III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
941
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İLYAS ƏFƏNDİYEVİN "GERİYƏ BAXMA , QOCA"ƏSƏRİNDƏKİ
QADINLARIN TİMSALINDA ANA OBRAZI
Pərvanə KƏRİMOVA
Qafqaz Üniversiteti
ince_kapli@hotmail.com
AZƏRBAYCAN
Geriyə bax , qoca! orda sən keçmişi görəcəksən , bəlkə də xatırlamaq istəmədiyin əzablı
anları, həyatını dəyişən o günləri xatırlayacaqsan . Amma nə qorx nə də geriyə çəkil , bu
keçmişdə şirin xatirələrin yatır . Qulaq ver bu xatirələrə nənənin danışdığı əhvalatlara , ananın
laylasına . Körpü yarat uzaq keçmişlə bizim aramızda , icazə ver bu körpüdən boylanıb arada
keçmişimizə baxaq , unutmayaq nənələrimizin , babalarımızın həyatını , gələcəyimizə işıq sal-
sın bu xatirələr . Öz ağlı , fərasəti ilə canişinin rəğbətini qazanan Xanım nənələrdən əhdə sə-
daqətdə, məğrurluqda Səkinə xanımdan, övladlarına ,obasına etdiyi xəyantin əvəzini görən
Qızyetərin başına gələnlərdən xəbər tutsunlar. Qoy gənclərimiz, qız-gəlinlərimiz bu qadınla-
rın həyatını öyrənib onları bir qadın və ana kimi etdiyi fədakarlıqlardan dərs alsınlar.
Əsərdəki bu qadınlar müəllifin keçmişinin bir parçası, anası, nənələridir və bunları
birləşdirən əsas ortaq cəhətlərdən biri onlara verilən ad, ana adıdır. Amma bu qadınların
taleləri bir-birinə bənzəmir . Bəzisi hələ övladları körpə ikən onları tək böyütməli olur ,
bəzənsə bunun ağırlığına dözməyib övladlarını atıb gedir . Bəs bunların hər ikisinə də ana
demək olarmı ? Dünyanın bütün naz nemətlərindən əlini çəkib tək övladını böyüdən Xəlsə ,
Səkinə kimi qadınlara qarşı haqqsızlıq olmazı Qızyetərə də ana adı verilsə ?
Ana adına sahib olan gərək övladını qoruyub müdafiə etsin , istər Fazil kimi şikəst bir
övlada sahib olsun istərsə də Murad kimi ağıla düşüncəyə və ya Qaraca kimi qocaq olsun fərq
etməz . Lakin Qızyetər tab gətirmir bu yükün ağırlığına və övladlarını atıb gedir . Muradın dili
ilə desək insan ağlına sığışdıra bilmir bir ananın bu cür hərəkətini . Bəlkə də Qızyetərin bu
hərəkətinə aramızda haqq qazandıranlarda olacaq , ərinin ailəsinin ona qarşı münasibətini
misal göstərərək. Lakin səbəb nə olur olsun bu ona haqq qazandırmamalıdır.
Bəs Fatma qarının övladları arasındaki ayrı seçgiliyinə nə ad verməli ? Məni ana obrazı
ilə bağlı düşündürən əsərdə əsas cəhətlərdən biri Fatma qarının iki ayrı övladına, oğluna qarşı
münasibətidir. Niyə bu qadın birinci ərindən olan oğluna qarşı bu qədər biganə olarkən , onu
hər zaman təhqir etsədə Nuru kimi bir oğul onun daima narahatcılığına səbəb olur. Bəzən
hətda haqq qazandırmaq üçün bu qarıya keçmişdə yaşadıqlarını xatırlamamaq üçün mü geriyə
baxmır deyə düşünürəm ama yenə də bu ona haqq vermir. Axi o, anadır və bir ananın bu cür
davranışına heç çür haqq qazandırmaq olmaz. Ana və qadın arasında əslində böyük fərq var .
Hər kəs ana adına sahib ola bilmir . Ana, yeri gələndə öz oğlunun qatilini belə xəstəlikdən
sağaltmağa qadirdir . Hüseyin Cavidin anası öz oğlunun qatilini evində qoruduğu kimi Ballı
qarı da evində oğlunun qatilini xəstəlikdən qurtarır. O zaman Ballı qarınının sözlərini
xatırlayıram mən anayam deyir. Oğlunun ölümünə səbəb olan bu hökümdarın övladını ana
olduğu üçün sağaldır , ama eyni zamanda bir qadın olaraq oğlunun intiqamını alır. Təkcə bu
misal ana adının qüvvəsini, qüdrətini göstərməyə kifayət edir deyə düşünürəm.
Əsərdə ana obrazı ilə yanaşı bir parçada da olsa ögey ana leymotivi də yer alır və ögey
ananı Murad dünyanın ən qəddar məxluqu adlandırır. Anasını itirmək bir gün ögey ananın
ixtiyarıda qalmaq onu daim qorxudur. Əslində bu qadına ana demək olarmı? İstər ögey olsun
istər sə də doğma, ana elə bir əl çatmaz varlıqıdır ki, heç vaxt ayrı seçgilik etmir uşaqlar
arasında. Misal olaraq Yaqut xanıma nəzər salmağınızı istərdim. Qızyetərin atıb getdiyi
uşaqlara qarşı bir mərhəmət var, Abdulla Qaracaya acıqlananda müdafiəsinə qalxır, bəzən
xəlvət uşaqlara yemək belə göndərir. Yaqut xanım ana obrazı olaraq hər cəhətdən əsərdəki bir
çox qadınlardan öndədir deyə düşünürəm . Əsərdəki qadınlar, onların taleyi haqqında çox da-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
942
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
nışmaq olar lakin mən qısa misallarla çalışdımki, müəyyən qədər əsərdəki qadınların bir qadın
kimi xüsusiyyətlərini yox, ana kimi məsuliyyətlərini və əməllərini təhlil edim. Sonda isə əsər-
də fərqli xarakterlərə və düşüncələrə sahib bu qadınlardan hansının ana adına layiq olduğunu
müəyyənləşdirməyi oxucuların öhdəsinə buraxıram.
VAQİF HÜSEYNOVUN SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ
Niyaməddin HAŞIMOV
Qafqaz Universiteti
nhasimov@qu.edu.az
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tarixi onun ayrı-ayrı bölgələri ilə birlikdə bü-
tövlük təşkil edir. XX əsrin 50-60-cı illərində Azərbaycan ədəbiyyatında yeni ədəbi qüvvələr
içərisində öz üslubu, geniş diapazonu, incə yumoru ilə tanınan Lənkəran ədəbi mühitinin yazı-
çılardan biri də Vaqif Hüseynovdur.
“Göylər” adlı ilk mətbu şeiri məhz 1958-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc
olunmuşdur. 1967-ci ildə onun ilk povesti “Sevərək yaşayanlar” çap edilmişdir. Ölümündən
sonra isə onun şeirləri “Vətən sənə borcum qaldı” adı altında bir kitabda toplanmış və 1996-cı
ildə “Dünya” nəşriyyatı tərəfindən nəşr olunaraq sənətsevərlərə təqdim edilmişdir.
V.Hüseynov Azərbaycan ədəbiyyatında tam öyrənilməsə də, yaradıcılığı tədqiqata az
cəlb olunsa da, onun şeirləri saf, büllur bulaq suyu kimi insanın qəlbinə hopur. Onun əsərləri
insana hörmət etmək, insanın haqqını qorumaq, təbiətlə vəhdətini, məhəbbətin insanı təmizlə-
diyini, saflaşdırdığını təbliğ edir.
Ədibin yaradıcılığında təbiət lirikası da əsas yer tutur. Onun şeirlərində doğma yurdun
başıqarlı dağları, güllü-çiçəkli yaylaqları, bulaqları, lalə-nərgizli yamacları, otları, ocaqları,
quşları, otlaqları, heyvanları bədiiliklə canlandırılır. Bu şeirlərdə təbiət insanların ilk məskəni
– beşiyi kimi mənalandırılır. Şair təbiət gözəlliklərinin vəsfindən yorulmur, obrazlı dillə, bədii
boyalarla yaşadığı torpağı nəzmə çəkir və bundan usanmır.
Vaqif əsl vətənpərvər şairdir. O, yaşadığı Lənkəranı dönə-dönə vəsf edir, onun əzəmə-
tini, qüdrətini oxucuya poetik dillə çatdırır.
Lənkəran deyəndə qabarır sinəm,
Onun sinəsində ehtişama bax.
Lənkəran tükənməz, zəngin xəzinəm,
Bir tərəfi dəniz, bir tərəfi dağ.
deyən şair bu dörd misra ilə vətənini oxucunun gözləri qarşısında canlandırır. Şair kai-
natı şeirə, Vətənini isə “bu şeirin ən gözəl bəndinə” bənzədir. “Lənkəran” sonetlər çələngində
deyir:
...Ana təbiətə mat qalmışam, mat,
Duzlu bir şeirdir sanki kainat.
Lənkəran bu şerin ən gözəl bəndi.
Vaqif poeziyasında insanın əzəməti, onun xariqələr yaratmağa qadir olduğu da xüsusilə
vurğulanır.
Qəzəbimi sıyırmışam düşmən duyub
tir – tir əsib,
Neçə - neçə cahangiri burda kinim
bir – bir əzib.
Məlul – müşkül durmamışam bir qonağam