyevin Orta əsrlərdə Azərbaycan yazı dili əsərində sağır nun səsinin XV
əsrə qədər ﮎ hərfi ilə işarə edildiyini bildirir.Bu məsnəvinin dilində sağır nun kəf hərfi ilə ﮎ
ifadə edilib.
Söz kökündə: Tañrı, añuban, və s.
Şəkilçi morfem daxilində: anıñladır, suçuñuz və s.
İŞ FEİLLƏRİ ƏSASINDA YARANAN FRAZEOLOJİ
VAHİDLƏRDƏ VARİANTLILIQ
Əminə RZAYEVA
BDU
reminem17@mail.ru
AZƏRBAYCAN
Frazeoloji birləşmələrin yaranmasında, məcaziləşmə yolu ilə dilin lüğət tərkibinin zən-
ginləşməsində feillər xüsusi rol oynayır. Çünki məcaziləşən sözlərin böyük çoxluğunu feillər
təşkil edir. Felin lüğəvi məna növləri arasında daha çox işlək olanı iş feilləri olduğundan bu
feillər vasitəsilə formalaşan birləşmələr dil sistemində çox mühüm yer tutaraq dilin lüğət tər-
kibini zənginləşdirir. İş feilləri əşyanın bu və ya digər hal-vəziyyətə salınmasını və ya təsirə,
dəyişikliyə uğramasını, insanların məşğuliyyətini, sənətlə bağlı işləri bildirir.
Son zamanlar frazeologiyada sinonimlik məsələsi ilə bağlı yeni bir problem-frazeoloji
variantlılıq problemi meydana çıxır. Bu məsələ ilə bağlı Azərbaycan dilçiliyində H.Bayramov,
N.Rəhimzadə, M.Mirzəliyeva, H.Həsənov, A.Qurbanov, N.Seyidəliyev və başqaları tədqiqat
aparmışlar.